Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1095/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi; təhsil müddəti; əmək kitabçası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x x xxxxxx 2020-ci il tarixli 2-1(107)-30/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuş, xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, xx xxxx 1979-cu il tarixdən xx xxxxxx 1997-ci il tarixədək Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzində, xx xxxxxx 1997-ci il tarixdən xx xxxx 1997-ci il tarixədək Göyçay rayon İstehlak Cəmiyyətində, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək “xxxxxx” MMM-də işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 19 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının qanunla tələb olunan sığorta stajına malik olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 17 iyul tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək “xxxxxx” MMM-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək “xxxxxx” MMC-də işlədiyi müddətin, xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Dövlət Tibb İns titutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil almış və 19972005-ci illərdə “xxxxxx” MMM-də müdir vəzifəsində işləmişdir. Lakin həmin illər cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təh sil aldığı, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək “xxxxxx” MMM-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sığorta stajına malikdir.
9. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-30/2020 nömrəli qəra rı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş dövrlərin yoxlanılması mümkün olmamış, həmin dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. 15. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, təhsil müddəti sosial sığorta stajına daxil edilməməlidir.
16. Ümumilik də, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajının olubolmaması ilə bağlı araşdırılma aparılmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat ına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İddiaçının 1955-cü il fevralın 17-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 17 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
25. Cavabdeh iddiaçının əmək kitabçasının məlumatlarına istinadla iddiaçının x xxx 1979 - x xxxxxx 1997-ci illər üzrə 17 il 10 ay 26 gün iş müddəti və x xxxxxx 1997 – x xxxxxx 1997-ci illər üzrə 6 ay 2 gün iş müddəti nəzərə alınmaqla – cəmi 18 il 4 ay 28 gün iş stajının olduğunu təsdiq edir və həmin müddəti mübahisələndirmir.
26. Cavabdeh iddiaçının x xxxxxxxx 1972 – xx xxxx 1978-ci illər üzr ə ali təhsil müddətini – həmin müddətin sığorta stajı kimi “Əmək pensiyaları haqqında” Qanunun 21ci maddəsində nəzərdə tutulmadığına istinadla, x xxxxxx 1997 – x xxxxxx 2002-ci illərdə “xxxxxx” MMM-də işlədiyi müddəti isə, həmin müddətlə bağlı əmək kitabçasındakı məlumatların yoxlanılmasının mümkün olmaması səbəbi ilə sığorta stajı kimi qəbul etmir.
27. Cavabdehin mübahisələndirdiyi iş dövrü (x xxxxxx 1997 – x xxxxxx 2002-ci illər) iddiaçının əmək kitabçasının məlumatlarına əsasən təsdiq edilir.
28. İddiaçı azı 25 il stajı 2006-cı il 1 yanvar tarixədək - “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qazanmışdır. Həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna ə sasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
29. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
30. İddiaçının əmək kitabçasındakı məlumatlar apelyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmuşdur, onların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
31. İddiaçının əyani təhsil müddətinin sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 32. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 33. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
34. Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən ali ixtisas təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali ixtisas təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan q alxmasına səbəb ola bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmur. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(107)-30/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov K.N.Bədəlov İ.K.Dəmirov