Məhkəmə qərarları › İş №2-1(102)-1089/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1089/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1089/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə Açar sözlər: əlilliyə görə (İİ qrup) əmək pensiyası, pensiya kapitalı, qazanılmış hüquq. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-203/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı x xxxxxx 1966-cı il tarixdə anadan olmuşdur və Laçın rayonunda qeydiyyatda olmaqla, Bakı şəhərinin Xətai rayonunda yaşayır. İddiaçıya xx xxxxxx 2014-cü il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə (bundan sonra ixtisarla DSMF-nin Xətai rayon şö bəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona əlilliyə görə pensiya təyin olnmasını xahiş etmişdir. DSMF-nin Xətai rayon şöbəsi iddiaçının xahişini təmin etməmiş və 19/6283 saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Onun fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından, pensiya təyin olunması mümkün deyildir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş, xüsusilə xx xxxxx 1995-ci il tarixdən xx xxxx 2000-ci il tarixədək olan stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2014-cü il tarixdən etibarən ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılanda iddiaçı tələbini dəqiqləşdirərək xx xxxxx 1995-ci il tarixdən xx xxxx 2000-ci il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilməklə xx.xx.2014-cü il tarixdən etibarən ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin yuxarıda qey d edilən redaksiyası x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Onun əlilliyi xx xxxxxx 2014-cü il tarixdən müəyyən edilmişdir. Buna görə də onun əlilliyə görə əmək pensiyası hüququ həmin Qanunun x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələbləri ilə tənzimlənir. Həmin maddəyə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunanların ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. DSMF-nın 17 saylı xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxl anılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən həmin Qanunun qüvvəyə mindiyi x xxxxxx 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun əlilliyi müəyyən edilən tarixdə 48 yaşı tamam olmuşdur. Bu isə o deməkdir ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il sığorta stajı tələb olunur. Əmək kitabçasında onun iş stajı əks olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-635/2019 saylı qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək xx xxxxx 1995-ci il tarixdən xx xxxx 2000-ci il tarixədək dövr üzrə iş stajı sosial sığorta stajına daxil edilməklə iddiaçıya xx xxxxxx 2014-cü il tarixdə n əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında göstərilən qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. İnzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-203/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.B.Əhmədov (sədrlik edən və məruzəçi), S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə müvafiq olaraq, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumil ikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırki mübahisə üzrə iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi hüququ verən və şəxsin əlillik dərəcəsini, əlilliyin nə vaxtdan yarandığını müəyyən edən müvafiq Tibbi - Sosial Ekspert Komissiyasının müayinə aktı barədə hər hansı qeyd nə birinci instansiya nə də apellyasiya instansiya məhkəməsinin qərarında öz əksini tapmamışdır. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının izahatına əsasən və onun iddiasında qeyd etdiyi müddətdə, yəni xx xxxxxx 2014-cü il tarixdə əlillik təyin edilməsi və bu səbəbdən həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə əsassız qənaətə gəlmişdir. Tərəflərin izahatlar ı Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin təmin olunmadan, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhk əməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya ikinci qrup əlillik xx xxxxxx 2014-cü il tarixdə təyin edildiyi üçün onun əlil kimi əmək pensiyası hüququ əldə edib-etmədiyi məsələsinə də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi bu normada əlilliyə görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələb o lunmurdu. Lakin cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin etməkdən imtina etməsi barədə məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı yığılmadığına görə ona pensiya təyin olunması mümkün deyildir. Həqiqətən də «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Lakin bu maddənin ikinci cümləsi, yəni əlilin fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının olması barədə tələb, «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixli 543-VDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə olunmuşdur. Müvafiq olaraq həmin tələb xx xxxx 2017-ci ildən sonra yaranmış münasibətlərə, yəni həmin tarixdən sonra İİ və İİİ qrup əlillik almış şəxslərə münasibətdə tətbiq edilə bilər. İddiaçı isə əlilliyi xx xxxxxx 2014-cü il tarixdə almış və həmin tarixdə də tələb olunan sosial sığorta stajına malik olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Beləliklə, qanun dəyişənədək iddiaçı qazanılmış hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Apelyasiya məhkəməsi iddiaçının əmək kitabçasında əksini tapmış əmək fəaliyyətini onun sosial sığorta stajına daxil etməklə də düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçının əmək kitabçasında onun 23xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Bərdə rayonun Həsənqaya kəndində fəaliyyət göstərmiş S.Vurğun adına kolxozda, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Bərdə rayonun Saatlı kənd orta məktəbində, xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək Beynəlxalq Xilasetmə Komitəsinin Ağcabədi ofisində, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək «Sərhədsiz həkimlər – Belçika» X1 Bakı ofisində işlədiyi əksini tapmışdır. İddiaçının qeyd olunan stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3- cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi xx.xx.2006-cı ilədək dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəs inin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının t əyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağa ndır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallard a mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə pensiya təyin edə bilmək üçün onun 11 il stajının tələb olunduğu və iddiaçının təhsil aldığı müddət və əmək kitabçasında göstərilən məlumatlar nəzərə alınmaqla onun tələb olunan sosial sığorta stajını topladığını müəyyən etmişdir. Kollegiya apelyasiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab edir. Belə ki, həmin nəticə mötəbərliyi mübahisələndirilməyən işdəki hüquq müəyyənedici sənədlərə əsaslanır və yuxarıda sadalan mış müddəaların tələblərindən irəli gəlir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-203/2020 saylı işüzrə21yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar