Məhkəmə qərarları › İş №2-1(102)-1092/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1092/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1092/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol nişanlanma xəttinin ləğvi; maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar kamal oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2627/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 09 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X kəsişməsində (x- petrol YDM-nin yanı) işarələnmiş 100 metr uzunluğu olan 1.1 üfüqi nişanlanma xəttinin ləğv edilməsi, ona dəymiş 1500 manat maddi və 1500 manat mənəvi ziyanın, ümumi 3000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xkəsişməsində (x- petrol YDMnin yanı) işarələnmiş 100 metr uz unluğu olan 1.1 üfüqi nişanlama xəttinin qeyri-qanuni olduğunu hesab edir. Çünki 1.1 üfüqi yol nişanı - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarını göstərir. Həmin küçədə isə bütün nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət edir. 100 metr uzunluğunda olan 1.1 üfüqi yol nişanı çəkildikdən sonra həmin prospektdə süni tıxac yaradır. Çünki 20 Yanvar istiqamətindən və körpünün üstü ilə sol zolaqla hərəkət edən nəqliyyat vasitələri, zolaqlarda hərəkət istiqamətlərini göstərən 5.8.1 məlumatverici nişanı gördükdən sonra, dərhal sağ zolağa çıxmaq istəsələr də bu mümkün olmur. Həmin prospektə nəqliyyatın intensivliyini nəzərə alsaq, sağ zolaqla hərəkət edən nəqliyyat vasitələri buna şərait yaratmır. Xkəsişməsindəki işıqforun qadağan edici işarəsi yanan zaman hərəkət dayanır. Bu zaman sol zolaqda olan, ancaq düzünə və sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdığından, geriyə dönmək istəyən nəqliyyat vasitələrinin hərəkəti dayanır. Elə bu an 100 metr məsafə istifadəsiz qalır. Bu isə geriyə dönmək istəyən sürücülərin haqlı narazılığına səbəb olur. Həmin 100 metr məsafədən intensiv və səmərəli istifadə etmək üçün 1.11 üfüqi yol nişanından istifadə edilməli idi. Bir sözlə 1.1 üfüqi yol nişanını tətbiq sahəsi düzgün seçilməmişdir. Bu üsulla on minlərlə qeyri-qanunu protokol tərtib edilir. Bu isə sürücülərin nar azılığına səbəb olur. Ona № MMX ******* saylı elektron protokol yazıldığına görə ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Cavabdeh Nizamnaməsinə əsasən avtomobil yollarında nişanlanma xətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsinə dair qərarın qəbul edilməsi və nişanlanma xətlərinin həmin normalara müvafiq olaraq çəkilməsinə nəzarət edilməsi Agentliyin vəzifəsidir.

5. İddiaçı tərəfindən mübahisələndirilən Xkəsişməsində yerləşən 1.1 nişanlanma xətti müvafiq səlahiyyətin Agentliyə verilməsindən əvvəl çəkilsə də, həmin xətt qanunla müəyyən edilmiş məqsədinə tam uyğundur. Çünki “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən, 1.1 üfiqi nişanlanma xətti - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Göründüyü kimi, qanunverici 1.1 nişanlanma xəttinin bir neçə çəkilmə məqsədini müəyyən etmiş və bunlardan biri kimi də yolların təhlükəli yerlərində (piyada keçidlərinin, dəmiryol keçidlərinin, yolayrıclarının qarşısında, tuneldə, döngələrdə, hərəkətin intensiv olduğu digər yerlərdə və s.) hər əkət zolaqlarının sərhədinin qeyd edilməsini göstərmişdir. Mübahisə predmeti olan nişanlanma xətti də məhz sözügedən təyinata uyğun olaraq yolun təhlükəli yerində hərəkət zolaqlarının sərhədini müəyyən edir. Çünki Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsinə çatmamış geriyə dönmə yeri yaradılmış, eyni zamanda geriyə dönmə yerindən sonra nizamlanan yolayrıcı mövcuddur. Eyni zamanda həmin ərazi üzrə hərəkət axınında intensivlik müşahidə olunur. Sözügedən nişanlanma xətti də məhz həmin təhlükəli yerlərdə hərəkət zolaqlarının sərhədinin müəyyən edilməsi məqsədi ilə çəkilmişdir.

