Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1097/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvanrayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-741/18 saylı, 13 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxxxxxcü il tarixdə ünvanrayonunda doğulmuşdur. Əmək kitabçasına əsasən 04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək Ucar rayon 39 nöm rəli SMD-də işləmişdir. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 13 iyul 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası hesablanarkən əmək kitabçasında qeyd edilmiş Ucar rayon 39 nömrəli SMD-də 04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək işlədiyi illəri yoxlamaq mümkün olmadığı üçün həmin illər sığorta stajına daxil edilməmişdir. İddiaçı cavabdehə qarşı 20 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qo yulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və pensiya kapitalının fərdi hesabın yığım hissəsi 01.01.2006-cı il tarixdən tətbiq edilməyə başlandığından 04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək iddiaçının əmək kitabçasında qeyd olunmuş işlədiyi illər sosial sığorta stajına daxil edilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-1353/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının 04.01.1988-ci il tarixdən 29.11.19 89-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək Ucar rayon 39 nömrəli SMD-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzə çi, X3 və X1, 2-1(107)-741/18 saylı iş) 13 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 24 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 24 yanvar 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İV fəslinin 4.2.7-ci maddəsinə əsasən pensiya sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrdə sığorta olunan qe yri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Milli arxiv fondu haqqında” Qanuna əsasən əmək haqqı cədvəlləri və əmr kitabları 75 il saxlanmalıdır. Göründüyü kimi, iddiaçının 04.01.1988-ci il tarixdən 29.11.1989-cu il tarixədək və 01.11.1990-cı il tarixdən 13.04.1994-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajını heç bir səbəb olmadan yoxlamaq mümkün deyil. Sənədlər heç bir səbəb olmadan təqdim olunmur və Dövlət Arxivinə təhvil verilməyib. Bütün bunları Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası qanunsuz olaraq nəzərə almamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-i n 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 4 yanvar 1988-ci ildən 29 noyabr 1989-cu ilədək və 1 noyabr 1 990-cı ildən 13 aprel 1994-cü ilədək Ucar rayon 39 nömrəli SMD-də işlədiyi dövrləri onun sosial sığorta stajına daxil edilməsini xahiş edir. Cavabdeh imtinasında bildirmişdir ki, həmin dövrlərin iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilə bilməz. Mübahisə olunan dövrdə iddiaçının işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. İddiaçının işlədiyi 1988-1991-ci illərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 1992-1994-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qayda da idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87 -ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajı nı təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, s übutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-741/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2-1(102)-1097/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1097/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver