Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1093/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2N23-cü il tarixli, 2-1(1N3)-3N55/2N23 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olmuş, ona Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus kitabının 13N9-cu sayındakı qeydə əsasən düz bağırsağın bütün qatlarının sallanması diaqnozu qoyulmuşdur. 2. xx.xx.1994-cü il tarixli epikrizindən görünür ki, N saylı hərbi hissənin əsgəri olan iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə qədər Mİ MHQ-nin abdominal cərrahiyə şöbəsində stasionar müal icədə olmuş, ona düz bağırsağın bütün qatlarının düşməsi 3-cü mərhələ diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixdə Zerenin üsulu ilə rektumoskopiya əməliyyatı keçirmiş, xx.xx.1994-cü il tarixdə xəstəlik cədvəlinin 342, 1-ci maddəsinə əsasən hərbi-tibbi komissiyadan keçmişdir. 6N sutka istirahətə ehtiyacı var. Xəstəlik hərbi xidmət keçən zaman meydana gəlmişdir, kafi vəziyyətdə hərbi hissəyə yazılır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N1N-cu il tarixli, 829 nömrəli qərarına əsasən, Bakı şəhəri Qaradağ rayon Hərbi Komissiyası tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz - “Düz bağırsağın bütün qatlarının düşməsi, İİİ mərhələ” (Qaradağ RHK-nın 21.N7.-2N1N-cu il tarixli 98N-nömrəli göndərişi, xx.xx.2N1N-cu il tarixli, 5N3 nömrəli arayışı, MN MHKH-dən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas kimi MN MHHK-nın 752 nömrəli xx.xx.2N1N-cu il tarixli protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN8-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin a bəndi göstərilmişdir.
4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletdə onun 1N dekabr 199Ncı il tarixdən N1 iyul 1992-ci il tarixədək hərbi xidmətdə olması, N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək xidmət etməsi qeyd olunmuşdur. Qeydin aparılmasına əsas kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 1N/2-31N nömrəli, xx.xx.2N1N-cu il tarixli məktubu göstərilmişdir. Hərbi biletin 24cü səhifəsində qeyd edilmişdir ki, Tərtər hərbi prokurorluğunun xx.xx.2N1N-cu il tarixli, 19HP/9N5 nömrəli və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2N1N-cu il tarixli, HP-N2/2N41 nömrəli qərarına əsasən barəsində cinayət işinin başlanması rədd edilmiş, N6 iyul 2N1N-cu il tarixdə hərbi qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayo n İdarəsinin xx.xx.2N21-ci il tarixli, 137N nömrəli arayışında göstərilmişdir ki, iddiaçı 1N dekabr 199N-cı il tarixdən 1N iyul 1992-ci il tarixədək SSR-nin Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və təxris olunmuşdur. N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilə qədər xidmət keçmiş və təxris olunmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N1N-cu il tarixli HP-N2/2N41 nömrəli qərarına əsasən haqqında cinayət işinin başlanılması rədd edilmişdir.
6. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2N23-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq sənədlərin verilməsi üzrə komissiya ”nın xx.xx.2N21-ci il tarixli iclasında baxılmış və onun xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı dövrdə xidmətini təsdiq edən sənəd olmadığından barəsində müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini hazırkı qərarın 1-6-cı bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.
9. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
10. İşin məhkəmə araşdırması zamanı Tərtər hərbi prokurorluğunun 17 aprel 2N23-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Tərtər hərbi prokurorluğunun xx.xx.2N1N-cu il tarixli, ** HP *** nömrəli məktubu ilə Bakı şəhəri Qaradağ rayon komissarlığının iddiaçı barədə sorğusuna cavab verilmişdir. Lakin 2NN1-2N13-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyatı kitabları istisna olmaqla) Tərtər hərbi prokurorluğunda müvafiq surətdə məhv edildiyindən, iddiaçı barəsində Bakı şəhər Qaradağ rayon komissarlığına verilmiş xx.xx.2N1N-cu il tarixli ** HP *** nömrəli məktubun surətinin məhkəməyə göndərilməsi mümkün deyildir.
11. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N1N-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hərbi Pr okurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə N378 nömrəli cinayət işində N saylı hərbi hissənin sabiq əsgəri 1971-ci il təvəllüdlü, İddiaçı barəsində hər hansı bir məlumat yoxdur və haqqında heç bir istintaq hərəkəti aparılmamışdır.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən xx.xx.2N23-cü il tarixli məktubla məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2N23-cü il tarixli, 4/2-2961 nömrəli arayışında göstərilmişdir ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı 7N1 nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixl i 261 nömrəli əmrilə (əsas: §-6, sıra-9, səh 19, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. 7N1 nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 nömrəli əmrilə (əsas: §-8, sıra-16, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 3-cü MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. 7N1 nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 7N1 nömrəli hərbi hissənin 1994-cü il tarixli əsgər heyətinə “Pul təminatının ödənilməsi” cədvəll əri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 2N iyun 2N23-cü il tarixli, 21(112)-5957/2N23 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış sıravi İddiaçı 7N1 nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrilə xx.xx.1993-cü il tarixdən Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmiş, xx.xx.1994-cü il tarixli 27 nömrəli əmrlə hərbi hospitala getmiş hesab edilərək ərzaq təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkə zi Hərbi Həkim Komissiyasının xx.xx.2N1N-cu il tarixli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəliyin - “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı” müəyyən olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N1N-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ibtidai araşdırılması dayandırılmış N saylı hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə N378 nömrəli cinayət işində N saylı hərbi hissənin sabiq əsgəri - İddiaçı barəsində hər hansı bir məlumat olmadığı və haqqında heç bir istintaq hərəkətinin aparılmadığı bildirilmişdir. Bakı şəhəri Qaradağ rayon Hərbi komissarlığı tərəfindən iddiaçıya məxsus hərbi biletdə aparılmış qeydlərdən isə müəyyən olunur ki, sonuncu N6 iyul 2N1N-cu il tarixdə hərbi qeydiyyata alınmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 14 noyabr 2N23-cü il tarixli, 2-1(1N3)-3N55/2N23 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya in stansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı 7N1 nömrəli hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidmət keçmiş və təxris olunmamışdır. Göründüyü kimi, iddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Həmçinin, epikrizdən görünür ki, 6N sutka istirahətə ehtiyacı olduğu göstərilməklə kafi vəziyyətdə hərbi hissəyə yazılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddia çı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrı n 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, sil ahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə də stələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan R espublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasınd a;...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki qərarın 21-ci bəndində istinad olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Eyni zamanda həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, b u maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
30. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2N16-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının Qərarı ilə təkrar olaraq İİİ dərəcə əlillik təyin edilmiş, əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunduğu göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməlidir.
31. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2N23-cü il tarixli, 2-1(1N3)-3N55/2N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.