Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1085/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabd ehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-1337/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. 2. 22.04.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3. 01.09.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır. 4. 12.07.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı “Azenerqostroy” Trestinin A zərbaycan Dövlət Rayon Elektrik Stansiyasına xx.xx.1982-ci ildə 39 nömrəli Texniki Peşə Məktəbindən göndəriş əsasında dördüncü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1987-ci ildə beşinci dərəcə verilmiş, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Tikinti-Quraşdırma İdarəsinə xx.xx.1990-cı ildə 5-ci dərəcəli əl elektrik qövs qaynağın elektrik qaynaqçısı kimi işə götürülmüş, xx.xx.1992-ci il tarixdə işdən çıxarılmış, xx.xx.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1993-cü ildə 6-cı dərəcəli elektrik qaynaqçısı verilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 10 nömrəli Tikinti İdarəsinə xx.xx.1995-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1997-ci ildə işinin öhdəsindən gəldiyi üçün 6-ci dərəcəli verilmiş, xx.xx.2000-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2000-ci ildə "xxxx" ATSC qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən 0,5 elektrik qaynaqçısı işinə keçirilmiş, xx.xx.2003cü ildə müqavilənin müddəti başa çatdığı üçün işdən azad edilmişdir. "xxxx" MMC-yə xx.xx.2005-ci ildə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, 5-ci dərəcə ilə elektrik qaz qaynaqçısı briqadiri vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Tikinti və İstehsalat İdarəsinə xx.xx.2010-cu ildə Dəmir-Beton Məmulatları İstehsalı sahəsinin 1 saylı Dəmir-beton sexinə 5-ci dərəcə briqadir vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə Tikinti Məmulatları İstehsalat Kombinatına 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə STPnin Tikinti Məmulatlarının İstehsal Kombinatına vəzifə və dərəcəsi saxlanılmaqla keçirilmiş, xx.xx.2012-ci ildə "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsal İdarəsinə 5-ci dərəcəli birqadir keçirilmiş, xx.xx.2014-cü ildə Mingəçevir Tikinti və Quraşdırma İdarəsinin Dəmir-Beton Məmulatlarının İstehsalı sexinə 5-ci dərəcəli briqadir peşəsinə keçirilmiş, xx.xx.2015-ci ildə Tikinti İdarəsinin Mingəçevir RTA sahəsinin DBMİ sexinə 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci ildə DMBİ sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məəcəlləsinin 68-ci maddəsinin 2-ci hi ssəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. “Turqut” kiçik müəssisəsinə xx.xx.2019-cu ildə tikinti sahəsinə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC-yə xx.xx.2019-cu ildə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci ildə 2-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, xx.xx.2020-ci ildə qaynaqçı peşəsinə keçirilmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. 5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tar ixli, 01-FA/989 nömrəli arxiv arayışına əsasən, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu ildə (144/22-kş nömrəli əmr, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Mingəçevir Tikinti İstehsal İdarəsinin Dəmir Beton Məmulatlarının İstehsalı sahəsinin 1 saylı Dəmir beton sexinə iş icraçısı vəzifəsinə qəbul edilib, xx.xx.2015-ci ildə (15/1/48-irş nömrəli əmr, xx.xx.2015-ci il) Dəmir Beton Məmulatlarının İstehsalı sexinə elektrik qaynaqçısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə (15/1/69-irş nömrəli əmr, xx.xx.2015-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “B ina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”nə uyğun iş icraçılarının və “Ümumi peşələr”in 35-ci fəslində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Güzəştli pensiya üçün staj: 5 il 1 gün təşkil edir. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AG/37 nömrəli arxiv arayışına əsasən, 1960-cı il təvəllüdlü İd diaçı xx.xx.2005-ci ildə (07/-k nömrəli əmr, xx.xx.2005-ci il) "xxxx" MMC-yə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə (40/k nömrəli əmr, xx.xx.2006-cı il) həmin müəssisədə elektrik qaz qaynaqçısı sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2010-cu ildə (123/k nömrəli əmr, xx.xx.2010-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəslinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 5 il 4 ay 28 gün təşkil edir. 7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 04 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.2000-ci il tarixdə "xxxx" ATSC-yə əmək müqaviləsi yolu ilə qaz qaynaqçısı işinə qəbul edilmiş (42/k nömrəli əmr), xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən 0,5 ştat vahidi ilə elektrik qaynaqçısı işinə keçirilmiş (144 nömrəli əmr), xx.xx.2003-cü ildə əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilmişdir (54/k nömrəli əmr). Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci sətrinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj 3 il 1 ay 8 gün təşkil edir. xx.xx.2016-cı il tarixdə müəssisə "xxxx" ASC adlandırılmışdır.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 41019 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İ nzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Az.DRES Tikinti Quraşdırma İdarəsində qaynaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Ümumittifaq Trestinin Hidromontaj İdarəsində elektrik qaynaqçısı, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 10 nömrəli Tikinti İdarəsində qaynaqçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də elektrik qaynaqçısı xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də qayn aqçı, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-nin Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir Beton Məlumatları İstehsalı sahəsinin 1 saylı Dəmir Beton sexində briqadir, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Turqut” kiçik müəssisəsinin tikinti sahəsində çilingər vəzifələrində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41019 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 38114,86 manat təşkil etdiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası ilə razılaşmadığından məhkəməyə müraciət etməli olmuşdur.
12. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41010 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci bəndinə əsasən, Qanunun 9- cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajı isə arayışlar vasitəsilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən üç güzəştli arayış təqdim edilmişdir. Birinci arayış iddiaçının xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı əmək fəaliyyəti ilə bağlıdır. Həmin arayışda hər hansı peşəyə deyil, ümumi şəkildə - “35-ci sətirə” istinad olunur. Üstəlik arayışda möhür görünmür. İkinci arayış iddiaçının xx.xx.2010-xx.xx.2015-ci illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayış cəmi 5 ili əhatə edir. Üçüncü arayış iddiaçının xx.xx.2005-xx.xx.2010-cu illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayışda iddiaçının iş icraçısı olduğuna istinad olunduğundan və bu məlumat iddiaçının əmək kitabçası ilə uyğunluq təşkil etmədiyindən, bundan əlavə, arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısındakı hər hansı konkret peşəyə deyil, ümumi fəslə istinad olduğundan, arayış etibarlı hesab edilmir. İddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38000 manat məbləğində hesablanmışdır.
13. Birinci instansiya məhkəməsinin iş üzrə iclasında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38000 manat məbləğində hesablanmışdır.
14. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-5492/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu fəslində və “Ümumi peşələr” adlı 35-ci fəslində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələrində güzəştli iş stajı 12 il 6 aydan çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün iddiaçının 60 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasının əsası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ə mək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 39313,02 manat pensiya kapitalı vardır. Məhkəmə hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Cavabdeh öz etirazında, iddiaçının təqdim etdiyi arxiv arayışlarının mötəbər olmadığını bildirmişdir və həmin arayışların etibarsız olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, İlham Kərimli və Azər Hüseynov) 20 dekabr 2022-ci il tarixli, 21(103)-1337/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekab r 2021-ci il tarixli, 2-1(112)-5492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın verilməsi barədə ünvanlanmış sorğuya verilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı həqiqətən xx. xx.2010-cu ildə "xxxx" ASC-nin Mingəçevir Tikinti İstehsal İdarəsinin Dəmir Beton Məmulatlarının İstehsalı sahəsinin 1 saylı Dəmir beton sexinə iş icraçısı vəzifəsinə qəbul edilib. xx.xx.2015-ci ildə Dəmir Beton Məmulatlarının İstehsalı sexinə elektrik qaynaqçısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. İdarənin həmin dövrlərdə ştat cədvəlində nəzərdə tutulmuş iş icraçılarının vəzifə öhdəlikləri briqadirlərə həvalə edilmişdir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən vəzifələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinin “b” – mütəxəssislər bəndinə əsasən “Tikinti və quraşdırma işləri”ndə işləyən iş icraçılarının və “Ümumi peşələr” adlı 35-ci fəslində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, i şlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın, XXVİİ fəslinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı və təmiri” bəndinin “b” rəhbərlər və mütəxəssislər yarımbəndinin 2290000b-24441 saylı şifrəsinə əsasən iş icraçıları və XXXİİİ “Ümumi peşələr” fəslinin 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İddiaçının işlədiyi qaynaqçı, elektrik qaynaqçısı, qaz qaynaqçısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu fəslində nəzərdə tutulmuş “Bi na, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsinə və 35-ci fəslində nəzərdə tutulmuş “Ümumi peşələr”in “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və güzəştli iş stajı 12 il 6 aydan çoxdur.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı h üququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu vardır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı -
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) rəhbərlər və mütəxəssislər: iş icraçıları. -
35. Ümumi peşələr qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan Haqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmas ı üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və güzəştli əmək stajı ilə əlaqədar şərtləriin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normala rı da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Ca vabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araş dırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtə rəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
36. Yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
37. Həmçinin iddiaçının işlədiyi peşələrin (qaynaqçı, elektrik qaynaqçısı, qaz qaynaqçısı, eləcə də iş icraçısının vəzifə öhdəliklərinin həvalə edildiyi briqadir) və sahələrin müvafiq olaraq ümumi və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
38. Nəzərə almaq la zımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayışlar, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışlarda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışların tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
39. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasın dan cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
41. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 21(103)-1337/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.