Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1089/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-639/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixində doğulmuşdur. O, xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının tələb olunan qədər sığorta stajına malik olmaması və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunun (qərarının) qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanununa xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ed ilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququ yarandığı gündən, yəni 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1980-cı il tarixdə Paris Kommunası adına “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul olunmuş və hərbi xidmətə getdiyinə görə xx.xx.1980-ci il tarixdə işdən azad olunmuşdur (hərbi xidmətdə əmək stajı 10 ay 5 gün təşkil edir). xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 22 gün). xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Xəzər dəniz gəmi təmiri” zavodunun taxta emalı sahəsində gəmiçi-dülgər vəzifəsində (2 il 05 ay 13 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin zavodun elektromontaj sahəsində gəmi elektrik quraşdırıcısı (13 il 8 ay 23 gün) vəzifəsində işləmişdir və xx.xx.1999-cu il tarixdən bu günədək "xxxx" Şirkətində baş mühəndis vəzifəsində işləyir. Göründüyü kimi,, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 9 ay 02 gün olmuş, həmin iş stajının 13 il 8 ay 22 gününü əmək şəraiti ağır olan peşələrdə gəmi elektrik quraşdırıcısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XİV bölməsində (Metal emalı bənd: ********) “gə mi elektrik quraşdırıcıları” 2150300a-1753a yarımbəndi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələri hesab olunur. Buna baxmayaraq, cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasının surətinə və xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi sənədlərə əsasən, ümumi iş stajı 25 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığor ta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyanının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17371,09 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi yaranmır. İddiaçının xx.xx.1999-cu il tarixdən hal-hazırki tarixədək işlədiyini iddia etdiyi halda, həmin müəssisənin 1998-ci il 20 aprel tarixindən qeydiyyata alınmasına baxmayaraq, VÖEN-nin xx.xx.2005-ci ildə alınması (Sığorta Altsistemi (Monitornq)) vasitəsilə alınmış məlumat) iddiaçının həmin müəssisədə işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nöməsi (VÖEN) verilməlidir. Sığorta Altsistemi (Monitorinq) vasitəsilə alınmış məlumata əsasən, "xxxx" müəssisəsinə VÖEN xx.xx.12005ci il tarixdə verilmişdir. Hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan əmək s tajı 25 ildir. Lakin müəssisənin VÖEN alma tarixindən əvvəl əmək kitabçasında qeydlərin aparılması, müəssisəsnin arxiv sənədlərinin, əmək haqqı cədvəllərinin mövcud olmaması, əmək kitabçasındakı 1993-cü ildə olan qeydləri şübhə altına alır. Həmçinin qeyd edilir ki, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını 2007- ci il mart ayından etibarən ödəməyə başlamışdır. İddiaçı məhz 1999-cu ildən hal-hazırki dövrədək həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beləliklə, id diaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) 01 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3523/2022 nömrəli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etm işdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və o, hazırda xx.xx.2006-cı il tarixədək tələb olunan həddə ümumi və xüsusi iş stajını tamamladığına istinad edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. İddiaçının xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olmuş, xx.xx.2006-cı il tarixədək isə 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq xüsusi iş stajı olmuşdur. Beləliklə, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan güzəştli şərtlərl ə əmək pensiyası təyin edilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə sədrlik edən və məruzəçi, M.N.Tağızadə və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 21(103)-639/2023 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tar ixli, 2-1(112)-3523/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasını n minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 18.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassı zdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağı dakıları qeyd etməyi zəruri sayır.
28. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır.
29. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2019-cu il tarixdə tamamlanmışdır.
30. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 n ömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə xx.xx.2006-cı il tarixədək iş stajının minimum 12 il 6 ay olması da aşağı instansiya məhkəmələrində araşdırma zamanı işdə olan sənədlərə əsasən tam sübuta yetirilmişdir. Belə ki, "xxxx" QSC “Zığ” Gəmir Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş RM01/138 nömrəli, xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı Hacıablayeviç (xx.xx.1962-ci il təvəllüdlü) həqiqətən “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1980-ci ildən Ağac emalı sahəsində gəmi üzrə dülgər şagirdi peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildən Ağac emalı sahəsində gəmi üzrə birinci dərəcəli dülgər işləmiş, xx.xx.1980-ci ildən sovet ordusunda xidmətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində birinci dərəcəli dülgər peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildən ağac emalı sahəsində gəmi üzrə ikinci dərəcəli dülgər, xx.xx.1983-cü ildən ağac emalı sahəsində gəmi üzrə üçüncü dərəcəli dülgər, xx.xx.1985-ci ildən ağac emalı sahəsində gəmi üzrə dördüncü dərəcli dülgər, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsində gəmi üzrə elektrik quraşdırıcı şagirdi peşəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildən elektrikquraşdırma sahəsində birinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1986-cı ildən elektrikquraşdırma sahəsində ikinci dərəcəli elektrik quraşdırıcı, xx.xx.1988-ci ildən elektrikquraşdırma sahəsində üçüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1991-ci ildən elektrikq uraşdırma sahəsində dördüncü dərəcəli elektrik quraşdırıcı, xx.xx.1995-ci ildən elektrikquraşdırma sahəsində altıncı dərəcəli elektrik quraşdırıcı, xx.xx.1999-cu ildən Kran avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru işləmiş, xx.xx.1999-cu ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısına əsasən, bölmə XİV. Metal emalı: şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcısı kimi güzəştli şərtlərlə pensiya hüququna malikdir. xx.xx.2011-ci il tarix li əmrə əsasən, zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmirqayırma” İB-nin Gəmir Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli, 18 nömrəli qərarı ilə Cəmiyyətin strukturunun qurumlarının siyahısını təsdiq edilmişdir. AXDG “QSC” xx.xx.2014-cü il tarixli, 08 saylı əmri ilə AXDGnın “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ” Gəmi Təmiri Zavodunda birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır.
31. Göründüyü kimi, iddiaçının gəmi elektrik quraşdırıcısı peşəsində işlədiyi dövr 12 il 6 aydan artıqdır.
32. Cavabdehin kassasiya imtinasının və kassasiya şikayətinin digər dəlilləri iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin pensiya təyin edilməsindən imtinasının və kassasiya şikayətinin dəlillərindən aydın görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 18 il 11 ay 24 gün (xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) ümumi iş stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının "xxxx" firmasında işlədiyi dövrlərdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, 037576 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı zavoda işə qəbul olunanadək əmək stajı olmayıb, o, xx.xx.1980-ci ildə “Xəzər dəniz gəmi təmiri” SPO Paris Kommunası ad. Baş İstehsalat Vahidinə taxta emalı sahəsinə gəmiçi-dülgər şagirdi vəzifəsinə qəbul edilib, xx.xx.1980-ci il tarixdə taxta emalı sahəsində birinci dərəcəli gəmiçi dülgər peşəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1980- xx.xx.1982-ci il tarixlərində ordu sıralarında xidmət etmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində birinci dərəcəli gəmiçi dülgər vəzifəsinə qəbul edilib, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində ikinci dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1983-cü il tarixdə taxta emalı sahəsində üçüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə tax ta emalı sahəsində dördüncü dərəcəli gəmiçi dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsinə gəmi elektrik quraşdırıcısının şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə elektromontaj sahəsində birinci dərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1986-cı il tarixdə elektromontaj sahəsində ikinci dərəcəli gəmi elektrik quraşdırıcısı, xx.xx.1988-ci il tarixdə gəmi elektrik quraşdırıcısı üçüncü dərəcəsi verilmiş, xx.xx.1991-ci il tarixdə gəmi elektrik quraşdırıcısı dördüncü dərəcəsi verilmiş, xx.xx.1995-ci il tarixdə gəmi elektrik quraşdırıcı altıncı dərəcəsi verilmiş, xx.xx.1998-ci il tarixdə yükqaldırma vasitələri üzrə vəzifələr üzərinə qoyulmaqla kranlar üzrə 6-cı dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1999-cu il tarixdə "xxxx" şirkətinə baş mühəndis vəzifəsinə qəbul edilmişdir. "xxxx" tərəfindən verilmiş 01.KE10.2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" firmasının həmtəsisçisidir və xx.xx.1999-cu il tarixindən bu günədək adıçəkilən firmanın baş mühəndisi vəzifəsində işləyir.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********072900 nömrəli məktubundan görünür ki, hüquqi şəxs “Kaspiya Elektrik" firması (VOEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir.
35. Göründüyü kimi, mübahisəli dövrlərdə (xx.xx.1999-xx.xx.2006-cı illər arası dövr) "xxxx" firmasının mövcudluğu, fəaliyyətinin olması (vergi orqanında ilk dəfə xx.xx.1998-ci il tarixdə qeydə alınıb və müvafiq VÖEN verilib) öz təsdiqini tapdığından, həmin dövrlərdə sözügedən firmada işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.
36. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.
37. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006- cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu. Ona görə də cavabdeh pensiya kapitalı şərtinin ödənilməməsi ilə balı dəlili əsassızdır.
38. Beləliklə, 2006-cı ilin yanvar ayının 1-dək azı 25 il ümumi və 12 il 6 ay “əmək şəraiti zərərli və ağır olan” iş stajı (2 №-li Siyahı üzrə) şərtləri tam ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mad di və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-639/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.