Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1095/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik maddi yardımın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2-1(103)3795/2024 nömrəl i qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 181/2 saylı xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən 53a saylı evin yaşayış sahəsi 36,0 kv.m olan 2 otaqlı 66 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) İddiaçı2 adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. 2. “Yaşayış sahəsi üçün” 79 saylı müvəqqəti orderdən görünür ki, İddiaçı2 həqiqətən 3 nəfər ailə tərkibi ilə Bakı “Elektroştamp” X2 qəsəbəsi, Əlişir Nəvai küçəsi, 53a ünvanında yerləşən yataqxananın dördüncü mərtəbəsi 66, 66a saylı otaqlar da yaşayış sahəsi almaq hüququna malikdir (ailə tərkibi İddiaçı2, X1, İddiaçı1).
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 66B İddiaçı1 xüsusi mülkiyyətindədir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 66 İddiaçı2 xüsusi mülkiyyətindədir.
5. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 510/2-H-78/6-071/5-t/2/2023 saylı xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 5 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 kv. m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53A saylı binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 sahəsi olan 66B saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, atası İddiaçı2 isə həmin binanın 1 otaqlı, yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 19.3 kv.m sahəsi olan 66 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim edərək hər mənzilə dair hər birinə 30500 manat məbləğində maddi yardımın ödənilməsinə dair müvaf iq göstəriş verilməsi xahiş edilmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfindən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən atası İddiaçı2 2 otaqlı, sahəsi 36 kv.m olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onu adı qeyd olunmuş, atasına aidiyyəti qurum tərəfindən həmin çıxarışa əsasən maddi yardım ayrılmış və siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən artıq müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzil 2 mənzilə bölünərək 2019-cu il tarixli çıxarışlar təqdim olunmuşdur. Bu səbəbdən də yuxarıda qeyd olunan ünvanda yerləşən 66B saylı mənzilə dair istə dikləri məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin, onun və ailə üzvlərinin həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxananın boşaldılması tövsiyə olunur. Əks halda Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə q aydasında köçürülməsinə dair müvafiq tədbirlər görüləcəkdir.
6. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 510/2-71-78/3-071/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 5 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan səbəblərə əsasən ona və digər sakinlərə qəzalı binalardan köçürülməyi üçün birdəfəlik maddi yardım olaraq vəsait təklif olunmuş, lakin həmin məbləğlə razı deyil. Qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin və onun həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətin ə müraciət edərək sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxananın boşaldılması tövsiyə olunur. Əks halda Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlər görüləcəkdir.
7. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 510/2-71-78/2-071/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, yaşadığı binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar olaraq adlı siyahıya əsasən dövlət büdcəsindən 2019-cu ildə kompensasiya ayrılmışdır. Hüqu qmüəyyənedici sənədlərin əslini təqdim edən sakinlərə 2019-cu ilin iyun ayından başlayaraq kompensasiya ödənilmişdir. Təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA0325128 nömrəli çıxarışın surətinə əsasən dövlət büdcəsində adlı siyahıya uyğun olaraq ona 2019-cu ildə birdəfəlik maddi yardımla birlikdə 36500 (otuz altı min beş yüz) manat kompensasiya ayrılmışdır (2019-cu ildə bazar qiymətlərinə uyğun olaraq). Lakin ona dəfələrlə müraciət etməyinə baxmayaraq tərəfindən hüquqmüəyyənedici sənədlərin əsli təqdim edilməmiş və razılıq protokolunun imzalanmasından imtina etmişdir. Bu səbəbdən ona kompensasiyanın ödənilməsi m ümkün olmamışdır. Razılaşma protokolu imzalandıqdan sonra dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün kassa sifarişi əsasında maliyyə vəsaiti sifariş olunur və ödənilir. Qeyd olunanlara əsaslanaraq dövlət tərəfindən ayrılmış maddi yardımı almaqla qəzalı vəziyyətdə olan yataqxanadan köçməyi və mənzilin təhvil verilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı evin 66B nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin əmlaka dair ona xx.xx.2019-cu il tarixli çıxarış və texniki pasport verilmişdir. Mənzilin sahəsi 19.3 kv.m təşkil edir. Həmin mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Sözügedən mənzillərə dair 1995-ci və 2000-ci ildən atasının adına orderlər mövcud olmuşdur. Hal-hazırda onun mülkiyyətində olan mənzili atası notarial qaydada ona bağışlamışdır. Xüsusi mülkiyyətində olan mənzil qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməsi tövsiyə edilmişdir. Atasının həmin binada xüsusi mülkiyyətin də olan 66 saylı mənzilə və ayrıca onun xüsusi mülkiyyətində olan 66b saylı mənzilə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birdəfəlik maddi yardımın - 36000 manatın ayrılması nəzərdə tutulmuşdur. Həmin ünvanda atasına və ona ayrı-ayrılıqda mənzillər məxsusdur. Hər mənzilə dair 30500 manat vəsait cavabdeh tərəfindən ödənilməli olduğu halda ümumi şəkildə iki mənzilə dair 36000 manat vəsait cavabdeh tərəfindən ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin birdəfəlik maddi yardımın ödənilməsinin hesablanmasına görə hər mənzilə 30500 manat ödənilməli idi. Onun mülkiyyətində olan qeyd edilən mənzilə dair ayrıca 30500 manat ödənilməlidir. Bakı şəhərində qəzalı vəziyyətdə olan bir necə çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq onun yaşadığı yataqxananın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstəriş verilmişdir. Həmin tapşırığa əsasən sahəsi 20 kv.metr və daha az olan sahədə yaşayan ailələrin hər birinə 30 min manat birdəfəlik maddi yardım ödənilməlidir. Mənzildə olan əşyaların daşınması üçün 500 manat qeyd edilən orqanlar tərəfindən ödənilməlidir.
10. İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı evin 66 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd edilən əmlaka dair çıxarış və texniki pasport verilmişdir. Mənzilin sahəsi 19,3 kv.m təşkil edir. Həmin binada ona məxsus iki mənzil olmuşdur (66 və 66B saylı mənzillər). Sözügedən mənzillərə dair 1995-ci və 2000-ci ildən adına orderlər mövcud olmuşdur. Onun mülkiyyətində olmuş 66B saylı mənzili oğluna notarial qaydada bağışlamışdır. Xüsusi mülkiyyətində olan mənzil qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməsi tövsiyə edilmişdir. O ğlunun həmin binada xüsusi mülkiyyətində olan 66B saylı mənzilə və ayrıca onun xüsusi mülkiyyətində olan 66 saylı mənzilə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birdəfəlik maddi yardım – 36 000 manat ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilən ünvanda oğluna və ona ayrı-ayrılıqda mənzillər məxsusdur. Hər mənzilə dair 30500 manat vəsait cavabdeh tərəfindən ödənilməli olduğu halda ümumi şəkildə iki mənzilə dair 36000 manat vəsait cavabdeh tərəfindən ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin birdəfəlik maddi yardımın ödənilməsinin hesablanmasına görə hər mənzilə 30500 manat ödənilməli idi. Onun mülkiyyətində olan qeyd edilən mənzilə dair ayrıca 30500 manat ödənilməlidir. Bakı şəhərində qəzalı vəziyyətdə olan bir necə çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsi zliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq onun yaşadığı yataqxananın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstəriş verilmişdir. Həmin tapşırığa əsasən sahəsi 20 kv.metr və daha az olan sahədə yaşayan ailələrin hər birinə 30 min manat birdəfəlik maddi yardım ödənilməlidir. Mənzildə olan əşyaların daşınması üçün 500 manat qeyd edilən orqanlar tərəfindən ödənilməlidir.
12. Cavabdeh iddia ərizələrinə dair etirazın dəlilləri imtina məktublarının dəlilləri ilə eynilik təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5126/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(112)-5126/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının 2-1(112)5125/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)-5125/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. 2-1(112)-5126/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-5125/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 2-1(112)-5125/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat, İddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 m anat məbləğində maddi yardımın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş hər iki mənzilə dair mənzil planı və bölgü sxemindən görünür ki, birgə iddiaçıların hər birinə məxsus ümumi sahəsi 19.3 kv.m olan yaşayış otaqlarının hər birinin qapısı ümumi dəhlizə açılır və 66 b və 66 saylı mənzillərin arasında iki fərqli qonşu otaqlar (mənzillər) yerləşir. Başqa sözlə, 66b və 66 saylı mənzillər faktiki olaraq fərqli nömrəli və sahəli mənzillər olmaqla bərabər, mənzillər yanaşı belə yerləşmir, onların ara sında sərbəst girişi və çıxışı olan digər iki qonşu mənzil də yerləşir.
16. Məhkəmənin mövqeyinə görə qəzalı vəziyyətdə olan ünvanında yerləşən çıxarış və ya order üzrə sahəsi ailələrin hər birinə birdəfəlik maddi yardım ödəndiyindən iddiaçılara münasibətdə fərqli yanaşma ayrı-seçkiliyə səbəb olmaqla bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X4 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. İşin hallar ına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. X4 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur.
17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və N.X.Nəbi zadə) 29 noyabr 2024-cü il tarixli, 21(103)-3795/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5125/2024 saylı 12 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurul muş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıya n şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı onlara məxsus mənzilin sökülməsi ilə bağlı kompensasiya ödənilməsindən ibarətdir.
31. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə bidəfəlik yardım ödəməklə köçürülməsi və ünvan 5 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 m2-a qədər olan otaqlara 30000,0 manat, 30 m2-dan çox olan mənzillərə hər m2-a 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. 32. ünvan 5 ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a-da 66 saylı mənzilin İdd iaçı2, xx.xx.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a-da 66B saylı mənzilin İddiaçı1 xüsusi mülkiyyətində olması və qəzalı vəziyyətdə olması işin mübahisləndirilməyən hallarıdır.
33. Cavabdehin iddiaçılara birdəfəlik maddi yardımın ödənilməsindən imtinasının əsasını Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən İddiaçı2 2 otaqlı, sahəsi 36 kv.m olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etməsi, siyahıda yalnız onun adının qeyd olunması, ona aidiyyəti qurum tərəfindən həmin çıxarışa əsasən maddi yardım ayrılması və siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq quru mlar tərəfindən artıq müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzilin 2 mənzilə bölünərək 2019-cu il tarixli çıxarışlar təqdim olunması təşkil edir.
34. Qeyd olunan iddiaçılara kompensasiyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz.
35. Bununla bağlı qeyd edilməlidir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş hər iki mənzilə dair mənzil planı və bölgü sxemindən görünür ki, birgə iddiaçıların hər birinə məxsus ümumi sahəsi 19.3 kv.m olan mənzillərin hər birinin qapısı ümumi dəhlizə açılır və 66 b və 66 saylı mənzillərin arasında iki fərqli mənzillər yerləşir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 21(103)-3795/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.