Məhkəmə qərarları › İş №2-1(102)-1086/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1086/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1086/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1086/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2152/2018 saylı qərarından cavabdeh Bakı şəhəri X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Vergilər Departamentinin əməkdaşının, cəmi 2 ay fəaliyyətdə olan çörəkbişirmə sexinə heç bir qərar, sənəd təqdim etmədən 9.400 manat vergi borcu hesabladığını, səbəb kimi obyektdə alıcıya qəbz verilməməsinin göstərildiyini, fəaliyyətdə olduğu dövrdə vergi ödəmələrini həyata keçirdiyini, bununla yanaşı 2 ay müd dətinə icarəyə götürdüyü çörəkbişirmə sexində 9000 manat ödəməyə məcbur olunduğunu və həmin pulu ödədiyini, vergi orqanının əməkdaşının ondan əlavə 24.000 manat pul vəsaiti ödəməyi də tələb etdiyini bildirərək, cavabdehin 01 aprel 2016-cı il və xxxx 2016-cı il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli,2-1(81)-2634/2016 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim - Ş.Məmmədova). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-23/2018 saylı qərardadı ilə xxxx 2016-cı il tarixli qərarın ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır. Həmin Məhkəmənin xxxx 2018-ci il tarixli, 2-1( 82)-23/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xxxx 2016-cı il tarixli, **********006976 nömrəli ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir (hakim - R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2152/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Bak ı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxxx 2014-xxxx 2014-cü il dövr ərzində İddiaçı ümumi dövriyyəsi 129353,92 manat müəyyən edilmişdir ki, nəticədə iddiaçı tərəfindən gəlirlərin 2077,43 manat azaldılması müəyyən edilmiş, xxxx 2015-2015-ci ilin mart ayınadək ümumi dövriyyə 120.304.47 manat müəyyən edilir ki, nəticədə ödənilməli olan ƏDV 21.654,80 manat məbləğində müəyyən edilmiş, xxxx 2016-cı il tari xdə səyyar vergi yoxlaması nəticəsində azaldılmış vergi məbləğlərinin müəyyən edilməsi üçün təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının xxxx 2016-cı il tarixli, **** nömrəli rəyi ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə xxxx 2012-ci il tarixdən xxxx 2015-ci il tarixədək olan dövr üzrə 3.830,43 manat sadələşdirilmiş vergi və 8.284,48 manat ƏDV olmaqla, ümumilikdə 12.114,91 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xxxx 2016-cı il tarixli, ***** saylı rəyi vergidən yayınma faktını birmənalı olaraq təsdiq edir, keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən xxxx 2015-ci il tarixdə saat 16:10-da alınmış 2.120 ədəd çörək üçün 360,40 manat pulun ödənildiyi və müştəriyə çekin və ya ciddi hesabat blankının təqdim edilmədiyi və 9 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşı tərəfindən iddiaçının və 4 nəfər fiziki şəxsin izahatları alınmış, nöqsana yol vermiş şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri götürülərək, akta əlavə edilmiş, iddiaçı operativ vergi nəzarəti tədbirinə təqdim etdiyi izahatda 9 nəfər fiziki şəxsin əmək müqaviləsinin (kontraktının), eyni zamanda əmək bildirişlərinin olmadığını etiraf etmiş, həmçinin 20122015-ci illər üzrə sadələşdirilmiş vergi, sonradan isə ƏDV hesablanmış, enerji sərfiyyatına əsasən müəyyən olunmuşdur ki, vergidən yayınma var, iddiaçıya cinayət işi açılmış, sonradan isə xitam verilmiş, cavabdehin hesablamaları ilə ekspert rəyi arasında sadəcə dövriyyə ilə əlaqədar fərq var, qalan hər şey üst-üstə düşür. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azər baycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçıməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2152/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı nın sahibklarlıq fəaliyyəti üzrə keçirilmiş “Səyyar vergi yoxlamasının nəticələri haqqında” xxxx 2016-cı il tarixli, ********** nömrəli akta baxaraq, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xxxx 2016-cı il tarixli, ********** nömrəli qərar qəbul etmiş, cavabdeh xxxx 2016-cı il tarixli, ********** nömrəli qərara düzəliş edilməsi barədə xxxx 2016-cı il tarixdə ********** nömrəli qərar qəbul etmiş, mütəxəssis rəyinə görə müəssisədə xxxx 2014-cü il tarixdən xxxx 2014-cü il tarixədək olan dövr üzrə ümumən 878.028 kq və yaxud 1.595.579 ədəd məhsul buraxılmış, o cümlədən 816.566 kq və ya 1.484.664 ədəd 0,55 kq fərşli buğda çörəyi, 43.900 kq və ya 109 753 ədəd 0,400 kq pəhriz çörəyi, 17 561 kq və ya 117.074 ədəd 0,150 kq şor qoğal istehsal edilmiş, buraxılan çörək məmulatlarının ümumən 118.773 ədədi satış müddəti bitdiyindən, ticarət şəbəkələrindən geri qaytarılmış, ekspert rəyinə əsasən sözügedən sexdə xxxx 2014-cü il tarixdən xxxx 2015-ci il tarixədək istehsal olunan 0,55 kq fərşli buğda çörəyinin 1 ədədinin real buraxılış qiyməti 18 qəpik, 0,400 kq qəlipli pəhriz çörəyinin qiyməti 20 qəpik, 1 ədəd 0,150 kq şor qoğalın qiyməti 12 qəpik, 1 ədəd ədəd geri qaytarılmış çörəyin qiyməti isə 10 qəpik olmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, çörək və unlu məmulatların istehsalı sexində istehsal həcminin yalnız qaz sərfiyyatı ilə müəyyən edilməsi əsaslı sayıla bilməz, çünki, istehsal həcmi ilə qaz sərfiyyatı bir-birilə müəyyən qədər düz mütənasib olsalar da, müəssisədə istehsal həcmin in bu əmsalla müəyyənləşdirilməsinə başqa amillər imkan vermir, məsələn hazırlanan məmulatların müxtəlifliyi, onların saxlanma müddətinin qısa olması səbəbindən mümkün qədər təlabata uyğun həcmdə istehsalın sərfəliliyi, geri qaytarılan məhsulların miqdarının və dəyərinin qeyri-müəyyənliyi (həm də satılıb-satılmaması), istehsal avadanlığın işləməsinə məsul olan şəxsin (texnoloq və digər şəxsin) peşəkarlığı və sair., cavabdehin mövqeyinin əsasını o təşkil etmişdir ki, iddiaçıya məxsus müəssisədə aparılan səyyar vergi yoxlaması zamanı onun tərəfindən zəruri sənədlər təqdim edilməmiş, bu səbəbdən iddiaçının 2012-ci ilin xx ayından 2015-ci ilin xx ayınadək fəaliyyəti ilə bağlı ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçının göstərilən dövrlə bağlı vergi borcu hesabla nmış, qanunvericilikdə səyyar vergi yoxlamasının aparılması zamanı ödənilməli olan verginin məbləğinin müəyyən edilməsi üçün istifadə edilən məlumatların siyahısı göstərilmiş, cavabdeh iddiaçının vergi borcunu hesablayarkən ekspert və mütəxəssis rəylərinə əsaslanmış, ekspert rəyində iddiaçıya məxsus müəssisədə istehsal olunan məhsulların qiyməti müəyyən edilmiş, mütəxəssis rəyində isə yoxlamanın əhatə etdiyi dövrdə istehsal olunan məhsulların həcmi müəyyən edilmiş, mütəxəssis rəyində həmin dövrdə istehsal olunan məhsulların həcmi müəyyən edilərkən müəssisədə istifadə edilən qurğuların qeyd edilən dövrdə istifadə etdiyi təbii qazın həcminə əsasən hesablama aparılmış, vergi qanunvericiliyinə əsasən müəssisənin vergi borcu onun idxal və ixrac əməliyyatlarına əsasən müəyyən edilməlidir, yalnız istehsal həcminin müəyyən edilməsi müəssisənin vergi borcunun hesablanması üçün əsas deyildir, həmçinin cavabdehin istinad etdiyi mütəxəssis rəyinin əsaslandığı iddiaçının təbii qaz istehlakı Vergi Məcəlləsinin 67.1-ci maddəsində təsbit edilmiş əsaslar sırasında göstərilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər (38.1.). Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün z əruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir (42.1.). Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır (42.2). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) isti sna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlu matlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar (67.1.). Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mütəxəssis və ekspert r əylərinə əsasən iddiaçının göstərilən dövrlə bağlı vergi borcu hesablandığını, qanunvericilikdə səyyar vergi yoxlamasının aparılması zamanı ödənilməli olan verginin məbləğinin müəyyən edilməsi üçün istifadə edilən məlumatların siyahısının göstərildiyini, ekspert rəyində iddiaçıya məxsus müəssisədə istehsal olunan məhsulların qiymətinin müəyyən edildiyini, mütəxəssis rəyində isə yoxlamanın əhatə etdiyi dövrdə istehsal olunan məhsulların həcminin müəyyən edildiyini, mütəxəssis rəyində həmin dövrdə istehsal olunan məhsulların həcmi müəyyən edilərkən müəssisədə istifadə edilən qurğuların qeyd edilən dövrdə istifadə etdiyi təbii qazın həcminə əsasən hesablamanın aparıldığını, eyni zamanda vergi qanunvericiliyinə əsasən müəssisənin vergi borcunun idxal və ixrac əməliyyatlarına əsasən müəyyən edi lməli olduğunu, yalnız istehsal həcminin müəyyən edilməsinin müəssisənin vergi borcunun hesablanması üçün əsas olmadığını, həmçinin cavabdehin istinad etdiyi mütəxəssis rəyinin əsaslandığı iddiaçının təbii qaz istehlakı həcminin Vergi Məcəlləsinin 67.1-ci maddəsində təsbit edilmiş əsaslar sırasında göstərilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şik ayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2152/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2152/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar