Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1093/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (5.12.1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-722/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, 1 aprel 1978ci il tarixdə Sumqayıt Alüminium Zavodunda Metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə işə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən Mərkəzi zavod laboratoriyasına 4-cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993-cü il tarixdə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə Kimyəvi analiz bölməsinin l aborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixədək həmin vəzifədə işləmiş və sonuncu qeyd olunan tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 29 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək kitabçasında və "xxxx" ASCnin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan döv rlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də, onun ümumi iş stajı 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajı isə 10 ildən az, yəni 2 il 7 ay 11 gün təşkil edir. Göstərilən faktlar "xxxx" ASC tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli aktla da təsdiqlənmişdir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 4. "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli 15 nömrəli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrində güzəştli şərtlərlə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək kimyəvi anal iz laborantı (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qər ar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 4 sentyabr 1978-ci il tarixdə başlamış və həmin vaxtdan 14 dekabr 2017-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. O, ümumilikdə 20 ildən çox sığorta stajına malikdir və işlədiyi illərin 10 ildən artıq hissəsini xüsusi zərərli və ağır olan işlərdə çalışmışdır. "xxxx" ASC tərəfindən verilmiş 6 noyabr 2019-cu il tarixli 15 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrdə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi anali z laborantları; 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi analiz laborantları. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində aşağıda göstərilən tarixlərdə məzuniyyətdə olmuşdur: 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək, 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək iddiaçının ümumilikdə 20 ildən çox stajının olması və bunun 10 ildən artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməsinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 2-1(112)-1154/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qar şılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Eləcə də, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. - İddia tələbinin ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqana 18 fevral 2021-ci i l tarixdə müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son üç ilə aid hissəsi ödənilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-722/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh h əmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın və iddia ərizə qarşı verilmiş etirazın dəlilləri eynilik təşkil etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (5.12.2012-ci ildə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənəti n xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəs sisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: İİ. Əmək stajını təsdiq edən sənədlər
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud i ş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandı rılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müə yyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin əsas dəlili iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması ilə bağlıdır. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun 24 iyul 1985-ci il tarixd ən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də, onun ümumi iş stajı 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajı isə 10 ildən az, yəni 2 il 7 ay 11 gün təşkil edir.
25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu və analıq məzuniyyətində olduğu dövrlər çıxılmaqla onun xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajı vardır.
26. İddiaçının 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək və 22 yanvar 2003-cü il tarixdən 1 yanvar 2006-ci il tarixədək kimyəvi analiz laborantı işlədiyi dövrlərdən onun analıq məzuniyyətində olduğu dövrlər çıxıldıqda belə, yerdə qalan güzəştli iş stajı qanunla tələb olunan 10 ildən çox təşkil etdiyi aşkardır. Həm də nəzərə alınmalıdır ki, cavabdehin qeyd etdiyi ümumilikdə 5 il 1 ay 9 gün analıq məzuniyyəti müddətinin 3 ili iddiaçının kimyəvi analiz laborantı işləməyə başladığı 1 avqust 1988-ci il tarixdən əvvələ təsadüf edir. 2
7. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin (11a) bəndində “ftor turşusunun və onun duzlarının istehsalı sahəsində kimyəvi analiz laborantı” peşəsinə (2091300a – 13321 koduna) uyğun olduğu və iddiaçının xüsusi iş stajının 10 ildən artıq təşkil etdiyi işəgötürən müəssisə tərəfindən təsdiq edilmişdir.
28. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və a ğır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı”da nəzərdə tutulduğundan onun 52 yaşdan (5.12.2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
29. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. İddiaçının əmək kit abçasındakı və işəgötürən tərəfindən təqdim edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
31. Beləliklə, inzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda həmin staj dövrünü qəbul etməyə bilərdi.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-722/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.