Məhkəmə qərarları › İş №2-1(102)-1089/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1089/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1089/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü; FİN: 6M8W6Z) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilm əsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-753/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 5 iyul 2011-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır.

2. İddiaçı 7 avqust 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüququşünası vəzifəsinə təyin edilmişdir.

3. İddiaçının əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

4. Həmin əmrə əsasən ona son haqq hesabın aparılması təmin olunması tapşırılmış və ona son haqq hesab 6 avqust 2020-ci il tarixdə ödənilmişdir. Hesab edir ki, ona son haqq hesab az ödənilmişdir.

5. İddiaçı son haqq hesabın hesablanması qaydası barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 9 sentyabr 2020-ci il tarixlli məktubla bildirmişdir ki, Son haqq hesabın hesablanması, hesablama zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlər barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” xx.xx.2020-ci il tarixli **********634300 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’’nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixindən xitam verilərək tutduğunuz vəzifədən azad edilmisiniz və əmrin tələblərinə uyğun olaraq, Sizinlə son haqq-hesab aparılmışdır. 1-ci sual üzrə: Son 2 (iki) il müddətində hesablanan və ödənilən aylıq əmək haqqı və ona əlavələr barədə arayış cədvəl formasında məktuba qoşma kimi əlavə olunaraq Sizə təqdim edilir. 2-ci sual üzrə: Məlum olduğu kimi, Əmək Məcəlləsinin 140-cı maddəsinin 4cü hissəsinə əsasən məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qay dası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (son haqq hesab) ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Qərar"a əsasən, faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (qulluq stajına, xidmət illərinə, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.), eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar son haqqhesabın hesablanması zamanı nəzərə alınır. Həmin Əsasnamənin 12-ci maddəsinə əsasən, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. 3-cü sual üzrə: Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə ə sasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablaması zamanı nəzərə alınmır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin Cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin Baş hüquqşünası könüllü işdən azad olunma ərizəsi əsasında Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 iyun 2020-ci il tarixli, **********634300 nömrəli əmri ilə 01 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə Maliyyə baş idarəsinə onunla son haqq-hesabın aparılmasının təmin olunması tapşırılmış və son haqqhesab ona 6 avqust 2020-ci il tarixdə ödənilmişdir. Lakin ödənilmiş son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla hesablanmışdır. Belə ki, son-haqq hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı nəzərə alınmış, lakin hər ay əmək haqqına ödənilmiş həvəsləndirici xarakter daşıyan daimi əlavələr ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, hər ay əvvəlki ayın nəticələrinə görə kollektiv mükafatlandırma şəklində müvafiq əmr qəbul edilirdi və cavabdeh tərəfindən bütün əmə kdaşlara təxminən vəzifə maaşının 2,5 mislində əlavələr ödənilirdi. Qeyd olunan əlavələr isə artıq uzun müddət sistematik şəkildə hər ay üçün heç bir səbəddən asılı olmayaraq daimi olaraq ödənilirdi. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə son haqq-hesabın və yaxud istifadə edilməmiş məzuniyyət günlərin hesablanması ilə bağlı hər hansı norma nəzərdə tutulmadığı üçün bu məsələnin həllində Əmək Məcəlləsinin normaları əsas götürülməlidir. Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Siyahısında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar və kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir. Göründüyü kimi, vəzifə maaşına ödənilən kollektiv mükafatlandırma şəklində həvəsləndirici xarakter daşıyan əlavələrin orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməs ini əmək qanunvericiliyi birbaşa təsbit etmişdir. Məhz bu səbəbdən o, onun sonhaqq hesabının hesablanması qaydası barədə məlumat əldə etmək üçün cavabdehə 13 avqust 2020-ci il tarixli məktubla müraciət etmişdir, sonuncu isə təqdim etdiyi 9 sentyabr 2020-ci il tarixli **********723700 nömrəli cavab məktubunda qeyd olunan normalara istinad etməklə son haqq-hesabın hesablanması zamanı vergi əməkdaşlarına kollektiv mükafatlandırma şəklində əmək haqqlarına ödənilən əlavələrin nəzərə alınmalı olduğunu etiraf etmiş, lakin eyni zamanda sözügedən Əsasnamənin 12-ci maddəsinə əsaslanaraq dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğunu göstərmişdir. Halbuki, qeyd olunan Əsasnamənin 12-ci maddəsinin ona hesablanan son haqq-hesaba heç bir aidiyyəti yoxdur. Həmin normada il ərzində hər bir dövlət qulluqçunun mükafatlandırılması üçün maksimal vəsaitin həddi müəyyən edilmişdir ki, onun məsələsi isə mükafatın verilməsi ilə bağlı deyil, son haqqhesabın düzgün hesablanaraq ödənilməsi ilə bağlıdır. Son haqq hesabın ödənilməsi ilə bağlı dövlət büdcəsində isə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdeh orqan cavab məktubunda vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə istinad edərək büdc ədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına ə lavələrin verilməsi müəyyən edilmişdir. Onun vəzifə maaşına əlavələr isə kollektiv mükafatlandırma şəklində verildiyindən və daimi xarakter daşıdığından qeyd olunan Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Siyahısında orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməlidir. Belə olan halda isə Nazirlər Kabinetin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı üstün hüquqi qüvvəyə malik olduğu və “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın ümumiyyətlə Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilmədiyi (normativ hüquqi akt statusuna malik olmadığı) üçün Nazirlər Kabinetin s özügedən qərarının tələbləri rəhbər tutulmaqla ona ödənilən son haqq-hesab zamanı vəzifə maaşına verilən əlavələr də nəzərə alınmalı idi. Bundan başqa, cavabdehə onun son haqq-hesabının yenidən hesablanaraq fərqinin ona ödənilməsinə dair pretenziya qaydasında 30 noyabr 2020-ci il tarixli məktubla müraciət etsə də, sonuncu bundan əvvəlki məktubla cavab verildiyini əsas gətirməklə müraciətinə ətraflı və əsaslandırılmış şəkildə cavab verməkdən imtina etmişdir. Halbuki, əvvəlki məktubda ona ödənilən son haqq-hesabı hesablanması qaydası və ödənilən məbləğlər barədə yalnız məlumat verməyini, sonuncu pretenziya qaydasında son haqq-hesabının yenidən hesablanaraq fərqinin ödənilməsi barədə məktubla isə ona qanuni əsaslarla ödənilməli olan məbləğin verilməsini xahiş etmişdir. Eyni zamanda, bununla b ağlı qanunvericiliyin düzgün tətbiq edilməsi məsələsinə müvafiq rəyin alınması məqsədi ilə əmək qanunvericiliyi sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 17 dekabr 2020-ci il tarixli sorğu ilə müraciət etmiş, sonuncu isə təqdim etdiyi cavab məktubunda Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq dövlət qulluqçularının hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normaların onlara tətbiq edildiyini qeyd etmişdir. Başqa sözlə desək, Azərbaycan Respublikası ƏƏSMN-nin X4 Xidmətinin məktubundan da aydın olur ki, son haqq-hesabın hesablanması əgər “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə nəzərdə tutulmayıbsa həmin məsələyə Əmək Məcəlləsində nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

9. Cavabdehin iddiaya dair etirazın dəlilləri imtina məktubunun əsasları ilə eynidir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4635/2021 saylı iş 7 oktyabr 2021-ci il tarixli (hakim P.Hüseynov) qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır.

12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseyn -sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) 2-1(103)-753/2022 saylı 10 mart 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qərarında əsaslandırdığı m övqeyi ilə razılaşmayaraq bildirirəm ki, qüvvədə olan qanunvericiliyin və müvafiq normativ aktın tələblərinə əsasən vergi orqanlarının işçilərinə sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədənkənar vəsaitdən vəzifə maaşlarına əlavələr verilir. Sözügedən əlavələr, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş Siyahıda məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir. İnzibati orqanın vəzifə maaşına əlavələrin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması barədə daxili əmri olsa da, qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı” ilə təsdiq olunmuş normativ hüquqi akta əsasən vəzifə maaşına verilən əlavələrin işçinin məzuniyyətə çıxdığı zaman orta əmək haqqına daxil edilməlidir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarından belə görünür ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə əsasən zidd olan hallardır, ona görə ki, məhkəmə orqanları işlərə baxarkən işlərin həlli ilə əlaqədar olaraq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyət təşkil etdiyini müəyyən etdikdə Nazirlər Kabinetinin qərarını tətbiq etməlidir. Yəni, məhkəmə tərəfindən X5 reyestrinə daxil edilməyən Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” tətbiq edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Normativ hüquqi aktlar haqqında” Qanun Maddə 1.0. X1 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt - tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; Maddə 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X5 Reyestrinə (bundan sonra – X5 Reyestri) daxil edilməl idir. Maddə 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X5 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. Maddə 78.3. X5 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. Maddə 78.4. X5 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. Maddə 78.5. X5 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. Maddə 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin akt larda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Maddə 85.2. X2 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

18. Əmək Məcəlləsi Maddə 5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. M addə 139.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 139.2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 apr el 1999-cu il tarixli, 122 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1999-cu ilin iyulun 1-dək: (-) həmin Məcəllənin 139-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısını, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını təsdiq etsin; (-)

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq olunmuş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı” Nəzərə alınan ödənişlər: müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respubl ikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar; (-)

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfin dən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali M əhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkə mələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəy lər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, maddi normaların tətbiqində səhvə yol vermiş, prosessual normaların tələblərini pozmuşdur.

26. Belə ki, hazırkı qərarın 17-ci bəndində göstərilən normaların məzmunundan aydın olur ki, hüquqi aktlar X5 Reyestrinə daxil edilməlidir. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” isə X5 reyestrində qeydiyyata keçməmişdir.

28. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hazırda qüvvədə olmayan normalara istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

29. Bundan başqa, hazırkı qərarın 18-ci bəndində göstərilən normaların məzmununa uyğun olaraq son haqq-hesabın və yaxud istifad ə edilməmiş məzuniyyət günlərinin hesablanması ilə bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə hər hansı norma nəzərdə tutulmadığından Əmək Məcəlləsinə istinad edilməlidir. Əmək Məcəlləsinin 139.2-ci maddəsinə əsasən isə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

30. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların məzmunundan isə görünür ki, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçuları nın mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aiddir.

31. Kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iddiaçıya münasibətdə son haqq hesabın hesablanma qaydası yuxarıda göstərilən formada aparılmalı idi. İddiaçı eyni dəlilləri apellyasiya şikayətində də qeyd etmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının dəlillərinə heç bir münasibət bildirməmişdir.

32. Halbuki, hazırkı qərarın 21-22-ci bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayət inin dəlillərinə münasibət bildirməyə borcludur. Məhkəmə isə bu vəzifəsinə əməl etməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iddiaçının dəlillərinə münasibət bildirməmiş, bununla da İPM-in 12.1, 12.2, 87.8-ci maddələrində nəzərdə tutulmuş prosessual normaların tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş göstərilən normaların tələblərinin təmin olunması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsindən ibarətdir. Bunun üçün isə ilk növbədə iddiaçıya ödənilmiş vəzifə maaşına əlavələrin statusu, vergi orqanlarının əməkdaşlarına ödənilən belə əlavələrin hesablanm a və ödənilmə qaydalarının qanunvericiliyin hansı normaları ilə tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmə sadalanan halları müəyyən etdikdən sonra iddiaçının tələbinin əsaslı olub-olmadığına qiymət verə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almalı, sadalanan göstərişlərə əməl edərək zəruri araşdırma aparmalı, yalnız bundan sonra iddia tələbinin əsaslı olub-olmadığına qiymət verməlidir.

34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-753/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar