Məhkəmə qərarları › İş №2-1(102)-1088/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1088/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1088/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pnesiya məbləğinin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1923/2021 nömrəli, 2 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az təşkil e dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19761981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkə dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim T.Əsədova) 30 oktybar 2019-cu il tarixli, 2-1(81)-3469/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiya sı məhkəməsindəki birinci icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-174/2020 nömrəli 9 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 oktybar 2019-cu tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1458/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova -sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Hüseynov) kassasi ya şikayət qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1562/2020 nömrəli qərarı ilə (hakimlər: V.Məmmədov -sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)- 3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)896/2021 nömrəli 26 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev - sədrlik edən və məruzəçi, Z.Quliyev və Ə.Əliyev) apellyasiya instansiya məhkəməsinin 21 sentyabr 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1923/2021 nömrəli 2 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseynov -sədrlik edən və məruzəçi, M.Tağızaadə və V.Baxışova) cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 oktybar 2019-cu tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

13. Müddətin bərbası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı müəyyən müddət ərzində yüksək tempratur və halsızlıq səbəbilə həkim nəzarətində davamlı olaraq müalicə aldığı üçün məhkəmə qərarından qanunvericiliklə müəyyən edilmiş müddətlərdə şikayət verilməsi mümkün olmamışdır.

14. Cavabdeh etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə qalmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilm ə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 6.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

17. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

18. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(105)-1923/2021 nömrəli qərarını iddiaçı 29 oktybar 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almış, kassasiya şikayəti isə qanunla nəzərdə tutulmuş 1(bir) aylıq prosessual müddət ötürüldükdən sonra verilmişdir.

19. İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

20. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsində qeyd etmişdir ki, iddiaçı müəyyən müddət ərzində yüksək tempratur və halsızlıq səbəbilə həkim nəzarətində davamlı olaraq müalicə aldığı üçün məhkəmə qərarından qanunvericiliklə müəyyən edilmiş müddətlərdə şikayət verilməsi mümkün olmamışdır. Ona görə də kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməklə, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı ərizəsində göstərilən (xəstəliyi ilə bağlı) halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, beləliklə də,iddiaçının istinad etdiyi hallar əsaslandırılmamışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1923/2021 nömrəli, 2 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar