Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1097/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı X1 Cavabdeh Balakən rayon bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı X1 cavabdeh Balakən rayon bələdiyyəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC) qarşı “mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldır ılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(107)196/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ünvan1 yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçının adına MA-0230196 seriyalı 06.07.2011-ci il tarixli DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çıxarışı hazırlanmışdır. Həmin Çıxarışın AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. İddiaçı adına hazırlanmış MA ******* seriyalı Çıxarışın Planı və Ölçüsü sənədində torpaq sahəsi 0 66 hektar göstərilsə də, ancaq iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi Çıxarışın Planı və ölçüsü sənədində göstərilən cizgilərə uyğun olmayaraq naturada 0.6544 hektar təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneə lərin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
3. İddia ərizəsini belə əsaslandırmışdır ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-0098 saylı Dövlət Aktına əsasən 0.66 ha torpaq sahəsi Mahamalar kənd sakini X2 mülkiyyətinə verilmişdir. İddiaçı X5dən torpaq sahəsini 19.01.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı torpaq sahəsindən istifadə etdiyi müddətdə sahəyə qonşular tərəfindən kənar müdaxilələr olmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və qonşuları ilə aralarında yaranmış mübahisənin həlli üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 09.01.2020-ci il tarixli 2(01 9)xxx/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 fevral 2021-ci il tarixli 21(116)-xxx/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx MMC) mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid deyil. Həmçinin, sərhədlərin müəyyən olun ması üçün iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməlidir. Göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hər-hansı texniki xətaya yol verilmişdir ki, buna görə də bələdiyyə məsuliyyət daşımır
6. İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-28/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər –Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsini n 15.09.2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Məhkəmə qərardadı iddaçıya 28.04.2021-ci il tarixində təqdim olunmuşdur.
10. İddiaçı 04.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-28/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə məhkəmə mübahi sənin olduğunu görsə də, ekspertiza təyin etməmiş və “xxxx” MMC-nin arayışını işə əlavə etməklə öz işini bitmiş hesab etmişdir. Halbuki, həmin ərazidə torpaq sahələri vətəndaşların mülkiyyətinə verilən zaman həmin ərazi yolla təmin edilmiş və həmin yol halhazırda da vətəndaşlar tərəfindən istifadə olunur. Ancaq iddiaçının mülkiyyətindən açılan qanunsuz yol həmin ərazinin kartasında belə qeyd edilməyib.
12. Məhkəmə daha sonra özü də etiraf edir ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hər-hansı xətaya yol verildiyindən buna görə bələdiyyə məsuliyyət daşımadığını bildirir. İddiaçının torpaq sahəsinin sənədlərində heç bir texniki xətaya yol verilməyib. Bunu işə əlavə edilmiş plan-ölçü sənədindən də görmək mümkündür. Bunun araşdırılması üçün e kspertiza keçirilməsinə ehtiyac olsa da, məhkəmə ekspertiza təyin etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati-Prosess ual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).
18. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
20. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsaəsn şikayətin əsaslı olduğu hallarda Ali Məhk əmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
25. Qeyd edilməlidir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə “mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması” və ikinci hissə “Balakən bələdiyyəsi tərəfindən əmlakından açıl mış qanunsuz yolun bağlanması”. Məhkəmə kollegiyası birinci hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab etsə də, ikinci hissə ilə bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmır.
26. İddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid olmadığından bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi haqlıdır.
27. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola düşmədiyini bildirsə də, iş materiallarında olan Balakən bələdiyyəsinin 24.06.2020-ci il tarixli 98 nömrəli ərizəsindən müəyyən edilir ki, iddiaçının mülkiyyətindən müvəqqəti açılan yolun bağlanmasına bələdiyyə etiraz etmir.
28. Göründüyü kimi, cavabdeh orqan özü iddiaçının mülkiyyətindən müvəqqəti yol açılması faktını etiraf edir. Məhkəmə də öz qərarında bu halı qeyd etsə də, sonradan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi istifadədə olan yola düşmədiyi barədə qənaətə gəlmişdir.
29. Göstərilənlərdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işin bu halı ilə bağlı hərtərəfli araşdırma aparmamış, bununla da hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normaların tələbini pozmuşdur.
30. Belə olan halda, iddia tələbinin məhz həmin hissəsində apellyasiya instansiyası məhkəməsi ətraflı araşdırma aparmadığından bu hissədə qərar ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. İşə baxan məhkəmə iddia tələbinin ikinci – “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” hissəsi ilə bağlı Balakən bələdiyyəsinin yuxarıda istinad edilən məktubunu qiymətləndirməli, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində ümumi istifadədə olan yolun olub-olmadığını dəqiq müəyyən etməli, zəruri olduqda bununla bağlı ekspertiza təyin etməlidir.
32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 21(107)-196/2021 nömrəli qərardadı qismən – “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qa nunsuz yolun bağlanması” hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 21(107)-196/2021 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.