Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1094/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinə qarşıiş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinə qarşı 16.03.1993-cü il tarixdən - 25.12.1997-ci il tarixədək Qax rayon Kənd-kimya birliyi idarəsində, 25.12.1997-ci il tarixdən - 05.12.2003-cü il tarixədək Qax rayon Kəndkimya ASC-də və 08.12.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək Qax kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan 05.10.2016-cı il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)693/2018 saylı iş üzrə 06.12.2018ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq e dilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 16.03.1993-cü il tarixdən 25.12.1997-ci il tarixədək Qax rayon Kənd-kimya birliyi idarəsində, 25.12.1997-ci il tarixdən - 05.12.2003-cü il tarixədək Qax rayon Kənd-kimya ASC-də və 08.12.2003-cü il tarixdən - 01.01.2006-cı il tarixədək Qax kimya ASC-də işləmişdir. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün müraciət etmiş, lakin 24.05.2018-ci il tarixdə bundan imtina etmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax Rayon Şöbəsinə qarşı 16.03.1993-cü il tarixdən - 25.12.1997-ci il tarixədək Qax rayon Kənd-kimya birliyi idarəsində, 25.12.1997-ci il tarixdən - 05.12.2003-cü il tarixədək Qax rayon Kənd-kimya ASC-də və 08.12.2003-cü il t arixdən 01.01.2006-cı il tarixədək Qax kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan 05.10.2016-cı il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli iş № 2-1(84)-1200/2018, (sədrlik edən hakim Kənan Vəliyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.12.2018-ci il tarixli iş № 2-1(107)693/2018 (hakimlər İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Rafail Əliyev və Akif Eyvazov) qərarı ilə birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi müəssisə həmin dövr ərzində fəaliyyət göstərmədiyindən və müəssisə tərəfindən heç bir sosial ödəniş olunmadığından iddiada istinad olunan dövr üçün pensiyanın yenidən hesablanması mümkün hesab edilmir. Bu qeyd etdiyi faktlar yazılı şəkildə məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, yuxarı da sadaladıqları xüsusatlar məhkəmə tərəfindən araşdırılıb qərar qəbul edilməli idi. Məhkəmə iş üzrə qərar qəbul edərkən iddiaçının təqdim etdiyi sənədləri və cavabdehin məhkəməyə verdiyi arayışı düzgün qiymətləndirməmiş, nəticədə iddiaçının əsassız iddia tələbini təmin etmişdir. Bundan başqa məhkəmə işə tərəflərin iştirakını məhkəmədə təmin etmədən baxmışdır. Bundan əlavə, məhkəmə iddia tələbini qismən təmin edərkən “Əmək pensiyaları haqqında” bütün normativ hüquqi aktlara zidd qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Halbuki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi əhəmiyyətli sübutun məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib - edilməməsi səbəbləri aydın göstərilməlidir. Lakin apelyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmadan əsassız qərar qəbul etmişdir. Hesab edirik ki, kasasiya şikayətləri qanunidir və əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018- ci il tarixli, 2-1(107)693/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə həmin dövr ərzində fəaliyyət göstərmədiyindən və müəssisə tərəfindən heç bir sosial ödəniş olunmadığından iddiada istinad olunan dövr üçün pensiyanı n yenidən hesablanması mümkün hesab edilmir. Bu qeyd etdiyi faktlar yazılı şəkildə məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, yuxarıda sadaladığları xüsusatlar məhkəmə tərəfindən araşdırılıb qərar qəbul edilməli idi. Məhkəmə iş üzrə qərar qəbul edərkən iddiaçının təqdim etdiyi sənədləri və cavabdehin məhkəməyə verdiyi arayışı düzgün qiymətləndirməmiş, nəticədə iddiaçının əsassız iddia tələbini təmin etmişdir. Bundan başqa məhkəmə işə tərəflərin iştirakını məhkəmədə təmin etmədən baxmışdır. Bundan əlavə, məhkəmə iddia tələbini qismən təmin edərkən “Əmək pensiyaları haqqında” bütün normativ hüquqi aktlara zidd qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Halbuki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi əhəmiyyətli sübutun məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib - edilməməsi səbəbləri aydın göstərilməlidir. Lakin apelyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmadan əsassız qərar qəbul etmişdir. Hesab edirik ki, kasasiya şikayətimiz qanunidir və əsaslıdır. Ali Məhkəmənin İnzibati-İq tisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və aza dlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq e dilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşdə olan Qax rayon məhkəməsinin 15.02.2017-ci il tarixli 2(024)-130 nömrəli qətnaməsi ilə iddiaçının 16.03.1993-cü il tarixdən - 25.12.1997-ci il tarixədək Qax rayon Kənd-kimya birliyi idarəsində, 25.12.1997-ci il tarixdən - 05.12.2003-cü il tarixədək Qax rayon Kənd-kimya ASC-də və 08.12.2003-cü il tarixdən 28.02.2007-ci il tarixədək Qax kimya ASC-də işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 24.05.2018-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı 05.10.2016-cı il tarixdən 17 il iş stajı nəzərə alınmaqla 163,62 manat məbləğində əmək pensiyası hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi illərdə işlədiyi dövr ona pensiya təyin olunana qədər iddiaçının qazanmış olduğu stajdır və həmin staja görə onun pensiya almaq hüququ vardır. Ona görə də göstərilən illər onun sosia l sığorta stajına daxil edilməklə yaranmış fərq pensiya təyin olunan 05.10.2016-cı il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2 006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 28-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nomi nal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.3-cü m addəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 06.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli 21(107)693/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1094/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1094/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver