Məhkəmə qərarları › İş №2-1(102)-1093/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1093/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1093/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə (Açar söz: İPM-nin 55.3-cü maddəsinin tətbiqi; iddianının geri götürülməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı, Cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiаçı cavabdeh AR VN-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci i l tarixli 2-1(103)-479/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 yanvar 2019-cu il tarixli *****saylı “Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2266/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri ba rədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 2019-cu il 18 sentyabr, 09 oktyabr, 30 oktyabr və 20 noyabr tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, iddiaçı üzürsüz səbəbdən məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2266/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 29.01.2020-ci il tarixli 2-1(103)-479/2020 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2266/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilmə si üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması nəticəsinə gəlməzdən və bununla bağlı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməzdən öncə iddiaçıya qarşı xəbərdarlıq məqsədilə mütləq tələb irəli sürməmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəmə icraatından yayındığını müəyyən etdiyi halda iddiaçıdan iddia ilə bağlı məhkəmə icraatına cəlb olunması, iddiaya münasibət bildirməsi barədə konkret olaraq tələb irəli sürməklə, onun bu davranışın hüquqazidd olduğu, gözlənilən hərəkətin edilmədiyi halda iddianın geri götürülmüş sayılacağı və bununla bağlı iş üzrə icraat xitam veriləcəyi barədə iddiaçını xəbərdar etməli olduğu halda bunu etməmiş, nəticədə prosessual hüquq pozuntusuna yol verməklə yekun n əticəyə gəlmişdir. Beləliklə, iddiaçının məhkəmə icraatından yayınması iş materialları ilə təkzib edildiyi halda, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri götürülmüş sayılmasına dair səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 21(103)-479/2020 nömrəli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Iddiaçı iddiası əsasında 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən 6 dəfə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçı bu iclaslardan yalnız birində, 10.07.2019-cu il tarixdə təyin edilmiş prosesdə iştirak etmişdir. O cümlədən 10.07.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında növbəti – 18.09.2019-cu il tarixdə keçiriləcək məhkəmə icl ası barədə xəbərdar edilmişdir. Lakin, iddiaçı 10.07.2019cu il tarixdən sonra təyin edilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianın geri götürülməsi barədə qərardad qəbul etmiş, apellyasiya instansiya məhkəməsi isə işin hallarına düzgün qiymət vermədən qərar qəbul etmişdir. Kassator İPM-nin 55, 90, 94, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-479/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştira k edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-479/2020 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kolle giyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(103)-479/2020 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 yanvar 2019-cu il tarixli *****saylı “Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmiş, iddia ərizəsi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra 10.07.2019-cu il tarixli ilk məhkəmə iclasında iddiaçı iştirak etmişdir. 18.09.2019-cu il tarixli məhkəmə iclası barədə məhkəmə bildirişi kötüyünə iddiaçıya imza ed ilməklə təqdim edilmiş, lakin iddiaçı 18.09.2019-cu il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Bundan sonra məhkəmə 09.10.2019 və 30.10.2019-cu il tarixli məhkəmə iclasları barədə məhkəmə bildirişlərini iddiaçıya ünvanlamış, lakin poçt reyestrindən çıxarışlar iş materiallarına əlavə edilsə də, həmin məhkəmə bildirişlərinin iddiaçıya təqdim edilməsinə dair iş materiallarına sübut əlavə edilməmişdir. Sonuncu-20.11.2019-cu il tarixli məhkəmə iclası barədə iddiaçı məlumatlandırılmış, lakin həmin iclasda iddiaçı iştirak etmədiyindən birinci instansiya məhkəməsi iddianı geri götürülmüş hesab etmişdir. İPM-nin 55-ci maddəsinə görə iddiaçının 30 gündən çox müddət ərzində məhkəmə icraatından yayınması iddianın geri götürülmüş sayılması hesab olunur. M.Məmmədovun şikayəti əsasında Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (mə sələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkə mələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.” Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması nəticəsinə gəlməzdən və bununla bağlı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməzdən öncə iddiaçıya qarşı xəbərdarlıq məqsədilə mütləq tələb irəli sürməmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəmə icraatından yayındığını müəyyən etdiyi halda iddiaçıdan iddia ilə bağlı məhkəmə icraatına cəlb olunması, iddiaya münasibət bildirməsi barədə konkret olaraq tələb irəli sürməklə, onun bu davranışın hüquqazidd olduğu, gözlənilən hərəkətin edilmədiyi halda iddianın geri götürülmüş sayılacağı və bununla bağlı iş üzrə icraat xitam ve riləcəyi barədə iddiaçını xəbərdar etməli olduğu halda bunu etməmiş, nəticədə prosessual hüquq pozuntusuna yol verməklə yekun nəticəyə gəlmişdir. Beləliklə, iddiaçının məhkəmə icraatından yayınması iş materialları ilə təkzib edildiyi halda, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri götürülmüş sayılmasına dair səhv nəticəyə gəlmişdir. İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliy in yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 21(103)-479/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar