Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1091/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(103)-3385/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0591 nömrəli qərarı ilə iddiaçının (VÖEN: **********) sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: yeməkxanaların fəaliyyəti) həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən kafedə (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən kafedə keçiriləcək həmin yoxlama xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
3. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında operativ vergi nəzarəti həyata keçirilmiş, bu zaman 13 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək mü qaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu, 1 nəfər fiziki şəxsin isə fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 006106 nömrəli akt tərtib edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli qərarında qeyd edilmişdir ki, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq m ağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 nəfər fiziki şəxsin yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər. Fərdi sahibkar X20 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər fiziki şəxs hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişlər. İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Az ərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla vergi məsuliyyətinə cəlb edilmişdir.
5. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İd arəsinin fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda vergi ödəyicisinin təsərrüfat subyektinin adı və ünvanı texniki olaraq səhv qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlarla əlaqədar qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli “Vergi öd əyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsində yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər əmək və xidmət müqaviləsinin bağlanılmadığını etiraf etmişlər. Fərdi sahibkar X20 və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər fiziki şəxs hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişlər.” sözləri “Bakı şəhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera” adlı kafedə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsin, 1 nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yazılı izahatı alınmış şəxslər onlarla fərdi sahibkar arasında əmək və xidmət müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Fə rdi sahibkar İddiaçı yoxlamada iştirak etməmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər fiziki şəxs isə hər hansı səbəb gətirmədən izahat verməkdən imtina etmişdir.” sözləri kimi oxunsun. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərarlarının ləğv ed ilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçı barəsində operativ vergi nəzarət tədbiri keçirilmişdir. Tədbir xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı olmadan Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranında keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, 13 nəfər əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçi müəyyən edilərək izahatları alınmışdır. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli qərarı əsasında iddiaçıya ümumilikdə 280 00 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında və həmin tədbirin nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda tədbirin keçirildiyi ünvan Bakı səhəri, Yasamal rayonu, X32 29B ünvanında yerləşən “Palmera Voate” restoranı qeyd olunsa da, xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli qərarında tədbirin Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında keçirildiyi qeyd olunmuş və buna görə də maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli qərarının iddiaçıya heç bir aidiyyəti yoxdur və qərar düzgün qəbul olunmamışdır. Həmin qərarda göstərilmişdir ki, guya fərdi sahibkar X20 adlı şəxs və bir nəfər izahat verməkdən imtina etmişlər. Adı qeyd olunan şəxsin ümumiyyətlə iddiaçıya aidiyyəti yoxdur və sonuncu həmin şəxsi tanımır. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, guya iddiaçı tərəfindən foto, audio-video sahəsində məşğul olan şəxs işlərə cəlb olunmuşdur. Belə bir hal da olmamışdır. Cavabdehin belə təhrif olunmuş məlumatlar əks olunan qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb yerinə yetirilməmişdir. Keçirilmiş operativ tədbirin nəticəsində tərtib olunmuş akt və protokol larda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün, tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. Həmçinin operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən bir sıra qanunsuz hərəkətlərə yol verilmiş və operativ vergi nəzarəti yoxlaması işçilərə təzyiq və bir sıra hallarda zor tətbiq edilməklə aparılmışdır. Vergi orqanının vəzifəli şəxslərindən vergi orqanının qərarı tələb olunsa da, buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 196 nömrəli Qərarı ilə “Nəzarət Kitabçası” haqqında Əsasnamə” təsdiq edilmişdir. Sənə də əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 97 nömrəli Qərarı ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. X4 sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodunun qeyd edilməsi təsbit olunmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən yuxarıda qeyd olunan normativ aktın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, vergi orqanının vəzifəli şəxslərinin tərtib etdikləri aktda göstərilmişdir ki, guya Nəzarət Kitabçası tələb olunmuş, lakin təqdim olunmamışdır. Aktda qeyd olunanlar həqiqətə uyğun deyildir, çünki operativ vergi nəzarəti vergi orqanının vəzifəli şəxsləri tərəfindən elə bir kobud və aqressiv hərəkətlərə yol verilməklə keçirilmişdir ki, onları həmin yoxlama zamanı qanunun tələblərinə riayət etmək belə maraqlandırmamış və aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış təqdim olunmamış, nəzarət kitabçasında müvafiq qeydlər aparılmamışdır. Vergi ödəyicisinin nümayəndəsinin izahatını və etirazını dinləmək istəməmişlər. Obyektdə işləməyən şəxslərdən izahat alınaraq onlar obyektin işçiləri kimi göstərilmişlər. Yoxlamanın həyata keçirildiyi “Palmera Voate” restoranı xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi” əsasında iddiaçı tərəfindən icarəyə götürülmüş və bir müddət təmir işləri aparılmışdır. Həmin restoran xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamış və nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Fəaliyyətə başlamamışdan əvvəl vergi orqanının tədbir keçirməsini sahibkarlıq fəaliyyətinə mümkün vurula biləcək ağır bir zərbə hesab etmək olar. Operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri obyektin fəaliyyətini tam iflic vəziyyətə salmış, obyektin gündəlik fəaliyyətinə maneə törətmişlər. Operativ vergi nəzarəti zamanı alınan izahatlar vergi orqanının vəzifəli şəxsləri tərəfindən vətəndaşlara psixoloji təsir göstərməklə alınmışdır. Belə ki, bütün izahatlar eyni məzmunludur. Təqdim edilmiş siyahı və izahatlarla tanış olduqda adları qeyd olunan şəxslərdən X30 iddiaçının xalası oğludur və tədbir keçirilən zaman obyektdə onun yanına gəldiyini və birlikdə yemək yediklərini bildirmişdir. Bundan başqa, izahatları alınan X12 və X16 xx.xx.2022-ci il tarixdən, yəni operativ tədbir keçirilən gün işlə təmin olunduqlarını qeyd etmişlər. X6 izahatında 4 ay, X27 2 ay, X25 2 ay, X21, X17 isə 1 ay işlədiyini bildirmişlər. Müvafiq sənədlərdən də göründüyü kimi iddiaçı ilə icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İcarə müqaviləsi bağlanmazdan öncə ticarət obyekti başqa şəxslərin istifadəsində olmuşdur. Belə olan halda, adları qey d olunan şəxslərin icarə müqaviləsinin bağlanması tarixindən öncə iddiaçı tərəfindən işlə təmin olunmaları barədə izahat yazmaları absurddur. İzahatları alınan şəxslərdən X28 izahatında 15 gün, X18 10 gün, X26 xx.xx.2022-ci il tarixdən işlədiklərini bildirsələr də, məvaciblərini aylıq olaraq aldıqlarını qeyd etmişlər. Həmin şəxslərin izahatlarında işlədikləri günlər nəzərə alınsa aylıq məvacibin alınması üçün müddətin bitməsinə kifayət qədər gün qaldığına baxmayaraq, guya həmin şəxslərin aylıq məvacib almaları vergi işçilərinin öz fantaziyaları əsasında məcburən yazdırılmış və ya elə vergi işçilərinin özləri tərəfindən yazılmış izahatlardır. Həmçinin, keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda tədbirin başlama saatı saat 17:4 0 göstərilmiş, bitmə saatı barədə isə heç bir məlumat öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolda isə tədbirin başlama saatı 17:35, bitmə saatı isə 18:10 göstərilmişdir. Vergi əməkdaşları tərəfindən operativ tədbirin keçirilməsi ilə bağlı bu kimi tələblərə də əməl olunmamışdır. Operativ tədbir qeyd etdikləri vaxt aralığında aparılmış olsaydı, vergi əməkdaşları 35 dəqiqə ərzində tədbiri başlayıb, 13 nəfərin izahatlarını obyektiv şəkildə yazdırıb və nəticədə müvafiq akt və protokol tərtib edilə bilməzdi. Əgər tədbir qeyd edilən vaxt ərzində keçirilmişdirsə, onda alınmış izahatların heç biri həqiqətə uyğun deyil və onların cavabdehin əməkdaşlarının özləri tərəfindən yazıldığı bir daha sübuta yetirilir. Bundan başqa, idd iaçının işlətdiyi “Palmera Voate” restoranında operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 nömrəli qərarında qeyd olunur ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi i nzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında bunu təsdiq edən hər hansı sübut yoxdur. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun.” Beləliklə, göründüyü kimi, vergi orqanı tərəfindən yenicə fəaliyyətə başlamağa çalışan sahibkar xəbərdar olunmadan, mümkün ola biləcək nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilmədən hələ fəaliyyətə başlamamış ticarət obyektində operativ tədbir keçirilməsi, vergi işçilərinin özlərinin fantaziyaları əsasında reallığa uyğun olmayan izahatların yazılaraq şəxslərə məcburən imzalatdırılması qanunvericiliyin tələblərinə ziddir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B saylı ünvanda yerləşən obyektində (kafedə) keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 006106 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın tərtib edildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, araşdırma zamanı elektron qutuda xx.xx.20 22-ci il tarixli **********145600 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:59:02-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 26000 manat və 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli, **********254500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:34:21-də oxunduğu müəyyən edilmişdir. İddia ərizəsində əsassız olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar həm Vergi Məcəlləsinin tələblərinə əsasən tərtib olunmadığı üçün, həm də başqa bir sahibkarın fəaliyyət göstərdiyi ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi ilə bağlı tərtib olunduğu üçün və iddiaçıya heç bir aidiyyəti olmadığı üçün ləğv olunmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və xx.xx.2022-ci il tarixli icarə müqaviləsini ərizəsinə əlavə etmişdir. Həmin icarə müqaviləsində qeyd edilmişdir ki, X13 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X32 ev 29B ünvanında yerləşən ümumi sahəsi 633,1 kv.m olan obyekti (əsas sahə 400 (o cümlədən kafe üçün - 370 kv.m, təndir çörək sexi üçün - 30 kv.m) yardımçı sahə 233,1 kv.m) iddiaçıya icarəyə verilmiş və müqavilədə icarə müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək müəyyən olunmuşdur. Həmin icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X32 ev 29B ünvanında yerləşən, əsas sahəsi 370 kv.m, əlavə sahəsi 233,1 kv.m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə vergi uçotuna alınmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi operativ vergi nəzarəti tədbiri iddiaçının vergi orqanında uçotda olan təsərrüfat subyektində (obyektdə) keçirilmiş və iddiaçının ərizəsində qeyd etdiyi hal tamamilə əsassızdır. İddiaçının digər ərizəsini əsaslandırmağa çalışdığı əsassız fikir budur ki, operativ vergi nəzarəti tədbiri zamanı tərtib olunmuş akt və protokollarda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 43.10-cu maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kim i əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər. Yuxarıda qeyd olunan maddələrdən də göründüyü kimi operativ vergi nəzarəti zamanı müşahidəçilərin cəlb olunması imperativ norma kimi nəzərdə tutulmamışdır. İddiaçı eyni zamanda ərizəsində əsassız olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli ş əxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməli olduğu halda, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının vəzifəli şəxslərindən vergi orqanının qərarı tələb olunsa da, buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. Operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar və hər hansı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi obyektdə olmadığından qərarla və çıxarışla tanış etmək, tərtib edilmiş aktı imzalamaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. İddiaçı ilə mobil telefonla əlaqə saxlanılmış, operativ vergi nəzarəti tədbiri barədə məlumat verilmiş, sahibkar rayonda olduğunu bildirmiş və ona hüquq və vəzifələri izah edilərək, sənədlərin elektron və poçt vasitəsilə göndəri ləcəyi bildirilmişdir. Qeyd olunan hallar xx.xx.2022-ci il tarixində tərtib olunmuş aktda öz əksini tapmışdır. Operativ vergi nəzarəti tədbirinə dair sənədlər xx.xx.2022-ci il tarixli bildirişlə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2022-ci il tarixində göndərilmiş və tərəfindən xx.xx.2022-ci il tarixində saat 09:59:02-də oxunmuşdur. OVN tədbiri zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dö vlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 14 nəfər fiziki şəxsdən 13 nəfəri iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B saylı ünvanda yerləşən “Palmera” restoranında işə götürüldüklərini etiraf etmiş, 1 nəfər fiziki şəxs (X22) isə heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 2 aydır ki, İddiaçı tərəfindən “Palmera” restoranına aşbaz vəzifəsinə işə götürüldüyünü, gündəlik 15 manat olmaqla nağd qaydada əməkhaqqı aldığını, iş vaxtının saat 11:00-dan 20:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Fatima (kassir), Zakirə (salatçı), Ləmanı (inzibatçı) tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, izahatın on un sözləri ilə Əhmədova Fatima tərəfindən yazıldığını, ucadan oxunduğunu, imzası ilə təsdiq edildiyini bildirmişdir. X9 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 2 ay olar ki, iddiaçı tərəfindən işə cəlb olunduğunu, 300 manat olmaqla nağd qaydada əməkhaqqı aldığını, iş vaxtının saat 10:00-dan 22:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Arifə və Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X10 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən iddiaçı tərəfindən kassir vəzifəsinə işə cəlb olunduğunu, aylıq əməkhaqqının 350 manat olduğunu və nağd şəkildə aldığını, iş vaxtının saat 12:00-dan 00:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Arifə, Zakirə, Ləman, Hədiyyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X19 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən iddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, gündəlik 10 manat olmaqla nağd qaydada əməkhaqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Elşadı, Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında bir ay olar ki, iddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, gündəlik 10 manat olmaqla nağd qaydada əməkhaqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Ləmanı, Hilalı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, VÖEN-i olsa da, fəaliyyətini dayandırdığını bildirmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında dörd ay olar ki, iddiaçı tərəfindən aşpaz vəzifəsinə işə cəlb olunduğunu, aylıq əməkhaqqının 300 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Elşadı, Emini, Şahmarı, Ləmanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 7 nəfər işçi də eyni qaydada izahat verərək onlarla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişlər. İddiaçı ərizəsində qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasları göstərilmişdir. Cavabdeh tərəfindən aparılan operativ vergi nəzarəti tədbirində bu maddənin tələbləri kobud pozulmaqla aparılmışdır. Belə ki, iddiaçının işlətdiyi “Palmera" restoranında operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əs aslar olmamışdır.” Cavabdehin xx.xx.2022-ci il tarixli, **********9014 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə fiziki şəxs X14 (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanında yerləşən “Palmera kafe” adlı obyektdə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X14 (VÖEN:**********) fəaliyyət göstərmədiyi, həmin obyektdə iddiaçının fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəbdən də Baş idarənin xx.xx.2022-ci tarixli, **********0591 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə nəzarət tədbiri keçirilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hans ı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə ki, N.Muradov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də fiziki şəxs və vergi ödəyicisi operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında yol verilmiş nöqsanları etiraf etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 21 iyun 2023-cü il tarixli, 2-1(112)-2789/2023 nömrəli qərarı ilə iddia təmin edilm iş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərarları ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən əsaslara ümumi şəkildə istinad olunmuşdur. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə həmin tədbirin əsası kimi Vergi Məcəllə nin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazındakı dəlillərinə görə cavabdehin xx.xx.2022-ci il tarixli, **********9014 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə fiziki şəxs X14 (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B ünvanında yerləşən “Palmera kafe” adlı obyektdə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs X14 (VÖEN:**********) fəaliyyət göstərmədiyi, həmin obyektdə fiziki şəxs İddiaçı (VÖEN:****** ****) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Halbuki iş materiallarından görünür ki, təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixdə **********-13001 kodu ilə İddiaçı adına vergi uçotuna alınmışdır. Vergi nəzarəti isə belə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, real mənzərəni müəyyən etmək mümkün olsun. Cavabdehin dəlillərində qeyd edilən hallar sahibkarın cəmi 2 gün fəaliyyətə başladığı bir dövrdə operativ vergi nəzarətinin həyata keçirilməsinin əsası hesab edilə bilməz. Tədbirin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydad a davranmanı tələb edir.
11. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, keçirilmiş tədbir zamanı Vergi Məcəlləsinin tələblərinə əsasən müşahidəçilərin cəlb olunması ilə bağlı tələb də yerinə yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə mark alanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarında olan akt və protokollardan görünür ki, həmin sənədlər yalnız vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır.
12. Cavabdehin tərtib etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli qərara əsasən vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən “Nihat” adlı ərzaq mağazasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Qərarda vergi ödəyicisinin fəaliyyət göstərdiyi kafedə deyil, tamam başqa bir yerdə (“Nihat” adlı ərzaq mağazada) və başqa bir şəxs (X20) tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 13 nəfər fiziki şəxsin yazılı izahatlarının alındığı, həmin şəxslərin əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etdikləri və buna görə də məlum olmayan bir şəxsin (fərdi sahibkar X20) hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etməsi (halbuki aktda vergi ödəyicisinin obyektdə olmadığı səbəbindən aktı imzalamadığı barədə qeyd edilmiş) iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi yer üzrə və naməlum şəxs barəsində baş tutmuş əməliyyatlara görə vergi məsuliyyəti tədbiri tətbiq etmişdir.
13. Bundan əlavə izahatları alınmış işçilər X11 və X15 2 ay, X8 1 ay, X2 4 ay İddiaçı tərəfindən “Palmera” restoranında işə cəlb olunduqları barədə izahatları işdə olan sənədlərə uyğun olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X32, ev 29 B ünvanında yerləşən, əsas sahəsi 370 kv.m, əlavə sahəsi 233,1 kv.m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixdə **********-13001 kodu ilə onun adına vergi uçotuna alınmışdır. Bu hallar da, vergi orqanı tərəfindən aparılmış yoxlamanın etibarlığını, obyektivliyini və qərəzsizliyini şübhə altına alır.
14. Bunlardan əlavə iş materiallarından məlum olur ki, iddiaçının vergi məsuliyyətinə cəlb edildiyi gündən 2 aydan sonra cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli, **********0557 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda texnik i səhv adı ilə düzəliş edilmişdir. Lakin cavabdeh bu qərarın qəbulu ilə də qanunvericiliyin tələblərinin, iddiaçının hüquqlarının kobud pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərar qəbul edilərkən, heç bir inzibati icraat aparılmamış, bu barədə müvafiq qərar qəbul edilməmiş, iddiaçı inzibati icraata cəlb edilməmiş, aktın qəbul ediləcəyi yer və vaxt barədə ona məlumat verilməmiş, dinlənilməsi təmin edilməmiş, yalnız barəsində əlverişsiz qərar qəbul edildikdən sonra ona göndərilmişdir.
15. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” qərarında qəbul edildiyi tarix xx.xx.2022-ci il tarixi kimi göstərilsə də, cavabdeh tərəfində n tərtib edilmiş iddiaçı ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və həmin tarixdə də iddiaçıya göndərilmişdir. Bununla da, cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçıya 1,5 aydan çox müddət keçdikdən sonra göndərilmişdir. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cavabdeh məhkəməyə verdiyi etirazındakı dəlillərinə görə operativ vergi nəzarəti tədbirinin iddiaçının vergi orqanında uçotda olan təsərrüfat subyektində (obyektdə) keçirildiyini və iddiaçının ərizəsində qeyd etdiyi halın tamamilə əsassız olduğunu bildirsə də, düzəliş edilməsi barədə qərara istinad etməmişdir. Bütün bunlar isə ona dəlalət edir ki, qərar formal olaraq tərtib edilmişdir. Buradan, iddiaçının barəsində qəbul edilmiş qərarlar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən qərarların inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədlərin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Sabit Bəhrəmzadə və Kamran Əkbərov) 01 dekabr 2023-cü il tarixli, 2-1(1 03)-3385/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.5, 89.8 və 89.13.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyindən belə başa düşülür ki, sanki operativ vergi nəzarəti həyata keçirilən zaman bütün hallarda müşahidəçilərin iştirakı qanunvericilikdə imperativ norma olaraq qeyd edilmişdir. Halbuki qanunverici müşahidəçilərin hansı hallarda olmasını yuxarıda qeyd edilən normalarda göstərmişdir. Odur ki, cavabdeh tərəfindən keçirilən operativ vergi nəzarəti yoxlaması zamanı müşahidəçilərin iştirakının təmin edilməsi cavabdehin məcb uri öhdəliyi hesab oluna bilməz.
19. Həmçinin cavabdeh tərəfindən operativ yoxlamanın faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 29B saylı ünvanda yerləşən “Palmera” obyektində keçirilməsi işin mübahisəsiz (iddiaçı tərəf özü də etiraf edir ki, həmin yerdə yoxlama aparılmışdır) halıdır. Eyni zamanda, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərarla cavabdeh tərəfindən “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun olaraq qərarda qeyd olunan texniki yanlışlıqlar aradan qaldırılmışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində haqlı olaraq bildirmişdir ki, “..sözügedən qərara mahiyyət etibarilə hər hansı dəyişiklik edilməmişdir. O cümlədən xx.xx.2022-ci il tarixdə **********936100 nömrəli məktubla iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən oxunmuşdur.”
20. Bundan başqa, birinci instansiya məhkəməsi yenə qanunvericiliyə uyğun olmayaraq qərarının əsaslandırması hissəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********600400 nömrəli qərar qəbul edilərkən, heç bir inzibati icraat aparılmamış, bu barədə müvafiq qərar qəbul edilməmiş, iddiaçı inzibati icraata cəlb edilməmiş, aktın qəbul ediləcəyi yer və vaxt barədə ona məlumat verilməmiş, dinlənilməsi təmin edilməmiş, yalnız barəsində əlverişsiz qərar qəbul edildikdən sonra ona göndərilmişdir. Kollegiya bildirir ki, sözügedən qərar düzəliş qərarıdır. “İnzibati icraat haqqında” Qanunun 63.1-ci mad dəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd edilməlidir ki, düzəliş qərarı qəbul edilərkən inzibati icraatın aparılması, xüsusilə inzibati icraata cəlb edilmə, aktın qəbul ediləcəyi yer və vaxt barədə məlumat verilmə, dinlənilmə kimi qanunvericiliyin tələbi yoxdur. Qanunverici sadəcə olaraq həmin düzəliş qərarı barədə maraqlı şəxsin məlumatlandırılmasını tələb edir ki, iş materiallarından da aydın olur ki həmin qərar iddiaçıya göndərilmişdir. Qərarın 1,5 ay sonra göndərilməsinə gəldikdə isə, bu, müddətlə bağlı prosessual pozuntudur və qəbul edilmiş inzibati aktın (yəni əsas qərarın) ləğv edilməsi və ya qanunsuz olmasına əsas hesab oluna bilməz.
21. Bundan başqa birinci ins tansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “...izahatları alınmış işçilər X11 və X15 2 ay, X8 1 ay, X2 4 ay İddiaçı tərəfindən “Palmera” restoranında işə cəlb olunduqları barədə izahatları işdə olan sənədlərə uyğun olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş və icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, X32 ev 29B ünvanında yerləşən, əsas sahəsi 370 kv.m, əlavə sahəsi 233,1 kv.m olan təsərrüfat subyekti (kafe) xx.xx.2022-ci il tarixində **********-13001 kodu ilə onu adına vergi uçotuna alınmışdır”. Kollegiya qeyd edilənlərə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından görün ür ki, qeyd edilən şəxslərin müvafiq qaydada izahatları alınmış və onlar izahatlarını öz imzaları ilə təsdiq etmişlər. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, “həmin obyektdə bir neçə dəfə VÖEN dəyişmə əməliyyatı həyata keçirilmişdir. Yəni işçilər həqiqətən orada izahatlarında qeyd etdikləri vaxtdan işləyirlər, sadəcə müəyyən müddət ərzində işçi personalı dəyişmədən obyekt başqa şəxs adından çıxarılaraq hazırkı iddiaçının adına qeydiyyata salınmışdır”. Beləliklə, iş materiallarından iddiaçının ünvanında həyata keçirilmiş operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyi, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Mad də 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vas itələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göst ərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyə nədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (az aldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sank siyası tətbiq edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, i nzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyas iya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(103)-3385/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.