Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1094/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-114/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ ******* №-li hərbi biletə əsasən iddiaçı, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus xx.xx.1988-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər X6 Gəmiçiliydə böyük usta (1 il 1 ay), xx.xx.1998-ci ildən xx.xx.1999-cü ilə qədər Axtarış-Xilasedici xidmətində 1-ci dərəcəli motorist, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilə qədər “X3” QSC-də motorçu, komandirmotorçu və baş motorçu, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər "xxxx" Firmasında 3cü mexanik, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər X4 ASC-də 2-ci dərəcəli mexanik, xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər “Xəzərdənizneftdonanma” İdarəsinin Abşeron rayon X5 İdarəsində, Azərbaycan “X3” QSC-də matros, motorçu, mexanik, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx"QSC X1 növbə mexaniki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər “X3” QSC-də mexanik, xx.xx.2019-cu ildən hal-hazıradək “X2” QSC X1 növbə mexaniki və motorçu vəzifəsində işləyir.
3. Azərbaycan Dəniz Balıq Sənayəsi Kolleci tərəfindən verilmiş BB-İİ 116580 nömrəli, xx.xx.2011-ci il tarixli diploma əsasən iddiaçı, 2008-ci ildə Kollecə daxil olmuş və xx.xx.2011-ci ildə “Gəmi energetik qurğularının istismar” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona “texnik gəmi mexaniki” ixtisası verilmişdir.
4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 228/1 nömrəli, xx.xx.2020-ci il tarixli və 228/2 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışlarına əsasən iddiaçı, Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmrdən çıxarış siyahılarına əsasən 1973-cü ilin yanvar ayının 2-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1976-cı ilin aprel ayının 13-də 52 saylı əmrlə işdən azad edilmişdir. Astara rayon sabiq Səncərədi Subtropik sovxozun əmr kitabları 1972-1978, əmək haqqı kitabları 1966-1980- cı illər Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən sovxozun yoxlanılması ilə əlaqədar olaraq aparılmış və sovxoza qaytar ılmamışdır. 5. “Azərbaycan X2” QSC Xəzər X5sı tərəfindən məhkəməyə ünvanlanmış TQ01/02292 №-li, xx.xx.2021-ci il tarixli məktuba əsasən iddiaçı, Xəzər X5sında xx.xx.1976xx.xx.1977-ci, eləcə də xx.xx.1984-xx.xx.1985-ci və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək müvafiq olaraq 2-ci dərəcəli motorçu, 1-ci dərəcəli motorçu, 1-ci dərəcəli matros peşələrində, 2-ci mexanik vəzifəsində işləmiş və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə (xx.xx.2017-ci il tarixli, 364-k nömrəli əmr) xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDNDnin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.
6. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq **********3 saylı, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İT-İ seriyalı, ******* saylı, 11 noyabr 1998-ci il tarixdən tərtib olunmuş əmək kitabçasına əsasən iddiaçının ümumi stajı 25 ildən (17 il 03 ay 20 gün), güzəştli iş stajı 12 il 06 aydan (05 il 03 ay 27 gün) az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonra dan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdən yəni 60 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Astara rayon Dövlət Arxivinin xx.xx.2020ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Astara rayonu, Səncərədi Subtropik sovxozunda fəhlə işləmişdir (3 il 3 ay 11 gün). İddia ərizəsinə əlavə olunan “X2” QSC-nin Xəzər X5sının arxiv arayışından görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək gəmidə 2-ci dərəcəli motorçu işləmişdir (8 ay 24 gün). Həmçinin xx.xx.1984-cü ildən xx.xx.1985-ci il tarixədək gəmidə 1-ci dərəcəli motorçu işləmişdir (7 ay 27 gün). İddia ərizəsinə əlavə olunan hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 28 gün). İddia ərizəsinə əlavə olunan “X2” QSCnin arxiv arayışından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək gəmilərdə motorçu işləmişdir (2 il 5 ay 19 gün). İddia ərizəsinə əlavə olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qazaxıstan SSR Şevçenko Şəhər Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmünə əsasən Qazaxıstan SSRİ Cinayət Məcəlləsinin 78 h2, 15-168 h2, 24-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olun maqla 3 il müddətə şərti cəzaya məhkum edilib. xx.xx.1982-ci il tarixdən Qaradağ RDİŞ 3 saylı Xüsusi müəssisəsində cəza çəkmişdir (3 il). İddia ərizəsinə əlavə olunan əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, cavabdeh tərəfindən imtinanın verildiyi xx.xx.2021-ci il tarixə 18 il 7 gün iş stajı vardır. Beləliklə əmək kitabçasında və yuxarıda qeyd olunan arxiv arayışları ilə təsdiqlənən iş stajı 18 il 7 gün + 3 il 3 ay 11 gün + 8 ay 24 gün + 7 ay 27 gün + 2 il 28 gün + 2 il 5 ay 19 gün + 3 il toplandıqda onun ümumi iş stajı 30 il 2 ay 26 gün təşkil edir. Lakin cavabdeh orqan öz imtinasında düzgün olmayaraq onun ümumi iş stajını 17 il 3 ay 20 gün hesablamışdır. Halbuki yuxarıda qeyd olunanlar onun ümumi iş stajının 25 ildən çox olduğunu təsdiq edir. Güzəştli iş stajına gəlincə isə əmək kitabçası və “X2” QSC-nin qeyd olunan arayışları ilə təsdiq olunuduğu kimi güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Cavabdeh orqan isə imtinasında əsassız olaraq güzəştli iş stajının 5 il 3 ay 27 gün təşkil etdiyini göstərmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi arayışlardan görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək gəmidə 2-ci dərəcəli motorçu (8 ay 24 gün), həmçinin xx.xx.1984-cü ildən xx.xx.1985-ci il tarixədək gəmidə 1-ci dərəcəli motorçu işlədiyi (7 ay 27 gün) müddət, bundan başqa əmək kitabçası və “Zığ Gəmi Təmiri və Tikinitisi Zavodunun” xx.xx.2018-ci il tarixli arayışından görünür ki, 18 il 7 ay 19 gün güzəştli iş stajı vardır.
9. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsasla ndırılmışdır ki, iddiaçının ümumi stajı 25 ildən (17 il 03 ay 20 gün), güzəştli iş stajı 12 il 06 aydan (05 il 03 ay 27 gün) az təşkil edir. İddiaçıya məxsus İTİ seriyalı, ******* saylı, 11 noyabr 1998-ci il tarixdən tərtib olunmuş əmək kitabçasından aydın olur ki, iddiaçı 25 oktyabr 1988-ci ildə əmək fəaliyyətinə başlayıb və müxtəlif peşələrdə çalışıb. Əmək kitabçasına əsasən ümumi əmək stajı aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1989-cu illər (01 il 29 gün); tədris-istehsalat işi üzrə böyük usta; xx.xx.1998-xx.xx.1999-cu illər (04 ay 04 gün); motorçu; xx.xx.1999-xx.xx.2002-ci illər (03 il 07 ay 05 gün); motorçu bölüyünün komandiri; xx.xx.2003-xx.xx.2003-cü illər (14 gün); mexanik; xx.xx.2003-xx.xx.2003-cü illər (02 ay 19 gün); mexanik; xx.xx.2007- xx.xx.2017ci illər (09 il 07 ay 12 gün); matros, motorçu; xx.xx.2017-xx.xx.2018-ci illər (08 ay 29 gün); növbə mexaniki; xx.xx.2018- xx.xx.2019-cu illər (01 il 05 ay 17 gün); növbə mexaniki; xx.xx.2019-xx.xx.2021-ci illər (01 il 11 ay 20 gün); motorçu. Göründüyü kimi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının 60 yaşının tamam olduğu tarixə (26 oktyabr 2017-ci ilə) olan ümumi əmək stajı - 15 il 04 ay 18 günə bərabərdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, 29 aprel 1977- 26 may 1979-cu illərdə (02 il 27 gün) hərbi xidmətdə olmuşdur. Beləliklə, əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrü daxil olmaqla, 26 oktyabr 2017-ci il tarixinə iddiaçının ümumi əmək stajı - 17 il 05 ay 15 gün təşkil edir. İddiaçı xx.xx.1973- xx.xx.1976-cı illərdə Astara rayon sabiq Səncərədi Subtropik sovxozunda çalışdığını iddia edir. İddiaç ı bu halı təsdiq etmək üçün Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 45/1 saylı Arxiv arayışına istinad edir. Halbuki həmin arayışın özündə sovxoza aid 1972- 1978-ci illəri əhatə edən əmr kitablarının, eləcə də 1966-1980-ci illəri əhatə edən əmək haqqı kitablarının yoxlama ilə əlaqədar olaraq aparıldığı və sovxoza qaytarılmadığı qeyd edilir. Lakin necə olursa, Astara rayon Dövlət Arxivi öz arayışına əl ilə yazılmış 2 sənəd əlavə edir. Həmin sənədlərdə isə ümumiyyətlə Sovxozun möhürü və səlahiyyətli şəxsinin imzası yoxdur. Həmin sənədləri kimin yazdığı məchuldur. Dolayısı ilə qeyd edilən arxiv arayışının mötəbər sübut qismində qəbulu yolverilməzdir. İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2018-ci il tarixli arayışına istinad edərək güzəştli iş stajına malik old uğunu iddia edir. Hərçənd ki, həmin arayışın özündə iddiaçının sözügedən zavodda 01 fevral 2018-ci il tarixdən növbə mexaniki vəzifəsində çalışdığı qeyd edilir. İddiaçı isə 26 oktyabr 2017-ci il tarixdən pensiya təyin edilməsini tələb edir. Dolayısı ilə iddiaçının “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda çalışdığı dövrün hazırkı mübahisə ilə bağlılığı yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, zavod yalnız özünə aid hissədə və əgər əsas varsa, arayış verə bilər. İddiaçı güzəştli iş arayışı kimi “Azərbaycan X2” QSC-nin xx.xx.2014-cü il tarixli arayışına istinad edir. Nəzərə almaq lazımdır ki, həmin arayış 2007- 2014-cü illəri əhatə edir və tələb edilən 12 il 6 ay güzəştli iş stajını tam şəkildə təsdiq etmir.
10. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-701/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 ildən artıq (25 il 1 ay 18 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (13 il 5 ay 26 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 32000,00 manatdan artıq (44173,18 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası təyin edilməli idi.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-114/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 20 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müvafiq dövr üzrə iş stajı ona məxsus əmək kitabçasında və arxiv arayışlarında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
15. Apellyasiya instansiyası məhkəməsi İddiaçının güzəştli iş stajı ilə bağlı qeyd etmişdir ki, İddiaçının gəmidə işləd iyi motorçu, matros, mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Nəqliyyat” adlanan 21-ci bölməsinin 21.2-ci yarımbəndinə nəzərdə tutulmuş “Dəniz və çay donanması” b) yarımbəndi üzrə qeyd edilmiş vəzifələrə uyğun olmaqla güzəştli iş stajı 13 il 5 ay 26 gün təşkil edir və buna dair işəgötürən tərəfindən arayışlar təqdim edilmişdir.
16. İddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 18 dekabr 2020-ci il tarixində müraciət etdiyindən, ona ödəniləcək pensiya həmin tarixdən əvvəlki illər üçün, yəni 18 dekabr 2017-ci il tarixindən hesablanaraq ödənilməlidir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul e dilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti 27 yanvar 2021-ci il tarixli imtina məktubu və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabças ıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlər ə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olma dığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. Nəqliyyat 21.2 “Dəniz və çay donanması” b) üzən heyət: bütün adlarda motorçular
25. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi... 14.
3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
32. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. iddiaçının 60 yaşının tamam olması; 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
33. Cavabdeh imtina məktubunu, eləcə də apellyasiya və kassasiya şikayətlərini iddiaçının ümumi iş stajının 25 ildən az (17 il 3 ay 20 gün), güzəştli iş stajının isə 12 il 6 aydan az (5 il 3 ay 27 gün) təşkil etməsi ilə əsaslandırmış, eləcə də Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş iddiaçının xx.xx.1973-xx.xx.1976-cı illərdə Astara rayonu sabiq Səncərədi Subtropik sovxozunda çalışdığı illər ilə bağlı arxiv arayışını arxiv sənədlərinin arxivdə olmaması səbəbindən mötəbər sübut kimi qəbul etmir.
34. Məhkəmə kollegiyası kassatorun iddiaçının ümumi və güzəştli iş stajının olmaması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən artıq, güzəştli iş stajı isə 12 il 6 aydan artıq olmuşdur. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr hazırkı qərarın 17-ci bəndində qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır.
35. Cavabdehin arxiv arayışını mötəbər sübut kimi qəbul etməməsi ilə bağlı dəlillərini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-22-ci bə ndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
36. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcu dluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.
37. Belə olan halda, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.
38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində i fadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 21(103)-114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.