Məhkəmə qərarları › İş №2-1(102)-1084/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1084/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1084/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkün qadın boşandıqdan sonra yemək xərci kimi müavinətin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı “məcburi köçkün olaraq on a ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-115/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı nikaha daxil olduğu 2007-ci ilə qədər məcburi köçkün olduğuna görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti almışdır. 2. 08.09.2012-ci ildə onunla məcburi köçkün olmayan şəxs arasında olan nikah pozulmuş və aylıq müavinətin verilməsi bərpa olunmuş, 2019-cu ilin iyul ayından yenidən dayandırılmışdır.

3. Bununla bağlı iddiaçı Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmiş, Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş 18.03.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil edilmir) iyul 2019-cu il tarixd ən dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 22.05.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olaraq ona ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci il tarixə, yəni nikaha daxil olana qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti (33 manat) almış və ailə qurduqdan sonra bu müavinətin verilməsi dayandırılmışdır. 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmu şdur. Bundan sonra məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti yenidən əldə etmək üçün Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş və 2013-cü ildən qeyd olunan müavinəti yenidən almağa başlamışdır. Lakin sonradan, yəni 2019-cu ilin may ayından ona məlum olmayan səbəbdən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin məsələnin həllinə dair müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən ona bildirmişdirlər ki, aylıq müavinət verilməli şəxslərin siyahısı icra hakimiyyəti tərəfində n tərtib edilir və bunun üçün zəruri vəsait icra hakimiyyətinin hesabına köçürülür və məcburi köçkünlərə paylanması təmin olunur. Bundan sonra yenidən Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçi nin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil edilmir) iyul 2019-cu il tarixdən dayandırılmışdır. Cavabdehin məktubda qeyd etdiyi hal ona münasibətdə müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, onun nikahı 2012-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra ona yenidən müavinət verilmişdir. Cavabdehin məktubda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə 24 yanvar 2017-ci il tarixdə qəbul edilmişdir. Qeyd olunan qərar 24 yanvar 2017-ci il tarixdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır.

6. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci il tarixdən nikaha daxil olana kimi məcburi köçkünlərə nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti almışdır. Ailə qurduqdan sonra bu müavinətin verilməsi dayandırılmışdır (əri məcburi köçkün statusuna malik olmadığı üçün). 2012-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. 2019-cu ilin may ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və nikaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur) aylıq müavinəti yenidən dayandırılmışdır.

7. Sumqayıt İnzibati M əhkəməsinin (hakim X4, 2-1(118)-1015/2020 saylı iş) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”na uyğun olaraq İddiaçı nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2019-cu ilin iyul ayından etibarən ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmi ş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”na 2017-ci ildə edilmiş dəyişikliyə istinad etməklə iddiaçının aylıq müavinətini dayandırmaqda haqlı olmamışdır. Belə ki, qeyd edilən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün geriyə şamil olunaraq iddiaçıya tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə ziddir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyası (hakimlər X8-məruzəçi, X6 və X2, 2-1(105)-115/2021 saylı iş) 10 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh qərarın surətini 01.04.2021-ci il tarixdə almış, həmin qərardan 1 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. Məhkəmə Qaydaların 02.06.2017-ci ilədək qüvvədə olan redaksiyasına istinad etməklə iki meyarı əsas götürmüşdür: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət al maq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması.

13. Məhkəmə ləğv edilmiş normaya istinad etməkdə haqlı olmamışdır. Belə ki, aylıq müavinətin verilməsi davam edən münasibət olduğu üçün məhkəmə qərar qəbul edərkən hazırda mövcud olan normaya istinad etməli idi. Qüvvədə olan Qaydaların 2.4-cü bəndinin tələblərinə əsasən isə şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması şərti hal-hazırda qüvvədə olmadığı üçün məhkəmə həmin şərtə istinad edə bilməz.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və nikaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur.

15. Beləliklə, məhkəmə qərar qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, tətbiq etməli olduğu hüquq normasını tətbiq etməmiş, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmiş, mövcud normanı düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdilər.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağan dır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. (-). 20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-); məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. (-). Maddə

6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (-); dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; (-).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarı 22. 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (-). V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: (-). 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; (-).

23. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dö vlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (-).

6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: (-); 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; (-).

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaş ayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (-).

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (-); 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; (-). 2 iyun 2017-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1221) ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər ə vəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndində “(nikahla və ya nikaha daxil olmadan),” sözlərindən sonra “həmçinin sonradan boşanmış qadınlara” sözləri əlavə edilmişdir və həmin bənddən “lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara” sözləri çıxarılmışdır.

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digə r zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaç ı Zəngilan rayonundan məcburi köçkündür, 2007-ci ildə nikaha daxil olana qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti almış və məcburi köçkün olmayan şəxslə ailə qurduqdan sonra həmin vaxtdan müavinətin verilməsi dayandırılmışdır. 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuş, nikahın pozulması 8 sentyabr 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır.

30. İddiaçı bildirir ki, 2013-cü ildən başlayaraq qeyd olunan müavinəti yenidən almağa başlamış, lakin sonradan, yəni 2019-cu ilin may ayından müavinətin verilməsi dayandırılmışdır.

31. Apelyasiya məhkəməsinin mövqeyinə görə Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (02.06.2017-ci ilə qədər) olan redaksiyada 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan hallar biri-birini tamamladığı təqdirdə şəxsə aylıq müavinət şamil olunmur. İddiaçı məcburi köçkün olmayan şəxslə nikaha daxil olmasına baxmayaraq, işğal olunmuş Zəngilan rayonundan öncə hər hansı bir rayonda qeydiyyatda olmamışdır. Ona görə də, Qaydaların 2 iyun 2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasının 2.4-cü bəndinin hazırki iddia tələbinə tətbiq edilməsi yolverilməzdir

32. Cavabdehin şikayətinin dəlillərinə əsasən 2019-cu ilin may ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bə rabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və nikaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur) aylıq müavinəti yenidən dayandırılmışdır.

33. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

34. İddiaçının Zəngilan rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci alması, məcburi köçkün olmayan şəxslə nikaha daxil olduqdan sonra yemək xərcinin verilməsinin dayandırılması, 2013-ci ildə nikahın pozulması, həmçinin hazırda məcburi köçkün statusu olması işin mübahisə olunmay an hallarıdır. 35. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi ilə bağlı 17 dekabr 2010-cu il tarixdə və 10 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Təlimat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə Qayda təsdiq edilmişdir.

36. Həm iddiaçının nikahda olduğu vaxt, həm də nikahı pozulduqdan sonra qüvvədə olan hər üç qaydalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Hər üç sənədin məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri ü zrə qeydiyyatdan çıxıb-çıxmaması ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikah bağladıqdan sonra onun harada qeydiyyatda olmasından, əvvəlki qeydiyyatın saxlanıb-saxlanılmamasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır.

37. İddiaçının həm nikaha qədər, həm nikah dövründə, həm də nikahdan sonra Zəngilan rayonunda qeydiyyatda qalmışdır.

38. Apelyasiya məhkəməsi də qərarında bildirmişdir ki, Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (02.06.2017-ci ilə qədər) olan redaksiyada 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin mə cburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan hallar biri-birini tamamladığı təqdirdə şəxsə aylıq müavinət şamil olunmur. 39. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə məcburi köçkün statusunu almış şəxsə müəyyən edilmiş qaydada dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaqla bağlı təminatlar verilmişdir.

40. İddiaçının məcburi köçkün statusu itirilməmişdir.

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslər sırasına şamil e dilməmişdir.

42. Lakin istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına şamil edilmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilərək hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə riayət edilməmişdir.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin r əftar ayrı-seçkilik xarakteri daşıyır.

45. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur.

46. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

47. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin h üquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

48. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). 49. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün an aloji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.

52. Müba hisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, apelyasiya məhkəməsinin qərarı digər əsaslar üzrə düzgün olduğundan, məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətini təmin etmir.

53. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-115/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar