Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1087/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1087/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2793/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh1 rəhbərinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən qayda üzrə pensiya məbləğinin yenidən hesablanması və sosial müdafiə fondu tərəfindən qulluq mövqeyinə zidd olaraq, pensiyasının vaxtında verilməmiş hissələrinin tam ödənilməsi haqqında məhkəmə aktı çıxarılmaqla sosial təminat hüququnun müdafiə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı xxxx 2011-ci il tarixdə Yasamal rayon məhkəməsinə iddia ərizəsinə əlavə təqdim edərək, əmək pensiyasının vaxtında ödənilməmiş qalan 6.955 manat məbləği və bununla bağlı faktiki maddi zərərin iki misli qədər mənəvi zərərin pul əvəzi 13910 manat, ikisi birlikdə 20865 manat məbləğin ödənilməsini xahiş etmişdir. Yasamal rayon məhkəməsinin xxxx 2011-ci il tarixli, 2(004)-6891/2011 saylı qərardadına əsasən İddiaçı Cavabdeh1na qarşı əmək pensiyasının vaxtında ödənilməmiş qalan 6955 manat məbləği və bununla bağlı faktiki maddi zərərin iki misli qədər mənəvi zərərin pul əvəzi 13910 manat, ikisi birlikdə 20865 manat cəmi məbləğin ödənilməsi tələbi barədə iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2(103)-837/2012 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xxxx 2011-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılan zaman İddiaçı sonradan xxxx 2012-ci il tarixdə xxxx 2011-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Konstitusiyasının 129.İİİ, 60.İ, 68, 80, 25.İ, 57.İ, 71.X və 74X; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1, 21.2.8, 21.2.4, 31. 2, 31.4, 34, 37.7 və 46-cı; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 99,98; Cinayət Məcəlləsinin 314, 179.2.3-cü maddələrini rəhbər tutaraq, vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək və qulluq mövqeydindən istifadə etməklə 6 il 6 ay müddətində pensiyasının yarısına qədər miqdarda, cəmi 9138 manatdan artıq məbləği mənimsədiyinə, bununla da hüquqlarına və qanuni mənafelərinə maddi və mənəvi zərər vurduğuna görə Azərbaycan Respublikası DSMF barəsində cinayət işinin qaldırılması və qanun pozuntularının törədilməsinə kömək göstərən səbəbin aradan qaldırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdimat verilməsi, keçmiş müddət üçün alınmamış pensiyasının 9138 manatdan artıq məbləği və onun 2 misli miqdarında, yəni 18276 manat kompensasiyanın, ikisi birlikdə 27414 manatdan artıq olan məbləğin ödənilməsi və ödənilməli məbləğin tam hesablanması üçün pensiyanın sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsinin indeksləşdirilməsinin və məcburi dövlət sığorta haqlarının dövriyyəsindən əldə edilən gəlirin məbləğini bilmək üçün ekspert rəyinin əldə edilməsini xahiş etmişdir. İddiaçı xxxx 2012-ci il tarixdə xxxx 2011-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası DSMF-nun Baş İdarəsi onun Nəsimi rayon şöbəsi ilə birlikdə mübahisəli hüququ münasibətinin yarandığı xxxx 2011-ci il tarixdə qüvvədə olan maddi hüquq normaları, yəni xxxx 2006-cı ildə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda və ona dəyişiklik edilmə si barədə xxxx 2011-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiyanın məbləğinin ödənilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 31.İİ, 68-ci maddələrinə əsasən dövlət orqanlarının qanunaziddi hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş, xxxx 2009-cu ildən pensiyanın yenidən hesablanması haqqında ərizəni verdiyi tarixdən hazırki vaxtadək, mənəvi ziyana görə dövlət tərəfindən keçmiş müddət üçün alınmamış pensiyasının məbləğinin iki misli miqdarında ödənilməsini, məhkəməyə «güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında » Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarının 6-cı bəndinin və təkrarən, xxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarının 3-cü bəndinin icralarının təmin edilməsini təsdiq edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin imzası altında məlumat və izahatının təqdim edilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 74.2, 71.X, 80, 109.5, 11 və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 98-ci maddələrinə əsasən və hakim andına əsasən iş üzrə aşkar olunmuş qanun pozuntularının törədilməsini aradan qaldırmaq və təqsirkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün işə baxan hakim tərəfindən Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xxxx 2014-cü il tarixli, 2-1(81)-12/14 saylı qərardadı ilə Cavabdeh1 Nəsimi rayon Şöbəsi işə 2-ci cavabdeh qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2015-ci il tarixli, 2-1(81)-7/15 saylı qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 4.2, 10.4, 37.3.1, 32.1, 37.7, 27.1-ci və 1.0.8-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 11.5, 11.1, 11.2, 948.1, 445.1, 445.1, 445.7, 449.1, 949.1, 949.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4, 13.5, 217.2-ci maddələri ilə əlaqədar surətdə xxxx 2006-cı il tarixdə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.3, 1.0.9, 6.3-cü maddələrinin şərh edilməsi üçün Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və hazırkı iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müraciətə baxılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xxxx 2015-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 4.2, 10.4, 37.3.1, 32.1, 37.7, 27.1-ci və 1.0.8-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 11.5, 11.1, 11.2, 948.1, 445.1, 445.1, 445.7, 449.1, 949.1, 949.2,-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4, 13.5, 217.2-ci maddələri ilə əlaqədar surətdə 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.3, 1.0.9, 6.3-cü maddələrinin şərh edilməsi ilə bağlı müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2015-ci il tarixli, 2-1(81)-7/2015 saylı qərarı ilə iddia tələbi DSMF Nəsimi rayon şöbəsinə münasibətdə qismən təmin edilərək, DSMF Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının xxxx 2006ci il tarixli 906 nömrəli qərarına əsasən İddiaçı pensiyasının baza hissəsinin 01.01.2006-ci il tarixdən ödənilməsi barədə qərarı dəyişdirilmiş, pensiyanın baza hissəsinin ödənilməsi İddiaçı əmək pensiyası almaq hüququ yarandığı xxxx 2005-ci il tarixdən göstərilməklə«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən qayda üzrə onun pensiyasının məbləğinin yenidən hesablanması və ödənilməsi DSMF-nun Nəsimi rayon şöbəsinə həvalə edilmiş, qalanhissədə iddiatəminedilməmişdir (hakim - M.Bayramov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-529/2016 saylı, xxxx 2016-cı il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-7/15 saylı, xxxx 2015-ci il tarixli qərarından İddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin olunmamış və apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-925/2016 saylı, xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-529/2016 saylı, xxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli, 2-1(103)-1707/2016 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2015-ci il tarixli, 2-1(81)-7/2015 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş Apellyasiya Məhkəməsindən qayıtdıqdan sonra 1-ci instansiya məhkəməsində hazırlıq icraatı mərhələsində xxxx 2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İnzibati Prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə yardım etmək vəzifəsini icra edərək iddiaçıya qeyri-müəyyən, aydın olmayan məzmunda verilmiş iddia tələblərinin d əqiqləşdirilməsi, həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırki iddia tələbləri üzrə iddiaya cavab verməli orqan olmadığını, buna görə də tələbin ona qarşı yönəldilməli olmamasını izah etmiş və iddianın dəqiqləşdirilməsi üçün iddiaçıya 10 gün müddət təyin etmişdir. Bundan sonra iddiaçı dəftərxana vasitəsilə 1-ci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 rəhbərinin olduğu kimi cavabdeh qismində saxladığını, iddia ərizəsində göstərilən iddia tələbi: Azərbaycan Respublikası Konstitusiyasının 60.İ-ci maddəsinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən qayda üzrə pensiyanın məbləğinin yenidən hesablanması və sosial müd afiə fondu tərəfindən qulluq mövqeyinə zidd olaraq pensiyanın vaxtında verilməmiş hissələrinin tam ödənilməsi haqqında məhkəmə aktı çıxarılmaqla sosial təminat hüququnun təmin olunmasının olduğu kimi saxlanmasını tələb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-51/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2793/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, gəlir əldə edə bilmədiyindən, vəkil haqqını ödəmək üçün kifayət qədər maddi imkanı olmadığını göstərərə k, dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2793/2018 saylı qərardadı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkil təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.2, 94.3-cü müddəaları pozulmaqla, qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında məhkəmə tərkibinə etiraz verərək, bütün məhkəmə tərkibinin onun digər məhkəmə mübahisələri üzrə işlərə baxdığını və tələblərinin təmin olunmadığını qeyd etməklə, bu tərkibli hakimlər tərəfindən işə baxılmamasını xahiş etmişdir. İşə baxan məhkəmə tərkibi tərəfindən etirazın baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. İddiaçı etirazın baxılmamış saxlanılması barədə qərardad elan edildikdən sonra kassasiya şikayəti üzrə izahat vermədən iclas zalını tərk et mişdir. Cavabdehlər Dövlət Sosial Müdafiə Fondu və Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmə məsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehlər Dövlət Sosial Müdafiə Fondu və Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini y oxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2793/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı, kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkil ilə təmin olunma barədə ver diyi ərizəsinə vəkil tutmaq üçün maddi imkanını istisna edən halları (o cümlədən işləmədiyini, heç bir qazancının olmadığını və s.) təsdiq edə bilən sübutları əlavə edərək məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaçı işin baxılmasını qəsdən yubadaraq dəfələrlə müxtəlif məhkəmə qərarlarından kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli, 2-1(103)-529/2016 saylı və xxxx 2016-cı il tarixli, 2-1(103)-2437/2016 saylı qərardadları ilə İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş, iddiaçının ərizəsində qeyd etdiyi hallar onun dövlət hesabına vəkillə təmin olunmasına əsas verən hallar kimi qiymətləndirilə və o, vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qəbul edilə bilməz, qanunver icilik dövlət hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmiş, işin materiallarından da iddiaçının maddi imkanının olmadığı müəyyən edilmir, beləliklə, ərizəçinin, ona dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə əsas verəcək aztəminatlılıq halı sübuta yetirilməmiş, pulsuz olaraq vəkilin hüquqi xidmətinin ödənilməsinə dair ərizədə şəxsin bu xidməti, ödəyə bilməməsi əsaslandırılmalıdır, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir, iddiaçı ərizəsində maddi imkanının olmadığını qeyd etsə də, onun maddi imkanının pis olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 2-ci hissəsinə görə qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qan unvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış ha llar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Məcəllənin 121.2-ci maddəsinə görə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Prosessual qanunvericiliyin qeyd olunan normaların tələbinə görə işdə iştirak edən şəxslər, o zaman, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilə bilər ki, vəkil xidmətlərini ödəmək üçün onların kifayət qədər vəsaiti olmasın, yəni aztəminatlı olsun. İş materialları ilə iddiaçının maddi durumunun aşağı olması barədə dəlili təsdiq edilmir və buna görə də apellyasiya məhkəməsi dövlət büdcəsinin vəsaiti hesabına pulsuz hüquqi yardımla təmin olunması barədə iddiaçının ərizəsini təmin etməmiş və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2793/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103) -2793/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1087/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1087/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver