Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1089/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın əsaslandırılmaması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarların yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlunda n ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması və borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(103)-2518/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmişdir, ixtisaslaşmış tikinti işləri ilə məşğul olur.
2. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********199517 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən ap rel 2017 – dekabr 2019-cu il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli, KY201454827 nömrəli çıxarışa əsasən iddiaçıya münasibətdə xx.xx.2017-xx.xx.2020-ci il tarixləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) əlamətlərinin müəyyən edilməsi (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) göstərilmişdir. Yoxlamanın müddəti xx.xx.2020-xx.xx.2020-ci il tarixləri göstərilmişdir. Həmin çıxarışda yoxlamanın dayandırılması müddətləri aşağıdakı kimi göstərilmişdir: Vergi orq anının təşəbbüsünə görə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020 tarixədək (31 gün müddətinə); Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə xx.xx.2020 tarixdən xx.xx.2020 tarixədək (31 gün müddətinə); Vergi orqanının təşəbbüsünə görə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (30 gün müddətinə); xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (30 gün müddətinə); xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (25 gün müddətinə); xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (32 gün müddətinə); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (9 gün müddətinə); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (18 gün müddətinə); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (31 gün müddətinə). Həmin çıxarışda yoxlamanın müddətinin artırılması aşağıdakı kimi göstərilmişdir: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması əsası ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (47 gün müddətinə), xx.xx.2021-ci tarixdən xx.xx.2021 tarixədək (44 gün müddətinə).
4. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli səyyar vergi yoxlaması ak tında yoxlamanın başlama tarixi xx.xx.2020-ci il, başa çatma tarixi xx.xx.2021-ci il göstərilmişdir. Həmin aktda həmçinin yoxlamanın uzadılma və dayandırılma müddətləri aşağıdakı kimi göstərilmişdir: müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 31 gün müddətinə; müddət uzadılması – xx.xx.2020-ci il tarixli qərarla 30 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 30 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 30 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 25 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2020-ci il tarixli qərarla 32 gün müddətinə; müddət uzadılması – xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə; müvəqqəti da yandırma – xx.xx.2021-ci il tarixli qərarla 9 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2021-ci il tarixli qərarla 18 gün müddətinə; müvəqqəti dayandırma – xx.xx.2021-ci il tarixli qərarla 31 gün müddətinə; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi – xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi – xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən yoxlanılan dövr üzrə müəssisə tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərində istifadə edilmiş malmaterialların real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə ekspert dəvət edilmiş, lakin yerinə yetirilmiş tikinti-quraşdırma işlərin in təhvil-təslim aktları yoxlamaya tam təhvil verilmədiyi üçün ekspert rəyinin alınması mümkün olmamışdır. Eləcə də, müəssisə tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində mal-material həcminin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis dəvət edilmiş, lakin yerinə yetirilmiş tikintiquraşdırma işlərinin təhvil-təslim aktları yoxlamaya tam təhvil verilmədiyi üçün mütəxəssis rəyinin alınması mümkün olmamışdır. Həmçinin həmin səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama nəticəsində 2017-2019-cu illər üzrə mənfəət vergisinin ümumilikdə 262157,75 (60527,75+83428,93+118201,07) manat azaldılması, 2017-2019-cu illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 778302,96 (89546,60+8796,11+679960,25) manat azaldılması, 99242,19 (86600,76+7456,40+5185,03) manat artıq hesab lanması müəyyən edildi. Vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 262157,75 manat azaldılmasına görə 50% miqdarında, yəni 131078,89 manat; ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 778302,96 manat azaldılmasına görə 50% miqdarında, yəni 389151,49 manat, həmçinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbləri pozulduğu üçün 10390,73 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir.
5. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150084 nömrəli qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və səyyar vergi yoxlaması nəticəsində hesablanmış 679889,40 manat vergi borcu və 339944,70 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının 04.20xx-xx.2019-cu illər üzrə fəaliyyətini əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatmış və nəticə olaraq xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunveri ciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 tarixli, **********150084 nömrəli qərar ilə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 262157,75 manat azaldılmasına görə 50% miqdarında, yəni 131078,89 manat, ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 778302,96 manat azaldılmasına görə 50% miqdarında, yəni 389151,49 manat, həmçinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbləri pozulduğu üçün 10390,73 manat maliyyə sanksiyası tətbiq edilməklə iddiaçı məsuliyyətə cəlb edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox ol mayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Cavabdeh tərəfindən ilkin yoxlama müvafiq qaydada qeydiyyata alınsa da, daha sonra yoxlamanın müddətinin uzadılması barədə məlumatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə müvafiq olaraq qeydiyyata alınmamışdır. Bu səbəbdən həmin yoxlamanın hüquqi nəticəsi olmamalıdır. Həmçinin səyyar vergi yoxlaması aktı qəbul edilərkən iddiaçı həmin akta etiraz vermək hüququndan məhrum edilmiş, mübahisələndirilən qərar isə qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçıdan xəbərsiz və iddiaçının nüma yəndələrinin iştirakı təmin olunmadan qəbul edilmişdir. Bunların tam əksi olaraq iddiaçı tərəfindən məsələ ilə bağlı vergi orqanına edilmiş şikayət və müraciətlər də cavabsız qalmışdır. Eyni zamanda, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, səyyar vergi yoxlamasının aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün cavabdehin xx.xx.2020-ci il tarixli qərarı əsasında verilmiş ekspert rəyi təşkil edir. Halbuki, Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasına ekspert zəruri hallarda cəlb edilə bilər. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri o cümlədən malların dəyərini əks etdirən gömrük (statistik bazar qiymətləri göstərilməklə) sənədləri daxil ol maqla təqdim olunduğu halda yoxlayıcı tərəfindən ekspertizanın təyin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdi kləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Göründüyü kimi, ekspertizanın təyin olunması tam qanunsuzdur. Eləcə də, cavabdeh tərəfindən ekspertizanın keçirilməsi barədə qərar iddiaçıya təqdim edilməmiş və bu barədə iddiaçı məlumatlandırılmamaqla onun obyektiv araşdırmanın aparılması ilə bağlı ekspertin təyin olunmasında və onun qarşısında sualların qoyulmasında iştirak etmək hüquqları pozulmuşdur. Bununla yanaşı, yoxlama zamanı 5 vergi ödəyicisi tərəfindən ("xxxx" MMC (VÖEN: 1********) üzrə 2798081,23 manat; "xxxx" MMC (VÖEN: **********) üzrə 2173442,3 manat; "xxxx" MMC (VÖEN:**********) üzrə 237221,31 manat; "xxxx" MMC (VÖEN:**********) üzrə 1169139,66 manat; X2 (VÖEN:**********) üzrə 79168,17 manat, cəmi ƏDV-İi 4457052,67 (ƏDV-siz 777163,28 manat) iddiaçıya təqdim edilmiş malların alışının olmaması (YGB və e/qaimə üzrə baza məlumatlarına əsasən) müəyyən edildiyi əsas gətirilərək, iddiaçı tərəfindən həmin mallar üzrə əvəzləşdirilmiş 679889,4 manat (3777163,28 * 18%) ƏDV məbləği yoxlama ilə əvəzləşmədən çıxarılmışdır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirilməsinə icazə verilən əməliyyatlar o əməliyyatlar sayılır ki, vergi ödəyicisi tərəfindən e-qaimələrlə alınan malların (işlər, xidmətlər) dəyəri ödənilərkən ƏDV məbləği depozit hesabından ödənilsin. İddiaçının yuxarıda qeyd edilən 5 şirkətdən e-qaimələrlə aldığı malların dəyəri tam ödənilmiş və ƏDV-n in depozit hesabından ƏDV məbləğləri köçürülmüşdür. Bu halda Vergi Məcəlləsinin tələblərinə tam riayət edildiyi üçün səyyar vergi yoxlaması aktında həmin məbləğlərin əvəzləşmədən çıxarılması tam qanunsuzdur. Əvəzləşmədən çıxarılmanın əsas səbəbi isə riskli vergi ödəyiciləri ilə bağlı qanunvericiliyin normalarının tətbiqi olub. Lakin iddiaçı tərəfindən bu əməliyyatlar aparılan dövrdə qanunvericiliyə müvafiq dəyişiklər və bu dəyişiklərin tətbiq olunmasına dair normalar qəbul edilməmişdir. Belə ki, müvafiq normanın xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsinə və bunun tətbiqinə dair Nazirlər Kabinetinin 265 nömrəli Qərarının xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin normaların tələbləri qanunsuz olaraq iddiaçıya münasibətdə tətbiq edilmişdir.
8. Cavabdehin iddiaya qarşı etiraz ında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində yoxlamanın nəticələrinin ondan xəbərsiz və nümayəndəsinin iştirakı olmadan qəbul edildiyini bildirsə də, iddiaçının nümayəndəsi X1 vergi yoxlaması aktını imzalamaqla bir nüsxəsini qəbul etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müddətin uzadılmasına dair qərarlar reyestrdə qeydiyyata alınmadan aparılmışdır. Halbuki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və iddiaçının qeyd etdiyinin əksinə olaraq yoxlama müddətinin artırılmasına dair hər iki qərar reyestrdən çıxarışda mövcud olmuşdur. Eləcə də, iddiaçı məsuliyyət qərarının əsasını ekspert rəyinin təşkil etdiyini və ekspertizanın təyin olunmasının qanunsuz olduğunu qeyd etmişdir. Lakin yoxlamanın əsasını ekspert rə yi təşkil etməmiş, əksinə ekspert xx.xx.2021-ci il tarixli məktubunda vergi ödəyicisi tərəfindən lazımi sənədlərin təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin iddiaçı müəssisənin rəhbəri xx.xx.2021-ci il tarixli zəmanət məktubu ilə vergi orqanına müraciət edərək, səyyar vergi yoxlaması nəticəsində yaranmış vergi borcları ilə razı olmuş və ödənilməsinə zəmanət vermişdir. Ümumi olaraq qeyd edilməlidir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********199517 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: aprel 2017 – dekabr 2019) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparıl an səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir: Əlavə dəyər vergisi üzrə: İddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş bəyannamələrdə (ƏDV-siz) 58156827,31 manat ƏDV-yə cəlb edilən dövriyyə (10468228,92 manat ƏDV), 8249843,23 manat əvəzləşdirilən ƏDV, 2218385,69 manat büdcəyə çatası ƏDV göstərilmişdir. Yoxlama ilə (ƏDV-siz) 58167034,42 manat ƏDV-yə cəlb edilən dövriyyə (10470066,2 manat ƏDV), 7569953,83 manat əvəzləşdirilən ƏDV, 2900112,37 manat büdcəyə çatası ƏDV olduğu müəyyən edilməklə 681726,68 manat ƏDV-nin azaldılması müəyyən edildi. Kənarlaşmanın səbəbi aşağıdakılardan ibarətdir: Vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-ci maddəsinə müvafiq s urətdə, vergi tutulan əməliyyatların dəyərinin isə Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməməsi (10207,11 manat dövriyyənin azaldılması) nəticəsində ƏDV 1837,28 manat (maliyyə sanksiyası 918,64 manat) azaldıldığına görə 49555,14 (918,64+48636,5) manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı 5 vergi ödəyicisi tərəfindən ("xxxx" MMC (VÖEN: **********) üzrə 2798081,23 manat, "xxxx" MMC (VÖEN: **********) üzrə 173442,3 manat, "xxxx" MMC (VÖEN: **********) üzrə 237221,31 manat, "xxxx" MMC (VÖEN: **********) üzrə 1169139,66 manat, X2 (VÖEN: **********) üzrə 79168,17 manat, cəmi ƏDV-li 4457052,67 (ƏDV-siz 3777163,28) manat iddiaçıya təqdim edilmiş malların alışının olmaması (YGB və e-qaimə üzrə baza məlumatlarına əsasən) müəyyən edildi. Bu səbəbdən də iddiaçı tərəfindən həmin mallar üzrə əvəzləşdirilmiş 679889,4 manat (3777163,28 * 18%) ƏDV məbləği yoxlama ilə əvəzləşmədən çıxarılmışdır. Mənfəət vergisi üzrə: İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən gəlir 5392004,6 manat, ümumi gəlirdən çıxılan xərclər 4819571,35 manat, vergiyə cəlb olunan mənfəət 572433,25 manat göstərməklə 114486,65 manat mənfəət vergisi; 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən gəlir 8529621,16 manat, ümumi gəlirdən çıxılan xərclər 7524662,16 manat, vergiyə cəlb olunan mənfəət ******* manat göstərməklə 200991,80 manat mənfəət vergisi; 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən gəlir 38545658,22 manat, ümumi gəlirdən çıxılan xərclər 36965923,93 manat, vergiyə cəlb olunan mənfəət 2510651,33 manat göstərməklə 502130,27 manat mənfəət vergisi, cəmi yoxlanılan dövr üzrə 817608,72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı əldə edilmiş sənədlərin araşdırılması zamanı aşağıdakılar müəyyən edildi: 2017-ci il ərzində ilkin sənədlərə əsasən sifarişçiyə təhvil verilmiş tikinti işlərinin və satılmış malların müqabilində bank vasitəsi ilə ******* manat məbləğində pul vəsaitinin daxil olması müəyyən edilmişdir. Yoxlanılan dövrdə mühasibat uçotu kassa metodundan istifadə edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Bu səbəbdən təqdim edilmiş tikinti-quraşdırma işlərinin və satılmış malların müqabilində əldə edilmiş vəsait (nağdsız ödəmə ilə bankda onun hesaba daxil olan vəsait) yoxlama ilə mənfəət vergisinə cəlb edilmişdir. Lakin həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda iddiaçı tərəfindən də sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. İddiaçının fəaliyyət göstərdiyi 2017-ci il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli, 42 nömrəli) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçının mənfəəti aşağıdakı kimi hesablanmışdır: M=G×R/100+R; M - vergi ödəyicisinin mənfəəti, G - gəlir ƏDV nəzərə alınmadan, R - rentabellik. Yoxlama ilə müəssisənin 2017-ci il üzrə gəliri ******* manat müəyyən olunmuşdur. M = ******* × 20/100 + 20 = 875072 manat. Həmin məbləğdən yoxlama ilə 20% dərəcə ilə (875072 x 20%) 175014,4 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə əhatə olunan dövr ərzində iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamənin (kameral hesablama nəzərə alınmaqla) düzgünlüyü yoxlanılarkən mənfəət vergisinin (175014,4 - 114486,65) 60527,75 manat azaldılması müəyyən edil mişdir. 2018-ci il ərzində ilkin sənədlərə əsasən sifarişçiyə təhvil verilmiş tikinti işlərinin və satılmış malların müqabilində bank vasitəsi ilə ******* manat məbləğində pul vəsaitinin daxil olması müəyyən edilmişdir. Yoxlanılan dövrdə mühasibat uçotu kassa metodundan istifadə edilməklə aparılmışdır. Bu səbəbdən təqdim edilmiş tikinti-quraşdırma işlərinin və satılmış malların müqabilində əldə edilmiş vəsait (nağdsız ödəmə ilə bankda onun hesabına daxil olan vəsait) yoxlama ilə mənfəət vergisinə cəlb edilmişdir. Lakin həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, eyni zamanda müəssisə tərəfindən də sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir. Müəssisənin fəaliyyət göstərdiyi 2018-ci il ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçının mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə müəssisənin 2018-ci il üzrə gəliri ******* manat müəyyən olunmuşdur. M = 8532622,0 × 20/100 + 20 = 1422103,67 manat. Həmin məbləğdən 20% dərəcə ilə (1422103,67 x 20%) 284420,73 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamənin (kameral hesablama nəzərə alınmaqla) düzgünlüyü yoxlanılarkən mənfəət vergisinin (284420,73 - 200991,8) 83428,93 manat azaldılması müəyyən edilmişdir. 2019-cu il ərzind ə ilkin sənədlərə əsasən sifarişçiyə 441682710,18 manat məbləğində tikinti işlərinin və malların təhvil verildiyi müəyyən edilmişdir. Yoxlanılan dövrdə uçot metodu dəyişdirilərək hesablama metodundan istifadə edilməklə mühasibat uçotu aparılmışdır. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Bu səbəbdən təqdim edilmiş tikinti-quraşdırma işlərinin və satılmış malların dəyəri yoxlama ilə mənfəət vergisinə cəlb edildi. Lakin iddiaçı tərəfindən kassa metodundan hesablama metoduna keçilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisinə cəlb edilməli olan gəlirin məbləği düzgün müəyyən edilməmişdir. Eyni zamanda, həmin işlərin yerinə yetirilməsi zamanı istifadə edilmiş mal və materialların alınması, digər xərclərin ödənilməsi ilə bağlı (bank xərclərindən başqa) sənədlərin çox (əsas) hissəsinin və məlumatın əldə edilməsi mümkün olmamış, həmçinin iddiaçı tərəfindən də sənədlərin çox (əsas) hissəsi təqdim edilməmişdir. Yoxlama zamanı iddiaçının ümumi gəlirinin 41682710,18 manat, ümumi gəlirdən çıxılan xərclərinin 38581053,50 manat, vergi tutma məqsədləri üçün mənfəətinin 3101656,68 manat, ödənilməli mənfəət vergisinin isə 620331,34 manat olduğu müəyyən olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası nəticəsində verilmi ş xx.xx.2023-cü il tarixli, 4/1918 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş və işin 8-50-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli, **********199827 nömrəli səyyar vergi yoxlaması aktının kserosurətində “İslamov T” yazıları önündə əks olunan imzalar, işin 138-ci vərəqində olan vergi orqanına təqdim olunmuş xx.xx.2021-ci il tarixli zəmanət məktubunun kserosurətində “X5 imza” qrafasında əks olunan imza – X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 28 fevral 2023-cü il tarixli, e-2-1(112)-1437/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021ci il tarixli, **********150084 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəy icisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********195602 nömrəli qərarı ləğv edilmiş və yoxlama nəticəsində hesablanmış 679889,40 manat vergi borcu və 339944,70 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixli, **********199517 nömrəli qərarla avqust 2017 – dekabr 2 019 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırılma və müddət uzadılması barədə qərarların olduğunu göstərmiş, lakin həmin qərarların surətləri məhkəməyə təqdim edilməmiş, əlavə olaraq məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını, yəni iş üzrə müstəsna halların olmasını müəyyən etmək mümkün olmamışdır.
12. Həmçinin, xx.xx.2020-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi göstərilsə də, həmin qərarın icrası ilə əlaqədar hər hansı bir rəy təqdim edilməmiş, "xxxx" MMC tərəfindən vergi ö dəyicisinin lazım olan sənədləri təqdim etməməsi əsas gətirilərək, ekspert və mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı bildirilsə də, bu barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən məhkəməyə səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin iddiaya qarşı etirazında isə sadəcə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənilmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir.
13. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması aktının kserosurətində “İslamov T” yazıları önündə əks olunan imza iddiaçı müəssisənin rəhbəri X3 tərəfindən icra olunmamışdır. Sözügedən hal ona dəlalət edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə riayət edilmədiyindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Həmçinin iş materiallarında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının vergi orqanına təqdim etdiyi bildirilən xx.xx.2021-ci il tarixli zəmanət məktubunun kserosurətindəki imzanın da aparılmış məhkəmə ekspertizası tədqiqatı nəticəsində X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bu da, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Elşən Kazımov) 07 dekabr 2023cü il tarixli, 2-1(103)-2518/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci insta nsiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Maddə 13.2.82 (xx.xx.2024-cü i l tarixədək qüvvədə olan redaksiyada). Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kame ral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb et mək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicis inin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktı nın bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb e dilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanları nın üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
22. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunması nın təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 23. 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdır ılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərard adını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə mate rialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi və səyyar vergi yoxlaması nəticəsində hesablanmış məbləğlərin iddiaçının ş əxsi hesab vərəqəsindən silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Mübahisəyə dair iş üzrə materiallardan səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanıldığı görünür. Lakin nə yoxlama haqqında qərarda, nə də yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın hansı mənbəyi bəlli məlumat əsasında başlanıldığı qeyd olunmamışdır.
35. Bununla bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən keçirilən yoxlamalarla bağlı vahid məhkəmə təcrübəsi formalaşmışdır. Həmin təcrübəyə görə, belə hallarda qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərarlar artıq formal-hüquqi baxımdan qüsurlu sayılır.
36. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının q əbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir – inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
37. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-ö zlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm d ə məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlbetmə barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
38. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsin ə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.
39. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
40. Qeyd edildiyi kim i, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
41. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məh z bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün hə yata keçirilməsininin yoxlanılmasını da ehtiva edir
42. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
43. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəf dən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
44. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması ko nstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair" 12 yanvar 2011-ci il tarixli Qərarı).
45. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3. 5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə mate riallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
46. Həmçinin mübahisəyə dair iş üzrə materiallardan görünür ki, səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar qəbul olunsa da, həmin qərarlar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
47. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın reyestr də qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda, əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)-827/2023, 2-1(102)-1090/2023, 2-1(102)-1174/2023, 21(102)-1741/2023, 2-1(102)-1958/2023, 2-1(102)-2063/2023 nömrəli işlər üzrə qərarları, həmçin in 2-1(102)-1197/2024 nömrəli iş üzrə qərardadı).
48. Həmçinin mübahisəyə dair iş üzrə materiallardan görünür ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən inzibati akt vergi ödəyicisinə Vergi Məcəlləsinin 49.4-cü maddəsinə uyğun olaraq çatdırılmamışdır. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
49. Bundan əlavə, mübahisənin mahiyyəti bundan ibarətdir ki, cavabdeh iddiaçının mal aldığı şəxslərin alışında həmin malların olmamasını əsas götürərək əməliyyatı əmtəəsiz kimi qiymətləndirmiş və ƏDV əvəzləşdirməsini ləğv etmişdir.
50. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının apardığı alış əməliyyatları A zərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” qanuni qüvvəyə mindikdən (xx.xx.2020) əvvəlki dövrə aiddir.
51. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə qərarlarında da əks olunmuş vahid mövqeyinə əsasən qeyd edilməlidir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunmasına əsas ola bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. Həmçinin cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının m al aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir ki, bu da, əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin də mövcud olduğu qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2208/2023, 2-1(102)-10/2024, 21(102)-92/2024 nömrəli işlər üzrə qərarları).
52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(103)-2518/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.