Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1096/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı və qeyrilərinin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti) 14.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə İddiaçı və qeyrilərinin Cavabdeh ASC-yə qarşı “müvafiq ünvanda kanalizasiya sisteminin qurulması və iddiaçılara məxsus evlərin kanalizasiya xəttinə qoşulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1184/2022 saylı, 1 aprel 2022-ci il tarixli qərardadından İddiaçı kasasiy a şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F. Rüstəmov küçəsində iddiaçıların yaşadığı ərazidə kanalizasiya sisteminin qurulması və iddiaçılara məxsus evlərin kanalizasiya xəttinə qoşulması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Hər iki qurum əraziyə kanalizasiya xəttinin çəkilməsi barədə ərizələri baxılması üçün Cavabdeh ASC-yə göndərmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıların müraciəti ilə bağlı hər hansı cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəmə sinə müraciət edərək “Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F. Rüstəmov küçəsində iddiaçıların yaşadığı ərazidə kanalizasiya sisteminin qurulması və iddiaçılara məxsus evlərin kanalizasiya xəttinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində kanalizasiya sistemi qurulmadığı üçün 30-35 yaşayış evinin kanalizasiya suları İddiaçı həyətinə axır. Nəticədə evin altına daima su dolur. Evin divarı çatlamış, taxta döşəmə çürümüşdür. Hazırda həmin evin və qonşuluqdakı evlərin uçma təhlükəsi yaranmışdır. Yaranmış antisanitariya vəziyyəti epidemioloji xəstəliklərin yaranması və yayılmasına səbəb olur. Məsələ ilə bağlı, Binəqədi Rayon İcra Hakimiyyətin ə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Hər iki qurum əraziyə kanalizasiya xəttinin çəkilməsi barədə ərizələri baxılması üçün Cavabdeh ASC-yə göndərmişdir. Lakin cavabdeh müraciətə heç bir əhəmiyyət verməyərək, cavab verməmişdir. Bundan sonra kanalizasiya xəttinin çəkilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdehə yenidən müraciət edilsə də, yenə də cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC-nin Nizamnaməsinin 3-cü hissəsinə əsasən cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etməkdən, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Cəmiyyət tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğularının və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir; yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədi ilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə tədbirlər planı hazırlayır. Lakin göründüyü kimi Cavabdeh ASC Nizamnaməsinin tələblərini pozaraq öz funksiyalarını yerinə yetirmir.
5. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, İddiaçı və başqalarına ünvanlanmış Cavabdeh ASC-nin 01/02/02/227 saylı, 17 sentyabr 2019-cu il tarixli, 01 iyun 2020-ci il tarixli 01-02/02-136 saylı cavab məktublarında qeyd edilmişdir ki, ünvan 1 ünvanında kanalizasiya xətlərinə cavabdehin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş və araşdırma aparılmışdır. Göstərilən ərazidə Binəqədi rayon Sukanal İdarəsinin balansında kanalizasiya şəbəkəsi yoxdur. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi ərazinin coğrafi mövqeyi kanalizasiya xəttinə qoşulduğu nöqtədən aşağı səviyyədə yerləşir. Həmin ərazidə yığılan çirkab s ular əhali tərəfindən fərdi qaydada çəkilmiş kanalizasiya xətləri vasitəsi ilə septik quyuya yığılaraq nasos vasitəsi ilə yaxınlıqda inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının kanalizasiya xəttinə axıdılaraq kənarlaşdırılır. Bundan əlavə, Binəqədi rayon Sukanal İdarəsinin bir çox ərazilərində əhalinin kanalizasiya xidmətinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq Cavabdeh ASC tərəfindən hazırlanmış layihəyə əsasən yeni məhəllədaxili kanalizasiya xətlərinin çəkilməsi hazırlanmış layihənin tərkib hissəsinə daxil edilmişdir. Hal-hazırda hazırlanmış layihəyə əsasən Binəqədi rayonu ərazisində kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. İnşaat işləri növbəli şəkildə həyata keçirilir. M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi ünvanında da yeni kanalizasiya xətlərini n çəkilməsi hazırlanmış layihənin tərkib hissəsinə daxil edilmişdir. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.2-ci bəndinə əsasən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylacı şəbəkə və qurğulara qədər məsafə L-30,0 m olduğu halda qoşulmalar, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Odur ki, layihədə nəzərdə tutulmuş inşaat işləri yekunlaşdıqdan sonra qeyd olunan ünvanda da yaşayan abonentlər normal kanalizasiya xidməti ilə təmin olunacaq.
6. Bakı İnzibati Mə hkəməsinin (hakim A.V.İsgəndərova) 2-1(112)-2756/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik binaların, obyektlərin, fərdi yaşayış evlərinin tullantı sularının axıdılması sisteminə qoşulması ilə bağlı müvafiq inzibati orqan (Cavabdeh ASC) tərəfindən ayrıca icraat aparılması və bu icraatın nəticələri üzrə müsbət nəticə olmadığı halda şikayət verilməsini nəzərdə tutur. Lakin nəzərə alınmalıdır ki, mövcud inzibati praktikaya görə də belə icraat müvafiq obyektin yerləşdiyi ərazidə (küçədə) ümumi istifadədə olan kanalizasiya xəttinin mövcud olduğu təqdirdə aparıla bilər.
8. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı və X1 tərəfindən eyni məzmunlu apelyasiya şikayətləri verilmiş, şikayətlərin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-1184/2022 nömrəli (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin hansı tədbirlər gördüyünü məhkəmə açıqlamamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh kanalizasiya sularının axıdılması üçün iddiaçılardan hər ay pul almış olsa da, iddiaçıların yaşadığı ərazidə heç kanalizasiya xətti mövcud deyil, bundan başqa cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Məhkəmə iş üzrə obyektivliyi təmin etməmiş və çəkişmə prinsipi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur.
13. Cavabdehin bir mövqeyi digəri ilə ziddiyyət təşkil edir. Həm evlərin kanalizasiya xəttindən aşağıda yerləşdiyi üçün kanalizasiya xəttinə qoşula bilmədiyi göstərilir, həmçinin bəzi sakinlərin öz vəsaiti hesa bına nasosla kanalizasiya xəttinə qoşulduğu bildirilir. Deməli hər bir halda müvafiq tədbirlər görməklə kanalizasiya xəttinə qoşulma mümkündür.
14. Nəzərə alınmalıdır ki, cavabdehin kanalizasiya xəttinin çəkilməsi ilə bağlı vəzifələri qanunvericiliklə müəyyən edilmişdir. Cavabdeh dövlətə məxsus olan və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş qurumdur.
15. Şikayətin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Su təchizatı və tullantı suları haqqında” Qanun Maddə
37. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşd irilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli, b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə qoşulmanın qaydaları və tələbləri pozulduğu h allarda kanalizasiya müəssisəsi obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər. Müraciət edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər. Maddə
38. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulmaq məqsədi ilə: a) qoşulacaq obyektin sahibi kanalizasiya müəssisəsindən cavab alındığı gündən və ya özünün müraciət etdiyi gündən bir ay müddətində həmin müəssisəyə obyektin qoşulması planını (layihəsini) və su təsərrüfatı pasportunu təqdim edir. Kanalizasiya müəssisəsi bir ay müddətində bu plana baxır və onu təsdiq (lazım gələrsə, dəyişikliklər etməklə) edir. Obyektin sahibi təsdiqlənmiş plana və razılaşdırılmış su təsərrüfatı pasportuna uyğun olaraq qoşulmanı yerinə yetirir; b) kanalizasiya müəssisəsi qoşmaqdan əsassız imtina edilməsinə yol verməmək üçün qoşulma haqqında müraciəti obyektiv araşdırmalıdır; c) müraciət edənin obyektini qoşmaq məqsədi ilə mövcud kanalizasiya sisteminin genişləndirilməsinin dəyəri bu obyektdən tullantı sularının axıdılmasına görə alınması nəzərdə tutulmuş məbləğdən həddən artıq çox olduqda, kanalizasiya müəssisəsi, müraciət edəndən kanalizasiya sisteminin genişləndirilməsinə tələb olunan məbləğin bir hissəsinin əvvəlcədən ödənilməsini tələb edə bilər; ç) obyektin sahibi obyektin qoşulması ilə əlaqədar işlərin nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin edə bilmədikdə, belə işlər kanalizasiya müəss isəsi tərəfindən qeyd olunan obyektin sahibinin hesabına görülə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 nömrəli, 13 avqust 2014cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” Bənd 2.1. Sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Bənd 2.2. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hazırlanan texniki şərtlərə əsasən bu məsafədə n artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.
19. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozu lduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 2.1-cü bənd. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada bi rləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsasl andırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instans iya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübah isə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 27. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsi su təchizatı və tullantı sularının axıdılması sistemlərinin yerləşdirilməsi və inkişaf sxemləri ilə bağlı münasibətləri tənzimləyir. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri, su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional səviyyəli sxemlərə müvafiq olaraq həyata keçirilir.
28. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir. Həmin qanunun 36-cı maddəsinə görə o byektlərin tikintisi aparılan və ya planlaşdırılan ərazilərdə ümumi istifadədə olan kanalizasiya sistemləri olmadıqda, yerli orqanlar (bələdiyyələr) və ya obyektlərin sahibləri kanalizasiya müəssisəsinə obyektlərin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə onların hesabına kanalizasiya kəmərlərinin çəkilməsi və ya kanalizasiya qurğularının tikintisinin təmin olunması haqqında yazılı sifarişlə müraciət edə bilərlər. 29. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndinə görə, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri, kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional səviyyəli sxemlərə müvafiq olaraq həyata keçirilir. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.
31. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıların yaşadığı ərazidə Binəqədi rayon Sukanal İdarəsinin balansında kanalizasiya şəbə kəsi yoxdur. Binəqədi rayon Sukanal İdarəsinin xidmət göstərdiyi ərazilərdə əhaliyə kanalizasiya xidmətinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq Cavabdeh ASC tərəfindən müvafiq layihə hazırlanmış və yeni məhəllədaxili kanalizasiya xətlərinin çəkilməsi həmin layihədə nəzərdə tutulmuşdur. Hal-hazırda qeyd olunan layihəyə əsasən Binəqədi rayonu ərazisində kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.2-ci bəndinə əsasən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylacı şəbəkə və qurğulara qədər məsafə L-30,0 m olduğu halda qoşulmalar, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəf indən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış məktubda da layihədə nəzərdə tutulmuş inşaat işləri yekunlaşdıqdan sonra qeyd olunan ünvanda yaşayan abonentlərin də normal kanalizasiya xidməti ilə təmin olunacağı bildirilmişdir. Cavabdeh həmin mövqeyini məhkəmə də təsdiq etmişdir.
32. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, su təchizatı və kanalizasiya müəssisə olan cavabdeh istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətlə məşğuldur. Cavabdeh həmin fəaliyyəti istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqa nı (bələdiyyə) ilə bağladığı müqavilələr əsasında və əvəzi ödənilməklə həyata keçirir. Nəzərə almaq lazımdır ki, müqavilə münasibətlərindən yaranan mübahisələr inzibati məhkəmələrin predmet aidiyyəti ilə əhatə olunmur.
33. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh hüquqi şəxs qismində su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərən təsərrüfat subyekti olduğundan hazırkı mübahisənin predmetinə münasibətdə suveren hakimiyyət daşıyıcısı qismində çıxış etmir. Hətta inzibati orqanların siyahısında nəzərdə tutulması və ya dövlət tərəfindən təsis olunması cavabdehin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması mənasına gəlmir. Ümumi prinsip ondan ibarətdir ki, mülki dövriyyənin iştirakçısı olan və müqavilə üzrə xidmət göstərən hüquqi şəxslər yalnız xüsusi qanu nla nəzərdə tutulmuş hallarda və qaydada hakimiyyət səlahiyyətləri ilə təchiz oluna və inzibati orqan qismində çıxış edə bilərlər.
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin inzibati orqan statusuna malik olması və iddiaçılara münasibətdə qeyd olunan statusda inzibati-hüquqi fəaliyyət göstərməsi iş üzrə materiallarla təsdiq olunmur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsasl ılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
36. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərt lər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
38. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti t əmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-1184/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.