6. Bundan əlavə, aparılmış müşahidələr əsasən 20 Yanvar dairəsi istiqamətindən və Abdulvahab Salamzadə küçəsindən hərəkət edərək Tbilisi prospektindəki geriyə dönmə yerindən istifadə edib geriyə dönən nəqliyya t vasitələrinin sayı kifayət qədər çoxdur. Eyni zamanda, həmin geriyə dönmə yerinin qarşısında svetofor quraşdırılmış, ondan sonra isə 1.12 stop-xətt çəkilmişdir. Bu baxımdan həmin ərazidə sağ və düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələri svetoforun siqnalına uyğun stop-xətt qarşısında dayananda geriyə dönmə yerini tam olaraq bağlayırdı və bunun nəticəsində sol zolaqda hərəkət edərək geriyə dönmək istəyən nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olurdu. Bu halın aradan qaldırılması üçün isə həmin ərazidə geriyə dönmə yerinə çatanadək sol hərəkət zolağının boş saxlanılması zərurəti meydana gəlmişdir. Məhz bu zərurətdən irəli gələrək nəqliyyat vasitələrinin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin etmək məqsədi ilə sözügedən ərazidə sol zolağın digər zolaqlardan ayırmaq üçün ilk növbədə 1.11 nişanlanma xətti, daha sonra isə geriyə dönmə yerinə daha yaxın məsafədə 1.1 nişanlanma xətti çəkilmişdir. Bu nişanlanma xətləri həmin ərazidə geriyə dönmə yerində sıxlıq yaranmasının qarşısını almaq və mümkün münaqişənin, o cümlədən yarana biləcək qəza şəraitinin istisna edilməsi məqsədi ilə çəkilmişdir. Eyni zamanda, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitəsi sürücülərinin məlumatlandırılması məqsədi ilə zolaqlar üzrə icazə verilmiş hərəkət istiqamətlərini bildirən 1.18 nişanlanma xətləri dörd dəfə təkrarlanmış, həmçinin qabaqcadan 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” məlumatverici-göstərici nişanı quraşdırılmışdır (ərazinin sxemi əlavə olunur). Beləliklə, cavabdeh hesab edir ki, mübahisə predmeti olan 1.1 nişanlanma xətti qanuni məqsədinə uyğun şəkildə çə kildiyindən iddiaçının həmin xəttin ləğv edilməsi tələbi təmin edilməməlidir.

7. Bundan əlavə, İddiaçı ona dəymiş maddi və mənəvi zərərin nədə ifadə olunduğunu, həmin zərərlərin nə ilə təsdiqləndiyini, eləcə də zərərin Cavabdeh tərəfindən vurulduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2761/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı maddi və mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, həmin zərərlərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edə n hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2627/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətini n dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

15. Məhkəmə, Ş.Mehdiyev küçəsi ilə Tbilisi pr. kəsişməsində (x Petrol YDM-nın yanı) işarələnmiş 100 m uzunluğu olan 1.1 üfüqi nişanlanma xəttinin ləğv edilməsi ilə bağlı araşdırma aparılarkən iddiaçının bununla bağlı mütəxəssis rəyinin alınması və müvafiq ekspertiza keçirilməsi b arədə vəsatətini təmin etməmişdir. İPM-in 58.2-ci maddəsinə əsasən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Lakin məhkəmə yalnız cavabdehin nümayəndəsinin izahatına əsaslanaraq nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, xüsusi biliyə malik, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. İPM-in 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunm asını xahiş etdilər.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblər ini bilməli və yerinə yetirməlidirlər;... İİİ. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;...hüquqları vardır. Maddə

69. Yolun nişanlanması İ. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. İİ. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlər inə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. İİ-İ. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti n işanlama xətlərinə üstünlük verilməlidir. İİİ. Yolun nişanlanmasının aşağıdakı formaları vardır: 1) üfiqi; a) uzununa (1.1—1.11); b) köndələninə (1.12—1.15); v) digərləri (1.16.1—1.25); 2) şaquli. 19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1998-ci il tarixli 24 nömrəli Fərmanın 2.31-ci bəndinə əsasən, 2.31. həmin Qanunun 69-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Cavabdeh nəzərdə tutulur.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara q arşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. Yuxarıda istinad edilən “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin müddəalarından göründüyü kimi yolun ni şanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır.

25. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərm anı ilə təsdiq edilmiş “Cavabdeh Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Cavabdeh (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1-ci və 3.1.8-ci bəndlərində nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən etmək və ya dəyişdirmək, onları quraşdırmaq və lazımi qaydada saxlanılmasına nəzarət etmək Agentliyin vəzifələrindən biri kimi müəyyən edilmişdir.

26. Məhkəmə koll egiyası işin apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırılmış hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi ərazi üzrə hərəkət axınında intensivlik nəzərə alınaraq sözügedən nişanlanma xətti də məhz həmin təhlükəli yerlərdə hərəkət zolaqlarının sərhədinin müəyyən edilməsi məqsədi ilə çəkilmişdir.

27. Bu zaman, istinad edilən geriyə dönmə yerindən istifadə edən nəqliyyat vasitələrinin sayının kifayət qədər çox olması (bu fakt iddiaçı tərəfindən təkzib olunmur) və eyni zamanda, həmin geriyə dönmə yerinin qarşısında svetoforun quraşdırıldığı, ondan sonra isə 1.12 stop-xəttinin çəkildiyi, bu baxımdan həmin ərazidə sağ və düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun siqnalına uyğun stop-x ətt qarşısında dayananda geriyə dönmə yerini tam olaraq bağlaması və bunun nəticəsində sol zolaqda hərəkət edərək geriyə dönmək istəyən nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünə gətirib çıxara bilməsi nəzərə alınmışdır.

28. Bu halın aradan qaldırılması üçün isə həmin ərazidə geriyə dönmə yerinə çatanadək sol hərəkət zolağının boş saxlanılması və nəqliyyat vasitələrinin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin etmək məqsədi ilə sözügedən ərazidə sol zolağın digər zolaqlardan ayırmaq üçün ilk növbədə 1.11 nişanlanma xətti (1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzə rdə tutulmuş yerləri göstərir), daha sonra isə geriyə dönmə yerinə daha yaxın məsafədə 1.1 nişanlanma xətti (1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir) çəkilmişdir. Bu nişanlanma xətləri həmin ərazidə geriyə dönmə yerində sıxlıq yaranmasının qarşısını almaq və mümkün münaqişənin, o cümlədən yarana biləcək qəza şəraitinin istisna edilməsi məqsədi ilə çəkilmişdir.

29. Eyni zamanda, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitəsi sürücülərinin məlumatlandırılması məqsədi ilə zolaqlar üzrə icazə verilmiş hərəkət istiqam ətlərini bildirən 1.18 nişanlanma xətləri (1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir) dörd dəfə təkrarlanmış, həmçinin qabaqcadan 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” məlumatverici-göstərici nişanı quraşdırılmışdır.

30. İddiaçı 1.1 üfiqi nişanlanma xəttinin ləğvinin əsası kimi qeyd edir ki, həmin prospektə nəqliyyatın intensivliyini nəzərə alsaq, sağ zolaqla hərəkət edən nəqliyyat vasitələri buna şərait yaratmır. Xkəsişməsindəki işıqforun qadağan edici işarəsi yanan zaman hərəkət day anır. Bu zaman sol zolaqda olan, ancaq düzünə və sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdığından, geriyə dönmək istəyən nəqliyyat vasitələrinin hərəkəti dayanır. Elə bu an 100 metr məsafə istifadəsiz qalır. Bu isə geriyə dönmək istəyən sürücülərin haqlı narazılığına səbəb olur. Həmin 100 metr məsafədən intensiv və səmərəli istifadə etmək üçün 1.11 üfüqi yol nişanından istifadə edilməli idi. Bir sözlə 1.1 üfüqi yol nişanını tətbiq sahəsi düzgün seçilməmişdir. Bu üsulla on minlərlə qeyri-qanunu protokol tərtib edilir. Bu isə sürücülərin narazılığına səbəb olur. Ona № MMX ******* saylı elektron protokol yazıldığına görə ona maddi və mənəvi ziyan dəymişdir.

31. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini onun tələbinin təmin olunmasının əsası kimi qəbul etmir. B elə ki, cavabdeh təsdiq edir ki, həmin ərazidə geriyə dönmə yerinə çatanadək sol hərəkət zolağının boş saxlanılması və nəqliyyat vasitələrinin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin etmək məqsədi ilə sözügedən ərazidə sol zolağı digər zolaqlardan ayırmaq üçün ilk növbədə 1.11 nişanlanma xətti, daha sonra isə geriyə dönmə yerinə daha yaxın məsafədə 1.1 nişanlanma xətti çəkilmişdir. Eyni zamanda, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitəsi sürücülərinin məlumatlandırılması məqsədi ilə zolaqlar üzrə icazə verilmiş hərəkət istiqamətlərini bildirən 1.18 nişanlanma xətləri dörd dəfə təkrarlanmış, həmçinin qabaqcadan 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” məlumatverici-göstərici nişanı quraşdırılmışdır.

32. Beləliklə, yol hərəkətinin iştirakçıları (hazırkı halda, nəqliyyat va sitələrinin sürücüləri) “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə əməl etməklə (yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər) ilk növbədə iddiaçının istinad etdiyi 1.1 nişanlanma xəttinə qədər tətbiq edilən 1.11, 1.18 nişanlanma xətlərinin və 5.8.1 nişanın tələblərini nəzərə almalıdırlar. Cavabdeh iddiaçının da qeyd etdiyi şəraitin yaranmaması üçün 1.1 nişanlanma xəttinə qədər 1.11, 1.18 nişanlanma xətlərini və 5.8.1 nişanını tətbiq etmişdir.

33. İşin materiallarından da göründüyü kimi iddiaçının inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun tərəfindən məhz 1.18 nişanın tələbinin pozulması göstərilmişdir (İddiaçı da onun barəsində elektron protokol tərtib edildiyinə görə maddi və mənəvi ziyana məruz qaldığını iddia edir).

34. Göstərilənlər nəzərə alındıqda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda iddia tələbi əsaslı hesab edilə bilməz.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2627/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov İ.K.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar