Məhkəmə qərarları › İş №2-1(102)-1086/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1086/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1086/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi),Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) “məlumat vərəqinin Dövlət Sosial Müdafiə F ondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1150/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət etmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 03812414i-3221 №li məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasının daxil i işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. xx.xx.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququnuz yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 26 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, 038-1241413221 saylı məktubu ilə ifadə edilmiş hərəkətsizliyin qanunsuz hesab edilərək, hərbi xidmət dövrü (1990- 1992-ci illər) də daxil olmaqla xx.xx.2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddəti güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququnun təmin edilməsi üçün müvafiq məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət edib. Əmək kitabçasındakı yazıdan da görünür ki, "Azərbaycan Respublikasının daxili işlər oqranlarında xidmət müddəti təqvimi -15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir". Beləliklə də, rəsmi sənəd olan əmək kitabçasında onun ümumi əmək stajının 20 il, 00 ay 24 gün təşkil edildiyi göstərilir. İmtiyazlı xidməti X1 döyüşlərdə iştirakı ilə bağlıdır və bununla əlaqədar ona "Müharibə veteranı" statusu verilmişdir. xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə müraciət edilərək, pensiya hüququnun aydınlaşdırılması üçün hərbi xidmət dövrü (1990-1992-ci illər) də daxil olmaqla xx.xx.2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddəti güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququ məsələsinə yenidən baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, 038-124141-3221 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılan adək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. xx.xx.2006cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququnuz yaranmamışdır. Qeyd edilən məktub xx.xx.2021-ci il tarixdə qeydiyyat ünvanı üzrə poçt şöbəsinə daxil olmuşdur. Göründüyü kimi, həmin cavab məktubunda 1990-1992-ci illərdə hərbi xidmət dövrü nəzərə alınmamışdır. ”Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilmə si üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Göründüyü kimi, pensiya hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada, 1990- 1992-ci illəri əhatə edən hərbi xidmət dövrü də daxil olmaqla hesablanması tələbindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(11 2)-8818/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti 12 sentyabr 1992-ci ildən 24 aprel 2006-cı ilə qədər təqvimi 15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir, yəni güzəştli (imtiyazlı) hesablama ilə 20 təqvim ili xx.xx.2004-cü il tarixə qədər tamam deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu olmadığından, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Eyni zamanda məhkəmə iddiaçıya münasibətdə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsasların olduğunu da müəyyən etmir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər S.İ.Bektaşi-məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn, 2-1(103)- 1150 /2022 nömrəli iş) 18 mart 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayət ində qeyd edilmişdir ki, iddiaçı 1990-1992-ci illərdə hərbi xidmətdə olmuş, 12 sentyabr 1992-ci ildən 24 aprel 2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət etmişdir. Onun daxili işlər orqanlarına xidmət etməyə başladığı vaxt "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur və həmin qanuna 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli qanunla dəyişiklik edilənə qədər qüvvədə olan 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ təsbit edilmişdir. Apellyasiya Məhkəməsi, iddiaçının bu dəlili ilə razılaşmayaraq, qeyd etmişdir ki, "Məhkəmə kollegiyası qeyd edir ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası nın Qanununun məzmunundan aydın olur ki, "20 təqvim ili" tələbi Qanunun xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasında təsbit olunub. İddiaçı isə 2006-cı ildə DİO-da xidmətdən xaric edildiyindən ona münasibətdə həmin norma tətbiq edilə bilməz. Göründüyü kimi, apellyasiya məhkəməsi, iddiaçıya güzəştli şərtlərlə hesablanmalı olan müddətin hələ xx.xx.2005-ci ildən sonra qüvvəyə minmiş qanundan əvvəl yaranmasını nəzərə almamışdır. Yəni, qeyd edilən qanunun qüvvəyə minməsindən sonrakı müddət adi qaydada hesablanan müddət olmuşdur və həmin qanunla edilən dəyişiklik ondan xeyli əvvəl yaranmış güzəştli müddəti ləğv etmirdi. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun Maddə

12. Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

13. İnzibati Prosessual Məcəllə (İPM): (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelly asiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü xüsusi staja daxil deyil ümumi staja daxildir. 2004-cü ilə qədər tələb olunan xüsusi stajı yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1150/2022 nömrəli, 18 mart 2022-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar