Məhkəmə qərarları › İş №2-1(102)-1093/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1093/2025

22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1093/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı (ərizəçi) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi; iddianın böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılması və qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (ərizəçi) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə ərizəçi İddiaçı “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)3018/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 4 avqust 2023-cü il tarixli **********4575 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

3. Qərardan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İnzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim olunaraq müvəqqəti xarakterli müdafiə tədbiri kimi mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********4570 saylı, xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqın da” Qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. apellyasiya instansiyası məhkəməsində icraat

5. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin qərarı ilə iddiaçının fəaliyyət göstərdiyi sahibkarlıq obyektində mübahisələndirdikləri qərarın icrası məqsədilə əmlakın siyahıya alınması qərara alınmışdır. Bundan əlavə iddiaçının bank hesabında mübahisələndirilən qərara əsasən 5351,81 manat məbləğində pulun dondurulması barədə sərəncam verilmişdir. İddiaçı həmin məbləğ dəyərində əməliyyat apara bilmir. Hesab edirlər ki, mübahisələndirilən qərarın icrasının dayandırılması barədə qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə istina d etmişdir. Lakin həmin maddi hüquq normasını səhv tətbiq etmişdir. Belə ki, həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: Həmin Məcəllənin 71-1.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 711.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; Həmin Məcəllənin 71-1.1.2-ci maddəsinə əsasən əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə baxarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsini nəzərə almamışdır, maddi hüquq normasını səhv tətbiq etmişdir. Qeyd olunan maddi hüquq normasında qeyd edilmişdir ki, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim (tərtib) edilməlidir. Həmçinin məhkəmə qərarında xx.xx.2023-cü il tarixli, 08 nömrəli françayzinq müqaviləsinə istinad edilmişdir, həmin Müqavilənin 2.1-ci bəndinin ə yarımbəndində qeyd edilmişdir ki, təhvil-təslim aktı əsasında təhvil verilən mallara ancaq Françayzinq özü imza atmalıdır (məhsulların brend və bahalı olmasından dolayı), təhvil-təslim aktı imzalandıqdan sonra qanuna ə sasən 5 gündən gec olmayaraq qaimə-faktura yazılmalıdır. Müqavilədə konkret malların sifarişi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 723-cü maddəsinə əsasən Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. İş materiallarında olan Françayzinq müqaviləsində nə xx.xx.2023-cü il tarixdə malların təhvil-təslimi barədə aktda, nə də xx.xx.2023-cü il tarixli elektron qaimədə göstərilən malların adları qeyd edilməmişdir və öncədən mallar sifariş edilməmişdir. Françayzinq Müqaviləsinin 2.1-ci bəndinin ə yarımbəndində nəzərdə tutulan şərt Müqavilənin ümumi h issəsi olmaqla qanun normasına istinad edilmişdir, yəni hər hansısa malın sifarişi nəzərdə tutulmayıb. Çünki mal öncədən sifariş edilərsə, onun qiyməti, çeşidi, əlaməti və sair hallar müəyyən edilməli idi. İddiaçının xx.xx.2023-cü il tarixdə əldə etdiyi mallar öncədən sifariş edilmiş mallar hesab edilməməlidir. Ona görə də elektron qaimə fakturanın malların faktiki təhvil verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən 5 gün müddətində hesablanmaqla xx.xx.2023-cü il tarixə qədər (sonuncu gün xx.xx.2023-cü il tarixi olmaqla) elektron qaimə vurula bilərdi və qanunamüvafiq qaydada xx.xx.2023-cü il tarixdə iddiaçıya alınan mallarla bağlı elektron qaimə (faktura) vurulmuşdur. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsini tətbi q etməli idi. Həmçinin iddiaçının bildirdiyinə görə vergi yoxlaması zamanı mallar tam olaraq sayılmamışdır, malların sayılması görüntüsü yaradılmışdır və iddiaçının təqdim etdiyi siyahı əsas götürülərək akta əlavə edilmişdir. Məhkəmə baxışı zamanı isə uzun müddət cavabdeh tərəfindən videogörüntü təqdim edilə bilməmişdirlər (yalnız sonuncu məhkəmə baxış iclası zamanı videogörüntünü əks etdirən disk təqdim edilmişdir, məhkəmə hazırlıq iclasında təqdim edilə bilməmişdilər). Çünki videogörüntüdə vergi yoxalmasının qanun pozuntuları əsasında keçirildiyi aşkar görsənir. Belə ki, vergi yoxlamasını əks etdirən görüntülər 4-5 hissəyə ayrılaraq tam formada olmadan məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasına sədrlik edən və tərəflərindən dəfələrlə videogörüntünün tam formada olmasını əks etdirən gö rüntü tələb edilmişdir. Lakin cavabdeh tərəf videogörüntünü hissələrə ayrılmış formada məhkəməyə təqdim etmişdir. Bu faktla bağlı məhkəmə iclasında da bildirmişlər ki, qeyd olunan videogörüntü mötəbər hesab edilə bilməz. Tam formada, hissələrə ayırmadan videogörüntünün təqdim edilməsi zəruridir, çünki iddiaçının bildirdiyinə görə vergi yoxlaması zamanı dəfələrlə video çəkiliş müvəqqəti olaraq kəsilmişdir, sonradan davam etdirilmişdir. Çünki mallar siyahıya faktiki olaraq vergi əməkdaşları tərəfindən alınmamışdır. Vergi yoxlaması isə videogörüntü ilə həyata keçirilirdisə, bu kəsiksiz, tam video çəkilişlə olmalı idi. Videogörüntü ilə keçirilən yoxlama videogörüntünün başlanmasından sonuna kimi video kəsilmədən çəkilməli idi. Çünki hissə-hissə olan videogörüntünün hissələrinin arasında nə baş verdiyini müəyyən etmək çətinləşir, bununla da vergi yoxlmasının qanuni keçirilməsini şübhə altına alır. Həmçinin videogörüntüdə vergi yoxlamasını əks etdirən aktda göstərilən malların hamısının sayıldığı görsənmir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı nəzərə almamışdır ki, X1 tədbirinin keçirilməsində məqsəd dövriyyədə olan, satışı həyata keçirilən malların alışına dair sənədlərin qanunvericiliyə uyğun qaydada tərtib edilərək vergi orqanına təqdim edilməsinə nəzarətlə də bağlıdır. Bu zaman, təkcə həmin sənədin təqdim edilməsi yox, vergidən yayınma hallarının qarşısının alınması üçün vaxtında təqdim edilməsi də qanunvericiliyin tələbləri baxımından əhəmiyyət daşıyır. Qeyd olunan səbəbdəndir ki, vergi qanunvericiliyin imperativ tələbi malın təhvil-təslim verildi yi vaxt buna dair elektron qaimə fakturanın tərtib edilməsidir ki, həmin malın verildiyi vaxtdan 1 gün, 3 gün və ya 1 il sonra elektron qaimənin tərtib edilərək təqdim edilməsi pozuntu halının istisnası hesab edilmir. Necə ki, əmək müqavilələrinin yoxlanılması zamanı vergi ödəyicisi öz işçiləri ilə bağlı əmək müqavilələrini yoxlama vaxtı təqdim etməli, yoxlamanın gedişində müqavilələri qeydiyyata salaraq vergi orqanına təqdim edərkən məsuliyyət istisna edilmir, eləcə də yoxlamaya qədər təqdim edilməli olan alışı təsdiq edən əsas sənəd kimi elektron qaimə faktura da yoxlamaya qədər, malın məhz alındığı vaxt təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, françayzinq müqaviləsində tərəflərin elektron qaiməni 6 ay ərzində tərtib edə biləcəyi ilə bağlı müddəanın olması da pozuntu halını istisna e tmir. Necə ki, qanunvericiliyin birbaşa özündə göstərilməyibsə, məsuliyyət müəyyən edən hər hansı hal baş vermişdir, həmin hala görə məsuliyyəti tərəflər öz arasında müqavilə bağlayaraq istisna edə bilməzlər. Vergi qanunvericiliyi elektron qaimə fakturanın tərtib edilmə vaxtını konkret müəyyən edirsə tərəflər arasında buna dair fərqli qaydanın müəyyən edilməsi bu səbəbdəndir ki, hər hansı əhəmiyyət daşımır. Məhkəmə qərarında qeyd olunan halla bağlı yuxarıda münasibətlərini bildirmişlər. Təkrarən bildirirlər ki, iddiaçı tərəfindən mallar satıcıdan öncədən sifariş edilməmişdir. xx.xx.2023-cü il tarixdə öncədən sifariş edilmədən mallar satıcıdan alınmışdır. xx.xx.2023-cü il tarixdə də elekron-qaimə vurulmuşdur. İddiaçının bildirdiyinə görə bu barədə də vergi əməkdaşlarına məlumat verilmişdir. Həmçinin bildirirlər ki, məhkəmə qərarında qeyd etmişdir ki, necə ki, əmək müqavilələrinin yoxlanılması zamanı vergi ödəyicisi öz işçiləri ilə bağlı əmək müqavilələrini yoxlama vaxtı təqdim etməli, yoxlamanın gedişində müqavilələri qeydiyyata salaraq vergi orqanına təqdim edərkən məsuliyyət istisna edilmir, eləcə də yoxlamaya qədər təqdim edilməli olan alışı təsdiq edən əsas sənəd kimi elektron qaimə faktura da yoxlamaya qədər, malın məhz alındığı vaxt təqdim edilməlidir. Amma nəzərə almamışdır əmək müqavilələrini elektron sistemə vuran barəsində yoxlama həyata keçirilən işəgötürənin səlahiyyətindədir, ondan asılıdır, bunun edilməsi onun imkanları daxilindədir. Lakin hazırki mübahisədə isə öncədən sifariş edilməyən malların xx.xx.2023-cü il tarixdə alınaraq elektron qaiməsinin vurulması i ddiaçının imkanları daxilində deyildir, Vergi Məcəlləsinin 711.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 3 gündən sonra xx.xx.2023-cü il tarixdə elektron qaimə vurmuşdur. Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə istinad edilməli idi və həmin maddi hüquq normasının tələbi pozulmamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********4570 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında belə əvvəlcədən sifariş edilməyən malların təhvil-təslim aktından və həmin mallara görə elektron qaimənin vurulması ifadə edilir. Demək ki, elektron qaimə ilə vurulan maların əvvəlcədən sifariş edilməyən mallar olması Vergi orqanında da mübahisə edilmir və bu hal işin mübahisəsiz halıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli qərarında yanlış müqayisə apararaq və faktiki hallara düzgün qiymət verməyərək, maddi hüquq normasını səhv tətbiq edərək səhv və əsassız qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi iş üzrə mübahisəyə baxarkən iddiaçının heç bir tələb və əsasını yoxlamamışdır. İnzibati məhkəmənin ən əsas funksiyası iddiaçının qanunla qorunan hüquqlarının inzibati orqanların qanunazidd hərəkətindən qorumaqdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilən video diskin tam formada olmadığından, hissə-hissə olduğuna görə sübut kimi qəbul edilməməsi barədə mülahizələrini nəzərə almamışdır. Ümumiyyətlə məhkəmə qərarında bu hala münasibət bildirməmişdir. Çünki video diskin hissə-hissə olması vergi yoxlamasının qanunamüvafiq qaydada keçirilməsini şübhə altına alır. Həmçinin iddi açının bildirdiyinə görə vergi yoxlaması zamanı tərtib edilmiş akta əlavə edilən siyahını özü vergi əməkdaşlarına təqdim edib, vergi əməkdaşları tərəfindən mağazadakı mallar siyahıya alınmamışdır. Özünün təqdim etdiyi siyahı və aktı imzalamışdır. Sonradan xx.xx.2023-cü il tarixdə vergi yoxlamasının nəticələrini əks etdirən aktı oxuyarkən malların siyahıya alınmadan siyahı tərtib edildiyini görmüş və haqlı olaraq aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərlə də təsdiq edilir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3018/2024 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) ərizə təmin edilmiş, Əsas tələb üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranad ək AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin (əvvəlki adı AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi) **********4570 saylı, xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın icrası dayandırılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi ərizəni təmin edərkən aşağıdakıları qeyd etmişdir: –işin hazırkı mərhələsində iş materiallarında mövcud olan sənədlər nəzərə alınmaqla iddianın böyük ehtimalla uğurluluğu müəyyən olunmur. Belə ki, iddiaçının cavabdeh inzibati orqanın **********4570 saylı, xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğvi barədə iddia tələbi Ba kı İnzibati Məhkəməsinin 8 aprel 2024-cü il qərarı ilə iddia rədd edilmişdir. – işin hazırki mərhələsində ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi halında, məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi İPM-in 40.1, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.2, 43.1.1, 43.1.2, 43.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına, “İnzibati müba hisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 14 nömrəli Qərarına istinad etmişdir.

9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki: materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı ilə "xxxx" MMC arasında 6 dəfə malların təhvil-təslimi həyata keçirilməsinə baxmayaraq, vergi qanunvericiliyinin müddəaları pozulmaqla cəmi bir dəfə xx.xx.2023-cü il tarixdə (X1 tədbirindən 1 gün sonra) "xxxx" MMC tərəfindən iddiaçıya 18256,95 manat dəyərində 1000 ədəd elektron qaimə-faktura təqdim edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs mallar göndərilən (verilən) vaxt elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Bank əməliyyatlarının təhlili zamanı françayzinq müqaviləsi üzrə iddiaçı ilə "xxxx" MMC arasında hər hansı ödənişin aparılmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunan françayzinq müqaviləsi mülki qanunvericiliyin tələbləri pozulmaqla, faktiki münasibətləri pərdələmək və vergidən yayınmaq niyyəti ilə tərtib edildiyindən mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, yalan əqd sayılmış və iddiaçı barəsində qərar qəbul edilən zaman vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmiş, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəni təmin edərkən bu halları nəzərə almamışdır. Məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardadı işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsi halında və ya iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edə bilər.Lakin iş üzrə qərardaddan göründüyü kimi, məhkəmə tərəfindən ziddiyyətli məqamlar hərtərəfli qiymətləndirmədən müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə a) Maddə

40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakter li müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə

43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. b) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayəti n təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 13. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 oktyabr 2023-cü il tarixli, 14 nömrəli Qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassas iya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd edilməlidir.

17. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün də məhkəmə özünün apardığı ilkin məh kəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi, ərizəçinin əsas iddiasının uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iş üzrə iddianın uğurluluq ehtimalının yoxlanılmasına isə həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

18. Hazırkı işin hallarından isə görünür ki, apellyasiya məhkəməsi ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni təmin etsə də, sözügedən qaydada iddianın uğurluluq ehtimalının yoxlanılmasını və qiymətləndirilməsini həyata keçirməmişdir.

19. Bununla bağlı məhkəmə kollegiyası 04 oktyabr 2023-cü il tarixdə qəbul edilm iş “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 nömrəli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir.

20. Həmin qərarın 11-ci bəndi inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələləri tənzimləyir. Plenumun sözügedən qərarının 11-ci bəndində qeyd edilmişdir: “Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, İPM-in 41.1-ci maddəsində təs bit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur.

21. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətra fında dəyərləndirmələr aparmalı və özünün bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq qaydada əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iddianın özünün yüksək ehtimalla təmin ediləcəyinə dair qənaətə əsaslanmalıdır.

22. Məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri ba rədə ərizənin iddianın uğurluluq ehtimalı baxımından nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddianın uğurluluq ehtimalı aydın olmadığından (iddianın uğuru məhkəmə araşdırmasının nəticəsindən asılıdır) təcili tənzimləmə üçün təxirəsalınmaz ehtiyac müəyyən edilmir.

23. Bundan əlavə qeyd edilməlidir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)2112/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ilə hazırkı verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsinin aid olduğu əsas iddia rədd edilmişdir.

24. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3018/2024 nömrəli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd edilməlidir.

25. Yuxarıda gös tərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 21(103)-3018/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar