Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1096/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 21(107)-728/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün və hərbi biletdə bu barədə yazılara düzəlişlər edildiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ərizənin təmin olunması mümkün olmamışdır. İddiaçı 2018-ci il 20 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinasının qeyri-qanuni hesab edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 2018-ci il 5 iyul tarixli cavab məktubunun rədd edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə 1993-1996-cü illərdə iştirak etmiş, 1993- cü ilin aprel ayı nda Bakıda NZS-də yerləşən N nömrəli hərbi hissəyə gətirilmiş, orada təlim keçdikdən sonra Goranboya aparılmışdır. Ağdam-Fizuli-Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. 1996-cı il 15 fevral tarixdə tərxis olunmuşdur. Bütün bunlar hərbi biletində və digər sənədlərdə qeyd olunub. İddiaçı hərbi hissəni özbaşına tərk etmiş olsaydı, barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cinayət işinin olması qeyd edilərdi. Belə ki, prokurorluqdan göndərilmiş məktubda Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında iddiaçı barəsində cinayət işi və ya təqsirləndirici materialların aşkar edilmədiyi göstərilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, döyüş əmə liyyatları aparılan dövrdə iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, bu səbəbdən xidmət etdiyi müddət hesablanmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 oktyabr tarixli 2-1(84)-1345/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, həmin hərbi biletin 4-cü səhifəsindən görünür ki, onun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı bir sıra qeydlər aparılmış və həmin qeydlər sonradan üzərində düzəliş aparılmaqla təhrif edilmişdir. Həmçinin, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını təsdiq edən əmr mövcud deyildir. İddiaçı həmin qərard an apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-728/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan 2019-cu il 21 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şika yətdə qeyd edilmişdir ki, “Veteranlar haqqında” Qanunun və Azərbaycan Respublikasının Nazirlər Kabineti 1995-ci il 22 sentyabr tarixli, 216 saylı Qərar ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin, habelə, onun müraciətinə baxılması ilə əlaqədar “İnzibati icraat haqqında” Qanunun 21, 24, 28, 4.5 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin nümayəndəsi və vəkili şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunm adığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilmə si qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisinin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə 1994-cü il 28 iyun tarixli 842 №-li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində: Azərbaycan Respublikası hökumətinin qərarlarını “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın; “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn lazımi normativ aktları, əsasnamələri və qaydaları qəbul etsin. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respub likası Prezidentinin 1999-cu il 14 may tarixli, 135 №-li Fərmanına əsasən, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsində və 21-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmə t keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 1994-cü il 10 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqınd a vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şər tlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı x1 məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, həmin hərbi biletin 4-cü səhifəsindən görünür ki, onun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı bir sıra qeydlər aparılmış və həmin qeydlər sonradan üzərində düzəliş aparılmaqla təhrif edilmişdir. Həmçinin iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını təsdiq edən əmr mövcud deyildir. Belə olan halda həmin şəxs veteran adını daşımaq hüququna malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən işin hallarının araşdırılması prinsipinin tələblərini tam təmin etməmişdir. Belə ki, yuxarıda qeyd edilən Əsasnamənin tələbindən göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi təkcə hərbi bilet deyil, həm də arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş “777 saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabından çıxarış”ın surətində əks olunmuş cədvəlin 10-cu sütununda aşağıdakı məzmunda qeyd vardır: “Az.R.MN-nin 225 saylı 1994-cü il 18 oktyabr tarixli əmri ilə ehti. tərxis olunub.”. Apellyasiya instansiyası məhkəməsi həmin “çıxarış”ın surətini (bir halda ki, o, işə əlavə edilib) və ondakı məlumatları yoxlamalı və İPM-in 57.8-ci maddəsinin tələblərinə uyğun, digər sübutlar birlikdə qiymətləndirməli idi. Digər tərəfdən, əgər məhkəmə hərbi biletdə düzəliş edildiyinə və oradakı məlumatın təhrif olunduğunu qeyd edirsə, deməli həmin sənəddəki məlumatların həqiqi məzmunu məhkəməyə məlum olmalı və həqiqi məzmun qərarda göstərilməli idi. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-728/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1096/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1096/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver