Məhkəmə qərarları › İş №2-1(102)-1088/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1088/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1088/2019 03.04.2019 ALİ MƏHKƏMƏ “iddiaçı” firmasının cavabdeh Bakı şəhəri Nərimanov Bələdiyyəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı “Idiaçı ” firmasının vəkili Vəkil iştirakı ilə İddiаçı “Idiaçı ” firmasının cavabdeh Bakı şəhəri Nərimanov Bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi » tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı “Idiaçı” firması 16.12.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. “X” Hotel 02.06.2006-cı il tarixdə iddiaçı firmanın təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 44 saylı, 22.09.2017-ci il tarixli «torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi» barədə qərarı ilə Ünvan 92 ünvanında yerləşən “X Hotel”in mülkiyyətçisi olan iddiaçıdan 110550 manat məbləğində mehmanxana rüsumunun tutularaq cavabdehin büdcəsinə ödənilməsi qərara alınmışdır. x saylı, 08.01.2018-ci il tarixli tədiyyə bildirişi ilə 24/nömrə/= 46/yer/=46/nəfər/ x 1,1= 50 manat 60 qəpik x 30/gün/= 1518 manat / aylıq/ x 69 aya = 104742 manat – 290 manat = 104452 manat və 2012-ci ildən 2017-ci ilin avqust ayına kimi 104452 man at cavabdehə ödəniləcək məbləğ müəyyən edilmişdir. İddiaçı “Idiaçı” firması cavabdeh Bakı şəhəri Nərimanov Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 05.02.2018-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıdan 110550 manat məbləğində mehmanxana rüsumunun tutularaq cavabdehə ödənilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi” tələbinə dair 44 saylı, 22.09.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1348/2018 saylı 17 aprel 2018cı il tarixli qərarı ilə idd ia təmin edilmiş və cavabdehin “Torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi” tələbinə dair 44 saylı, 22.09.2017-ci il tarixli qərarı ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1348/2018 saylı 17 aprel 2018cı il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1348/2018 saylı 17 aprel 2018-cı il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus “X” otel fəaliyyət göstərdiyi dövr ərzində həmin ödənişləri hesablayaraq ödəməmişdir. Bu səbəbdən cavabdeh Azərbayca n Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumatı əsas götürərək, beş il ərzində otelin ödəməli olduğu yerli verginin məbləğini müəyyən etmişdir və cavabdeh 5 il ərzində oteldən neçə şəxsin istifadə etdiyini praktiki olaraq müəyyən edə bilməzdi. Qeyd edilən əsaslarla iddianın təmin edilməsi iddiaçının yüksək məbləğdə yerli ödənişlərdən yayınması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən işin hallarına düzgün qiymət verməmiş, mübahisənin həlli üçün maddi hüquq normaları düzgün tətbiq olunmamış, bütün bunların nəticəsi olaraq iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını pozmaqla aparılmış, yoxlama nəticəsində akt tərtib edilməmiş və iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə verginin hesablanma qaydası cavabdeh tərəfindən pozulmuş, hesablamanı nəzəri cəhətdən aparmış, əsaslandırılmamış qərar qəbul edilmişdir. Kassator “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 16.1, 24, 61.5, 67-ci maddələrinə, İnzibati Prosessaul Məcəllənin 90, 91, 94, 98-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qə rarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, -“X” Hotel 02.06.2006-cı il tarixdə iddiaçı firmanın təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatdan keçmişdir; - cavabdeh Bakı şəhəri Nərimanov Bələdiyyəsi tərəfindən aprel 2016-cı il tarixdə (iddiaçı müəssisənin səlahiyyətli şəxsinə təqdim edilməsinə dair sübut yoxdur), fevral 2017-ci il tarixdə (“X” adlı şəxs tərəfindən imzalanıb qəbul edilmişdir), 28.07.2017-ci il tarixdə (“X” adlı şəxs tərəfindən imzalanıb qəbul edilmişdir) iddiaçıya ünvanlanmış məktublarla xidmət göstərilən şəxslərin sayı dəqiq göstərilməklə hesabat təqdim edi lməsi və həmin şəxslərin hər birinə görə 1.10 manat ödəniş edilməsi tələb edilmiş, əks halda “İnzibati icraat haqqında” Qanunun 82.1 və 82.2-ci maddələrinə əsasən inzibati akt tərtib edilərək məhkəmədənkənar qaydada icraya yönəldiləcəyi bildirilmişdir; - x4 saylı, 10.08.2017-ci il tarixli tədiyyə bildirişi ilə 2012-ci ildən 2017-ci ilin avqust ayına kimi 110550 manat cavabdehə ödəniləcək məbləğ müəyyən edilmişdir (iş v. 39). Tədiyyə bildirişi “X” tərəfindən imzalanmışdır (10.08.2017-ci il tarixdə); - bundan sonra cavabdeh Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə 24.08.2017-ci il tarixli 03/185 saylı məktubla müraciət edərək “X Hotel” barəsində məlumat tələb etmişdir; - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2510/05 saylı, 31.08.2017-ci il tarixli məktub u ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən mehmanxanaların siyahısı cavabdehə göndərilmiş və Siyahıya əsasən iddiaçıya məxsus “X” oteldə 46 yerlik 24 nömrənin fəaliyyət göstərdiyi qeyd edilmişdir (məktub cavabdeh tərəfindən 07.09.2017-ci il tarixdə qəbul edilmişdir); - Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 44 saylı, 22.09.2017-ci il tarixli «torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi» barədə qərarı ilə Ünvan 92 ünvanında yerləşən “X Hotel”in mülkiyyətçisi olan iddiaçıdan 110550 manat məbləğində mehmanxana rüsumunun tutularaq cavabdehin büdcəsinə ödənilməsi qərara alınmışdır; - x saylı, 08.01.2018-ci il tarixli tədiyyə bildirişi ilə 24/nömrə/= 46/yer/=46/nəfər/ x 1,1= 50 manat 60 qəpik x 30/gün/= 1518 manat / aylıq/ x 69 aya = 104742 manat – 290 manat = 10445 2 manat və 2012-ci ildən 2017-ci ilin avqust ayına kimi 104452 manat cavabdehə ödəniləcək məbləğ müəyyən edilmişdir. “Bələdiyyələtin statusu haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsində n, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qan unvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 44 saylı, 22.09.2017-ci il tarixli «torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi» barədə qərarı mübahisələndirildiyinən, sözügedən qərarın qanuniliyinə hüqu qi qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək (3.1.2), yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək (3.1.3), səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar vermək (3.1.11) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmçinin Əsasnaməyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) ve rgilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 3.3-cü maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin Əsasnamənin 5.2-ci maddəsinə əsasən bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzif əli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. Həmin Əsasnamənin 5.3-5.11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Hə min aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissə lərinə öz etirazını yazılı surətdə bildirə bilər. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməs i barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi g ündən sonrakı gün təqdim edilmiş hesab edilir. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparm aqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 44 saylı, 22.09.2017-ci il tarixli «torpaq, əmlak vergi borcunun və mehmanxana rüsumunun ödənilməsi» barədə qərarı yuxarıd a sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərarın mətnində yoxlama aparıldığı qeyd olunsa da, iş materiallarında hər hansı yoxlamanın aparılmasına dair sübut yoxdur. Həmçinin qəbul edilən qərar Bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmiş və iddiaçıdan müvafiq məbləğdə borcun tələb edilməsinə yönəlmişdir. Həmçinin qəbul edilmiş qərardan sonra iddiaçıya tədiyyə bildirişi göndərilmişdir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya hesablanmış yerli ödənişlərlə bağlı qərarın qəbul edilməsinə əsas olan yoxlamanın materiallarını tələb etməli, əgər müvafiq yoxlama aparılıbsa həmin yoxlamanın aparılmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına, “Bələdiyyələtin statusu haqqında” Qanunun, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinə uyğunluğuna qiymət verməlidir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün mü vafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı “Idiaçı ” firmasının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/18 saylı 23 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar