Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1085/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı torpaq sahəsinin mülkiyyətə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddi açı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-110/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayonu Xudat bələdiyyəsinin 16.02.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları 22 may 2006-cı il tarixli Dövlət Aktı ilə qeydə alınmışdır.
2. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh **********47 saylı, 29 noyabr 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-1160 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığı, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmadığı aşkar edilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul olunmasını xahiş e tmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat bələdiyyəsinin 20.02.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində 0.12 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları 05 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Bundan başqa, Xaçmaz rayonu Xudat bələdiyyəsinin 16.02.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları 22 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. İddiaçı Xaçmaz rayonu Qusarçay bələdiyyəsinin 30 mart 2005-ci il tarixli 3/3 saylı Qərarına uyğun olaraq həmin bələdiyyə ilə bağlanılan 08.04.2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında Xaçmaz rayonu Qusarçay bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.34 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satın almış və dəyərini tam ödəmişdir. Qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh təşkilat hər üç torpaq sahəsi ilə bağlı iddiaçının müraciətlərinə 29.11.2018-ci il tarixli məktubla cavab verərək həmin ərizələrin icrasından əsassız olaraq imtina etmişdir.
6. Daha sonra iddiaçının nü mayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-471/2019 saylı, 29 yanvar 2019cu il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddiaçının cavabdehə qarşı hazırki iş üzrə iddiasına “Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmi n torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair hissədə baxılması qərara alınmışdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 2203 saylı ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aiddir. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz.
11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarı n ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-1(105)-110/2021 nömrəli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilm əsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılan zaman səlahiyyətli dövlət orqanının rəyinə əsasən, kənd təsərrüfatına az yararlı torpaq olmuşdur. Qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Odur ki, iddia əsaslıdır.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkə məsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06.11.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-653 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şö bəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır.
16. Bundan əlavə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı kateqoriyaya aid torpaq sahələrinin JN653 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərildiyi kimi, sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olun masını xahiş etdi.
19. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsind ə sərəncam vermək hüquqlarından ibarətdir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... Maddə 8.0.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
27. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ə razisində 0.47 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etdikdən sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır.
28. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab etməsə də, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərək cavabdehin imtinasının qanuni olmaması qənaətinə gəlmişdir.
29. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş edir. Şikayətin dəlillərindən görünür ki, orada aşağıdakı məsələlər mübahisələndirilir. 1) Cavabdehin elektron məlumat bazasında olan xəritədə dövlət aktının öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması: 2) qeyd edilən torpaq sahəsinin xəritədə kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi kimi göstərilməsi.
30. Kassasiya şikayətinin birinci dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyni adlı Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər.
31. Qeyd olunmalıdır ki, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmamasının məsuliyyəti vətəndaşın deyil, qeydiyyat orqanlarının üzərinə düşür. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyi n, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Ərizəçi isə - hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır.
32. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz rayonu Xudat bələdiyyəsinin 16.02.2006-cı il tarixli 03 saylı qərarının və onunla bağlı torpaqayırma sənədlərinin məhkəməyə təqdim edilməsi barədə Xaçmaz rayonu Xudat bələdiyyəsinə və Xaçmaz rayonu Dövlət Arxivinə müvafiq sorğular verilmişdir. Sorğulara cavab olaraq Xaçmaz rayonu Xudat bələdiyyəsinin 16.02.2006-cı il tarixli 03 saylı qərarının təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qərardan görünür ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti üçün alınacaq 0.47 ha torpaq sahəsinə görə bələdiyyənin hesabına ******* manat pul köç ürülmüşdür.
33. Məhkəmə kollegiyası qeyd edir ki, idarənin elektron məlumat bazasında olan xəritədə dövlət aktının olmaması torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas deyil.
34. Torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi olması ilə bağlı kassasiya şikayətində qeyd edilmiş dəlilə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasının mümkünlüyü barədə həmin dövrdə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 14.02.2006-cı il tarixli, 411/3 nömrəli rəy verilmişdir. Rəyə əsasən, iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xudat bələdiyyə sinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xudat bələdiyyəsinin ehtiyat fondunun azyararlı torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. (iş mat 125)
35. Həmçinin, Xaçmaz rayon Xudat bələdiyyəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış 58 saylı 12 fevral 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Xudat bələdiyyəsi ərazisində 0.47 ha torpaq sahəsini 22.05.2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında satın alaraq dəyərini tam ödəmişdir. Həmin torpaq sahəsi satılan zaman kənd təsərrüfatına az yararlı olmuşdur. Belə ki, qrunt sularının təsirindən, eləcə də ayrılan tullantıların torpağı çirkləndirməsi səbəbindən həmin torpaq sahəsi kənd təsərrüfatı üçün yararsız halda ol muşdur. Buna görə də həmin torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna uyğun olaraq satılması məqsədə uyğun olmuşdur. İddiaçı həmin torpaq sahəsinə 2006-cı ildən faktiki olaraq sahiblik edir. Torpaq sahəsində 2006-cı ildən etibarən aqrotexniki, aqrokimyəvi, meliorativ və eroziyaya qarşı kompleks tədbirlər görülmüşdür. Torpaq sahəsinin münbitliyinin artırılması, torpağın münbit qatının mineral, üzvi gübrə və kimyəvi meliorantlarla tələbatının təmin edilməsi, əlavə torpaqların daşınaraq ərazinin relyefinin düzəldilməsi, eləcə də qrunt sularının təsirinin aradan qaldırılması iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatına qismən yararlı hala salındıqdan sonra 2014-2015ci ildən etibarən heyvandarlıq üçün yem bitkiləri əkilmiş və torpağın mü nbitlik xassəsi artırılmışdır. Bələdiyyə ərazisində iddiaçıya məxsus 2.57 ha torpaq sahəsinin yaxınlığında bəzi torpaq sahələri kənd təsərrüfatına az yararlı hesab olunur. Qeyd olunan torpaq sahələrinin münbitlik xassəsini artırmadan və bataqlıqların qarşısını almadan kənd təsərrüfatı üçün istifadəsi mümkün deyil.
36. Beləliklə müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılan zaman səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyinə əsasən, kənd təsərrüfatına az yararlı torpaq olmuşdur. Qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir.
37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazi rliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 2203 saylı ekspert rəyində torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aid olduğu göstərilsə də, torpaq sahəsinin hazırda təmiz suvarılan əkin sahəsi kimi müəyyən edilməsi onun satılan zaman da yararlı olmasına dəlalət etmir. 38 Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-110/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.