Məhkəmə qərarları › İş №2-1(102)-1093/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1093/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1093/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-1093/19 Bakı şəhəri 03 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2018-ci i l tarixli, 2-1(103)-2372/2018 saylı qərardadından verilmiş kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə(bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 17706 saylı, 23 avqust 1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0,25 hektar olan 18 v saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qə rar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli, 2in(82)-1529/2012 saylı qərarı ilə (hakim İntizar Bayramova) iddia təmin edilmişdir.(iş.v 27) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.(iş.v43) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli, 2in(82)1529/2012 saylı qərardadı ilə (hakim İntizar Bayramova) ərizə təmin edilməmişdir.(iş.v68) Həmin qərardaddan ərizəçi apellyasiya şikayəti verərək onun və 11 iyul 2012-ci il tarixli qərarın ləğv olunması və iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.(iş.v 74) Birinci instansiya məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından həmçinin Bakı şəhər İcra Hakimiyyəti də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə icraatın Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.(iş.v89) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2016-cı il tarixli, 2-1(103)-1902/2016 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Ülvi Mayılov və Cahangir Yusifov) ərizəçi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 iyun tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.(iş.v116) Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2- 1(103)-1902/2016 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Ülvi Mayılov və Cahangir Yusifov) Bakı şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdirlər.(iş.v124) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2017-ci il tarixli, 2-1(103)-52/2017 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Ülvi Mayılov və Cahangir Yusifov) üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.(iş.v229) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-1(82)-222/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır.(iş.v107 cild2) Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində mümkün sayılaraq baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.(iş.v113 cild2) Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2372/2018 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Valeh Ağayev və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verməklə onların ləğv olunması və iddia tələbinin plan-ölçü sənədinin verilməsi hissəsində mümkün hesab edilməklə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılm ası barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onların mümkünlüyü məsələsinə 03 aprel 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçıya və vəkilinə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanların aradan qaldırılmasına və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və i zahatları İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla məsələyə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İclasda iştirak edən üçüncü şəxsin nümayəndəsi kassaiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə mümkün sayılmaması məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. - 96.2.-ci maddəsinə əs asən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərardadının alındığı gündən 10 gün müddətində verilməsi a iddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Bu müddəaların tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 145-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin qərardadı 14 oktyabr 2018-ci il tarixində təqdim edilmişdir. Lakin işin 154-cü səhifəsində olan kassasiya şikayətinin apellyasiya məhkəməsinə göndərildiyi zərfin üzərindəki rabitə qovşağının ştampından görünür ki, şikayət məhkəməyə 29 dekabr 2018-ci il il tarixində göndərilmişdir. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət m ümkün hesab edilə bilməz, çünki müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən müddətlərə dair hər hansı müvafiq sübut və ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nə zərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərar aldım: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2372/2018 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar