Məhkəmə qərarları › İş №2-1(102)-1086/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1086/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1086/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın geri götürülməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2-1(103)-688/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 82 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan iddiaçı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, Təbriz küçəsində yerləşən, uzun müddət istifadəsində olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməs inə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (30 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli, 30/681 № arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, iddiaçı Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki istifadə edir. Göstərilənlərə istinad edərək qərara alınmışdır ki, Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə iddiaçının adına sənədləşdirilməsinə icazə verilsin.

2. Nərimanov rayon İcra Hakimiyyəti başçısı və Nərimanov rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmiş 24 saylı xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində qeyd edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti təqdim olunmuş sənədlərə əsasən Təbriz küçəsində yerləşən qeyri-yaş ayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2016-cı il tarixdən Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə vermişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən təsdiq edilmiş Ö 004980 nömrəli istismara hazırlıq sənədinə əsasən, Bakı şəhəri, Təbriz küçəsi (Nərimanov parkının ərazisi), 1 mərtəbəli, 1 girişli, binanın tikinti sahəsi, S = 5,29 kv.m, ümumi sahəsi S = 4,41 kv.m., binanın ümumi həcmi V = 15,86 m3 olan qeyri-yaşayış sahəsinin istismara hazırlıq aktı təsdiq edilmişdir. 4. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 642 saylı 23 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 5,3 kv.m torpaq sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının icarəsinə verilmişdir.

5. İddiaçı ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********03 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınma z əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, təqdim edilmiş layihə və istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 21 iyul 2022-ci il tarixli, 21(112)-7692/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1ndə yerləşən qeyriy aşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 11 yanvar 2023-cü il tarixli, 21(103)-688/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-7692/2022 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

10. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-7692/2022 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

11. İş Ali Məhkəməyə daxil olduqdan sonra iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddianın geri götürülməsinin nəzərə alınmasını və icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

55. İddiadan imtina edilməsi... 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qər ardad qəbul edir.... 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, ərizə aşağıdakı səbəblərə görə təmin olunmalıdır.

14. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təy inatına və məqsədinə uyğundur. Belə ki, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaəti onun icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.

15. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə, İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.

16. Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməy ə müraciət etmək hüququnu məhdudlaşdırmır.

17. Yuxarıda göstərilənlərə və İPM-in 55.5, 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar