Məhkəmə qərarları › İş №2-1(102)-1097/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1097/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1097/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, sığorta stajının arxiv arayışına əsasən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçıya 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-55/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərar ından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx 1958-ci ildə anadan olmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illəri (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, İddiaçı əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 7 il 2 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arayışında İddiaçı Zaqatala rayon “Dağıstan” adına kolxozda və Əlibayramlı kökəltmə birliyində işlədiyi dövrlər əmək kitabçasında əks olunmadığından həmin illər onun sığorta stajına əlavə edilməməlidir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 il 2 ay sığorta stajına uyğun olaraq 5.178,05 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 23.040 manat pensiya kapitalından azdır və əmək pensiyası nın minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1975-1977ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı cavabdeh orqana müraciət edərək iddia tələbində qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti əsassız olaraq təmin olunmamışdır.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 13 oktyabr 2022-ci il tarixli, 21(116)-1182/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı arxiv arayışlarına əsasən cəmi 25 il 4 ay 28 gün iş stajına malik olduğundan cavabdehin imtinası əsassız olmuşdur.

9. Cavabdeh biri nci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-55/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayış dakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №İi Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1-ci bəndinin 5-ci hissəsində əmək pensiyasının təyin edilməsi zamanı xx.xx.2006-cı il tarixədək nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edildiyi göstərilmişdir. İddiaçının Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışlarında qeyd edilən 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmamış, həmçinin iddiaçının 1993-cü ildə işdən çıxma əmri idarənin əmr kitablarında aşkar edilməmişdir. Bu hal da arxiv arayışının iddiaçıya məxsus olması faktını şübhə altına alır.

14. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir.

15. Bundan əlavə, DSMF-ni n 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən Zaqatala rayonu R.Şabanov adına İİ Tala 3 saylı tam orta məktəbdə qarşılıqlı yoxlama aparılmış və həmin məktəbdə saxlanılan əmr kitablarına əsasən iddiaçının həmin məktəbdə xx.xx.1994-cü il tarixdən-xx.xx.2000-ci illərdə işləməsi faktı təsdiq edilməmişdir. Ona görə də həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

16. Eyni zamanda kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qərar çıxararkən Əmək Məcəlləsinin 87-ci maddəsinin, “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1, 25 və 31.2-1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. So sial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Ma ddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsa sında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmə k qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün ə mək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahı ları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərə kətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. İşdən görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir.

29. Cavabdeh iddiaçının Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışlarında qeyd edilən 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığını, həmin müddətlər nəzərə alınmadığından iddiaçının ümumi sığorta stajının 25 ildən az olduğunu, topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığını əsas gətirərək ona pensiya təyin olunmasından imtina etmişdir.

30. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etsələr də, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarı ləğv olunmasını xahiş etmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının tələb edilən sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin edilə bilməz.

31. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

32. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur və onun xx.xx.2020-ci il tarixdə pensiya hüququnun yaranması üçün lazım olan yaşa (61 il 6 ay) çatması işin mübahisəsiz halıdır. Pensiya yaşı şərtinin iddiaçıya münasibətdə ödənilməsi iş materiallarında olan sənədlərə əsasən öz təsdiqini tapır və cavabdeh də bu halı mübahisələndirməmişdir.

33. Cavabdeh qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışlarında qeyd edilən 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin müddət əmək stajına daxil edilə bilməz.

34. Kassasiya şikayətinin bu dəlili ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, yuxarıda göstərilən normativ aktlara əsasən iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə işlədiyi iş dövrü təsdiqləyən arxiv arayışını həmin müddətin onun sığorta stajına daxil edilməsi üçün mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

35. Bundan əlavə Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin ar xiv arayışdakı məlumatları qəbul etməməsi "Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir.

36. Cavabdeh isə göstərilənlərə baxmayaraq müxtəlif əsaslarla (iş illərinin əmək kitabçasında qeyd olunmaması, qarşılıqlı yoxlama nəticəsində iş stajının təsdiq olunmaması) iddiaçıya pensiya təyin etməkdən imtina etmiş, onun iş illərini təsdiq edən əlavə sübutlar tələb etmiş, bununla da hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.

37. Ey ni zamanda kassator bildirir ki, iddiaçının 1993-cü ildə işdən çıxma əmri idarənin əmr kitablarında aşkar edilməmişdir.

38. Kassatorun bu dəlilini də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, iddiaçının işdən çıxma əmrinin əmr kitablarında olmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

39. Bundan əlavə cavabdeh imtinasında qeyd etmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik deyildir. Bununla əlaqədar olaraq məhkəmə tərkibi bildirir ki, iddiaçının fərdi hesabında pensiya kapitalı toplanmasa da onun ən azı 25 il sığorta stajı var ki, bu da onun yaşa görə əmək pensiyası alması hüququnun mövcudluğuna dəlalət edir.

40. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “Dağıstan” kolxozunda işlədiyi 2 il 8 ay 17 gün + Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işlədiyi 15 il 5 ay 17 gün + “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi 7 il 2 ay 24 gün birlikdə hesablanmaqla = cəmi 25 il 4 ay 28 gün iş stajına malikdir.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzə rinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

42. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-55/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar