Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1092/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 18.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin vəkili Vəkilun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı qərarın ləğv edilmə si və borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin X1 13 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-yə hesablanmış cəmi 16.979,15 manat məbləğində (o cümlədən, vergilər üzrə 16.093,98 manat, faizlər üzrə 885,17 manat) kameral yoxlamanın nəticəsinə dair aktın ləğv edilməsi və hesablanmış maliyyə sanksiyasının əsassız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim.E.Mustafayev; iş No 2-1(82)3484/2018) iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 13 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən K.Abiyeva, hakimlər N.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)-2507/2018) iddiaçı MMC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qərardadının ləğv edilməsi; işin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Departament kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentinin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərarın qəbul edilməsinə yol vermişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin X1 13 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin vəkili K.Əliyeva kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin X1 13 n oyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi E.Məmmədov vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilməməlidir. Araşd ırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, hazırki iddianın predmetini cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində qəbul edilmiş aktın ləğvi təşkil edir. İş üzrə müəyyən ediir ki, iddiaçı MMC-yə mübahisəli borc cavabdeh Departamentin «Vergilərin hesablanması barədə» **********550200 saylı, 14 sentyabr 2017-ci il tarixli qərarı əsasında hesablanmışdır. Həmin qərarın inzibati akt olub-olmamasına gəldikdə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haq qında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə, inzibati akt-inzibat orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində birbaşa if adə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalardan inzibati aktın digər bir əlaməti “icra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. İcra edilməyən, yaxud icrası mümkün olmayan aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh Departamentin kameral yoxlamanın nəticəsi üzrə qəbul etdiyi, iddiaçı MMC-yə əlavə vergi məbləğinin hesablanmasına əsas olan 14 sentyabr 2017-ci il tarixli qərarı (aktı) yuxarıda sadalanan əlamətlərin hamısına malikdir. Ona görə də, kameral yoxlamanın nəticəsinə dair aktın inzibati akt hesab edil məməsi əsası ilə iddianın mümkün sayılmamasına dair 1-ci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. İddianın mümkünlük şərtləri işə baxılmasının bütün mərhələlərində yoxlanılmalı olduğundan və mümkünlük şərtləri təkcə mübahisələndirilən aktın inzibati akt olmaması ilə bağlı olmadığından iddiaçı MMC-nin apellyasiya şikayətini inzibati işə baxılması üçün həmin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsi hissəsində təmin etmir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin məhkəmənin yardım etmək vəzifəsini nəzərdə tutan 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumat ların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndiriməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair» 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. İş üzrə müəyyən edilir ki, 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin dəqiqləşdirilməsi üçün iddiaçı MMC-yə 23 iyul 2018-ci il tarixli məktub ünvanlanmışdır. Lakin həmin məktubun iddiaçı MMC tərəfindən alınmasına dair işdə hər hansı sübut mövcud deyildir. Ona görə də, işin yenidən baxışı zamanı iddiaçı MMC-nin tələbinin dəqiqləşdirilməsində qeyd olunan prosessual hüquq normalarının tələblərinə əsasən yardım edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 28 dekabr 2015-ci il tarixli qərarına görə, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual f əaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Departamentin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə i nzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 13 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin X1 13 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1092/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1092/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver