Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1096/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: keçmiş SSRİ dövründə işlədiyi vəzifənin hazırda mövcud olan eyni vəzifəyə uyğunlaşdırmaqla əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2707/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1933-cü il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1975-ci il tarixdən 07.1983-cü il tarixədək Naxçıvan MSSR X5 işləmişdir.
3. İddiaçıya xx.xx.2005-ci il tarixdən pensiya təyin edilmişdir.
4. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
5. Cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 20 sentyabr 2022-ci il tarixdə iddiaçıya bildirilmişdir ki, İddiaçı əmək pensiyası vaxtilə X7 Sosialist Respublikasının X5 vəzifəsində işlədiyi dövr əsas götürülərək hesablanacağı təqdirdə onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1005,00 manat, qulluq stajına görə əlavəsi 212,76 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,08 manat olmaqla orta aylıq əmək haqqısı 1327,84 manat təşkil edəcəkdir. Belə olan halda İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 32 il 11 ay 19 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylı q əmək haqqısının (1327,84 manat) 80 faizi-1062 27 manat məbləğində müəyyən ediləcəkdir. İddiaçı əmək pensiyası müraciətində qeyd etdiyi vəzifəyə uyğun hesablandıqda pensiyanın məbləği 1604,95 manatdan 1062,27 manata azalacaqdır. Bu səbəbdən də adıçəkilən şəxsin əmək pensiyasının yenidən hesablanması təxirə salınıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Pensiya təminatı haqqında” Qanunun 5-ci maddəsinə əsasən onun pensiyasının Naxçıvan Muxtar Respublikasının X2 vəzifəsində işlədiyi dövrü əsas götü rməklə bugünkü günə olan əmək haqqının 80 faizi miqdarında hesablanmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsində qeyd edilmişdir ki, o, 30 ildən artıq müddətdə Naxçıvan MR-da müxtəlif yüksək vəzifələrdə işləmiş və hazırda təqaüdçüdür. Təqaüdünün (pensiya) “Pensiya təminatı haqqında” (“Əmək pensiyaları haqqında”) Qanunun 5-ci maddəsinə əsasən 1975-1983-cü illər ərzində Naxçıvan MR-nın X5 vəzifəsində işlədiyi dövrü əsas götürməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin, hər dəfə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona həmin vəzifə maaşının 1000 manat olması qeyd edilməklə imtina edilmişdir. Halbuki, həmin müraciətlərdə Naxçıvan MR-nın Kənd Təsərrüfatı nazirliyindən alınmış rəsmi məktubda Naxçıvan MR-nın X2 bugünkü günə vəzifə maaşın ın 2450 manat təşkil etməsi barədə sənəd təqdim edilmişdir. Lakin buna baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələrinin 20.1.7, 20.1.9-cu maddələrini, eləcə də “Dövlət qulluğu haqqında” Qanunun 23.4 maddəsinin tələbləri kobud surətdə pozulmuşdur.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona təyin olunmuş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir) Naxç ıvan MRnın X2 vəzifəsində işlədiyi dövr əsas götürülməklə, hazırki dövrə uyğun olaraq həmin vəzifə üzrə ödənilən əmək haqqının 80%-i miqdarında olmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarı çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı onun vəzifəsi mərkəzi icra hakimiyyəti orqanlarının aparatında: aparatın rəhbəri vəzifəsinə uyğunl aşdırılmışdır. Hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və onun pensiyasının X5 işlədiyi dövrü əsas götürməklə yenidən hesablanması üçün qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2707/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. A pelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 5, 20.1.7, 20.1.9cu maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
18. Qeyd edilmişdir ki, məhkəmələr qanunun müddəalarını düzgün şərh etməmiş, işin hallarını tam araşdırmamışlar. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2005-ci il tarixli fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqın da” qanuna əsasən pensiya təmin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 91-ci il oktyabr ayının 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifə maaşları müvafiq strukturları vəzifə maaşları ilə uyğunlaşması nəzərdə tutulmuşdur. Prezidentin qeyd edilən fərmanının tələblərindən görünür ki, bütün dövlət strukturları deyil, yalnız dövlət qulluqçusunun pensiyaya çıxarkən onun işlədiyi vəzifəni mövcud olmadığı hallarda uyğunlaşdırma aparılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uy ğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla)... 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinlə ri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzif əsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkə mə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 9 2-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Naxçıvan MR-nın X2 vəzifəsində işlədiyi dövr əsas götürülməklə, hazırki dövrə uyğun olaraq həmin vəzifə üzrə ödənilən əmək haqqının 80%-i miqdarında olmaqla pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. İddiaçı 1975-1983-cü illərdə Naxçıvan MSSR X5 vəzifəsində işləmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə görə iddiaçı nazir kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Lakin onun bu yanaşması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına ziddir. Belə ki, həmin Fərmanın 1.15-ci maddəsinə əsasən Azərbaycan SSR (Naxçıv an MSSR) nazirlik, dövlət komitələrinin aparatında: nazir, dövlət komitəsinin sədri vəzifələri Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında: aparatın rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır.
31. Başqa sözlə iddiaçının 1975-1983-cü illərdə işlədiyi Naxçıvan MSSR X5 vəzifəsi hazırkı halda həmin nazirliyin aparat rəhbəri vəzifəsinə uyğundur.
32. Odur ki, iddiaçının işlədiyi Naxçıvan MSSR X5 vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati v ə yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən həmin nazirlikdə aparat rəhbəri vəzifəsinə uyğun gəldiyindən, eləcə də iddiaçıya əmək pensiyası aparat rəhbərinin əmək haqqına uyğun olaraq hesablandığından iddianın təmin edilməməsi ilə bağlı məhkəmələrin gəlmiş olduqları nəticə qanuni və əsaslı olmuşdur.
33. Bu səbəbdən də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-2707/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.