Məhkəmə qərarları › İş №2-1(102)-1085/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1085/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1085/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1085/19 Bakı şəhəri 17 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin B akı şəhər Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018ci il tarixli, 2-1(103)-2515/2018/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Albalılıq bağ massivində yerləşən 0,065 ha torpaq sahəsindən ibarət olan 1467 saylı bağ sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəzi yyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2-197/2006 saylı qətnaməsi ilə onunla Bakı şəhəri X2 və İstismarı Birliyi arasında bağlanmış Bakı şəhəri, Albalılıq bağ massivində yerləşən 1467 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair 19 avqust 2005-ci il tarixli, 2212 saylı icarə müqaviləsi etibarsız hesab edilərək, həmin bağ sahəsinin ¾ hissəsinə Nailəxanım Əliyeva ilə, digər ¼ hissəsinə dair isə onunla icarə müqaviləsinin bağlanması Bakı şəhəri X2 və İstismarı Birliyinə həvalə edilmişdir. Həmin qurumla onun arasında müqavilə bağlanmışdır. Həmin vaxtdan o, torpaq sahəsinin 0,065 hektarına sahiblik və fasiləsiz olaraq istifadə edir. Torpaq sahəsini daş hasara alaraq, dəmir darvaza qoymuş və orada müxtəlif növ ağaclar əkmişdir. Torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu onun adına tərtib edilmiş 24 may 2006-cı il tarixli, 2212 saylı müqavilənin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilmədiyini əsas gətirərək bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, çünki qanuni qüvvəyə minmiş qətnamə mövcuddur və onunla artıq müqavilə bağlanmışdır. Müqavilədə səlahiyyətli qurum tərəfindən imza və möhürün olmaması isə onun günahı deyildir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Çünki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaka dair iddiaçının cavabdehə rəsmi müraciəti daxil olmamı şdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ərazisində yerləşən 1467 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 24 may 2006-cı il tarixli, 2212 saylı müqavilənin surətinin verilməsi barədə 29 mart 2018-ci il tarixli ərizə ilə sorğunun cavablandırılmasını xahiş etmişdir. Cavabdehin 12 aprel 2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, arxiv qovluğunda mövcud olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka (Albalılıq) ərazisində yerləşən 1467 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair iddiaçının adına tərtib edilmiş 24 may 2006-cı il tarixli, 2212 saylı müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2-1(82)2458/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə i ddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün müəyyən edilmiş əsasları nəzərə almadan iddiaçının müraciətini təmin etməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2515/2018 saylı qərarı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında təkrar göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 12.1, 15, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperati v bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 2.0.1, 2.0.2-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində iddianın mümkün sayılmaması barədə etirazda bildirdiyi əsasl arı təkrarlamış və əlavə dəlillər kimi göstərmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmış və bağ sahəsinin 0,5-1,5 metr məsafəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi və bağ sahəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, həmçinin 1467 saylı bağ sahəsinin 1886,0 kv.m hissəsinin eyni nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Qeyd edilmiş əsaslara görə hesab edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, “xxxx” ASC, X1 Təşkili üzrə Dövlət Agentliyi müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 62, 67, 68, 111.1, “Daşınmaz əml akın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 7.1, 8, 9, 11.1, 12.1, 23, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tasrixli, 439 saylı Fərmanın 2, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 3, 5-ci bəndlərinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və ye ri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. X2 və İstismarı Birliyi (Birlik) ilə İskəndər Əliyev (istifadəçi) arasında bağlanmış Vişnyovka ərazisindəki 1467 nömrəli bağın istifadəyə verilməsi haqqında 13 fevral 1987-ci il tarixli, 2212 nömrəli müqavilənin surətindən görünür ki, Birlik Vişnyovka ərazisində 0,25 hektar torpaq sahəsi olan 1467 nömrəli bağı və ərazisi 13,7 kv.m olan 1 otaqlı yaşayış evini istifadəçinin istifadəsinə vermişdir. Müqavilənin müddəti 13 mart 1987-ci ildən 13 mart 1997-ci ilədək qeyd edilmişdir. X2 və İstismarı Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Vişnyovka ərazisindəki 2212 nömrəli müqavilə ilə 0,25 hektar torpaq sahəsi olan 1467 nömrəli bağın icarədarı İskəndər Əliyev vəfat etmiş, həyat yoldaşı İddiaçı həmin bağın öz adına keçirilməsini xahiş etmişdir. X2 və İstismarı Birliyi (Birlik) ilə iddiaçı (İstifadəçi) arasında bağlanmış Vişnyovka ərazisindəki 1467 nömrəli bağın istifadəyə verilməsi haqqında 19 avqust 2005-ci il tarixli, 2212 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,25 hektar torpaq sahəsi olan 1467 nömrəli bağı iddiaçının istifadəsinə vermişdir. X2 və İstismarı Birliyi (Birlik) ilə iddiaçı (İstifadəçi) arasında bağlanmış Vişnyovka ərazisindəki 1467 nömrəli bağın istifadəyə verilməsi haqqında 24 may 2006-cı il tarixli, 2212 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,06,5 hektar torpaq sahəsi olan 1467 nömrəli bağı iddiaçının istifadəsinə vermişdir. Sabunçu rayon məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2-197/2006 saylı qətnaməsindən görünür ki, iddiaçılar Nailəxanım Əliyeva və qeyrilərinin cavabdehlər İddiaçı və Bakı şəhəri X2 və İstismarı Birliyinə qarşı “bağın istifadəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi və bölünməsi”nə dair iddia tələbi təmin edilmiş, iddiaçı ilə Bakı şəhər X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Albalılıq bağ massivində yerləşən 1967 say lı bağ sahəsinin istifadəyə verilməsinə dair 19 avqust 2005-ci il tarixli, 2212 saylı icarə müqaviləsi etibarsız hesab edilərək, həmin bağ sahəsinin 3/4 hissəsinə Nailəxanım Əliyeva ilə, digər 4/1 hissəsinə isə İddiaçı ilə icarə müqaviləsinin bağlanması Bakı şəhər X2 və İstismarı Birliyinə həvalə edilmişdir. Sabunçu rayon məhkəməsinin 2-197/2006 saylı, 02 fevral 2015-ci il tarixli qərardadının təsdiq edilmiş surətindən görünür ki, Sabunçu rayon məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2-197/2006 saylı qətnaməsində olan yanlışlıq aradan qaldırılmaqla, qətnamənin nəticə hissəsində Albalılıq bağ massivində yerləşən bağın nömrəsi 1467 kimi oxunması qərara alınmışdır. 1 saylı MKİS tərəfindən verilmiş 16 iyul 2005-ci il tarixli, 4997 saylı arayışdan görünür ki, iddiaçı 8-ci mikrorayon, İ.Dadaş ov küçəsindəki 71 saylı evin 134 nömrəli mənzilində yaşayır, ailəsi 4 nəfərdən ibarətdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2018-ci il tarixli, **********51 saylı məktubda qeyd edilmişdir ki, arxiv qovluğunda mövcud olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka (Albablılıq) ərazisində yerləşən 1467 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair iddiaçının adına tərtib edilmiş 24 may 2006-cı il tarixli, 2212 nömrəli müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən müqavilə surətinin verilməsi mümkün olmamışdır. İddiaçınınvəkilitərəfindəntəqdimolunmuşsənədlərdənmüəyyənolunmuşdurki, Sabunçu rayon məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2-197/2006 saylı qətnaməsi qəbuledildikdənsonra 0,25 hektar torpaq sahəsi olan 1467 nömrəli bağın 3/4 hissəsinə payı olan Nailəxanım Əliyeva 0,185 ha torpaq sahəsinə artıq 11 aprel 2008-ci il tarixdə dövlət reyestrindən çıxarış almış vəhəmin bağ sahəsinin nömrəsi 1467 “A” olmuş, Nailəxanım Əliyeva bağ sahəsinə çıxarış aldıqdan sonra həmin bağ sahəsinin 0,125 ha torpaq sahəsini Oqtay Əliyevə satmış, Oqtay Əliyevin bağ sahəsinin nömrəsi 1467 “X”-dır. O.Əliyev həmin özünə məxsus bağ sahəsinin 0,0323 ha torpaq sahəsini T.Abbasquliyevə oğluna satmış, sonuncu da həmin torpaq sahəsini 14.06.2018-ci il tarixdə O.Haqverdiyevə satmış vəsonuncunun hal-hazırki bağ sahəsinin nömrəsi 1467 “K”-dır. İddiaçının vəkili İ.Qədirov tərəfindən təqdim edilmiş ərizədə qeyd olunmuşdur ki, Sabunçu rayonu, Vişnyovka-1 ərazisində yerləşən 1467 saylı bağ sahəsi 650,0 kv.m iddiaçı ilə müqavilə bağlanmış, lakin müqavil ə imzalanmamışdır. Reyestr Xidməti tərəfindən ölçü işləri aparılarkən bağ sahəsinin ölçüsü 625 kv.m müəyyən olunmuşdur. İddiaçının adına bağ sahəsinə 625 kv.m olmaqla çıxarış verilməsinə etiraz etmir. İddiaçı Bakı şəhəri, Albalılıq bağ massivində yerləşən 0,065 ha torpaq sahəsindən ibarət olan 1467 saylı bağ sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçının müraciətindən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qər arın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin icrası haqqında iddia olduğundan, onun icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə görə cavabdehin üzərinə düşür. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçı hazırki tələblə bağlı ilk növbədə cavabdehə rəsmi müraciəti etmədiyi üçün iddia mümkün sayılmamalıdır. Həmçinin, bağ sahəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən və 1467 saylı bağ sahəsinin 1886,0 kv.m hissəsinin eyni nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən edildiyindən, qeyd olunan sahə ilə bağlı iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətində iddianın mümkün hesab edilməməli olması ilə bağlı göstərilmiş dəlili ona görə əsassız hesab edir ki, iş materialında olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan 27 may 2016-cı il tarixli, **********03 saylı məktubun surətindən görünür ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə cavabdehə edilmiş elektron müraciətə cavab olaraq, sözügedən müqavilənin qurumun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı və mühürlə təsdiq edilmədiyi əsas gətirilməklə, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili – bağ sahəsinin 0,5-1,5 metr məsafəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi və bağ sahəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, həmçinin 1467 saylı bağ sahəsinin 1886,0 kv.m hissəsinin eyni nömrə ilə qeydiyyatdan keçməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bi r aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən, torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqları nın müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 5-ci maddəsinə əsasən, torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması. 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən o lunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaqüzərindəmülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışvətəndaşlarınərizələri vəhəmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edənsənədlərəsasındadaşınmaz əmlakın dövlət reyestrini aparandövlət orqanıtərəfindən verilir. Normaların məzmununa görə, torpaq sahələri üzrə əldə olunan hüquqlar daşınmaz əmlakın dövlət reyestrində məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır. Qanunvericilik vətəndaşların həyətyanı sahələr və bağlar altında olan torpaqlarının onların istifadə və icarəsində olduğu ölçüdə və əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən edir. Bu zaman digər şərtlərlə bərabər, ətraf mühitin mühafizəsinin təyin edilməsi şərtinə əməl edilməlidir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən ed ilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun): 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüy ünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, qeyd olunan Qanun daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və təqdim edilmiş Bakı şəhəri X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış müqavilə də həmin əsaslardan biridir. Qanunun 15.1-ci maddəsi isə hansı hallarda hüquqların dövlət qeydiyyatına alınmasından imtin anın mümkün lduğu əsasları konkret qaydada müəyyənləşdirmişdir. Bura daxildir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2.); - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4); - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); - Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda (15.1.6). Cavabdeh şikayətində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 iyun 2005ci il tarixli, 103 saylı Qərarı ilə təsdiq ediliş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və“Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na istinad etmiş, hər iki qaydada sadalanan hallara istinad etmişdir. Lakin iddiaçının qeyd etdiyi bağ sahəsinin bu Qaydalardan hansına aid olduğu, konkret olaraq, hansı mühafizə zonasında yerləşdiyi və ya ümumiyyətlə mühafizə zonasında yerləşməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixl i Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək (3.0.4); hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək (3.0.7) Xidmətin vəzifələri sırasına daxildir. Bu baxımdan, iddia tələbinin qanunsuz olmasını təsdiq edən heç bir sübutun cavabdeh tərəfindən təqdim edilmədiyini nəzərə alan məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya məhkəməsi iş materialında olan sübutlar əsasında düzgün olaraq müəyyən etm işdir ki, bağ sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtina etməsi torpaq sahəsi üzərində onun sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə ( N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-25815/2018/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar