Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1086/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-64/2021 nömrəli iş üzrə 03.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq 16 iyun 2021-ci il tarixdə aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı ona məxsus torpaq sahəsində inşa edilmiş əmlak üzərində DƏDRX-nın 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas ı barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 21.08.2020-ci il tarixli, 2-1(118)404/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzərindəki qeyri-yaşayış obyektinə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasını n 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.2-ci maddəsinə, Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 2.1, 2.2 və 8-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
4. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.08.2020-ci il tarixli, 2-1(118)-404/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 03.03.2021-ci il tarixli, 2-1(105)-64/2021 nömrəli (hak imlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 21.08.2020-ci il tarixli, 2-1(118)-404/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.2, 13, 58.1, 66 və 67-ci maddələrinə, Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 2.1, 2.2 və 8-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və o na qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni layihələndirilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələblər gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Bundan başqa, sözügedən qeyri-yaşayış binasının yüksək gərginlikli (10 kvt və 6 kvt) elektrik xətlərinin mühafizə zolağında yerləşdiyi, həmçinin binanın yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq İddiaçı istifadəsində olmasına baxmayaraq başqa şəxslərin (**********21 və **********79 reyestr nömrəli çıxarışlarına) mülkiyyətində olan sənəd üzrə torpaq sahələrinin bir hissələri ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyri-yaşayış binasının istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir.
8. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(105)-64/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qe yd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, yeni layihələndirilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələblər gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
19. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.2-ci m addəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
20. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsa sən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
22. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
23. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərin də hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
24. Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
25. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
26. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 27. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 28. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 29. 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 30. 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tiki nti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s.
31. Torpaq sahəsinə dair seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5845 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
32. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya müvafiq müsbət ekoloji rəyin təqdim edilməsini xahiş etmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tikili iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün, yəni kənd təsərrüfatı məhsullarının saxlanılması və qorunması üçün vacibdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdır.
33. Həmçinin qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin Abşeron rayonu Saray qəsəbəsində ofis və anbar binasına dair verdiyi 21.09.2015-ci il tarixli və 07.01.2016-cı il tarixli rəylərlə həmin tikintilərlə bağlı müsbət qənaətə gəlinmişdir.
34. Həmin rəylərdən belə nəticəyə gəlinir ki, rəylərdə işlədilə n ofis sözü şərti xarakter daşıyır və torpaq sahəsinin təyinatına bunun heç bir təsiri yoxdur. Yəni, şərti olaraq adlanan ofis məhz torpaq sahəsinin təyinatına uyğun olan tikilidir.
35. X2 13.07.2020-ci il tarixli 269 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsindəki torpaq sahəsində inşa edilmiş tikinti obyektinin təyinatı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi olduğu və həmin obyektin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğulara aid olduğu müəyyən olunmuşdur.
36. Göründüyü kimi, iddiaçı tərəfindən Abşeron rayonu Saray qəsəbəsindəki inşa edilmiş tikinti obyektlərinin birbaşa təyinatı məhz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olmuşdur ki, bu torpaq sahəsinə dair müəyyən edilmiş təyinata uyğundur.
37. Bu baxımdan iddiaçının sözügedən obyektlərə (tikililərə) hüquqlarının dövlət qeydiyyatına alınmasının tələb edilməsi haqqı vardır.
38. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış binasının yüksək gərginlikli (10 kvt və 6 kvt) elektrik xətlərinin mühafizə zolağında yerləşir.
39. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində qeyd edilən bu dəlili də əsassızdır.
40. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, BA19/0406 nömrəli arayışda qeyd edilmişdir ki, müvafiq obyekt texniki şərtləri yerinə yetirdiyinə görə elektrik şəbəkəsinə qoşulmasına etiraz edilməmişdir.
41. Bununla yanaş ı Energetika Nazirliyi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli, YG 19/19E-0014 nömrəli İstismara buraxılma aktında qeyd olunmuşdur ki, tikinti və quraşdırma işləri 09/15/338 nömrəli, 01 aprel 2015-ci il tarixli və 02-10-91 nömrəli, 07 iyun 2015-ci il tarixli “xxxx” ASC-nin, TMX-18/0412 nömrəli, 04 iyun 2018-ci il tarixli və TMX-18/0648 nömrəli, 22 dekabr 2018-ci il tarixli “xxxx” ASC-nin texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir.
42. Həmin aktda daha sonra qeyd edilmişdir ki, həmin akt İddiaçıa məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinin xarici elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğularının istismara buraxılması üçün tərtib edilmiş və tikinti quraşdırma işləri qurtardığına görə obyekt is tismara yararlı sayılmışdır.
43. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, binanın yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq İddiaçı istifadəsində olmasına baxmayaraq başqa şəxslərin (**********21 və **********79 reyestr nömrəli çıxarışlarına) mülkiyyətində olan sənəd üzrə torpaq sahələrinin bir hissələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
44. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh kasasiya şikayətində qeyd etdiyi bu dəlili də əsassızdır.
45. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən işə yalnız iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5845 ha torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd olan çıxarışın əlavə edildiyini, cavabdehin kasasiya şikayətində də lil olaraq qeyd etdiyi **********21 və **********79 reyestr nömrəli çıxarışların isə əlavə edilmədiyini müəyyən etmişdir.
46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.03.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.03.2021 -ci il tarixli, 2-1(105)-64/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.