Məhkəmə qərarları › İş №2-1(102)-1092/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1092/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1092/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciət bölməsinə dəyişiklik edilərək cavab məktubunun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-1249/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubunun surətinin e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsində (0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir) bərpa edilərək əvvəlki vəziyyətində qeyd edilməsi və sonradan e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsinə dəyişiklik edilərək saxta yolla düzəliş edilən cavab məktubunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-12029/2021 nömrəli qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia mümkün sayılmamışdır.

3. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi üzrə hüquqi marağı onun xx.xx.2021-ci il tarixdən 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehin onun əlillik vəziyyətinin xx.xx.2021-ci il tarixdə 0280003AAFMA nömrəli göndəriş əsasında qiymətləndirilib səbəbli əlaqəsinin dəyişdirilərək 5 il müddətinədək əlillik təyin etdiyini, bu barədə şəxsi kabinetində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda da qeyd edilməsinə baxmayaraq sonradan əlillik müddətini xx.xx.2021-ci il tarixədək dəyişdirərək həmin məktubun məzmununu da dəyişdirdiyini iddia edir və qeyd edilən xx.xx.2021-ci il tarixli məktubun əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Halbuki, adıçəkilən xx.xx.2021ci il tarixli məktub inzibati akt olmamaqla həmin məktubun məzmunun dəyişdirilməsi və ya dəyişiklik edilmiş eyni tarixli məktubun ləğv edilməsi iddiaçının hüquqi vəziyyətinin dəyişdirilməsinə səbəb olmur. İddiaçının hüquqi marağı bilavasitə ona 2026-cı ilədək əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır ki, bu da iddiaçı barəsində cavabdehin üzərinə qeyd edilən müddətə əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi ilə təmin oluna bilər. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Beləliklə, göründüyü kimi iddiaçı hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilmə müddətini digər inzibati iş üzrə mübahisələndirmişdir. Hazırkı iddia iddiaçının hüquqi marağına xidmət etmədiyindən və onun hüquqi marağı məhkəmənin icraatında olan 2-1(112)-8104/2021 nömrəli inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-1249/2022 nömrəli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağ ızadə) apellyasiya şikayəti təmin edilməmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayətində iddia ərizəsindəki dəlilləri təkrarlamaqla bərabər qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-in 35.1 və 58.1-ci maddələrinin tələbləri pozularaq onun iddiası lazımi qaydada araşdırılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mə hkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yo xlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.... 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqd ır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.... 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

11. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin qəra rdadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

16. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bununla belə, məhkəmə kollegiyası iddiaçının “iddia tələbinin mümkünlüyünə düzgün qiymət verilməməsi” ilə bağlı təkrarlanan dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

18. İddia tələbinin məzmununa və iddia ərizəsini n dəlillərinə əsasən, iddiaçı cavabdehin onun əlillik vəziyyətinin xx.xx.2021-ci il tarixdə 0280003AAFMA nömrəli göndəriş əsasında qiymətləndirilib səbəbli əlaqəsinin dəyişdirilərək 5 il müddətinədək əlillik təyin etdiyini şəxsi kabinetində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda da qeyd etməsinə baxmayaraq, sonradan əlillik müddətini xx.xx.2021-ci il tarixədək dəyişdirərək həmin məktubun məzmununu da dəyişdirdiyini iddia edir və bu səbəbdən 5 il müddətinədək əlillik təyin edilməsi ilə bağlı iddiaçıya ünvanlanmış məktubun şəxsi kabinetdə bərpa edilməsini, eyni zamanda sonrakı məktubların isə (məzmununda əlillik müddətini xx.xx.2021-ci il tarixədək olması ilə bağlı məlumatlar olan) ləğv edilməsini xahiş edir.

19. Halbuki, iddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbini n dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (iş üzrə cavabdeh) verdiyi apellyasiya və kassasiya şikayətləri isə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-885/2022 saylı 3 fevral 2022-ci il tarixli qərarı və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı 18 may 2022-ci il tarixli qərarları ilə təmin edilməmişdir.

20. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən müd dətsiz əlillik təyin edilmişdir (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qərarı icra edilmişdir).

21. Belə olan halda isə, hazırkı iş üzrə iddiaçının, ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubunun surətinin e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsində bərpa edilərək əvvəlki vəziyyətində qeyd edilməsi və sonradan e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsinə dəyişiklik edilərək düzəliş edilən cavab məktubunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı müəyyən olunmur.

22. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunm asında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır.

23. Hazırkı halda isə, iddiaçıya məhkəmə qərarı əsasında müddətsiz əlillik təyin edildiyindən, iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi bağlı cavabdehlə onun arasında olan yazışmaların bərpa edilməsinin və ya silinməsinin onun hüquqi vəziyyətinə təsiri olmadığından, başqa sözlə, iddiaçı əvvəl təyin edilmiş əlilliklə bağlı ona ünvanlanan müraciətlərin şəxsi kabinetdə bərpa edilməməsinin onun hansı hüquq və azadlıqlarını pozduğunu əsaslandırmadığından hazırkı iddia mümkünlük şərtlər inə cavab vermir.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-1249/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar