Məhkəmə qərarları › İş №2-1(102)-1085/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1085/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1085/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının 47 yaşdan yenidən hesablanması, apellyasiya şikayətinin dəlilinə münasibət) Giriş hissə: Hakimlər: Rahib Nəbizadə- sədrlik edən və məruzəçi, Zakir Quliyev Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-anadan olub; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)938/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus BT seriyalı 044697 saylı xx.xx.1981-ci il tarixli diplomdan görünür ki, o, 1979-cu ildə Bakı Politexnikumuna daxil olmuş, 1981-ci ild ə “Topoqrafiya” ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya məxsus İT seriyalı 022242 saylı xx.xx.1980-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək istehsalat təcrübəsini keçdiyi vaxt üçüncü dərəcəli ölçücü vəzifəsində işləmiş, xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən Bakı tunel tikinti TQİ-3 yeraltı şəraitdə 2-ci dərəcəli markşeyder fəhləsi, xx.xx.1984-cü il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 74/ls 07.05.84), xx.xx.1987-ci il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 8/H 10.01.87), xx.xx.1987-ci il tarixdən Yeraltı şəraitdə markşeyder (Əmr 255/m 30.12.87), xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər yeraltı şəraitdə növbə markşeyderi (Əmr 81 As xx.xx.1992), xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixə qədər "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsində (əmr K-537 xx.xx.2014) işləmişdir. 3. 125949 saylı pensiyaçının uçot vərəqindən görünür ki, ona xx.xx.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, **********8 saylı xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya 404,91 manat məbləğində pensiya hesablanmışdır.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2008-ci ildən yenidən hesablanması (təyin edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı, xx.xx.2020-ci il tarixli imti na məktubunda qeyd edilmişdir ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırki dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 47 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-cü il tarixli əmrl ə “Bakıtuneltikinti” (SMU-3) idarəsinə markşeyder 2-ci dərəcəli fəhlə kimi yeraltı işinə qəbul edilmiş, həmin vaxtdan da metrotikintidə yeraltı işlərdə fasiləsiz olaraq 2014-cü ilədək işləmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş və xx.xx.2014-cü il tarixli əmrlə "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. SSRİ Ali Soveti tərəfindən 1989-cu ildə təsdiq edilmiş Nazirlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasi ləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə müraciət etmiş, lakin ona mümkün olmadığı bildirilmiş və 2013-cü ildə pensiya təyin edilmişdir. 2013-cü ildə ona 209 manat pensiya hesablanmış, halbuki 2008-ci ildə təyin edilsəydi, 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi, ona pensiya 4 il sonra təyin edilmiş, həmçinin, təyin edilmiş pensiya düzgün hesablanmamış və bu günə kimi 12 il ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış, nəticədə hüquqları pozulmuşdur. Ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırki dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi barədə cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin ərizəyə cavab veri lməmişdir. xx.xx.2020-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və cavab belə verilməmişdir.

9. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 19 sentyabr 2013-cü il tar ixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000- ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim – M.C.Qarayeva) iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi 47 yaşının tamam olduğu xx.xx.2008ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqq ında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017- ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi - iddiaçının 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı 52 yaşdan deyil, 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Buna görə də, xx.xx.2008-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli 21(103)-938/2022 nömrəli qərarına əsasən (sədrlik edən X.A.Cəmilova, hakimlər M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1989-cu ildə təsdiq edilmiş Nazi rlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasiləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nin Xətai rayon Şöbəsinə müraciət etmiş, pensiya 2013-cü ildə təyin edilmişdir. 2013-cü ildə 209 manat pensiya hesablanmışdır, halbuki 2006-ci ildə təyin edilsəydi 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi pensiya 4 il sonra təyin edilmişdir, həmçinin təyin edilmiş pensiya düzgün hesablanmamışdır və bu günə kimi, uzun müddət ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış və nəticədə hüquqları pozulmuşdur.

17. Məhkəmə k ollegiyası tərəfindən qanunun normaları düzgün tətbiq edilməmişdir və nəticədə ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, qərarda Məhkəmə kollegiyası tərəfindən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, "Əmək pensiyaları haqqında " Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

18. Həmçinin Məhkəmə kollegiyası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, qanununa edilmiş dəyişikliyi də əsas götürməklə pensiya hüququnun 52 yaşda yaranması qənaətinə gəlmişdi, halbuki "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişiklik və əlavələr 28 noyabr 2006-cı tarixli Qanunla başlayır və güzəştli şərtlərlə əmək pensiyası hüququ artıq qanunlara edilmiş dəyişikliklərdən əvvəl yaranmışdır və qanunlara edilmiş dəyişikliklər şamil edilə bilməz.

19. İddiaçının 1977-ci ildən 1981-ci ilədək təhsil müddəti ümumi iş stajına hesablanmalıdır. Lakin cavabdeh tərəfindən onun təhsil aldığı müddəti ümumi iş stajına hesablamamışdır. Pensiya hüququ bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri il ə müəyyən edilməlidir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyah ı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir.

22. Bu səbəbdən də, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və b u müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. 24. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalış an işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

30. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya 404,91 manat məbləğində pensiya hesablamışdır.

31. İş üzrə materiallardan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasını, təhsil aldığı müddətin ümumi iş stajına əlavə edilməklə ona 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci il tarixdən pensiyanın təyin edilməsini və yaranmış qalıq məbləğinin cavabdeh tərəfindən hesablanmasını tələb edir.

32. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 52 yaşdan deyil, 47 yaşdan təyin edilməli olduğunu bildirmişdir.

33. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması və təyin edilməsi şərtləri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində müəyyən edilmişdir. Bəhs olunan qanunvericilik aktlarına görə kişilərin 47 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququnun olması nəzərdə tutulmamışdır.

34. Od ur ki, apellyasiya instansiya məhkəməsinin iddiaçının 47 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur. Bu hissədə iddiaçının şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. İddiaçının digər tələbi texnikum təhsil illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədədir. İddiaçı apelyasiya şikayətində də təhsil aldığı dövrün pensiya təyini zamanı nəzərə alınmadığını bildirmiş, lakin apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apelyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir.

36. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təhsil illərinin pensiya təyini zamanı nəzərə alınıb-alınmaması ilə bağlı araşdırma aparmamışdır.

37. İddiaçıya məxsus BT seriyalı 044697 saylı xx.xx.1981-ci il tarixli diplomdan görünür ki, o, 1977-ci ildə Bakı Politexnikumuna daxil olmuş, 1981-ci ildə “Topoqrafiya” ixtisası üzrə tam kursu bitirmişdir. Ona 52 yaşdan pensiya təyin olunarkən təhsil aldığı illərin nəzərə alınması işdə olan sənədlərlə müəyyən etmək mümkün deyildir.

38. Hüquqi baxımdan düzgün qərarın qəbulu yalnız o zaman təmin olunur ki, həmin qərar həqiqi və düzgün faktiki əsaslara söykənmiş olsun.

39. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən qeyd edilən tələblərə və məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən işin müvafiq tənzimləyici normanın dispozisiya şərtlərinə aid halları tam və hərtərəfli müəyyən edil məmiş, iş üzrə mübahisəli faktiki hallar yetərli səviyyədə yoxlanılmamış və həmin halların aydınlaşdırılması istiqamətində müvafiq araşdırma aparılmamışdır. Nəticədə işin müəyyən olunmuş halları baxımından, obyektiv və düzgün qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılması təmin edilməmişdir.

40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təhsil illəri nəzərə alınmaqla pensiya təyin olunmasının rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iş təkrar baxışa göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ: Kassasiya şikayəti q ismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 21(103)-938/2022 nömrəli qərarı İddiaçı təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin olunmasının rədd olunması hissəsində ləğv edilsin. Bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar