Məhkəmə qərarları › İş №2-1(102)-1086/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1086/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1086/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə Açar söz: yaşa görə pensiya, əmək kitabçasında olan məlumatların yoxlanması, pensiya kapitalı. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Məmmədova Yeganə Bayram qızının işt irakı ilə, İddiaçı cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1930/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.1973-cü il tarixli, 18 saylı əmrlə Biləcəri Lokomotiv deposuna çilingər peşəsinə qəbul edilmiş və xx.xx.1973-cü il tarixli, 6 saylı əmrlə işdən azad edilmiş, x x.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixli, 39-k saylı əmrlə Azərbaycan Dəmir Yolu İdarəsinin Bakı lokomotiv deposunda işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixli, 391-k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 82 saylı əmrlə instrumental ansambla işə qəbul edilmiş, xx.xx.1978ci il tarixli, 89 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixli, 8/k saylı əmrlə Azərneftmaş birliyinə mühəndis peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 91/k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 133 saylı əmrlə takelajçı peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 38 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1984-cü ildə 26 saylı əmrlə texniki şöbəyə mühəndis-texnoloq peşəsinə qəbul edilmi ş, xx.xx.1987-ci il tarixli, 10 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 16 saylı əmrlə «Xeyirxah xidmətlər» Kombinatına işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 76 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 56 saylı əmrlə «Azərneftmaştəmir» birliyinə usta peşəsinə qəbul edilmiş və xx.xx.1992-ci il tarixli, 25/k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1992-ci ildə 59 nömrəli əmrlə Dəmiryolu İdarəsində işə qəbul olunmuş və xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx xxxx 1993-cü il tarixdən xx xxxxxxxx 1999-cu il tarixədək "Elbrus" kiçik müəssisəsində direktor vəzifəsində işləmiş, işlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunm asını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxx 2018-ci il tarixli məktubla cavab verərək 25 il sosial sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusyasının 149-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəs inə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 73cü maddələrinə istinad edərək, onun xx xxxx 1993-cü il tarixdən xx xxxxxx 1999-cu il tarixədək "Elbrus" kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə həvalə edilməlidir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 21(82)-2854/2018 saylı qərarı ilə (hakim Z.Tağıyev) iddianın təmin edilməsi, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajını toplaması işdə olan iddiaçının təhsil aldığı müddət, hərbi xidmət dövrü və əmək kitabçası ilə təsdiq olunduğundan, bu məsələnin hüquqi fakt kimi məhkəmə qaydasında müəyyən edilməsinə zərurət qalmır və iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının təyin edi lməsindən cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasən, işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və C.Yusifov) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasnın xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul olunması qeyd edilsə də, iddiaçının “Elbrus” kiçik müəssisəsinə direktor təyin edilməsinə dair müvafiq əmr əmək kitabçasında mövcud deyildir. Lakin apelyasiya instansiya məhkəməsi bu hala da qiymət verməmiş və iddiaçının “Elbrus” kiçik müəssisəsində işləməsinin yoxlanılması istiqamətində ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1930/2019 saylı, xx.xx.2019-cı il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2854/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya işlədiyi illərdə sosial sığorta üzrə ayırmalar barədə sübutların təqdim olunması təklif edilmiş, lakin iddiaçı bu cür sübutları təqdim etməmişdir. İddiaçının əmək kitabçasında onun xx xxxx 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi qeyd edilsə də, iddiaçının həmin vəzifəyə, yəni direktor təyin edilməsinə dair müvafiq əmr barədə qeyd əmək kitabçasında mövcud deyildir. Bütün bunlar məhkəmə kollegiyasına əsas verir ki, iddiaçının əmək kitabçasında göstərilmiş həmin staj dövrünün ümumi əmək stajına hesablanması mümkün deyildir. Sözügedən kiçik müəsissə tərəfindən xx.xx.2014-cü il tarixdən 2018-ci ilin iyun ayına kimi heç bir hesabatın təqdim edilməməsi, həmin müəssisənin faktiki olaraq fəaliyyət göstərməməsi qənaətinə gəlməyə əsas verir. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının işlədiyi illəri araşdırarkən yalnız əmək kitabçasına əsaslanmış, sübutları yetərincə tədqiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1930/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə işin hallarını tam araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili Məmmədova Yeganə Bayram qızı kassasiya şikayətinin təmin edilməməsi ni xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddi nə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədd i 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Apellyasiya məhkəməsi bu normaların dispozisiya şərtləri əsasında işin hallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı kifayət qədər pensiya kapitalı toplamamışdır. Həmçinin iddiaçının xx xxxx 1993-cü il tarixdən “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə əmək kitabçasında olan staj dövrünün ümumi əm ək stajına hesablanması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisə ilə bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması barədə məhkəmənin gəldiyi nəticə ilə bağlı ilk növbədə qeyd olunur ki, bu iş üzrə Ali Məhkəmənin əvvəlki xx.xx.2019-cu il tarixli qərarında iddiaçının «Elbrus» kiçik müəssisəsində əmək fəaliyyətinin yoxlanılması ilə bağlı apelyasiya məhkəməsi tərəfindən buraxılmış səhvlər sadalanmışdı. Ali Məhkəmə qərarında göstərmişdi ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə tərəfindən DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsinə «Elbrus» kiçik müəssisəsinin 1 993-1996-cı illərdə qeydiyyatda olub-olmaması, qeydiyyatdadırsa sosial sığorta haqları ödəyib-ödəməməsi, ödəmişdirsə iddiaçının adına sosial sığorta haqlarının ödənilməsi dinamikası barədə məhkəməyə ətraflı məlumat verilməsinə dair sorğu ünvanlanmışdır. DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsi xx.xx.2018-ci il tarixli məktubunda qeyd etmişdir ki, «Elbrus» kiçik müəssisəsi xx.xx.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçdiyindən 1993-1996-cı illər arasında dövrə aid məlumat vermək mümkün deyil. DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsi xx.xx.2018-ci il tarixli məktubunda isə qeyd etmişdir ki, «Elbrus» müəssisəsi adlı bir neçə sığortaedən olduğundan rekvizitləri dəqiqləşdirildikdən sonra müraciət edilməlidir. Göründüyü kimi məhkəmə iddia tələbi ilə bağlı sorğu ünvanlasa da, araşdırmanı sona çatdırmam ış, iddiaçının işlədiyi «Elbrus» kiçik müəssisəsinin rekvizitləri dəqiqləşdirildikdən sonra təkrar sorğu ilə müraciət etməmişdir. Bundan başqa, Bakı şəhəri üzrə X3 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçdiyi göstərilən «Elbrus» kiçik müəssisəsinin iddiaçının işlədiyini iddia etdiyi müəssisə olub-olmaması dəqiqləşdirilməmişdir. Həmçinin iddia tələbi xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək «Elbrus» kiçik müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi olduğu halda məhkəmə tərəfindən 1993-1996-cı illərə dair sorğunun (natamam) göndərilməsinin səbəbi aydın deyildir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən bu səhvlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmalı, «Elbrus» müəssisəsi adı altında qeydə alınmış digər müəssisələrin iddiaçının işlədiyi müəssisələr olub olmadığı araşdırılmalı idi. Apelyasiya məhkəməsi zəruri həddə araşdırma aparmamış, iddiaçıdan işlədiyi müəssisəyə dair sənədlər, habelə işlədiyi illərədə sosial sığorta üzrə ayırmalar barədə sübutları tələb etmiş, lakin iddiaçı bu cür sənədləri təqdim edə bilməmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının kifayət qədər pensiya kapitalına malik olmadığı barədə nəticəyə gəlmişdir. Halbuki, müəssisə haqqında sənədlərin iddiaçıda olmaması mümkün olan haldır və bu cür sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymaq İPM-nin 12 və 14-cü maddələrinin tələblərinə uyğun gəlmir. İş materiallarından aydın görünür ki, iddiaçının qeydiyyatdan keçmiş digər «Elbrus» kiçik müəssisələrin də işləyib işləmədiyi aydınlaşdırılmamışdır. Bundan başqa, iddiaçının xx xxxx 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə onun əmək kitabçasında əksini tapmış məlumatı məhkəmə şübhə altına almış və bu yanaşmanı onunla əsaslandırmışdır ki, iddiaçının müəssisəyə direktor təyin olunması barədə qeydlər əmək kitabçasında yazılmamışdır. Buna əsasən də apelyasiya instansiyası məhkəməsi əmək kitabçasında göstərilən həmin dövrün əmək stajına daxil edilməsinin mümkün olmadığı barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticəyə gəlmək üçün kifayət qədər əsaslandırma aparılmamışdır. Doğrudur ki, əmək kitabçasının dördüncü sütununda əksini tapmalı olan məlumatlardan biri də qeydlərin nəyin əsasında yazılmasıdır və mötərizədə bu məlumatların sənəd, onun tarixi və nömrəsindən ibarət olduğu göstərilmişdir. Sözügedən əmək kitabçasında iddiaçının xx xxxx 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə sənədlər göstərilməmişdir. Lakin onun xx.xx.1999-cu ildə müəssisədən azad edildiyi barədə məlumat tamdır, yəni əmrin tarixi və nömrəsi göstərilmişdir və işin bu halı, iddiaçının bu əmək stajının qəbul edilməməsi barədə gəlinən nəticəsinin təkzibolunmaz sübutlarla əsaslandırılmasını tələb edir. Lakin apellyasiya instansiya məhkəməsi bu hala da qiymət verməmiş və iddiaçının “Elbrus” kiçik müəssisəsində işləməsinin yoxlanılması istiqamətində ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Təkrar apellyasiya baxışı zamanı sözügedən məsələ üzrə hərtərəfli araşdırmanın aparılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 9 6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1930/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxışa göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar