Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1090/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: informasiya sorğusunda göstərilən məlumatların verilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı “X1” İctimai Birliyinin (Dövlət qeydiyyatı tarixi: xx.xx.1999-cu il; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “informasiya sorğusunda göstərilən məl umatların verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-584/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 25 yanvar 2021-ci il tarixli, 01/21 nömrəli sorğuda göstərilmişdir ki, iddiaçının ekspertləri ölkədə fəaliyyət göstərən aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətini, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsul bolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyrineft ixracının artırılmasında rolunu qiymətləndirmək məq sədilə tədqiqat aparır. Tədqiqat çərçivəsində istifadə olunması üçün aşağıdakı məlumatların iddiaçıya təqdim olunmasının təmin edilməsi xahiş edilmişdir: 1) 1 yanvar 2021-ci il tarixinə ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; 2) 2018-2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); 3) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); 4) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə).
2. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 25 yanvar 2021-ci il tarixli, 03/21 nömrəli sorğuda iddiaçının ekspertlərinin apardığı tədqiqat çərçivəsində istifadə olunması üçün aşağıdakı məlumatların iddiaçıya təqdim olunmasının təmin edilməsi xahiş edilmişdir: 1) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə); 2) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə); 3) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında əkin subsidiyası ayrılmış əkin sahələri, hektar ilə (illər üzrə göstərilməklə); 4) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtinanın səbəblərinin təsnifatı (illər üzrə göstərilmək lə). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 25 yanvar 2021-ci il tarixli hər iki informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar və cavabdeh barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və müstəqil iqtisadçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi tədqiqatlar sahəsində i xtisaslaşmış analitik fikir mərkəzidir. İddiaçının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı idarə etməyə yardım etməkdir. İddiaçının məqsədi dövlətin sosial-iqtisadi siyasətinin aktual istiqamətləri üzrə tədqiqatlar aparmaq və onu daha da təkmilləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəçiliyə əhalinin bir hissəsinin effektiv və daimi cəlbinə, hökumət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqdır. Ölkədəki aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətinin, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsul bolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyri-neft ixracının artırılmasında rolunun qiymətləndirməsi məqsədi ilə iddiaçı 26 yanvar 2021-c i il tarixdə (poçt kodu: SS664863756AZ) cavabdehə informasiya sorğusu göndərmişdir. Bu sorğuda tələb olunan məlumatlar aşağıdakılardır: a) 1 yanvar 2021-ci il tarixində ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; b) 2018- 2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); c) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); d) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə). 03/21 nömrəli ikinci informasiya sorğusu da iddiaçı tərəfindən cavabdehə 26 yanvar 2021-ci il tarixində (poçt kodu: SS664863708AZ) göndərilmişdir. Sorğunun mətni aşağıdakı kimidir: a) 2018-2020ci illərdə Azərbaycan Respublikası fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə); b) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə); c) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında əkin subsidiyası ayrılmış əkin sahələri, ha ilə (illər üzrə göstərilməklə); d) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtina səbəblərinin təsnifatı (illər üzrə göstərilməklə). Lakin cavabdeh hər iki informasiya sorğusuna cavab verməmiş, cavab verməməsinin səbəbini izah etməmiş və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırmışdır.
5. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 yanvar 2021-ci il tarixli, 01/21 nömrəli sorğuya (aqroparklarla bağlı) cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
6. Məhkəmənin sorğusuna cavabdehin 23 aprel 2021-ci il tarixli, 02/10-08-23-980 nömrəli cavab məktubunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçının 25 yanvar 2021-ci il tarixli, 01/21 və 03/21 nömrəli müraciətlərinə 19 aprel 2021-ci il tarixli, 22/xx/xx-1358 nömrəli məktubla cavab verildiyi göstərilmiş dir. Həmin məktuba əlavə edilmiş 19 aprel 2021-ci il tarixli, 22/xx/xx-1358 nömrəli məktubda qeyd edilmişdir ki, müvafiq məlumatların təqdim edilməsi haqqında cavabdehə daxil olmuş müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2018-2020-ci illər ərzində bitkiçilik və heyvandarlıq sahələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş subsidiyalara dair müvafiq məlumatlar təqdim edilir. Aqroparklara dair məlumatların verilməsi ilə bağlı bildirilir ki, “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli, 1257 nöm rəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış X2 Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Habelə həmin Fərmanın 4-cü hissəsinə uyğun olaraq “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsinin hazırlanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Buna uyğun olaraq hazırda aqroparkların yaradılması, onların fəaliyyətinin hüquqi çərçivəsi və biznes subyekti kimi qeydiyyata alınması ilə bağlı proseslər davam edir. Müvafiq prosedurlar əsasında aqroparklar biznes subyekti kimi qeydiyyata alındıqdan sonra onlara verilən subsidiyalar və güzəştli kreditlər üzrə ümumi statistik məlumatlar əldə oluna bilər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən kreditlərin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Qeyd edilənləri, o cümlədən qanunvericiliyin tələblərini nəzərə alaraq aqroparklara dair məlumatların verilməsi ilə əlaqədar müraciətin təmin olunması mümkün deyildir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında iddiaçıya ünvanlanan 19 aprel 2021-ci il tarixli, 22/xx/xx-1358 nömrəli məktubda qeyd edilən dəlilləri təkrarlamaqla iddianın rədd edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmənin sorğusuna cavabdehin 21 iyun 2021-ci il tarixli, 02/10-xx-xx-1499 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli, 1257 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu X2 Agentliyi (bundan sonra - Agentlik) yaradılmışdır. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Agentlik sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyun 2021-ci il tarixli, İN-X/O-6143/2021 nömrəli cavab məktubunda göstərilmişdir ki, hazırda ölkədə aqrar-sənaye kompleksi olaraq müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və xidmətlərin göstərilməsi üçün istifadə olunan 51 təsərrüfat kompleksi və y a iri fermer təsərrüfatı mövcuddur. Həmin təsərrüfat komplekslərinin aqropark kimi nəzərə alınması üçün aqroparkların anlayışı, yaradılması, fəaliyyətinin təşkili, idarə edilməsi, ləğvi və s. məsələlər qanunvericilikdə təsbit edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkl arın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs statuslu X2 Agentliyi yaradılmışdır. Fərmana əsasən X2 Agentliyinin Nizamnaməsinin və “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihələrinin hazırlanması ilə bağlı tapşırıqların icrası baxımından hazırda adıçəkilən layihələrin, habelə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanaraq təqdim edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Fərmanın 7.1-ci bəndinə əsasən X2 Agentliyinin dö vlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir.
10. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5265/2021 nömrəli qərarı (hakim A.Ə.Əhədova) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aqroparkların yaradılması, onların fəaliyyətlərinin hüquqi tənzimlənməsi, qeydiyyata alınmaları ilə bağlı proseslər yekunlaşmadığından, cavabdeh iddiaçının tələb etdiyi sorğulanan informasiyaya malik olmadığından sorğuya dair məlumatların verilməsindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-584/2022 nömrəli qərardadı (hakimlər A.S.Hüseynov-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5265/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçının sorğusuna cavab verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində X2 Agentliyi publik hüquqi şəxsin Nizamnaməsinə əsasən ona həvalə edilmişdir. İddiaçı isə qeyd olunan sorğu il ə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. İddiaçının tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə (cavabdehin həmin iddiaya cavab verməli olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında” Əsasnamə
2. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.
6. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı əlaqəli şəkildə həyata keçirir.
10. Nazi rliyin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 10.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; 10.2. aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; 10.3. aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; 10.4. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o c ümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; 10.4-1. fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərmək; 10.5. aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; 10.6. aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; 10.7. aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; 10.8. aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; 10.9. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə t ədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; 10.10. Dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə yerlərdə kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi üçün tədbirlər görmək, onlara müxtəlif xidmətlər göstərilməsini təşkil etmək, Nazirliyin yerli qurumlarının fəaliyyətini əlaqələndirmək; 10.11. kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; 10.12. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; 10.13. Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; 10.13-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmas ını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; 10.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
11. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 11.7. səlahiyyətləri daxilində aqrar bölməyə ayrılan qrantların və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Nazirliyin sisteminə daxil olan qurumlar tərəfindən büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi üzərində qanunvericiliyə müvafiq olaraq nəzarəti həyata keçirir; 11.8. kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, onların emalının genişləndirilməsi, itkilərin qarşısının al ınması və məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki, texnoloji, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsində iştirak edir;... 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 20. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əsas anlayışlar 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan isti fadə edilir: 3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;... 3.0.6. müraciətə baxan subyekt – fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;... 3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi – müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digə r müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;... 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;... Maddə
7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası... 7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlər ə göndərilir.... 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğu nu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakç ılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmə də işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması təl əb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiy ası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərardadı işin müəyyən olunmuş hallarına münasibətdə prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı həmin hissədə ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir:
27. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçının sorğusuna cavab verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində X2 Agentliyi publik hüquqi şəxsin Nizamnaməsinə əsasən ona həvalə edilmişdir. İddiaçı isə qeyd olunan sorğu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Bu baxımdan iddiaçının tələbi cavabdehin həmin iddiaya cavab verməli olmaması səbəbindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir və iddia mümkün sayılmamalıdır.
28. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhəl ələrində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya məhkəməsinin araşdırma predmetini iddiaçının sorğuda qeyd edilən informasıyaları n cavabdehin sahibliyində olub-olmadığının, tələb olunan informasiyanın iddiaçının fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğunluğunun və yalnız bundan sonra iddiaçının tələb hüququna malik olub-olmadığının müəyyənləşdirilməsi təşkil etməli idi.
31. Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddia tələbinə cavabdehin cavab verməli olmaması, yəni informasiya sahibi olmaması qənaətinə gələrkən, iddiaçının sorğu göndərdiyi cavabdehin bu Qərarın 18-ci bəndində istinad olunan normalarda təsbit olunmuş hüquqi statusunu, onun fəaliyyətinin məzmun və xarakterini, funksional səlahiyyət dairəsini və fəaliyyət istiqamətlərini nəzərə almamışdır. Halbuki məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, həmin normaların məzmununa görə cavabdeh Azərbaycan Respublikasında kənd təsərrüfatı məh sullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu həyata keçirən, həmin sahədə normativ hüquqi və iqtisadi tənzimlənməyə məsul olan mərkəzi icra hakimiyyəti orqanıdır. Yuxarıda istinad olunan normalara görə, cavabdehin vəzifələrinə aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsini, aqrar bölməyə sərmayələrin cəlb olunmasını təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək və s. daxildir.
32. Bu baxımdan məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, aqrar sahədə dövlət siyasətini formalaşdıran və onu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi sorğuda nəzərdə tutulan və bilavasitə onun funksional səlahiyyət dairəsinə aid olan məlumatların, cavabdehin fəaliyyətinin xarakterinə və xidməti vəzifəsinə görə cavabdehin sahibliyində olması və həmin məlumatların iddiaçıya təqdim edilməsi imkanları apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aqroparklarla bağlı sorğuda tələb etdiyi məlumatlar kənd təsərrüfatı və aqrar bölmə ilə birbaşa bağlı olduğundan, həmin məlumatlar ən azından kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı kimi cavabdehə məlum olmalı idi.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən cavabdehin qeyd olunan imkanlarının mövcudluğu araşdırılmadan iddiaya cavab verməli qurumun İqtisadiyyat Nazirliyinin tabeliyində X2 Agentliyi kimi müəyyən olunması obyektiv araşdırma prinsipinin tələblərinə cavab vermir. Qeyd olunmalıdır ki, cavabdehin və İqtisadiyyat Nazirliyinin tabeliyində X2 Agentliyinin fəaliyyətini tənzimləyən normativ sənədlərin müddəaları baxımından həmin qurumların fəaliyyətinin funksional və təşkilati aspektdən fərql əndirilməsi zəruridir. Həmin normativ sənədlərə görə, X2 Agentliyi sorğuda nəzərdə tutulan məlumatların aid olduğu sahə üzrə daha çox təşkilati funksiyaları həyata keçirməyə səlahiyyətlidir. Bunu məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyun 2021-ci il tarixli, İN-X/O-6143/2021 nömrəli cavab məktubu da təsdiq edir. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli, 1257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində sənaye parklarının (Balaxanı Sənaye Par kı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs statuslu X2 Agentliyi yaradılmışdır. Fərmana əsasən, X2 Agentliyinin Nizamnaməsinin və “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihələrinin hazırlanması ilə bağlı tapşırıqların icrası üzrə hazırda adıçəkilən layihələrin, habelə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanaraq təqdim edilməsi istiqamətind ə İqtisadiyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Fərmanın 7.1-ci bəndinə əsasən, X2 Agentliyinin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir.
34. Cavabdeh isə sorğuda nəzərdə tutulan məlumatların aid olduğu sahə üzrə daha çox funksional səlahiyyətlərin subyekti kimi, həm də bu sahədə siyasəti müəyyənləşdirən və həyata keçirməyə məsul olan əsas və mərkəzi hakimiyyət orqanı kimi çıxış edir. Bu anlamda sorğuda nəzərdə tutulan məlumatların cavabdehin sahibliyində olması istisna edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, aqroparkların fəaliyyətinin təşkili, onların idarə ol unması və sair kimi təşkilati məsələlərin X2 Agentliyinə həvalə olunması mübahisə predmeti olan məlumatların kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran cavabdehin sahibliyində olmasını istisna edən hal kimi qiymətləndirilməməlidir.
35. Hazırkı mübahisəyə münasibətdə eyni zamanda sorğuda tələb olunan məlumatların “İnformasiya əldə etmək haqqında” Qanunun 34-cü maddəsi anlamında ümumi istifadə üçün açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aid olması da məhkəmə tərəfindən araşdırılmalıdır. Yəni tələb olunan məlumatlar istinad olunan norma anlamında təsnifləşdirilməli, onların hansı kateqoriyaya aid olduğu müəyyən edilməli, mədudlaşdırılan informasiyaların müəyyən olunduğu təqdirdə, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bu zaman Azərbaycan Respublikasının qan unu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyaların açıq informasiyalar sayıldığı da nəzərə alınmalıdır. Bu zaman həm də, ictimai əhəmiyyət daşıyan, büdcə vəsaitlərinə (ictimai vəsaitlərə) bağlı fəaliyyət subyektlərinə və istiqamətlərinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə aqroparklara ayrılan subsidiyalar, investisiyalar, kreditlər, ssudalar, torpaq sahəsi və onlardan istifadə ilə bağlı məlumatların qanunla məhdudlaşdırılan informasiyalar sinfinə aid olunmadığı da. nəzərə alınmalıdır. Bu yanaşma həmin məlumatların cəmiyyətin maraq dairəsinə bağlılığından və ictimai əhəmiyyət kəsb etməsindən irəli gəlir. Bunu X2 Agentliyinin aqroparklarla yaydığı məlumatlar da təsdiq edir.
36. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi, aqroparklarda məhsul istehsalı göstəriciləri, aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi barədə məlumatların təqdim edilməsini tələb edir.
37. Nəzərə almaq lazımdır ki, iddiaçı qeydiyyatdan keçmiş, iqtisadi tədqiqatlar sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatıdır. Təşkilatın nizamnaməsində bəyan edilmiş məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı idarə etməyə yardım etməkdir. Bu məqsədə çatmaq üçün iddiaçı sosial-iqtisadi siyasətin aktual istiqamətləri üzrə tədqiqatlar apardığını, həmin istiqamətlər üzrə tövsiyələr hazırladığını, bu sahədə hökumət və vətəndaş cəmiyyəti arasında dialoqun formalaşmasına töhfə vermək niyyətində olduğunu iddia edir. İddiaçının sorğusu onun fəaliyyət istiqamətlərinə uyğun olaraq aparmaq istədiyi tədqiqatlarla bağlıdır və bu baxımdan ölkədəki aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətinin, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsul bolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyri-neft ixracının artırılmasında rolunun qiymətləndirməsi məqsədi daşıyır.
38. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb hüququnun mövcudluğu Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin (Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır), “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinin (İnformasiya əldə etmək azadlığı) müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq, informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
39. Məhkəmə kollegiyası qe yd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
40. Qeyd olunmalıdır ki, hazırkı iddia mahiyyət baxımından öhdəliyin icrası haqqında iddiadır. Sorğuda tələb olunan məlumatların verilməsi inzibati orqanın faktiki xarakterli fəaliyyəti kimi qiymətləndirilməlidir. Belə ki, bu zaman həmin orqan onun sahibliyində olan məlumatların faktiki təqdim olunmasını həyata keçirir. Bunun əksinə, inzibati orqan məlumatların verilməsindən imtina etdiyi hallarda, belə imtina hüquqi nəticə yaratdığı, yəni şəxsin informasiya əldə etmək hüququnu məhdudlaşdırdığı üçün inzibati akt kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, belə hallar da şəxs arzuladığı məqsədə çatmaq üçün mübahisələndirmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia qaldırmalıdır. İnzibati orqanın faktiki xarakterli hərəkəti maddi hüquq baxımından maraqlı şəxsin hüquqlarının həyata keçirilməsini faktiki olaraq məhdudlaşdırdıqda və ya həmin hüquqların həyata keçirilməsinə müdaxilə etdikdə və bunun üçün hüquqi əsasların olmadığı hallarda, şəxs həmin hərəkətlərdən öhdəliyin icrası haqqında iddia vasitəsilə müdafiə olunmaqda haqlıdır. Bu qənaət şəxsin məhkəmə qaydasında konstitusion müdafiə hüququna və “İnzibati icraat haqqında” Qanunun tələblərinin inzibati orqanların faktiki xarakterli fəaliyyətinə şamil olunmasını nəzərdə tutan müddəalarına əsaslanır.
41. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiy mət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Hazırkı mübahisə üzrə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməli olan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad İnzibati Prosessual Məcəlləsinin 12.1, 35.1 və 82-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.
42. İddiaçı kassasiya şikayətində iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etməsinə rəğmən, məhkəmə kolleg iyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.5.2-ci maddəsinə əsasən iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslı olduğundan həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halların obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılması və müəyyən edilməsi təmin olunmalıdır.
44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrinə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 21(103)-584/2022 nömrəli qərardadı ləğv olunur. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilir. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.