Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1095/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “69.750 ABŞ dollar ziyanın ödəmə günündəki məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ekvivalenti məbləğində və 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi koll egiyasının 2-1(107)-665/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının Nizamnaməsi 10 may 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 4.1 və 4.6-cı bəndlərinə görə, cəmiyyət Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda qüvvədə olan qanunlara uyğun hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək hüququna malikdir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müstəqil xarici iqtisadi fəaliyyət həyata keçirmək hüququna malikdir. “xxxx” Şirkəti ilə “iddiaçı arasında 23 oktyabr 2014-cü il tarixdə dəyər i 500.000 ABŞ dolları olan müqavilə bağlanmış və müqavilənin ümumi qiyməti 500.000 ABŞ dolları təşkil edir. “RAMA X8 və Ticaret LTD” Şirkəti ilə iddiaçı arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli müqaviləyə 2 mart 2015-ci il tarixdə əlavə (spesifikasiya) qəbul edilmiş və iddiaçıya göndərilən 08 mm-lik laminatın bir kv.metrinin qiyməti 4.80 ABŞ dolları müəyyən olunmuşdur. 23 mart 2015-ci il tarixdə isə sifarişçi iddiaçı ilə “Ekspeditor” adlanan “Özdəmir” X3.Tic. Ltd şirkəti arasında sözügedən yükün daşınması ilə bağlı müqavilə imzalanmışdır. “xxxx” şirkətinin tərtib etdiyi 10 mart 2015-ci il tarixli İNVOİCE-da qeyd olunmuşdur ki, Şirkət tərəfindən iddiaçıya 14.938,30 kv.m ölçüdə laminat materialı satılmışdır. (malın hər kvm-nin qiyməti 4,80 ABŞ dolları olmaqla, cəmi dəyəri 71.703,84 A BŞ dolları olan 14.938,30 kvm ölçüdə laminat materialıdır) İddiaçı Türkiyənin “Özdəmir” X3.Tic. Ltd şirkəti ilə sözügedən yükün daşınması ilə bağlı müqavilə imzalamış və laminat materialı “Özdəmir” şirkətinə məxsus olan ** TZ ***, ** DS ***, ** AG ***, ** TE *** və ** UN *** nömrə nişanlı yük avtomaşınları ilə Cavabdeh “Mazımçay” gömrük postuna daxil olmuşdur. Avtomaşınlar 13.03.2015-ci ildə cavabdehin əməkdaşları tərəfindən gömrük postunda saxlanılmış, bu barədə cavabdeh tərəfindən 13.04.2015-ci il tarixli akt tərtib edilmiş, aktda yükün buraxılmamasının səbəbi kimi, idxal olunan laminat döşəmə yükü malın uyğunluq sertifikatının və xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilənin təqdim edilmədiyi göstərilmişdir. İddiaçı cavabdehə qarşı 17 avqust 2015-ci il tarixdə iddia ər izəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçının ünvanına Türkiyədən ** TZ ***, ** DS ***, ** AG ***, ** TE *** və ** UN *** nömrə nişanlı yük avtomaşınları ilə daxil olan yükün cavabdeh idarədə səbəbsiz olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməklə yükün buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 iyul 2015-ci il tarixli 2-1(84)-456/2015 nömrəli qərarı ilə iddia rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçının ünvanına Türkiyədən ** TZ ***, ** DS ***, ** AG ***, ** TE *** və ** UN *** nömrə nişan lı yük avtomaşınları ilə daxil olan yükün cavabdeh idarədə səbəbsiz olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməklə yükün buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, malların daşıma şirkətinə məxsus avtomobillərdə uzun müddət məcburi saxlanması cəmiyyətə xeyli miqdarda ziyan vurub. Belə ki, 03.03.2015-ci il tarixli daşıma müqaviləsinin 3.3-cü bəndinə əsasən yükün vaxtında boşaldılmaması və avtomobillərin sərbəst buraxılmaması halında cəmiyyət hər gecikmiş gün üçün daşıyıcıya hər yük maşınına 90 ABŞ dolları olmaqla, gündəlik 450 ABŞ dolları cərimə ödəməlidir. Hazırkı işdə gecikməyə görə cəmiyyətin daşıyıcı firmaya bugünkü tarixədək borcu 69.750 (155 gün * 450 ABŞ dolları) ABŞ dollardır. Hə min borcun 32.500 ABŞ dolları ödənilib. Bundan başqa, gətirilmiş malların cəmiyyətə verilməməsi və onların sərbəst dövriyyəyə buraxılmamasına görə cəmiyyətə əlavə 10.000 manat ziyan dəyib. Belə ki, həmin malların alınması üçün cəmiyyətlə “xxxx” MMC arasında sifariş-beh müqaviləsi bağlanmışdır. Beh olaraq 5.000 manat ödənilmiş, gecikmə baş verdiyi təqdirdə behin 2 misli miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(84)-4/2017 nömrəli iş) 9 avqust 2017-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin9 avqust 2017-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X2, 21(107)-665/2018 saylı iş) 20 dekabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 28 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 28 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, cavabdehdən iddiaçıya vurduğu ziyana görə 137.500 ABŞ dollarının ödəmə gününə məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ekvivalenti məbləğində və 10.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şikayətdə Gömrük Məcəlləsinin 1.0.14, 58, 160.1 və 160.3-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, hazırkı işdə nəqliyyat vasitələri nin özü deyil, onlarla daşınan mallar bilavasitə gömrük nəzarətinin predmetidir. Cavabdeh gömrük rəsmiləşdirilməsi predmeti olan malları daşıyan nəqliyyat vasitəsini maksimum 9 gün saxlaya bilər. Bu müddət ərzində yoxlama və rəsmiləşdirməni başa çatdırmaq olmazsa, gömrük orqanı “malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün qərar verməli, onları müvəqqəti saxlanc və ya gömrük anbarlarına boşaldaraq nəqliyyat vasitələrini sərbəst buraxmalı idi. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkü nlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı hesab edir ki, onun ünvanına Türkiyədən ** TZ ***, ** DS ***, ** AG ***, ** TE *** və ** UN *** nömrə nişanlı yük avtomaşınları ilə daxil olan yük 12 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinə çatmış, cavabdeh idarənin “Mazımçay” gömrük postunda cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət saxlanılmış, nəticədə ona ziyan dəymişdir. Ziyan cavabdehin qanunsuz hərəkəti nəticəsində yarandığından cavabdehdən tutulmalıdır. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan 21 iyul 2015-ci il tarixli 21(84)-456/2015 nömrəli qərarından görünür ki, həmin işdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək məhkəmədən onun ünvanına Türkiyədən ** TZ ***, ** DS ***, ** AG ***, ** TE *** və ** UN *** nömrə nişanlı yük avtomaşınları ilə daxil olan yükün cavabdeh idarədə səbəbsiz olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməklə yükün buraxılması öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, gömrük orqanı (cavabdeh) qanunla ona verilmiş səlahiyyətlər daxilində gömrük qanunvericiliyinə əməl olunmasını təmin etmək məqsədilə görülən zəruri tədbirlər kimi malları və nəqliyyat vasitələrini saxlamışdır. İddiaçı tələbində haqlı olmadığına görə iddia təmin edilməməlidir. İddiaçı hazırkı iddiasında yük avtomobilləri ilə ona göndərilən yükün cavabdehin qanunsuz hərəkəti nəticəsində gömrük postunda saxlandığını bildirib ona ziyan dəyməsini xahiş etmişdir. Adı çəkilən yük avtomobillərinin cavabdehin qanunsuz hərəkəti nəticəsində saxlanılması qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsdiq edilməmişdir. Qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh qanunla ona verilmiş səlahiyyətlər daxilində gömrük qanunvericiliyinə əməl olunmasını təmin etmək məqsədilə iddiaçıya göndərilən yük avtomobillərini saxlamış, bu zaman onların hərəkətində qanuna zidd hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Q anuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya məxsus yüklərin gömrük yoxlamasından keçirilən zaman cavabdehin fəaliyyəti yoxlanılmış, onun qanuna zidd hərəkətə yol verməsi sübuta yetməmişdir. Həmin halın həmin tərəflərin iştirak etdiyi hazırkı işdə yoxlanılması yolverilməz olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq apellyasiya şikayətini təmin etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-665/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1095/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1095/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver