Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1084/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkün sayılmaması; müddətin üzrsüz səbəblərdən ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçının adına qe ydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-503/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizəyə (kassasiyanın mümkünlüyünə) yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cаvаbdеh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı binanın yaxınlığında yerləşən 40 kv.m torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4497/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-503/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4497/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 23 may 2022-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
6. İddiaçının vəkili 27 fevral 2023-cü il tarixində elektron qaydada kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-503/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa e tməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayət i qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və iş üzrə materialları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalı, kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
9. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına v əkil təyin edilmişdir. Məhkəmə qərardadı icra olunmuş, Vəkil 23 may 2022-ci il tarixdə order yazılmış, xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən vəkilə etibarnamə verilmişdir. Lakin buna baxmayaraq Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)503/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti 27 fevral 2023-cü il tarixində vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Beləliklə də, kassasiya şikayətinin verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Ali Məhkəməyə müraciət edərək, iddiaçının səhhəti ilə bağlı problemlərinin olduğunu bildirmiş və buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Bununla belə, qeyd edilən halları təsdiq edən müvafiq sənədlər müddətin bərpası barədə ərizəyə əlavə olunmamış, eləcə də məhkəməyə təqdim edilməmişdir. Halbuki, bu qərarın 7-ci bəndində istinad edilən normanın tələbinə görə, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
12. Həmcinin bu qərarın 7-ci bəndində istinad edilən normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə müddətin proses iştirakçısının təqsiri olmadan buraxıldığı iş üzrə materiallarla təsdiq olunmur.
13. Odur ki, bu raxılmış müddətin bərpası barədə ərizə əsassız olduğundan rədd edilməli, bu səbəbdən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-503/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.