Məhkəmə qərarları › İş №2-1(102)-1086/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1086/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1086/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsininİnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması; bələdiyyə torpağının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “tikiliyə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 01 dekabr tarixli, 2-1(107)-338/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yevlax Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 35 nömrəli qərarı ilə Bələdiyyənin torpaqlarına aid olan, şəhərin C.Cabbarlı küçəsində boş istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı xüsusi mülkiyyətinə verilmiş, xx.xx.2008-ci ildə iddiaçı torpaq sahəsinin dəyərini 204 manat məbləğibələdiyyənin bank hesabına ödəmiş, buna dair torpaqların alqı-satqısına aktı bağlanılmaqla DTXK-nin Yevlax şöbəsində 02 aprel 2008-ci il tarixdə 132 nömrə ilə qeydiyyata alınmışdır.

2. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 65 nömrəli sərəncamı ilə Yevlax Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 51,0 kv. metr torpaq sahəsində təqdim olunmuş layihə əsasında mağaza binasının (ticarət obyektinin) tikintisinə razılıq verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onu nla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respunlikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin həmin Qanunun 9.3-cüvə 9.6-cı mad dələrinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılırvə onun özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Yevlax bələdiyyəsi tərəfindən 2008-ci ildə iddiaçıya satılmış olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnu tanıtmadan birbaşa satılması qanuna uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiy yata alınmasıöhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə Yevlax şəhəri C.Cabbarlı küçəsində boş və istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş, iddiaçı ilə torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, müvafiq orqanların rəyləri alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Yevlax bələdiyyəsinin bank hesabına ödənmişdir. Bundan başqa, Yevlax ŞİH həmin torpaq sahəsində təqdim olunmuş layihə əsasında mağaza binasının tikintisinə icazə vermişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üç ün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti qanunsuz olaraq təmin edilməmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin və Mülki Məcəllənin normalarına görə iddia rədd edilməlidir. Belə ki, sözügedən qanunvericiliyin tələblərinə görə torpaq sahəsi yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilərdi. Bundan başqa, müqavilə notariat qaydasında təsdiqlənməli idi.

7. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəliqərardadı ilə Yevlax Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 06 apre l 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin Yevlax bələdiyyəsinin müvafiq qərarının qəbul edildiyi xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən bələdiyyə tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi Əsasnamə ilə nəzərdə tutulmuş qaydalarla aparılmalı, alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə müvafiq olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qədər olan mərhələdə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququ nu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq məhz bundan sonra iddiaçıya münasibətdə özgəninkiləşdirməni hərrac və ya müsabiqə qaydasında həyata keçirməli olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-161/2022 nömrəli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/,R.R.Rəfiyev və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı qismən - yəni, ümumi iddianın İddiaçı “Y evlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsinə müliyyət hüququnun dövlətreyestrində qeydiyyata alınması öhdəliyinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yev lax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********43 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunur ki, İddiaçı bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi Yevlax bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə istinad etməklə göstərmişdir ki, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Bununla yanaşı, məhkəmə kollegiyası həm də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanmasıvə razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddədə gös tərilən qəbul olunmuş aktlar anlayışını geniş təfsir etməklə bələdiyyə qərarları kimi qəbul etməklə yanlış qərar qəbul etmişdir. Halbuki məhkəmənin istinad etdiyi qanun və əsasnamədə söhbət alqı-satqı aktından,habelə alqı-satqı müqaviləsindən gedir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar qərarlar, sərəncamlar və s. nəzərdə tutulur. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada verildiyində ona dair şəhadətnamənin hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsi ümumi iddia tələbinin iddiaçıya məxsus 51 kv.m torpaq sahəsi üzərində tikilmiş mağaza binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması hissəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********43 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan 55,19 kv.m torpaq sahəsi onun mülkiyyətində olsa da üzərindən yüksək gərginlikli hava elektrik xətləri keçir ki, həmin torpaq sahəsi yüksək gərginlikli ha va elektrik xəttinin qorunma zolağında yerləşir. Bu isə göstərir ki, iddiaçının torpaq sahəsi üzərində tikilən mağaza binası fəaliyyət göstərərsə yüksək gərginlikli hava elektrik xətlərinin insanların sağlamlığına zərər vurması istisna edilmir.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(102)-488/2023 nömrəli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(107)-161/2022 nöm rəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə bələdiyyə orqanları onların mülkiyyətində olan torpaqları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən hallar istisna olmaqla yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə sata bilər. Apellyasiya məhkəməsi isə göstərilən Qanunun tələbləri baxımından müvafiq araşdırma aparmadan qərar qəbul etmişdir. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(107)-338/2023 nömrəli qərarı ilə (hakimlər X.H.Səmədov /sədrlik edən və məruzəçi/, A.M.Eyvazov, İ.H.Şükürov) iddiaçı tərəfindən verilmiş apellya siya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin Yevlax bələdiyyəsinin müvafiq qərarının qəbul edildiyi xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən Bələdiyyə tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə müvafiq olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qədər olan mərhələdə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, məhz bundan sonra iddiaçıya münasibətdə özgəninkiləşdirməni hərrac və ya müsabiqə qaydasında həyata keçirməli olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(107)-338/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Yevlax şəhərinin mərkəzində tikilmiş Yeni Azərbaycan Partiyasının inzibati bi nasının tikintisi iə əlaqədar ona məxsus əmlakdan savayı, onunla qonşu olan digər tikililər də sökülmüş, oxşar sənədlər onlara da verilmişdir. Bu kontekstdə qeyd edilən torpaq sahələrinin hamısının cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyatı aparılmış, çıxarış və plan ölçüsü təmin edilmişdir. Bu hallara münasibətdə iddiaçı bərabərlik prinsipinin, həmçinin “İnzibati İcraat haqqında” Qanunun 12.2-ci maddəsinin pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş təl əblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22. “Bələdiyyə torpaqlarının Respublikasının Qanunu idarə edilməsi haqqında” Azərbaycan İddiaçıya bələdiyyənin 12 mart 2008-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılarkən qüvvədə olan redaksiya: Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 9.1-ci maddə yeni redaksiyada verilmişdir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 30 sentyabr 2014-cü il tarixli 1051-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1170) ilə 9.1-ci maddəsində “torpağın ayrılması” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilmişdir. 16 dekabr 2014-cü il tarixli 1145-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 fevral 2015 -ci il, № 029, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 85) ilə 9.1-ci maddədə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilmişdir. 30 may 2023-cü il tarixli 885-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 749) ilə 9.1-ci maddəsinə “verilməsi” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları” sözləri əlavə edilmişdir. 31 may 2023-cü il tarixli 895-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 18 iyul 2023-cü il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 886) ilə 9.1-ci maddəsinə ikinci halda “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə v ə ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilmişdir. Hazırda qüvvədə olan redaksiya 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən i stismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.... 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli Qərarı:...“Bələdiyyə torpaqları nın idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaql arı üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan bir sıra istisnalar da müəyyən edilmişdir. Həmin istisnalara bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi aiddir. Başqa sözlə, bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən də mülkiyyə tə verilə bilər. Bu istisna bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi və s. məqsədlərə yönəlmişdir. Bu zaman onlara hərrac və ya müsabiqədən kənar, daha uyğun şərtlərlə torpaq sahəsinin satışı təmin olunur və bu halda beş il müddətinə özgəninkiləşdirilmə ilə bağlı məhdudiyyət tətbiq olunur”.

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə,onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağ a borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyas iya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kollegiya həmçinin nəzərə alır ki, iddia tələbi iki hissədən - torpağa və üzərində inşa edilmiş tikiliyə hüququn qeydə alınmasından ibarət olmuş, tikiliyə münasibətdə birinci apellyasiya baxışı zamanı iddia rədd edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmiş və həmin hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Müvafiq olaraq hazırkı kassasiya baxışının predmetini torpağa münasibətdə hüququn qeydə alınmasına dair tələb təşkil edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riyaət e dilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyasının qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Torpaq sahəsinə münasibətdə iddianın əsassızlığı aşağıdakılardan irəli gəlir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində bələdiyyə orqanları tərəfindən qəbul olunmuş aktlar hüququn yaranmasının əsaslarından biri kimi göstərilsə də, həmin normada, həm də həlledici şərtlər dən biri kimi sözügedən aktların qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi şərti təsbit olunmuşdur. Buna görə, istənilən bələdiyyə qərarı deyil, yalnız qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar hüquq müəyyənedici sənəd dəyərinə malikdir. Bu, qanunçuluq prinsipindən irəli gəlir. Qanunçuluq prinsipinin şərtinə cavab verə bilməsi üçün qərarın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi ilə yanaşı, həm də qanunvericilikdə müəyyən edilmiş şərtlərə və tələblərə riayət edilməklə qəbul edilməsi təmin olunmalıdır.

29. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi iddiaçıya bələdiyyə qərarı ilə sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılarkən qüvvədə olan normaların tələblərinə görə yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə satıla bilərdi. İşin hallarından isə aşkar müəyyən olunur ki, torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərini pozmaqla torpaq hərracları və müsabiqələri vasitəsilə satılmamış, bələdiyyənin özü tərəfindən qəbul edilmiş qərarla ayrılmışdır. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edə bilməmişdir. Bu halda, cavabdehin hüququn qeydə almasından imtinası əsaslı olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 01 dekabr tarixli 2-1(107)-338/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar