Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1094/2020 17.06.2020 ALİ MƏHKƏMƏ İddiaçılar Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov X Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili, cavabdehin vəkili iştirakı ilə İddiаçılar Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri -yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2-1(103)-77/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar Iddiaçı1, Iddiaçı2 və iddiaçı3 Ünvan ünvanında yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi məqsədilə cavabdehə 30.07.2018-ci il tarixdə müraciət etmişlər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Iddiaçı1, Iddiaçı2 və iddiaçı3 ünvanlanmış 31.08.2018-ci il tarixli, ******** saylı cavab məktubunda qeyd edilmişdir ki, sözügedə n qeyri-yaşayış binasından digər şəxslərə məxsus payların əldə olunmasına dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətdə qaldırılan məsələyə baxıla bilər. İddiaçılar Iddiaçı1, Iddiaçı2 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Ünvan ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-473/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qərarı il ə iddia təmin edilmiş, Ünvan ünvanında yerləşən qeyri-yaşayış binasına dair Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 adına reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-473/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli 2-1(103)-77/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 21(82)-473/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Ünvan ünvanında yerləşən ümumi sahəsi 954.4 kv.metr olan qeyri-yaşayış binası üzərində Iddiaçı1nun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmış, çıxarışın ümumi birgə payı olan hüquqi sahibləri arasında 16 nəfərin adı qeyd edildiyi halda, həmin şəxslər öz paylarını ayrı-ayrı alqı-satqı müqavilələri əsasında Iddiaçı1na satmış, faktiki olaraq həmin bina Iddiaçı1na, Iddiaçı2 və iddiaçı3 məxsus olduğuna görə, iddiaçılar mövcud alqısatqı müqavilələrinə əsasən yeni çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onlara imtina edilmiş, əsas kimi sözügedən qeyri-yaşayış binasından digər şəxslərə m əxsus payların əldə olunmasına dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi göstərilmişdir. Halbuki, adı çəkilən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri iddiaçıların sözügedən qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir və iddiaçılar əldə edilmiş mülkiyyət hüquqlarını təsdiq edən alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətini cavabdehə təqdim etmişlər. Bunun nəticəsidir ki, cavabdeh inzibati orqan təqdim edilmiş həmin sənədlər əsasında inzibati icraata başlamış və mütəxəssislərini mübahisəli ünvana yerində müayinəyə göndərmişdir. Həmçinin, cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, müvafiq ü nvanda aparılmış yenidənqurma işlərinə və özbaşına inşa edilmiş tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq ünvanda 23.08.2019-cu il tarixdə idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmış, buna dair akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, arxiv texniki pasportuna əsasən “A” tikilisi genişləndirilmiş, bundan əlavə, ərazidə 6 ədəd birmərtəbəli tikili, inzibati bina gözətçi binası və köməkçi tikililər tikilmişdir. Bununla yanaşı, eyni aktda “daşınmaz əmlakı haqqında ümumi məlumat” qrafasında obyektin ümumi sahəsinin 954,4 kv.m, faktiki 954.4 kv.m olduğu göstərilmişdir. Beləliklə, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş yerində müayinə aktında mübahisəli qeyri-yaşayı ş sahəsində “A” tikilisinin genişləndirildiyi qeyd edilsə də, bu genişlənmənin nədən ibarət olduğu göstərilməmiş, əksinə, daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə də, faktiki olaraq da ölçüsü 954,4 kv.m olmuşdur. Digər tərəfdən hazırkı iş üzrə iddiaçılar cavabdehin qeyd etdiyi müvafiq ünvanda yerləşən əlavə tikililərə deyil, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, eləcə də texniki pasportunda göstərilmiş ümumi sahəsi 954,4 kv.m ölçüyə uyğun olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasını mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2-1(103)77/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə sözügedən qeyri -yaşayış binasından digər şəxslərə məxsus payların əldə olunmasına dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri İdarəyə təqdim edilməmişdir. Ünvan ünvanında yerləşən qeyri-yaşayış binası **** qeydiyyat nömrəsi ilə 04.08.2017-ci il tarixdə Iddiaçı1nun, “digərlərinin” adlarına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunanlardan əlavə, müvafiq ünvanda 23.08.2019-cu il tarixdə idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, arxiv texniki pasportuna əsasən “A” tikilisi genişləndirilmişdir. Bundan əlavə, ərazidə 6 ədəd birmərtəbəli tikili, inzibati bina, gözətçi binası və köməkçi tikililər inşa edilmişdir. Müvafiq ünvanda aparılmış yenidənqurma işlərinə və özbaşına inşa edilmiş tikililərə da ir hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11, 12, 23-cü maddələrinə, Torpaq Məcəlləsinin 67, 111.1-ci maddələrinə, İPM-nin 90, 94, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2-1(103)-77/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2-1(103)-77/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Ünvan ünvanında yerləşən “X”mebel fabrikinin Geniş tələbatlı mallar sexini n əmlakını auksiondan əmək kollektivi –vəkil edilmiş şəxsi Iddiaçı1 03.04.1998-ci il tarixdə auksion satış qiyməti ilə 31355000 manata almışdır. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 10.04.1998-ci il tarixdə “X”mebel fabrikinin Geniş tələbatlı mallar sexinin əmlakı üzərində birgə mülkiyyət kimi Iddiaçı1nun, Iddiaçı3, və digərlərinin və digərlərinin adına qeydə alınaraq dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” **** nömrəli Şəhadətnamə verilmişdir. **.**..1998-ci il tarixdə Iddiaçı1, Iddiaçı3, və digərləri “X” Firmasının təsis edilməsi haqqında müqavilə bağlamışlar. Həmin müqavilə üzrə tərəflər Bakı şəhəri, “X” mebel fabrikinin geniş tələbatlı mallar sexinin əmlakında ifadə olunan paylarını birləşdirmiş və “X” firması təsis etmişlər. Müqaviləyə əsasən müəssisənin Nizamnamə fondunu 31355000 manat dəyərində olan “X” mebel fabrikinin əmlakı təşkil etmiş, tərəflərin nizamnamə fondundakı payları müəyyən edilmişdir (Iddiaçı1-86.15%, digərləri 1.59%). Təsis müqaviləsi əsasında “X” Firmasının Nizamnaməsi dövlət qeydiyyatından keçirilmişdir. Bundan sonra, 27.10.1998-ci il tarixində X3**.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-*-***“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X3 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 28.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X3 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X4 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 27.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən,masının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X5 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 11.05.1999-cu il tarixli müqavilənin notarial qaydada təsdiq e dilmiş surətinə əsasən, X5 Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş ** nömrəli kitabın 23-cü səhifəsində ***** nömrəsi ilə 10.04.1998-ci il tarixdə qeydiyyata alınmış şəhadətnamə və ** saylı xxxx tərəfindən təsdiq edilmiş ***** reyestrli “X” Firmasının təsis müqaviləsinə əsasən Ünvan ünvanında yerləşən “X” mebel fabrikinin geniş tələbatlı mallar sexinin əmlakında ifadə olunan 1/59 faiz payı Iddiaçı1na satmışdır. Satıcı X5 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 28.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X5 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz q ırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X2 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 01.07.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən,X2 **.**..1998-ci il tarixli, xxx-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X6 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 27.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X6 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ün vanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X6 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 11.11.1997-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X6 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X7 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 27.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X7 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-**** “X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X8 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 28.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X8 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. Satıcı X8 ilə alıcı Iddiaçı1 arasında bağlanmış 28.10.1998-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X8 **.**..1998-ci il tarixli, **-*-***reyestr nömrəli **-****“X” firmasının təsis müqaviləsinə əsasən ona məxsus olan, Ünvan ünvanında yerləşən “X” Firmasının əmlakından ona məxsus 498544 (dörd yüz doxsan səkkiz min beş yüz qırx dörd) manat dəyərində olan payı (nizamnamə fondunun 1.59 faizi) Iddiaçı1na satmışdır. 17.08.2008-ci il tarixdə “X” MMC “X” Firmasının hüquqi varisi kimi dövlət qeydiyyatına alınmışdır. Təsisçilər və nizamnamə kapitalında paylarının miqdarı X8 1,59%, X9 1,59%, X10 1,59%, Iddiaçı3 1,59%, Iddiaçı1 93,64% müəyyən olunmuşdur. 30 dekabr 2008-ci il tarixli müəssədəki payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, həmin müqavilə üzrə satıcılar – X8 və X9 “X ” məhdud məsul iyyətli cəmiyyətindəki paylarını alıcı – X9 satmışdırlar. 11.12.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən həmin müqavilə üzrə satıcı Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Nizamnaməsi 16.09.2008-ci il tarixli nizamnaməyə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17.09.2008-ci il tarixli, ****** nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ünvan küçəsi ünvanında yerləşən “X” MMC-nin 6271 (altı min iki yüz yetmiş bir) manat Nizamnamə kapitalında əmlak şəklində X10 məxsus 1.59 faiz, 99.71 manat, 1.59 payı iddiçı2 satmışdır. N əticədə, hal-hazırda “X” firmasının hüquqi varisi olan “X” MMC-nin təsisçiləri - Iddiaçı1 (96.82%), Iddiaçı3 (1.59%) və iddiaçı2 (1.59%) və onların payları əmlak şəklində olan “X” mebel fabriki əmlakı nizamnamə fondunu təşkil edir. Göstərilənləri əsas götürən iddiaçılar Iddiaçı1, Iddiaçı2 və iddiaçı3 Ünvan ünvanında yerləşən qeyri-yaşayış binasına (keçmiş “X” Bakı mebel fabriki) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi məqsədilə cavabdehə 30.07.2018-ci il tarixdə müraciət etmişlər. Cavabdeh orqan isə ərizəni təmin etməkdən imtina edərək ona istinad etmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün əsas yoxdur. İddianı təmin edən aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Ünvan ünvanında yerləşən ümumi sahəsi 954.4 kv.metr olan qeyri-yaşayış binası üzərində Iddiaçı1nun Iddiaçı2 və Iddiaçı3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmış, çıxarışın ümumi birgə payı olan hüquqi sahibləri arasında 16 nəfərin adı qeyd edildiyi halda, həmin şəxslər öz paylarını ayrı-ayrı alqısatqı müqavilələri əsasında Iddiaçı1na satmış, faktiki olaraq həmin bina Iddiaçı1na, Iddiaçı2 və iddiaçı3 məxsus olduğuna görə, iddiaçılar mövcud alqı-satqı müqavilələrinə əsasən yeni çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onlara imtina edilmiş, əsas kimi sözügedən qeyri-yaşayış binasından digər şəxslərə məxsus payların əldə olunmasına dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi göstər ilmişdir. Halbuki adı çəkilən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri iddiaçıların sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir və iddiaçılar əldə edilmiş mülkiyyət hüquqlarını təsdiq edən alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətini cavabdehə təqdim etmişlər. Göstərilənləri nəzərə alan Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onu n iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. Göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, **.**..1998-ci il tarixdə Iddiaçı1, Iddiaçı3, Və digərləri “X” Firmasının təsis müqaviləsini bağlamış, həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, m üqavilə üzrə tərəflər Bakı şəhəri X mebel fabrikinin geniş tələbatlı mallar sexinin əmlakında ifadə olunan paylarını birləşdirir və “X” Firmasını təsis edirlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müəssisənin Nizamnamə fondunu 31355000 manat dəyərində olan əmlak-“X” mebel fabriki təşkil edir. Göründüyü kimi, “X” Firması Bakı şəhəri X mebel fabrikinin geniş tələbatlı mallar sexinin əmlakı əsasında təsis edilmiş, başqa sözlə sözügedən əmlak “X” firmasının nizamnamə fondunu təşkil edərək ona məxsus olmuşdur. Hal-hazırda isə “X” firmasının hüquqi varisi olan “X MMCnin mülkiyyəti hesab olunduğundan hazırkı iddia ilə yalnız “X ” MMC məhkəməyə müraciət etmək səlahiyyətindədir. Belə ki, 974 kv.m. 2/4 sahə əmlak şəklində “X ” MMC-nin nizamnamə fondunu təşkil edir və iddiaçılar həmin MMC-nin təs isçiləridirlər. Belə ki, yuxarıda sadalanan notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri ilə “X” Firmasının “X” Holdinq MMC-nin 13 təsisçisi həmin firmada olan paylarını Iddiaçı1na satmış, bunun nəticəsində onun firmadakı payı artmışdır. Belə olan halda sözügedən alqı-satqı müqavilələri təsisçilərin X mebel fabrikinin geniş tələbatlı mallar sexinin Iddiaçı1na satılması kimi qiymətləndirilə bilməz. Aşağı instansiya məhkəmələri əsassız olaraq sözügedən alqı-satqı müqavilələrini təsisçilərin X mebel fabrikinin geniş tələbatlı mallar sexinin Iddiaçı1na satılması kimi qiymətləndirmişdirlər. Belə olan halda, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “X ” MMC-nin Ünvan ünvanında yerləşən “X” mebel fabrikinin qeyri-yaşayış binasına mülkiyyət hüququ nun qeydə alınması ilə bağlı cavabdehə ərizə verməyə hüququ var və cavabdeh tərəfindən ərizə təmin olunmadığı halda, hazırkı iddia MMC-nin təsisçiləri yox, “X ” MMC-nin özü tərəfindən qaldırıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. H əmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək sə lahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh sözügedən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən heç bi r mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamış, istinad etdiyi alqı-satqı müqavilələrində təsisçilərin X mebel fabrikinin geniş tələbatlı mallar sexinin əmlakında olan paylarını deyil, “X” firmasında və onun hüquqi varisi olan X” MMC-dəki paylarını Iddiaçı1na satdıqlarını nəzərə almamış dır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2-1(103)77/2019 nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1094/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1094/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver