Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1084/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatİdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; yeraltı şəraitdə bütün adda markşeyder, yeraltı qazmaçı) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatİdarəsinə qarşı cavabdehin üzərinə iddiaçıya xx.xx.2014-cü ildən və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2105/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci ildə Zərdab rayonunun Körpükənd kəndinə anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qar şı cavabdehin üzərinə iddiaçıya xx.xx.2014-cü ildən və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixində Zərdab rayonu, Körpükənd kəndində doğulmuş və 1981-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Əmək stajı xx.xx.1981-xx.xx.1984-cü “Bakıtuneltikinti" 3 №-li Tikinti idarəsi (indiki “xxxx” ASC-nin 1 №-li Tikinti İdarəsi) - 1-ci dərəcəli yeraltı markşeyder fəhləsi; xx.xx.1984-xx.xx.1987-“Bakıtuneltikinti” 3 №-li Tikinti İdarəsi (indiki “xxxx” ASC-nin 1 №-li Tikinti İ darəsi)- 2-ci dərəcəli yeraltı markşeyder fəhləsi; xx.xx.1987-26.09 1988-“Bakıtuneltikinti” 3 №-li Tikinti idarəsi (indiki “xxxx” ASC-nin 1 №-li Tikinti İdarəsi) -1-ci dərəcəli dağ-mədən fəhləsi; xx.xx.1988-xx.xx.1989“Bakıtuneltikinti” 3 №-li Tikinti idarəsi (indiki “xxxx” ASC-nin 1 №-li Tikinti İdarəsi) - 2-ci dərəcəli dağ-mədən fəhləsi; xx.xx.1989-xx.xx.1992-Bakıtuneltikinti” 3 №-li Tikinti İdarəsi (indiki “xxxx” ASC-nin 1 №-li Tikinti İdarəsi) -yeraltı markşeyder fəhləsi; 25 02.1992xx.xx.2001 - X2 Donnma İdarəsi - “C.İbrahimov” gəmisində 2-ci dərəcəli aşpaz, xx.xx.2001-xx.xx.2003 - BYUİ Kaspian şirkətinin gəmilərində matros; xx.xx.2003xx.xx.2005-X1 Donanma İdarəsi “İgriz” gəmisində 2-ci dərəcəli matros; xx.xx.2005 xx.xx.2008- “Nefteqaz-9” gəmisində 2-ci dərəcəli matros; 11.xx.xx.2012 - xx.xx.2016 “xxxx” gəmisində aşpaz; xx.xx.2016- indiyədək - xxx MMC – aşpaz işləyir. İddiaçı pensiya yaşına çatdığından pensiyanın təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi xx.xx.2019-cı il tarixli **********6 saylı cavab məktubu ilə bildirmişdir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə əmək pensiyası təyin olunması ilə bağlı ərizənizə baxılmışdır. Cavab olaraq bildiririk ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə ) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizin tələb olunan ümumi iş stajınız olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnuz yoxdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhz bu səbəbdən cavabdehin üzərinə İddiaçı xx.xx.2014-cü ildən və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi qoyulmalıdır. Birin ci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-1954/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia ərizəsinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-2105/2019 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Suraxanı rayon şöbəsi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatİdarəsi ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2105/2019 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(82)-1954/2019 saylı qərarının qismən - iddia tələbi təmin edilməyən, iddiaçıya xx.xx.2014-cü il tarixdən (52 yaşından) güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və ödənilməyən məbləğin ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin bu hissədə təmin edilməsi, iddiaçıya xx.xx.2014cü il tarixdən (5 2 yaşından) güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və ödənilməyən məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxx 1997-ci ilədək qüvvədə olan axırıncı abzasının məzmunundan aydın olur ki, həmin maddə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu zaman yaş həddini doldurmamış şəxslərə münasibətdə tətbiq edilə bilərdi. Hazırkı işdə isə belə bir hal yoxdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı, xx.xx.1962-ci il təvəllüdlüdür. ƏPQ-nin 9.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməməsi açıq maddi hüquq pozuntusudur. Həmin maddəyə g örə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşınına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kim i, 9.1-ci maddənin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında, güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün kişilərin 57 yaşını, həmin tarixdən sonra isə 60 yaşını tamamlaması zəruridir. İddiaçının xx xxxx 2017-ci ilədək 57 yaşını tamamlamadığı aşkardır. Deməli, iddiaçının pensiya hüququ həmin tarixədək yaranmamışdır (çünki yaşla bağlı sığorta hadisəsi baş verməyib). Hazırda isə, bu yaş həddi 60-dır və iddiaçının 60 yaşı tamamlanmayıb.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisə ni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM- nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxx 1997-ci ilədək qüvvədə olan axırıncı abzasının məzmunundan aydın olur ki, həmin maddə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu zaman yaş həddini doldurmamış şəxslərə münasibətdə tətbiq edilə bilərdi. Hazırkı işdə i sə belə bir hal yoxdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı, xx.xx.1962-ci il təvəllüdlüdür. ƏPQ-nin 9.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməməsi açıq maddi hüquq pozuntusudur. Həmin maddəyə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşınına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeyd ə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, 9.1-ci maddənin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında, güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün kişilərin 57 yaşını, həmin tarixdən sonra isə 60 yaşını tamamlaması zəruridir. İddiaçının xx xxxx 2017-ci ilədək 57 yaşını tamamlamadığı aşkardır. Deməli, iddiaçının pensiya hüququ həmin tarixədək yaranmamışdır (çünki yaşla bağlı sığorta hadisəsi baş verməyib). Hazırda isə, bu yaş həddi 60-dır və iddiaçının 60 yaşı tamamlanmayıb. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillərəsassızdır. Belə ki, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaş a görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin araşdırması ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixində Zərdab rayon Rusiya kolxozuna işə qəbul edilmiş və xx.xx.1989-cu il tarixində işdən azad edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı ona xx.xx.2014-cü il tarixdən 52 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərə rli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin əsasən 10 ildən çox zərərli əmək sahəsində və 20 ildən çox ümumi əmək stajı mövcud olmalıdır. xx.xx.2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1979 ildən xx.xx.1983-ci ilə qədər Zərdab rayonu "Rusiya" kolxozunda sıravi kolxozçu; “Bakıtuneltikinti” 3 nömrəli Tikinti İdarəsində xx.xx.1984-cü ildən - xx.xx.1984-cü ilə qədər yeraltı şəraitdə 1-ci dərəcəli markşeyder fəhləsi; xx.xx.1984-cü ildən – xx.xx.1987-ci ilə qədər yeraltı şəraitdə 2-ci dərəcəli markşeyder fəhləsi; xx.xx.1987-ci ildən - xx.xx.1988-cu ilə qədər yeraltı şəraitdə 1-ci dərəcəli dağ-mədən fəhləsi; xx.xx.1988-ci ildən - xx.xx.1989-cu ilə qədər yeraltı şəraitdə 2-ci dərəcəli dağ-mədən fəhləsi; “xxxx” ASC-nin 1 nömrəli Tikinti İdarəsində xx.xx.1989-cu ildən – xx.xx.1992-ci ilə qədər yeraltı şəraitdə 3-cü dərəcəli markşeyder fəhləsi; həmin İdarədə xx.xx.1992-ci ildən - xx.xx.1992-ci ilə kimi mühafizəçi; "Məişəttəmirtikinti" trestinin 1 nömrəli THTTS-də xx.xx.1992-ci ildən 2-ci dərəcəli fəhlə, xx.xx.1992-ci ildən – xx.xx.1993-cü il tarixə kimi 3-cü dərəcəli elektrik-qaynaqçı; xx.xx.1993-cü ildən – xx.xx.1994-cü ilə qədər Bakı şəhər XDS-nin İK-nin Tranvay Tralyebus İdarəsinin Binalara və Yollara Xidmətdə elektroqaynaqçı; "xxxx" SC 1 nömrəli Tikinti İdarəsində əmək müqaviləsinə əsasən xx.xx.2007-ci ildən - xx.xx.2010-cu ilə qədər 4-cü dərəcəli yeraltı qazmaçı işləyib. Göründüyü kimi, iddiaçı ona 20 il ümumi və həmin dövrün “Bakıtuneltikinti” (“xxxx” ASC) Tikinti İdarəsində işlədiyi 11 il 09 gün müddətin zərərli iş stajı kimi qəbul edilərək ona qanunla nəzərdə tutulmuş əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2006-cı i l tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (xx xxxx 2017-ci il tarixədək olan dəyişikliyə qədər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə ə sasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən islərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olan, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər — 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). İddiaçının əmək kitabçasının qeydlərinə və işdə olan arxiv arayışlarına əsasən onun 1979-2000-ci illər üzrə ən azı 20 il ümumi iş stajının mövcudluğu müəyyən olunur. 2000-ci ilin iyul ayının 1-dən etibarən isə 1 N°-li Siyahı üzrə artıq Qanuna edilən dəyişikliyə görə xüsusilə zərərli və ağır göstəricilər üzrə pensiya yaş həddi 52 yaş təşkil etmişdir. İddiaçının isə əmək kitabçasından və arxiv arayış lardan görünür ki, həmin Qanun xx.xx.2006-cı il tarixində qüvvədən düşənə qədər onun tələb olunan 10 il xüsusi iş stajı mövcud olmamışdır, lakin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD N°-li Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzetində dərci: xx xxxx 1997-ci il, N° 135) ilə həmin Qanunun qeyd edilən 13-cü maddəsinin “a” və “b” bəndlərinin axırıncı abzası (4-cü) qanundan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılma qla təyin edilir ”. (Həmin Qanunun 12-ci maddəsinə əsasən ümumi əsaslarla pensiyanın yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur). İddiaçının əmək kitabçası və arxiv arayışı ilə müəyyən olunur ki, onun xx xxxx 1997ci ilə qədər işlədiyi “Bakıtuneltikinti” 3-li Tikinti İdarəsində (hazırda “xxxx” QSC-nin 1-li Tunel-tikinti dəstə) xx.xx.2015-ci il tarixli arxiv arayışına əsasən müəyyən olunur ki, iddiaçı “Bakıtuneltikinti” 3 N°- li Tikinti İdarəsində (indiki "Azəritunelmetrotikinti” SC-nin 1 N°-li Tunel-Tikinti İdarəsi) xx.xx.1984-cü ildən - xx.xx.1984-cü ilə qədər 1-ci dərəcəli yeraltı markşeyder fəhləsi (əmr 18/şh xx.xx.1981-1) xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə qədər 2ci dərəcəli yeraltı markşeyder fəhlə» (əmr47/NZ 11 10.1984) xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə qədər 1-ci dərəcəli dağ-mədən fəhləsi (əmr 245/şh xx.xx.1987-il) xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 2-ci dərəcəli dağmədən fəhləsi (əmr 208/şh xx.xx.1988) xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər yeraltı markşeyder fəhləsi (əmr 151 a/Nxx.xx.1989-cu il); xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə qədər 4-cü dərəcəli yeraltı qazmaçı (əmr 87/şh xx.xx.2010-cu il) xx.xx.2010-cu ildən öz xahişi ilə işdən azad edilmişdir. Yeraltı əmək stajı 11 il 9 gün təşkil edir. Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli pensiya hüquqi verən istehsalatların və göstəricilərin 1 nömrəli siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li qərarı xx xxxx 1993-cü il. Göründüyü kimi, iddiaçı xx.xx.1984-cü ildən - xx.xx.1992-ci ilə ( 08 il 09 gün) qədər yeraltı şəraitdə bütün adda markşeyde r, xx.xx.2007-ci ildən xx.xx.2010-ilə ( 03 il) qədər yeraltı qazmaçı işləyib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanların, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ********. “2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər“ hissəsində “bütün adda markşeyderlər” 1010300b-23180 koduna aid edilir. İddiaçının həmin zərərli peşədə xx xxxx 1997-ci ilə qədər «Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin “a” bəndində göstərilən zərərli iş stajı, yəni, 10 ili toplanmadığından (08 il 08 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, x xxxx 1997-ci il tarixinə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”. Belə olan halda, iddiaçının yeraltı şəraitdə bütün adda markşeyder kimi işləməyə başladığı xx.xx.1984-cü il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin «a» bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il ta rixinə qədər (xx.xx.1984- xx.xx.1992-ci illərdə), onun topladığı 8 ildən çox güzəştli iş stajı nəzərə alınaraq, həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni, 60 yaşdan) çıxılmaqla azaldılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun qüvvədə olan hazırda qüvvədə olan 37.7-ci maddəsi ilə keçmiş müddət üçün hesablanan pensiya fərqinin ödənilməsinin prosedur qaydasına görə ötən müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, iddiaçı xx.xx.1962-ci il tarixdə doğularaq, onun əmək pensiya hüququ, 52 yaş həddi xx.xx.2014-cü il tarixində yaranmışdır ki, cavabdeh iddiaçının yaşa görə əmək pensiya hüququ yaranmasını nəzərə almadan iddiaçının tələbl ərini təmin etməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2105/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1084/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1084/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver