Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1094/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi olması barədə arayışın verilməsi; ölümün səbəb əlaqəsinin müəyyən edilməsi, işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə (bundan sonra – SHXÇDX-nin Bakı şəhəri Xətai rayon İdarəsi) qar şı “mərhum X8 Vətən Müharibəsi zamanı döyüşən ordunun tərkibində döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq aldığı ağır xəsarətin sonrakı qalıqları nəticəsində vəfat etməsini nəzərə alaraq atası İddiaçı şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2023-cü il 29 noyabr tarixli, 2-1(103)-3692/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2020-ci il 25 oktyabrda X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı diaqnozlu xəsarətlər almış və 2021-ci il 6 oktyabrda hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. E.İddiaçı aldığı xəsarətlə əlaqədar hərbi xidmət dövründə və ondan sonra müxtəlif vaxtlarda və yerlərdə, o cümlədən 2020-ci il 25-N oktyabrda N saylı hərbi hissədə, həmin ilin N oktyabrından 3 noyabrınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında (bundan sonra BKH), həmin ilin 3 noyabrında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (bundan sonra MN MHP), 2021-ci il 7-25 iyunda, 9-27 sentyabrda X1, 2022-ci il 22-24 yanvarda M.Ə.Əfəndiyev adına X12, həmin ilin 31 yanvarından 11 fevralınadək Milli Onkologiya Mərkəzində, həmin il 17-26 fevralda, 1-2 martda Rusiya Federasiyası Bloxin adına Onkologiya Mərkəzində, həmin il 15 martda MN MHP-da müalicə və m üayinələrdə olmuşdur. 3. 2022-ci ilin 3 martından E.İddiaçı Milli Hematologiya və Transfuziologiya Mərkəzində kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə diaqnozu ilə qeydiyyata alınmışdır. 4. 2022-ci il 29 martda Milli Hematologiya və Transfuziologiya Mərkəzi E.İddiaçı yüksək risk qrupuna daxil olması ilə əlaqədar ona sümük iliyinin transplantasiyasının məsləhət olduğuna dair arayış vermişdir. 5. 2022-ci il 1 apreldə MN MHP-nin hərbi həkim komissiyası tərəfindən verilmiş 3983 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X8 “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyisası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” diaqnozlu xəsarətləri Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmadır. 6. 2022-ci il 1 aprel tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 3983 nömrəli xəstəlik haqqında şəhadətnamədəki qərarında qeyd edilmişdir ki, diaqnoz – “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır Diaqnoz - “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayı r topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır səbəb əlaqəsi ilə təsdiq olunur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 23333 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. 7. 2022-ci il 11 mayda E.İddiaçı “Mədənin kiçik əyriliyinin dəqiqləşdirilməmiş hissəsinin, Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəziyə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə Mədənin sarkom ası T4N2M1 İV mərhələ Gx Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Limfa düyünlərinə MTS/Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, 7+3 sxemi üzrə 2 kurs PKT-dən sonrakı vəziyyət. Kəskin mieloblast leykemiya (KML), Kəskin miyeloid leykoz, M5 Massiv ekstramedulyar zədələnmə ilə” diaqnozu üzrə inkurabel onkoloji xəstəliklər (C00-C97) adlı 2.1.7-ci alt bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcə əlillik təyin edilmişdir. 8. 2022-ci 18 sentyabrda E.İddiaçı müalicə aldığı X3 Xəstəxanasında vəfat etmiş və ölüm haqqında şəhadətnaməsində ölümün səbəbi “başqa rubrikalarda təsnif olunmayan şok” kimi qeyd edilmişdir. 9. 2022-ci il 29 noyabrda Azərbay can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇ üzrə Dövlət Xidməti) Müdafiə Nazirliyinin Hüquq İdarəsinə edilmiş sorğuya alınmış cavaba istinad edərək, xx.xx.2022-ci il tarixli S/4439 nömrəli sənədə əlavə olaraq iddiaçının (mərhumun atası) şəhid ailəsi barədə arayışın verilməsi ilə əlaqədar müraciətinə E.İddiaçı ölüm haqqında şəhadətnaməsində 2022-ci il 7 oktyabrda leykoz xəstəliyindən vəfat etdiyinin qeyd olunduğuna, lakin Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlə vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqə olmadığına və ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığına, ona şəhid adının verilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hesab edilmədiyinə əsaslanaraq imtina etmiş və müraciət barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək hüququnun olduğunu izah etmişdir. 10. 2022-ci il 12 dekabrda Müdafiə Nazirliyinin Hüquq İdarəsi iddiaçının mərhum oğluna şəhid adının verilməsi barədə müraciətinə 11/5105 saylı məktubla cavab verərkən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmasının sənədlərlə öz təsdiqini tapmadığını nəzərə alaraq, mərhum E.İddiaçı şəhid adının verilməsini hal-hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 11. 2023-cü il 8 fevralda iddiaçı cavabdeh SHXÇ üzrə D övlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra məhkəmə gedişatında cavabdehin təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda qeyd edilən əsaslara görə ilk cavabdehin əsl cavabdeh SHXÇDX-nin Bakı şəhəri Xətai rayon İdarəsi ilə əvəz edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum oğlu E.Q.X9 zamanı döyüşən ordunun tərkibində döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq aldığı ağır xəsarətin sonrakı qalıqları nəticəsində vəfat etməsini nəzərə alaraq atası X10 (iddiaçının) şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin (Xidmətin Xətai rayon İdarəsinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12. 2023-cü il 11 apreldə Bakı İnzibati Məhkəməsinin qərardadı ilə il k cavabdeh əsl cavabdeh SHXÇDX-nin Bakı şəhəri Xətai rayon İdarəsi ilə əvəz edilməklə əvəz edilməklə, iddia tələbinin dəqiqləşməsi icraata qəbul edilmişdir.
13. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, E.İddiaçı hərbi xidmətə başlamazdan əvvəl tibbi müayinələrdən keçərək sağlam olmuş, lakin hərbi xidmət dövründə 2020-ci il N oktyabrda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən “Sağ aşıq sümüyünün boyunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almışdır. Aldığı xəsarətlərlə əlaqədar hərbi xidmət dövründə və ondan sonra Müdafiə Nazirliyinin xətti ilə uzun müddət müalicə və müayinələrdə olmuş, lakin aldığı xəsarətlərə görə səhhətində ağırlaşmalar davam etmiş və nəticədə sonuncu dəfə müalicə olunduğu X3 Xəstəxanas ında 2022-ci il 18 sentyabrda vəfat etmişdir (hazırkı qərarın 1-7-ci bəndlərinə bax). İddiaçının qənaətinə görə, mərhum oğlu Vətənin müdafiəsi zamanı aldığı xəsarətin fəsadlarından vəfat etmişdir. Oğlunda müəyyən olunmuş digər xəstəlik məhz onun keçirdiyi həyəcandan, stresdən əmələ gəlmişdir. Eyni zamanda iddiaçı oğlunun xəstəliyini yaradan amillərə ayağında olan açıq yara nəticəsində bədəninə mikrob keçməsini iddia edir.
14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini 2023-cü il 13 martda məktubla bildirmişdir. Məktubda mərhum əsgər E.İddiaçı 2020-ci il 8 maydan 2021-ci il 6 oktyabradək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi, mərhumun xəstəliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə əsasən Xidmətin Xət ai rayon idarəsinin rəisinin 2022-ci il 15 mart tarixli 438 nömrəli göndərişi ilə MN MHP-nin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək, 2022-ci il 1 apreldə “Xəstəlik cədvəli”nin 8a, 9a, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildiyi, 2022-ci il 18 sentyabrda vəfat etdiyi üçün 2022-ci il 7 oktyabrdan hərbi qeydiyyatdan çıxarıldığı qeyd edilmişdir. 15. 2023-cü il 25 apreldə iş materiallarındakı E.İddiaçı məxsus tibbi sənədlər əsasında aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 (bundan sonra MTE və PA Biriliyi) tapşırılmaqla məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında “2022-ci il 7 oktyabrda verilmiş AZ-İİ seriyalı 298989 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən “başqa rubrikalarda təsnif olunmayan şok səbəbindən” 2022-ci il 18 sentyabrda ölmüş X8 ölüm səbəbi ilə onun hərbi xidmət dövründə aldığı xəsarətlərin səbəb əlaqəsi müəyyən edilirmi?” sualı qoyulmuşdur. 16. 2023-cü il 26 mayda MTE və PA Birliyi publik hüquqi şəxsi T 380/2023 nömrəli ekspert rəyində verilmiş suala cavab olaraq mərhum E.İddiaçı adına tərtib olunmuş tibbi sənədlərin mətninə istinad edərək qeyd etmişdir ki, X8 adına tərtib edilmiş sənədlərə əsasən o, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü, düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyiş miş sınığı kimi xəsarəti almış, xx.xx.2020-ci ildə SQ BKH-na köçürülmüş, xx.xx.2020-ci ildə sınığın açıq repozisiyası cərrahi əməliyyatı aparılmış, qəlpələr vintinə fiksasiya olunmuşdur. 2022ci ildə onda mədənin kiçik əyriliyində sarkoma, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz, kəskin mieloblast leykoz, massiv ekstramedulyar zədələnmə ilə müşahidə edilmiş, xəstə Rusiya Federasiyası, Türkiyə Respublikasına müayinə və müalicəyə göndərilmiş, xx.xx.2022-ci ildə xəstə vəfat etmişdir. X8 xx.xx.2020-ci ildə aldığı xəsarətlərlə onun xx.xx.2022-cı ildə ölümünə səbəb olmuş xəstəlik - mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəz və limfa düyünlərinə çoxsaylı metastazlarla - səbəbli əlaqəsi yoxdur. 17. 2023-cü il 3 iyulda iş materialları ekspertizadan məhkəməyə daxil olmuş və 2023-cü il 5 iyulda məhkəmə bildirişi tərtib edilərək məhkəmə iclası 18 iyula təyin edilmişdir. 2023cü il 18 iyulda iddiaçının nümayəndəsi və vəkili Vəkil icraatındakı cinayət işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, həmçinin ekspert rəyinin elektron kabinetə tam yüklənmədiyini bildrərək, rəyə münasibət bildirmək üçün məhkəmə iclasının təxirə salınmasına dair ərizə ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Müraciət üzrə məhkəmə iclası 2023-cü il 20 iyula təyin edilmiş və həmin gün işə mahiyyəti üzrə baxılaraq, tərəflərin iştirakı olmadan məhkəmə qərarı qəbul edilmişdir. məhkəmə bildirişlərində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 48.2-ci madəsinə istinad edilmiş, 62.3-cü maddənin müd dəası izah edilməmişdir. 18. 2023-cü il 20 iyulda Bakı İnzibati Məhkəməsi (bundan sonra “birinci instansiya məhkəməsi”) 2-1(112)-6627/2023 nömrəli qərarla iddianı rədd etmişdir (hakim L.Musayeva).
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlara əsasən, iddiaçının oğlu mərhum X11 Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər alsa belə, ölüm səbəbi “mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” olmuşdur. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə təyin edilmiş məhkəmə tibbi ekspertizası nəticəsində verilən ekspert rəyində iddiaçın ın oğlunun xx.xx.2020-ci ildə aldığı xəsarətlər ilə onun xx.xx.2022-ci ildə ölümünə səbəb olmuş xəstəlik (mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəz və limfa düyünlərinə çoxsaylı metastazlarla) ilə səbəbli əlaqəsi olmaması öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
20. Birinci instansiya məhkəməsi qərarında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhi d ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 4.1-ci və 4.2-ci bəndlərinə istinad etmişdir. 21. 2023-cü il 11 avqustda məhkəmə qərarı iddiaçıya poçt vasitəsilə təqdim edilmiş, həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ekspertin məhkəməyə dəvət edilməməsindən, təkrar ekspertizanın keçirilməməsindən, ekspert rəyinin əsassız olmasından narazılıq ifadə edilmiş və apellyasiya baxışında təkrar ekspertiza keçirilməklə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Apellyasiya instansiyası məhkəməsində iş üzrə məhkəmə iclası bir dəfə - 2023-cü il 29 noyabra təyin edilmiş, həmin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə şifahi vəsatətlə məhkəməyə müraciət xahiş etsə də, vəsatət təmin edilməmiş və işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilmişdir. 24. 2023-cü il 29 noyabrda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 21(103)-3692/2023 nömrəli qərarla apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin barəsində şikayət edilən qərarını dəyişdirmədən saxlamışdır (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov).
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq, istinad etdiyi maddi və prosessual hüquq normaları və gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə müna sibətdə isə birinci instansiya məhkəməsi tərəfindən lazımi araşdırmaların aparıldığını qeyd edərək, dəlillərin təkrar irəli sürülməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi və iddianın təmin olunması üçün əsas yaratmadığını qeyd etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyə əlavə olaraq İPM-in 12.1-ci və 14.3-cü maddələrinə istinad edərək nəzərə alınmalı olduğunu qeyd etmişdir ki, iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri şərtlərdən hər hansı biri iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. 27. 2023-cü il 11 martda məhkəmə qərarı, məhkəmə qərarından kassasiya şikayəti ve rilmə qaydası, habelə hüquqi yardımla bağlı izah iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilməklə təqdim edilmiş, iddiaçı həmin qərardan 2024-cü il 7 yanvarda kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi ilə qəbul edilmiş qərarın qanunsuz olduğu bildirilmişdir. İddiaçının qənaətinə görə mərhum oğlunun vəfat etdiyi xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərin qalıqlarından əmələ gəlmişdir. Ona görə də, oğlu şəhid, özü isə şəhid ailəsi hesab edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Etiraz təqdim edilməsə də, cavabdeh kassasiya şikayəti ilə əlaqədar yazılı münasibətini 2024-cü il 22 fevral tarixli məktubla məhkəməyə göndərmişdir. Məktubda qeyd edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü mərhum X11 xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Xətai rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Nüdafiə Nazirliyinin N saylı hərbi hissəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən tərxis edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsi zamanı Kəlbəcər və Qubadlı rayon istiqamətlərində N saylı hərbi hissənin tərkibində baş tuşlayıcı vəzifəsində döyüşlərdə iştirak etmişdir. Dö yüşlərdə iştirak zamanı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının qarşısını alarkən “Sağ aşıq sümüyünün boyunun qapalı, yerdəyişmiş sınığı” nəticəsində xəsarət almışdır. Kəlbəcərin və Qubadlının azad olunmasına görə medallarla təltif edilmişdir. N saylı hərbi hissənin N nömrəli xx.xx.2021-ci il tarixli travma haqqında arayışına əsasən SHXÇDX-nin Xətai rayon idarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixdə 438 saylı göndəriş verilmiş, MN MHP-nin xx.xx.2022-ci il tarixli 3983 saylı Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarının “Xəstəlik cədvəli”nin 8a, 9a, 65c maddələrinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar İ qrup əlillik verilmişdir. xx.xx.2022-ci il tarixdə “başqa rubrikalarda təsnif olunmayan şok” diaqnozu ilə Türkiyə Respublikasının İstanbul şəhərində X7 vəfat etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi... Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 31. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. M a d d ə
2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bi lər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmi ş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
33. Məhkəmə ekspertiza fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barə də informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;... Maddə
7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Maddə
18. Təkrar məhkəmə ekspertizası Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa eksp ertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.... Maddə
19. Komission məhkəmə ekspertizası Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır. Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən m üəyyən edilir. Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir.... Maddə
20. Kompleks məhkəmə ekspertizası İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.... Maddə
26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:... tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması. 34.“Hərbi-həki m ekspertizası haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azə rbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının X4 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xid mətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi:... Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi;... V. Hərbi qulluqçuların şəhadətləndirilməsi 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər.... 5.7. Vətənin müdafiəsi, hərbi xidmət vəzifələrinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində hərbi xidmətin digər tapşırıqlarının yerinə yetirilməsi zamanı, döyüş əməliyya tları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə dövründə, xaricdə kəşfiyyat və ya əks-kəşfiyyat işlərində olma dövründə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış, Vətənin müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi müalicənin müddətindən asılı olmayaraq, stasionar müalicə başa çatdıqdan sonra keçirilir. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələr indəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi t oplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;... ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;... a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndiri lən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;... ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, o rqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə;... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzif ələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.... İX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər... Yenitörəmələr
8. Bədxassəli yenitörəmələr (sinir sisteminin, limfoid, qanyaradıcı və onlarla həmcins toxumaların şişlərindən başqa): a) radikal kənaretmə mümkün olmadıqda və uzaq metastazlar olduqda (İ, İİ, İİİ qrafanın hər biri üzrə D (həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır));... «a» bəndinə aşağıdakılar aiddir: yayılması və mərhələsindən asılı olmayaraq, sümüklərin və oynaq qığırdaqlarının bədxas səli yenitörəmələri; qeyri-radikal cərrahi müalicədən sonra və ya əvvəllər aparılmış müalicədən sonra xəstəliyin proqressivləşməsi ilə digər orqanların və yumşaq toxumaların uzaq metastazlarla müşayiət olunan bədxassəli yenitörəmələri; şişin mərhələsindən və yayılmasından asılı olmayaraq, bədxassəli yenitörəmənin müalicəsindən xəstənin imtina etməsi halları.
9. Limfoid, qanyaradıcı orqanlar və onlara həmcins toxumaların bədxassəli yenitörəmələri (leykozlar, Hockin xəstəliyi, qeyri-Hockin limfomaları, bədxassəli immunoproliferativ xəstəliklər, çoxsaylı mieloma və bədxassəli plazmahüceyrəli yenitörəmələr və başqaları): a) tez proqressivləşən, habelə qanın tərkibində mühüm dərəcədə dəyişikliklərin olması və dövri kəskinləşmələrlə tədricən proqressivləşən (İ, İİ, İİİ qrafanın hər biri üzrə D (həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır));... «a» bəndinə aparılan müalicə səmərəsiz olduqda və ya müalicənin faydası müvəqqəti xarakter daşıdıqda qanın, qanyaradıcı orqanların və onlara həmcins toxumaların bədxassəli xəstəlikləri aiddir.
65. İri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar:... c) funksiyaların cüzi dərəcədə pozulması ilə (İ, İİ qrafa üzrə C (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır), İİİ qrafa üzrə B (sıradankənar hərbi xidmətə yararlıdır));... «c» bəndinə aşağıdakılar aiddir: bazu oynağının nadir hallarda (ildə 3 dəfədən az) baş verən çıxıqları, orta dərəcəli fiziki yük nəticəsində yaranan oynaqların qeyri-sabitliyi və sinoviti; sekvestral b oşluqları və sekvestrləri olmayan, nadir (2 — 3 ildə 1 dəfə) kəskinləşmələrlə keçən osteomielit; hərəkətlərin həcminin cüzi pozulması ilə iri oynaqlardan birinin davamlı kontrakturası.
35. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin iz ahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün tam hüquqlu məhkəmə kimi iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma maqla, müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla, habelə sübut etmə vəzifəsini düzgün müəyyən etməməklə və birinci instansiya məhkəməsinin araşdırması ilə kifayətlənməklə, iddiaçının apellyasiya şikayətinin əsas dəlili olan təkrar ekspertiza keçirilməsi, mütəxəssislərin və ekspertin dəvət edilərək suallar verilməsi, bununla ölümün səbəb əlaqəsinin müəyyən edilməsi istiqamətində əlavə araşdırmalar aparılmasına dair dəlilinin təkrar olmasının nədə ifadə edildiyini əsaslandırmadan vəsatəti təmin etməməklə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olduğu kimi, iddiaçının mərhum oğlu 2020-ci il 8 maydan 2021-ci il 6 oktyabradək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə, yəni 2020-ci ilin 25 oktyabrında Vətən Müharibəsində düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı diaqnozlu xəsarətlər almışdır. Aldığı xəsarətlərlə əlaqədar hərbi xidmət və ondan sonrakı (ölümünədək) dövrdə, yəni 2022-ci il 18 sentyabrınadək müalicə və müayinələrdə olmuşdur. Mərhuma hərbi xidmətdən tərxis olunandan (2021-ci il 6 oktyabrdan) 5 ay 23 gün sonra, ölümündən (2022-ci il 18 sentyabr) isə 5 ay 20 gün əvvəl, yəni 2022-ci il 29 martda sümük iliyinin transplantasiyasına ehtiyac yarandığına dair arayış verilmişdir. Mərhumun sümük bütövlüyünün pozulmasına görə səhhətindəki ağırlaşmalar onkoloji xəstəlikl ərə qədər (leykozadək) inkişaf etmiş, bununla əlaqədar xəstəlik və travma üzrə barəsində 2022-ci ilin 1 aprel tarixində MN MHHK tərəfindən sınığın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması, onkoloji xəstəliklərin hərbi xidmət dövründə alınmış xəstəlik olmasına, habelə travma (sınıq) və xəstəliklərin (leykoz və digərləri) səbəb əlaqəsinin təsdiq olunmasına dair qərar qəbul edilmişdir. 2022-ci il 1 mayda mərhum E.İddiaçı onkoloji xəstəliklərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcə əlillik təyin edilmişdir. Mərhumun 2022-ci il 18 sentyabrda xəstəxanada müalicədə olarkən leykozdan vəfat etdiyi SHXÇ üzrə Dövlət Xidmətinin 2022-ci il 29 noyabr tarixli məktubu ilə bildiri lməklə, almış olduğu xəsarətlə vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqə olmadığına və ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığına görə şəhid adının verilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hesab edilmədiyinə əsaslanılaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı oğlunun hərbi xidmət dövründə aldığı xəsarətin fəsadlarından vəfat etdiyi əsası ilə imtinadan narazı qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
41. Birinci instansiya məhkəməsi təyin etdiyi məhkəmə-tibbi ekspertizanın nəticəsində verilmiş ekspert rəyinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci ins tansiya məhkəməsinin qərarını köçürməklə iddianın rədd edilməsi barədə qərardan verilmiş apellyasiya şikayətinin dəlili üzrə hər hansı araşdırma aparmaqdan (təkrar, komission və ya kompleks ekspertiza keçirilməsi, ekspertin məhkəməyə dəvət edilərək dindirilməsi) imtina etmişdir.
42. İşi araşdırmağa tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq iş üçün əhəmiyyətli olan halları araşdırmamaqla İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı işin araşdırılması zamanı yol verdiyi pozuntulardan biri ekspertizanın keçirilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətini təmin etməməkdə ifadə olunmuşdur.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, elmi bilikl ər üzrə əsaslandırılmayan ekspert rəyini “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 7, 26-cı maddələrinin tələblərinə zidd hesab edir və belə bir rəy əsasında hazırki iş üzrə qərar qəbul edilməsini İPM-in 12-ci maddəsinin kobud pozuntusu kimi qiymətləndirir. 44. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.4, 5.1 və 7.1-ci bəndlərini rəhbər tutaraq qeyd edilir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərbihəkim ekspert komissiyasına müraciət edilərək, mərhumun sümük bütövlüyünün pozulması və uzun müddət bu xəsarətin sağalmaması nəticəsində qanın tərkibinin leykozadək dəyişərək səhhətin ağırlaşması fonunda yaranmış onkoloji xəstəliklərin şok effekti verərək mərhumun ölümünə səbəb olması kimi qiymətləndirilə bilməsi üçün hansı amil lərin mövcudluğunun şərtləndirilmiş olmasının tələb olunduğu, mərhumun sağlamlıq vəziyyəti nəzərə alınmaqla, həmin halların hərbi xidmətə başlamazdan əvvəl, hərbi xidmət dövründə və ehtiyata buraxıldıqdan sonra E.İddiaçı olub-olmaması aydınlaşdırılmaqla onkoloji xəstəlikləri ilə ölümün səbəb əlaqəsi müəyyən edilməli idi.
45. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən mərhum oğlunun şəhid olmasına dair sübutun məhkəməyə təqdim edilməli olmasına dair sübut etmə vəzifəsi üzrə hüquqi mövqeyi “İnzibati icraat haqqında” Qanunun 24-cü, İPM-in 14-cü maddəsinin tətbiqi baxımından qəbul edilməz hesab edilir. Məhkəmə nəzərə almalı idi ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı ona edilmiş müraciət üzrə müvafiq araşdırmalar aparmalı, o cümlədən, hərbi-həkim komissiy asına mərhumun hərbi xidmət dövründə ölümü ilə nəticələnmiş xəsarət və ya xəstəlik qazanıb-qazanmadığını müəyyən etmək məqsədilə şəhadətləndirilməsi üçün müraciət etməli idi (hazırkı qərarın 34-cü və 35-ci bəndlərinə bax).
46. Belə ki, 2022-ci il 1 aprel tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 3983 nömrəli xəstəlik haqqında şəhadətnamədəki qərarında qeyd edilmişdir ki, diaqnoz – “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla”. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.
47. Həmin qərarla E.İddiaçı “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” diaqnozlu (onkoloji) xəstəliklərinin hərbi xidmət dövründə alınmış xəstəliyinin, “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, açıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” (sınıq və sınıqdan sonrakı vəziyyəti) Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma ilə səbəb əlaqəsi təsdiq olunmuş, habelə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 23333 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarındakı nöqsanlarla əlaqədar onu da qeyd edir ki, iddiaçının mərhum oğlu E.İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər alsa belə, ölüm səbəbinin “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” olmasının iş üzrə müəyyən edildiyinə istinad edildikdən sonra, növbəti cümlədə id diaçının mərhum oğlunun aldığı xəsarətlərlə ölümünün səbəbi kimi müəyyən edilən xəstəlik arasında səbəbli əlaqənin mövcud olmamasının müvafiq ekspert rəyi ilə təsdiq edildiyinin vurğulanması iş üzrə birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı ziddiyyətli nəticəsinin təkrarlanmasına xidmət etmişdir.
49. Belə ki, iddiaçının mərhum oğlunun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” xəsarətlərinə istinad edilməsi ekspertin səbəb əlaqə ilə bağlı gəldiyi nəticəni təkrarlamır, E.İddiaçı hərbi xidmət dövründə aldığı onkoloji xəstəliklərl ə ayağındakı sınıq və sınıqdan sonrakı vəziyyət üzrə hərbi travmanın səbəb əlaqəsini təsdiq edir.
50. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, SHXÇ üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlandığı 2022-ci il 29 noyabr tarixli məktubunda E.İddiaçı leykoz xəstəliyindən vəfat etməsi, lakin vəfat etməsinə səbəb olmuş xəstəliklə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət arasında səbəbli əlaqənin olmadığına və ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığına dair mülahizəsi üzrə məhkəmə işdəki sübutları düzgün qiymətləndirməmişdir (hazırkı qərarın 9-cu bəndinə bax; iş vərəqi 5-6).
51. Məhkəmə qərarında SHXÇ üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlandığı 2022-ci il 29 noyabr tarixli məktubla MHHK-nin 2022-ci il 1 aprel tarixli qərarı müqayisəli təhlil edilməmiş, iş üzrə məhkəmə araşdırması zamanı həmin məktubla qərarın birlikdə mahiyyət etibarı ilə mərhumun ölüm səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu sınıq travması ilə səbəbli əlaqəsi təsdiq edilmiş leykoz xəstəliyi ilə vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəb əlaqəsinin olub-olmamasına qiymət verilməmişdir.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət verməməkdə, elmi cəhətdən əsaslandırılmamış məhkəmə tibbi ekspert rəyinə istinad etməklə qəbul edilmiş qərarı dəyişdirmədən saxlamaqda, habelə təkrar ekspertiza keçirməklə əlaqədar verilmiş vəsatəti əsassız olaraq təmin etməməkdə və bununla da xidməti vəzifəsinə uyğun olaraq araşdırma aparmaqdan imtin a etməsində ifadə olunan mövqeyi qəbul etdiyi qərarın ləğvini labüd etmişdir.
53. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək işin təkrar baxışa qaytarılmasını şərtləndirən pozuntulardan digəri isə, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb qurtarılarkən 2023-cü il 18 iyul və 20 iyula təyin edilmiş hər iki məhkəmə iclasının məhkəmə bildirişlərində İPM-in 62.3-cü maddəsinə istinad edilmiş olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarında hüquqi münasibət bildirilməmiş olmasıdır.
54. Belə ki, ekspert rəyinin birinci instansiya məhkəməsinə daxil olmasından sonra məhkəmə iclası ilk dəfə 18 iyula təyin edilmişdir. İclasın hazırlıq icraatı mərhələsində, yoxsa şifahi məhkəmə baxışı iclasına təyin edilmiş olması məhkəmə bildirişində qeyd edilmədən İPM-in 48.2-ci maddəsinə istinad edilmişdir. Təxir barədə müraciətdən sonra tərəflərin ekspert rəyi ilə tanış olub münasibətlərini bildirmələri üçün məhkəmə iclası 2 gün sonraya (20 iyula) təxir edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bütün bu hallara, yəni iclasın növünün məhkəmə bildirişində göstərilməməsinə, iki iclas arasındakı zaman kəsiyinin ekspert rəyi ilə tanış olub münasibət bildirməyə kifayət etməsi baxımından ağlabatan olub-olmamasına münasibət bildirməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin araşdırılması və baxılması ilə əlaqədar prosessual qanunvericiliyin tələblərini pozmasına əhəmiyyət verməməklə yanaşı, özü bir iclasa qərar qəbul etməklə İPM-in 12-ci maddəsindən irəli gələn işin h allarının araşdırılması prinsipini kobud şəkildə pozmuşdur.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual pozuntularla qəbul edildiyindən və hazırda iş üzrə yekun qərar qəbul etmək üçün müvafiq araşdırmalar aparılması zəruri olduğundan, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
57. Təkrar apellyasiya baxışına göstərişlərlə əlaqədar qeyd edilir ki, X8 ölümünə səbəb olmuş şokun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərin və ya travmaların qalıqlarından əmələ gəlməsinin mümkün olub-olmaması (sümük bütövlüyünün pozulması və uzun müddət bu xəsarətin sağalmaması nəticəsində qanın tərkibinin ley kozadək dəyişərək səhhətin ağırlaşması fonunda yaranmış onkoloji xəstəliklərdən), habelə iddiaçının ölüm haqqında şəhadətnaməsində qeyd olunan “başqa rubrikalarda təsnif olunmayan şok halı”nın immunitetin aşağı düşməsi, müharibədə alınmış stress, qanın tərkibində eritrositlərin normadan aşağı düşməsinin nəticəsində baş verməsinin mümkün olub-olmaması istiqamətində müvafiq araşdırma aparılmalı, hərbi-həkim ekspertizası və təkrar, komission və ya kompleks ekspertizalar təyin edilməli, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasından şəhadətləndirilmə tələb edilməli, zəruri olduqda tibb sahəsi üzrə mütəxəssislərin rəyləri alınmaqla, işin araşdırılması prinsipindən irəli gələn bütün prosessual imkanlardan istifadə edilməklə qərar qəbul edilməlidir.
58. Həmçinin apellyasiya instansiya sı məhkəməsi X8 ölümünə hər hansı xəstəliyin səbəb olub-olmaması, olduğu halda ölümə səbəb olan xəstəliyin xarakteristikası (hansı səbəblərdən yaranması və s.), mərhumda ölümə səbəb olan xəstəliyin hərbi xidmətdən əvvəl, hərbi xidmət dövründə və ya hərbi xidmət dövründən sonra rast gəlinib-gəlinmədiyi araşdırmalı, əldə ediləcək ekspert və ya mütəxəssis rəylərinə hüquqi qiymət verilərkən elmi cəhətdən əsaslandırılmış olub-olmamalarına xüsusi diqqət etməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 29 noyabr tarixli, 21(103)-3692/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şika