Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1087/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; əmək pensiyasında yaranacaq məbləğ fərqinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2009-cu ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatİdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və sair tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-83/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Lənkaran rayonu, xxx kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəh əri Suraxanı rayon şöbəsinə qarşı cavabdeh tərəfindən xx xxxxx 2009-cu ildən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu ildən - xx.xx.2011-ci ilədək olan müddət üçün təyin olunmuş əmək pensiyasının məbləğinin, həmçinin xx.xx.2011-ci ildən qətnamə qanuni qüvvəyə minənə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2009-cu ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, orta məktəbi b itirdikdən sonra xx.xx.1969-cu ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci ilədək 25 ildən çox ümumi stajı, ondan 12,5 ildən çox zərərli əmək stajı olmuş, xx.xx.2011-ci ildə DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən ona güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyası təyin olunmuşdur. Halbuki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə müvafiq olaraq ona əmək pensiyası 55 yaşından təyin edilməli idi. Əmək pensiyasının 55 yaşdan təyin olunması və həmin dövrün qanunvericiliyinə uyğun olaraq pensiya məbləğinin hesablanaraq ona verilməsi barədə DSMF-nin Suraxanı rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, qeyd olunan təşkilatdan ona ünvanla nmış xx/xx5844 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il ümumi iş stajına və bunun 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hesab edir ki, DSMF-nin Suraxanı rayon şöbəsinin cavab məktubu qeyri-qanunidir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-c u il tarixli,2-1(82)-667/2019 nömrəli (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 55 yaşının tamam olduğu xx xxxxx 2009-cu ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu ildən - xx.xx.2011-ci ilədək olan müddət üçün təyin olunmuş əmək pensiyasının məbləğinin, həmçinin xx.xx.2011-ci ildən qətnamə qanuni qüvvəyə minənə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2009-cu ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarix li qərarının ləğv edilməsini, iddianın isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2628/2019 nömrəli (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov)qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatİdarəsi ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsininxx.xx.2020-ci il tarixli,2-1(103)-83/2020 nömrəli (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyy ə Seyidova və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki qanunvericiliyə görə güzəştli şərtlərlə əmək pensiyası üçün yaş həddi 60-dır. Kimsə stajını 2016-cı ildə tamamlayıbsa, ona münasibətdə 2016-cı ildəki yaş həddi tətbiq olunmur, oluna da bilməz. Çünki bu istisna yalnız 9.8-ci maddənin təsir dairəsinə düşən şəxslərə aiddir. Yəni xx.xx.2006-cı ilədək stajını tamamlayanlara, xx.xx.1997-ci illə bağlı belə bir istisna mövcud deyil. Buna görə də, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməzdir. Bütün yuxarıda göstərilənlərə əsas ən cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,hazırki qanunvericiliyə görə güzəştli şərtlərlə əmək pensiyası üçün yaş həddi 60-dır. Kimsə stajını 2016-cı ildə tamamlayıbsa, ona münasibətdə 2016-cı ildəki yaş həddi tətbiq olunmur, oluna da bilməz. Çünki bu istisna yalnız 9.8-ci maddənin təsir dairəsinə düşən şəxslərə aiddir. Yəni xx.xx.2006-cı ilədək stajını tamamlayanlara, xx.xx.1997-ci illə bağlı belə bir istisna mövcud deyil. Buna görə də, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməzdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüqu qi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerində asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” XXVİİİ (Nəqliyyat) bölməsinin 3-cü “dəniz və çay donanması” (********) yarımbölməsində üzən heyət adlanan bəndində - (********) güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərb aycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının xx xxxxxx 1997-ci ilədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını, eyni zamanda xx.xx.2009-cu ildə iddiaçının 55 yaşının tamam olmasını nəzərə almadan, onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-83/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1087/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1087/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver