Məhkəmə qərarları › İş №2-1(102)-1091/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1091/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1091/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin yardım etmək vəzifəsi, etimad hüququ, inzibati aktın hüquqi qüvvəsi, inzibati icraatın aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə “ikinci qrup müddətsiz əlil kimi dövlət qeydiyyatına alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2006-cı il tarixdə ilkin müayinə zamanı ikinci dərəcəli 1 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma fu nksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası.Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. 2. xx.xx.2016-cı il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası. Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. 3. xx.xx.2019-cu il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: OS-Tor qişasının cırıl ma ilə qopması. OS Monokulyar korluq. OU-fəsadlaşmış katarakta. Sağ dirsək sinirinin travmadan sonrakı nevriti. VİS OD-03 k/ilə.0.5. VİS OS-0 (sıfr). Əmək zəmanəti: görmə itiliyi tələb olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. 4. xx.xx.2020-ci il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: H33.0 Tor nişanın cırılma ilə qopması, OSTorlu qişanın qopması. VİS.OD=0.2 k/ilə.0.7.(onda yeddi) VİS OS=0 (sıfır). əmək zəmanəti barədə: görmənin aktiv iştirakı olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ona tabe olan strukturlara onun Qarabağ müharibəsi əlilliyinin dərəcəsini keçdiyini tibbi müayinələr nəticəsi ilə uyğunlaşdıraraq İİ qrup, ərazi müdafiəsi ilə əlaqədar, müddətsiz əlil təyin olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1316/2021 nömrəli, 6 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab e tmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin sonradan iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Bundan başqa iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün ti bbi göstəriş olan xüsusi hal mövcud deyildir, bununla əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir, lakin iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci ildə əlil lik vəziyyətinin qiymətləndirilməsi və ona ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlilliyin təyin edilməsi onun sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara, onun tibbi müayinə və müalicələrinin nəticələrinə uyğundur.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadı ilə (sədrlik edən – M.N.Tağızadə, hakimlər – X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1316/2021 s aylı iş üzrə qəbul etdiyi 6 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə cavabdehə müraciət etməli olduğu halda hazırkı tələb üzrə cavabdehə ilkin müraciətin olunması iş materiallarından müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəfindən hüquqlarının pozulduğunu güman etdiyi xx.xx.2016-cı il tarixli inzibati akt da hazırkı iddia tə ləbi üzrə mübahisələndirilməmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadına düzəliş edilərək apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən ona inzibati akt təqdim edilməmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolleqiyasının öz Qərardadını əsaslandırmaq istədiyi inzibati akt konkret tarix və say rekvizitlərinə malikdir: xx.xx.2016 il, Müayinənin nömrəsi: xxxxxxx0003. Sözü gedən İNZİBATİ AKT, xx.xx.2016 il tarixli, İddiaçı heç vaxt elan edilməyib və elan edilə də bilinməzdi - inzibati aktın elə nömrəsindən görünür ki, o son zamanlar, məhkəmə icraatı zamanı tərtib edilib (nömrəyə görə iddiaçı 10 (on) il ərzində keçdiyi müayinələr cəmi üç dəfə göstərilir. Nömrəyə görə sözü gedən inzibati akt 2008-ci ildə dərc olunmalı idi. Cavabdehin bu epizodda problemi onda olub ki, əgər o müayinəni olduğu kimi- xxxxxxx0010 nömrələyib göstərsə idi, özü 10 (on) ilin tamam olmasını təsdiqləyərdi). İddiaçı hətta ona xx.xx.2016 il tarixli inzibati aktı elan etsəydilər (elan etməyiblər), bu inzibati aktı mübahisələndirmək fikrində olmazdı. Çünki, inzibati akt Nazirlər Kabinetinin Qərarında (xx.xx.2015 il, №413) əks olunan 5 il müddətindən gedir- xx.xx.2016 il tarixi aktda qeyd olan 5 il zaman müddətinin tərkibindədir, yəni göstərilən 5 il müddətində kimin 10 ili tamam olur- o şəxslərdə əlill ik müddətsiz müəyyən edilir. İddiaçı xx.xx.2016 il tarixindən cavabdehin hərəkətsizliyinin mübahisələləndirilməməsinə səbəb odur ki, cavabdeh, 2021-ci ilin fevral ayının 1-nə kimi vaxtlı vaxtında İddiaçı müddətsiz hərbiçi əlilin əmək pensiyasını və bütün müavinətlərini ona ödəyib. Bu səbəbdən də iddiaçı əlillik dərəcəsinin müddətsiz yox, 5 illik uzadılmasından xəbərsiz olmuşdur. (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (AR NK-nin 2015-ci il 30 dekabr tarixli Ns 413 qərarı ilə təsdiq edilib)“maddə 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.”). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:... 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir.... 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları:... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda;... 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahi yyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə o lan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb e dən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ 22.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə ilkin müayinə zamanı 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə iddiaçıya təkrar müayinə zamanı 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Bundan sonra, iddiaçıya xx.xx.2019-cu il t arixdə təkrar müayinə zamanı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, gözdən əlil qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə isə təkrar müayinə zamanı iddiaçıya üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlillik səbəbi ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 126/2021 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir. Hazırkı sağlamlıq vəziyyəti ilə ə laqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir.

24. İddiaçı məhkəməyə ilkin olaraq “onun Qarabağ müharibəsi əlilliyinin dərəcəsinin keçdiyi tibbi müayinələrin nəticəsi ilə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası ilə məhkəməyə müraciət etmiş, cavabdeh orqana ilkin müraciəti də həmin iddia tələbi üzrə olmuşdur. İddiaçının dəqiqləşdirilmiş tələbi “xx.xx.2016-cı ildən ikinci qrup, müddətsiz əlilliyinin dövlət qeydiyyatına alınması” barədədir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, gözdən əlil qeyd edilmiş, daha sonra isə xx.xx.2020-ci il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlillik səbəbi ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Belə görünür ki, iddiaçı cavabdehin ona əvvəllər müəyyən etdiyi əlilliyin səbəb əlaqəsinin və dərəcəsinin dəyişdirilməsi ilə bağlı hərəkətindən narazıdır. 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd).

26. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki,...bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətl ərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxmas ı və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

27. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymayarkən qeyd edilən Plenum qərarlarının tələblərini nəzərə almamış, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmiş, iddiaçının tələbinin cavabdehin 12 fevral 2020-ci il tarixli hərəkəti ilə bağlı olub-olmamasını aydınlaşdırmamış, belə tələb olduğu halda, məhkəməyə qədər cavabdehə müraciət etməyin məcburi şərt olmadığını nəzərə almamış, məhkəməyə iddia ərizə ilə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etməməsi əsası ilə iddianı mümkün saymamaqda haqlı olmamışdır. Apelyasiya məhkəməsi ididaçının hüquqi marağının nədən ibarət olmasını, onun cavabdehə qarşı tələbini müəyyən etməmişdir. 28.Odur ki, apel yasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. 29.İddianın əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zona tibbisosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. 30.Sonuncu dəfə 19 iyul 2019-cu il tarixdə iddiaçıya ikinci dərəcəli, müddətsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözd ən əlil müəyyən olunduğu və bu inzibati akt qüvvədə olduğu halda, hər hansı inzibati icraat aparılmadan və iddiaçı icraatda iştirak etmədən cavabdeh onun əlilliyinin müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlmişdir. 31.Qeyd edilməlidir ki, 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına əsasən zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. Əlillik alt sisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir, başqa sözlə, əlillik alt sistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyaları nın əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. 32.Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzi bati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). 33.Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dəyişdirildiyi anda qüvvədə olan Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 34.Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin (dərəcəsinin və səbəb əlaqəsinin) dəyişdirilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, iddia mümkün sayıldığı halda, cavabdehin "İnzibati icraat haqqında" Qanu nun tələblərinə riayət etməsi, 19 iyul 2019-cu il tarixli inzibati aktın qüvvədə olub-olmaması, qüvvədə olduğu halda əlilliyin səbəb əlaqəsi və dərəcəsinin dəyişdirilməsi barədə qərar qəbul edilərkən yuxarıda sadalanan qanunvericiliyin tələbinə əməl olunub-olunmaması yoxlanılmalıdır. 35.Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-532/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar