Məhkəmə qərarları › İş №2-1(102)-1084/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1084/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1084/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; miqrasiya məsələləri; əcnəbiyə qaçqın statusunun verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 18.06.2019 X2 və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 06.12.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin üzərinə iddiaçının 11.01.2018-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliynin qoyulması; tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Xidmətin İQ-30/1 nömrəli, 05 aprel 2018-ci il tarixli qaçqın statsu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının və onun şikayət intsansiyasının 44 saylı 14.06.2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim.M.Hacıbəyova; iş No 2-1(81)-3728/2018) iddiaçının cavabdeh Xidmətin İQ-30/1 nömrəli, 05 aprel 2018-ci il tarixli qaçqın statsu verilməsindən imtina edilməsi haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında 44 nömrəli 14.06.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim.M.Hacıbəyova; iş No 2-1(81)-3728/2018) iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Xidmətin üzərinə qoyulması; cavabdeh Xidmətin İQ-30/1 nömrəli, 05 aprel 2018-ci il tarixli qaçqın statsu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2908/18) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)2908/18) iddiaçının apellyasiya şikayəti təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi; yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxmış apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, cavabdeh Xidmət mübahisələndirilən qərarında aşağıdakı iki fundamental səhvə yol verilib: cavabdeh Xidmət işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki. iş üzrə mühüm fakt iddiaçınin müəyyən sosial qrupa mənsubiyyətinə görə, yəni onun "namus tabusunu ” pozmasına görə sevgilisinin ailəsi tərəfindən təqib edilməsi riskidir. Cavabdeh Xidmət iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Cavabdeh Xidmət iddiaçının izahatları (pis rəftar, təhlükə) üzrə nəticəyə gəlmək üçün X1 (“MÖM”) istifadə etməyib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən, iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi m ərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olubolmadığını yoxlanılmalıdır. Nəticə etibarilə, cavabdeh Xidmətin qərarı maddi-hüquqi və prosessual (formalhüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh Xidmət tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. 1-ci instansiya məhkəməsi cavabdeh Xidmətin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdeh Xidmətlə eyni əsaslarla əsaslandırıb. Bakı Apellyasiya Məhkəməsi ümumi sözlərlə apellyasiya şikayətini təmin etməmiş və şikayətin hətta əsas dəlillərinə belə cavab verməmişdir. Halbuki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyası, maddə 70); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyası, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (Avropa İnsan Hüquqları haqqında Konvensiya, maddə 3); şəxsi həyata hörmət hüququ (Avropa İnsan Hüquqları haqqında Konvensiya, maddə 8); səmərəli vasitələr hüququ (Avropa İnsan Hüquqları haqqında Konvensiya, maddə 13) Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 1997-ci il təvəllüdlü həzəra etnik qrupuna məxsus Əfqanıstan vətəndaşıdır. 9-cu sinifdə oxuyarkən 7-ci sinifdə təhsil alan Zərifə adında bir qızla tanış olmuş, bu səbəbdən qızın qardaşı tərəfindən təhdid olunmağa başlanmış, öldürüləcəyindən qorxub ilk öncə Pakistana, oradan da Azərbaycan gəlmişdir. Qaçqın statusunun verilməsi barədə cavabdeh Xidmətə müraciəti imtina qərarı ilə təmin olunmamış, həmin qərardan şikayət instansiyasına şikayəti də, həmçinin, təmin edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, prosessual qanuna görə, hazırki halda iddiaçı ona qaçqın statusu verilməsi barədə qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməli, cavabdeh Xidmət isə bu cur şərtlərin mövcdluğunu təkzib etməlidir. Lakin iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti təhlil edildikdə, onun tərəfindən mənşə (Əfqanıstan) ölkəsindən qaçqın düşməsini və ona Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu mötəbər sübut və dəlillərlə təsdiqini tapmır. Cavabdeh Xidmətin 05.04.2018-ci il tarixli imtina qərarından görünür ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında iddiaçının müraciəti üzrə ətraflı araşdırma aparılmış və nəticələri üzrə qiymətləndirmə keçiriməklə əsaslandırılmış şəkildə onun vəsatəti təmin edilmə miş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. Belə ki, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən aşağıdakı prosedurlar həyata keçirilmişdir: -iddiaçının vəsatətinə əsasən ayrıca şəxsi iş açılmış, təqdim etdiyi sənədlər həmin işə əlavə edilmiş, onunla müsahibə keçirilmiş və ərizəçinin söylədiyi faktların inandırıcılığı qiymətələndirilərkən bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir; belə ki, iddiaçının problemi yarandıqdan sonra Əfqanıstanı tərk edib Pakistana getdiyi halda, orada olduğu müddətdə qaçqın statusu almaq üçün nə yerli hakimiyyət orqanlarına, nə də BMT QAK-Pakistandakı nümayəndəliyinə müraciət etməmişdir; -eyni zamanada, məlum olmuşdur ki, iddiaçı, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irq i əlamətlərinə, milliyətlərinə və dini etiqadlarına görə nə özü, nə də ail üzvləri dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş və onun gətirdiyi dəlillər qanunvericiliyin tələbləri çərçivəsində qiymətləndirilmiş və yekunda, müsahibənin əldə olunan nəticələri əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh Xidmət tərəfindən iddiaçının vəsatəti üzrə yuxarıda qeyd olunan qanunvericilyin tələbləri qaydasında hərtərəfli araşdırma aparılmış, onun təqdim etdiyi sənədlər və izahatları üzrə müəyyən edilən faktlar və arqumentl ər təhlil olunaraq qiymətləndirmə aparılmış və bu zaman onun təqib olunması ilə bağlı gətirdiyi dəlillərdə ziddiyyətli və şübhəli məqamlar müəyyən edildiyindən, mötəbərlilik baxımından ona qaçqın statusunun verilməsi üçün yetərli olmamış, bu səbəbdən də əsaslı olaraq onun vəsatətinin təmin olunmasından imtina olunmuşdur. Ümumiyyətlə, iddiaçının yaşadığı ölkədə onun real təqibə məruzə qalacağı ilə bağlı nə iddia ərizəsində, nə də ki cavabdeh tərəfindən onunla aparılan müsahibələrdə verdiyi izahatlarında (sual-cavablarda) inandırıcılıq müşahidə olunmur. Ziddiyyətli məqamlar çoxdur. Ən azından, sevdiyi qızın qardaşı tərəfindən ona hansı formada və şəraitdə təqib olunduğu açıqlanmır və faktiki olaraq real təhlükənin nədə ifadə olunduğu aydın deyil. Bütun bunlar onun şərh etdihi halların həqiql iyini şübhə altına alır. Odur ki, onun təsvir etdiyi, ziddiyyətliliyi və uyğunsuzluğu ilə seçilən mülahizələri mötəbərliliyi müəyyən edilmədyindən ona qaçqın statusunun verilməsini zəruri edən hallar kimi qəbul edilməsini istisna edir. Belə olan halda cavabdeh inzibati orqanı iddiaçının müraciətəinin təmin edilməsindən imtina etməsi ona hər hansı hüququnu pozmadığından əsaslı və qanuni olmuşdur; əksinə, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə uyğun olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzif əsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulqnu konkpet halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, “Qaçqın” Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaş lığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı 13.11.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il K onvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xar ici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlrinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış m əlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmadığından qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə g örə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilən lərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar