Məhkəmə qərarları › İş №2-1(102)-1087/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1087/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1087/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ( xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-1011/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, H.Əliyev prospekti, 54 saylı evin 6 saylı mənzili hal-hazırda MH seriyalı ******* nömrəli “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X1 mülkiyyətindədir.

2. İddiaçı və onunla birgə Münasib Həsənov o cümlədən başqaları ailə üzvləri ilə 1992-ci ilin fevral ayından məcburi köçkün kimi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində qeydiyyata götürülmüş və sözügedən mənzildə yaşayırlar.

3. İddiaçı (İddiaçı) tərəfindən 26 aprel 2021-ci il tarixdə vəkili vasitəsi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış və 14 noyabr 2008-cü il tarixdə Natiq Qurbanovun adına verilmiş çıxarışın hansı əsaslarla verilməsi barədə arayış alınması xahiş edilmişdir.

4. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-423/2008 saylı iş üzrə 29 dekabr 2015-ci il tarixli qərardadına əsasən maraqlı şəxs Natiq Qurbanovun qətnamənin icrasına dönüş edilməsi barədə ərizəsinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı adına Nərimanov Rİ H və DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələrin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə 17 avqust 2016-cı il tarixdə icra olunaraq, İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. DƏDRX tərəfindən sorğuya 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2008-ci il tarixli qərardadı icra edilmiş, mənzil Natiq Qurbanovun adına ********** qeydiyyat nömrəsi ilə 14 noyabr 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi»ni xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, H.Əliyev prospekti, 54 saylı evin 6 saylı mənzili hal-hazırda MH seriyalı ******* nömrəli “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X1 mülkiyyətindədir. Lakin əvvəllər həmin mənzilin mükiyyətçisi olmuş hazırkı İddiaçı faktiki olaraq ona məxsus olan həmin mənzildə yaşayır. Onunla birgə Münasib Həsənov və başqaları ailə üzvləri ilə 1992-ci ilin fevral ayından məcburi köçkün kimi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində qeydiyyata götürülmüş və sözügedən mənzildə yaşayırlar. Həmin vaxtdan başlayaraq, iddiaçı və onun ailə üzvləri qeyd edilən ünvanda fasiləsiz yaşamış, mənzildən istifadə etmiş və hal-hazırda da orada yaşayırlar. Bu hal, Bakı şəhəri Nərimanov RİH-in 35/29 saylı 29 iyul 1998-ci il tarixli və MKTB-nin 191148 saylı 3 fevral 2016-cı il tarixli arayışları ilə də təsdiq edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Nərimanov RİH-ə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiasının təmin edilməsi, həmin mənzilə İddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsinin Nərimanov RİH-ə həvalə olunması qət edilmişdir. Həmin qətnamə qəbul olunduqdan sonra İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, mənziıə dair MH seriyalı ******* saylı 21 dekabr 2006-cı il tarixli reyestrdən çıxarış almışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 423/2008 saylı iş üzrə 24 yanvar 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslər Əliş Hüseynovun və Natiq Qurbanovun apellyasiya şikayətlərinin təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 01 sentyabr 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi qət edilmişdir. 2016-cı ildə İddiaçı Əliş Hüseynovun adına verilmiş həmin mənzilə dair sərəncamın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi və Natiq Qurbanovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə 2 saylı İnzibati-İqtisadi Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2589/2017 saylı iş üzrə 22 noyabr 2017ci il tarixli qərarı ilə Əliş Hüseynovun adına verilmiş Nərimanov RİH-in 13 saylı 31 mart 1995-ci il tarixli sərəncamı etibarsız hes ab edilmişdir. Daha sonra 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1155/2018 saylı iş üzrə 16 avqust 2018- ci il tarixli qərarı ilə mənzilə Əliş Hüseynovun adına verilmiş 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. İddiaçı (İddiaçı) tərəfindən 26 aprel 2021-ci il tarixdə vəkili vasitəsi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış və 14 noyabr 2008-cü il tarixdə Natiq Qurbanovun adına verilmiş çıxarışın hansı əsaslarla verilməsi barədə arayış alınması xahiş edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-423/2008 saylı iş üzrə 29 dekabr 2015-ci il tarixli qərardadına əsasən maraqlı şəxs Natiq Qurbanovun qətnamənin icrasına dönüş edilməsi barədə ərizəsinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı adına Nərimanov RİH və DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələrin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə 17 avqust 2016-cı il tarixdə icra olunaraq, İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. DƏDRX tərəfindən sorğuya 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2008-ci il tarixli qərardadı icra edilmiş, mənzil Natiq Qurbanovun adına ********** qeydiyyat nömrəsi ilə 14 noyabr 2008-ci il ta rixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, 14 noyabr 2008-ci il tarixdə mənzil onun (hazırkı iddiaçının) mülkiyyətində olduğu halda və mülkiyyət hüququ ləğv edilməmiş, eyni mənzil üzərində Natiq Qurbanovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ 2016-ci ildə ləğv edilmişdir. DƏRDX tərəfindən 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə 17 avqust 2016-cı il tarixdə icra olunaraq, İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Bir əmlak iki fərqli şəxsin tam mülkiyyətində ola bilməz. Lakin sözügedən mənzil 14 noyabr 2008-ci il tarixdən 17 avqust 2016-cı il tarixədək İddiaçı və Natiq Qurbanovun tam mülkiyyətində olmuşdur. Bu isə, qanunvericiliyin tələblərinin birbaşa pozuntusudur. Həmin mənzillə bağlı 21 dekabr 2006-ci il tarixdə iddiaçıya (İddiaçı) reyestrdən çıxarış verilmişdir. Eyni mənzillə bağlı 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova da reyestrdən çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 13.12-ci maddəsinə görə daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Qeyd olunan mən zil daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranmamışdır. Lakin həmin mənzillə bağlı iki fərqli reyestr nömrələri verilmişdir. Bu fakt da onu göstərir ki, 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova reyestrdən çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Yəni, 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova reyestrdən çıxarış verilə bilməzdi. Bu çıxarışın verilməsi nəticəsində qanunvericiliyin tələbləri və iddiaçının qanunla qorunan hüquları pozulmuşdur. Həmin qanunsuz verilmiş çıxarışdan istifadə edərək Natiq Qurbanov və Əliş Hüseynov məhkəmələrdə və digər dövlət orqanlarında sənədi təqdim etməklə əsassız üstünlüklər əldə etmişlər. Əliş Hüseynovun adına verilmiş 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi də ləğv olunmuşdur. Gö stərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə əsaslanaraq, məhkəmədən Natiq Qurbanovun adına verilmiş MH 120682 nömrəli 11 fevral 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saylı, 09 dekabr 2021-ci il qərardadı (hakim R.Kərimli) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən (onun adına mənzilə dair order, kirayə müqaviəsi mövcud deyil), eləcə də əvvəllər verilmiş müv afiq sərəncam və reyestrdə aparılmış qeydiyyat ləğv edildiyindən, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır.

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)7792/2021 saytlı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-1011/2022 nömrəli qərardadı ilə (hakimlər: Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn ) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-7792/2021 nömrəli qərardadı dəyişdirilmədən saxla nılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin əsasını iddiaçının tələbində qeyd olunanlar və işin halları təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə i ddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqq ında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

20. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırkı halda “mənzilə dair qeydiyyat vəsiqəsi” özü-özlüyündə inzibati akt deyil, belə ki, mənzilə qeydiyyat vəsiqəsi ya qanuni qüvvəyə minmiş məhkəmə aktının və ya səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın icrası nəticəsində verilən sənəddir yəni mənzilə dair qeydiyyat vəsiqəsi inzibati orqan tərəfindən öz istəyinə uyğun olaraq qəbul edilən və verilən sənəd inzibati akt deyildir.

21. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçının hal-hazırda mübahisələndirdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, ev 54, mənzil 6-ya dair 3-cü şəxs X1 xx.xx.1998-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsi tərəfi ndən verilmiş MH-120682 nömrəli xüsusui mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş qeydiyyat vəsiqəsi olmuşdur (iş vərəqi 7).

22. İddiaçı S.R.Abdullayevin adına eyni ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququ haqqında çıxarış Hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 8 il sonra, yəni xx.xx.2006-cı il tarixdə verilmişdir.

23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni bir mənzilə müxtəlif şəxslərin adına onların mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcud olması qanuna uyğun olmamaqla yanaşı, mümkün deyildir.

24. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının adına həmin çıxarış Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən verilmiş, lakin apellyasiya məhkəməsinin xx.xx.2008-ci il tarixli qətn amsəi ilə N.Qurbanovun və Ə.Hüseynovun apellyasiya şikayətləri təmin edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının sözügedən mənzilə dair iddiası rədd edilmişdir.

25. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(103)-423/2008 saylı qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 2-1464 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, həmin qətnamə ilə Nərimanov rayonu, Heydər Əliyev prospekti, 54 saylı evin 6-cı mənzili ilə bağlı İddiaçı adına Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bak ı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələr ləğv edilmişdir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də əvvəllər verilmiş müvafiq sərəncam və reyestrdə aparılmış qeydiyyat ləğv edildiyindən, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır.

27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 11 mart 2022-ci il tarixli 2-1(103)-1011/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-1011/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar