Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-109/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar sözlər: iddiadan imtina ilə bağlı icraata xitam QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili X2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1466/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında 7 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ukrayna Respublikası Donetsk Dövlət İdarəetmə Universiteti tərəfindən 2017-ci ildə verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək diplom üzrə ixtisasın tanınması öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2019-c u il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir. tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina edərək işin icraatına xitam verilməsi barədə ərizəni müdafiə etdiyini və imtinanın nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Cavabdehin vəkili qanuni qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma his səsi: İddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İş şikayətlə bağlı Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının icraatında olarkən iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddiadan imtina və işin icraatına xitam verilməsi barədə ərizə vermişdir. İddiadan imtina edilməsinə dair hüquq norması İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 55-ci maddəsi isə tənzimlənir. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (İPM-in 55.1-ci maddəsi). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (İPM -in 55.2-ci maddəsi). İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir (İPM-in 55.4-cü maddəsi). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (İPM-in 55.5-ci maddəsi) Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkilinə iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi barədə qanunverici liyin müddəaları izah edilmiş, iddiaçının nümayəndəsi və vəkili iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu bildirib ərizəsini müdafiə etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiadan imtina etdiyini bildirdiyindən, məhkəmə iclasında da ərizəni müdafiə etdiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyindən, habelə, iddiadan imtina şifahi məhkəmə baxışına qədər verildiyinə görə cavabdehin razılığının alınmasına zərurət olmadığından iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı nümayəndəsinin ərizəsinə əsasən diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işin icraatına xitam verilsin. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-109/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-109/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver