Məhkəmə qərarları › İş №2-1(102)-1085/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1085/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1085/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: pensiyanın yenidən hesablanması; məharət dərəcəsinin nəzərə alınması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi iştirakı ilə, İddiаçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-286/2020 saylı, 28.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: **.**.1960-cı il təvəllüdlü iddiaçı Iddiaçı 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Hərbi Komissarlığında müxtəlif vəzifələrdə qulluq etmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 20 mart 2005-ci il tarixli *** saylı əmri ilə polkovnik leytenant rütbəsində ehtiyata tərxis olunmuşdur. İddiaçıya 31 may 2005-ci il tarixində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuş, iddiaçının adına təminat xərcliyi 1022,80 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmiş, həmin məlumat vərəqi əsasında iddiaçı 19.08.2013-cü il tarixindən 1022,80 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən Azərbaycan Respublikası Hərbi Komissarının 28 dekabr 2004-cü il tarixli 05 saylı əmri ilə ona verilmiş 2-ci “məharət” dərəcəsi nəzərə alınmamış, bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək sözügedən əmrin surətini təqdim etmiş, bundan sonra həmin əmr nəzərə alınmaqla 01 may 2015-ci il tarixindən iddiaçının pensiyasına əlavələr hesablanıb ödənilməyə başlanmışdır. Sözügedən əlavələrin pensiya hüququ yarandığı 10 iyun 2005-ci il tarixindən hesablanmalı olmasına istinad edən iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə 09 avqust 2019-cu il tarixli, **** saylı məktubla iddiaçının müraciətindən imtin a edərək bildirmişdir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2010,96 manat məbləğində fərq 2018-ci ilin may ayından etibarən hissəhissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Hərbi Komissarının 28 dekabr 2004-cü il tarixli 05 saylı əmri ilə 2-ci “məharət dərəcəsi” verilməsi barədə əmr nəzərə alınmaqla, pensiyasına əlavələrin 01 yanvar 2006-cı il tarixdən başlayaraq hesablanıb ona ömürlük ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci və 32.1-1-ci maddələrinə ə sasən, keçmiş müddət üçün alınmamış əmək pensiyası müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. İddiaçı, 2-ci “məharət” dərəcəsinə görə pensiyasına əlavələr tələb etsə də, bununla bağlı əmrin surətini pensiya təyin edilərkən yox, 05 aprel 2018-ci ildə cavabdehə təqdim etmiş, cavabdeh də həmin vaxtdan əvvəlki üç il üçün hesablamaqla keçmiş müddət üçün yaranmış fərqi ödəyir. Göstərilənlərə əsasən mövqeyini əsaslı hesab edən cavabdeh orqan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)3820/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)3820/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2020-ci il tarixli, 21(103)-286/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)3820/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanması cavabdehin qanuni vəzifəsi olsa da, cavabdeh bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2020-ci il tarixli, 21(103)-286/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə g örə apellyasiya instansiya məhkəməsinin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 37.7 və 32.1-1-ci maddələrinə ziddir. Belə ki, cavabdeh həmin maddələri rəhbər tutaraq müraciət tarixindən ən çoxu üç il üçün pensiyanı hesablayıb və hissə-hissə ödəyir. İddiaçının 2006-cı ildən 2015-ci ilədək olan dövr üçün cavabdeh orqandan pensiya ödənilməsini tələb etmək hüququ, cavabdehin isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, cavabdehin imtinası “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğundur. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 37.7 və 32.1-1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2020-ci il tarixli, 2-1(103)-286/2020 nömrəli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 28.01.2020-ci il tarixli, 2-1(103)-286/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, 14.10.1978-ci ildən 15.11.1980-ci ilə qədər Sovet Ordusunda xidmət etmiş, 24.02.1993-cü ildən 17.04.1996-cı ilə qədər X RHK HK-nin köməkçisi, 17.04.1996-cı ildən 13.01.1997-ci ilə qədər Bakı şəhəri X RHK çağırış bölməsinin rəisi, 13.01.1997-ci ildən 20.03.2005-ci il tarixə qədər Bakı şəhəri X RHK-nin 2-ci çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş, 28.12.2004-cü il tarixli Azərbaycan Respublikası HK-nın 05 nömrəli 28.12.2004–cü il tarixli əmrinə əsasən iddiaçıya 2-ci dərəcəli məharət dərəcəsi verilmiş, Azərbaycan Respublikası MN-nin 20.03.2005-ci il tarixli **** saylı əmrinə əsasən ehtiyyata tərxis olunmuşdur. 19.08.2013-cü il tarixdən 1022,80 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmiş ona pensiya təyin edilmişdir. Pensiya təyin edilən zaman Azərbaycan Respublikası Hərbi Komissarının 28 dekabr 2004-cü il tarixli 05 saylı əmri ilə ona 2-ci '‘məharət” dərəcəsi verilmiş, lakin buna görə nəzərdə tutulan əlavələr onun pensiyasına hesablanmamışdır. İddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə müraciətindən sonra qeyd olunan əmrin surəti 05 aprel 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən “məharət” dərəcəsi verilməsi barədə əm r nəzərə alınmaqla 01.05.2015-ci il tarixdən hesablanaraq ona ödənilməyə başlanmışdır. Cavabdeh kassasiya şikayətinin dəlillərində məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 37.7 və 32.1-1-ci maddələrinə zidd qərar qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ö tən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli qərarında qeyd olunur ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hər bi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) –hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmlar da nəzərə almaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənd göstərilən pul təminatından hesablan ır. Qaydaların 4-cü bəndinə əsasən hərbi quluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması cavabdehin qanuni vəzifəsi olsa da, cavabdeh bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan məna felərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə b ərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8- ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2020-ci il tarixli, 21(103)-286/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar