Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1097/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Dövlət Nef t Şirkəti, "xxxx" Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-3587/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 186 nömrəli sərəncamına əsasən torpaq sahəsinin müvəqqəti istifadəyə verilmə si haqqında çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/380 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Ələt qəsəbəsinin cənub hissəsində, Pirsaat neft yatağının ərazisində, neft-qaz əməliyyatlarının aparılması üçün, 840 ha torpaq sahəsi 30 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/597 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Daşgil neft yatağı ərazisində 92 (QƏŞ) saylı istismar quyusunun qazılması üçün 1,5 ha torpaq sahəsi 25 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.2.Neft-qaz əməliyyatı işləri qurtardıqdan sonra, ərazi tikili və qurğulardan azad olunsun və torpaq rekultivasiya edilərək, Bakı Şəhər İcra Hakimiyyət inə təhvil verilsin. 3.3.Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın.
3. İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eləcə də təqdim edilmiş yerləşmə cigzisində perimetrik ölçülər göstərilməmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətinə aid olan torpaqlardır. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2- ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüququ Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin 193 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında İddiaçı məxsusdur. İddiaçı həmin torpaqda özünə ev tikmiş və orada yaşamışdır. İddiaçı hal-hazırda öz torpaq sahəsinə çıxarış almaq niyyətindədir. Buna görə də cavabdeh Azə rbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh orqan xx.xx.2022-ci il tarixində həmin torpaqların Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi üçün imtina məktubu vermişdir. İddiaçı buna görə də Dövlət Neft Şirkətinə müraciət etmişdir. Orada torpaq sahəsinin koordinatları tələb olunduğu üçün iddiaçı cavabdeh orqandan xx.xx.2022-ci il tarixli koordinatları da alıb Dövlət Neft Şirkətinə təqdim etmişdir, lakin oradan da xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Qeyd edilmiş ünvanda təkcə iddiaçı deyil çox sayda ailə yaşayır, hətta yaxınlıqda hündürmərtəbəli bina da tikilir. İddiaçının evinin hər tərəfi evdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə "xxxx" Əməliyyat Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüqu qlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgsi təqdim edilməməklə bərabər, naturada göstərilən faktiki torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahəsi olmaqla Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən "xxxx" Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıl madıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3587/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma və işdə olan materiallar üzrə obyektiv qiymətləndirmə aparmadan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Hesab edir ki, apellyaisya məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, buna görə də ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQU
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş): Maddə 23. vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Maddə 29. müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
17. Azərbayca n Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. 1-ci bənd. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bənd. torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bənd. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərini n aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməs inə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “M əzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlıdır.
26. İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının istinad etdiyi yerləşmə cizgisində perimetrik ölçülərin göstrilmədiyinə və torpaq sahəsinin DNŞ-nin istifadəsinə verilmiş ərazidə yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 dekabr 2022-ci il tarixli, BA-07995-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamından görü nür ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Həyətyanı torpaq sahələrinin nizamlanması” barəsindəki xx.xx.1987-ci il tarixli 301 nömrəli Qətnaməsi və Bakı şəhəri icraiyyə komitəsinin “Bakı və Bakı ətrafı ərazilərdə yaşayış evlərinin tikintisinin nizamlanması” barəsindəki, xx.xx.1982-ci il tarixli 45/686 №-li qərarını və XDS icraiyyə komitəsinin “Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin nizamlanması haqqında” xx.xx.1989-cu il tarixli 13/713 nömrəli qərarını əsas tutaraq Ələt qəsəbəsi, 1587-ci keçid, 15 №-li ev, 14 №-li mənzil sakini İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır.
28. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 186 nömrəli sərəncamına əsasən torpaq sahəsinin müvəqqəti is tifadəyə verilməsi haqqında çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/380 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Ələt qəsəbəsinin cənub hissəsində, Pirsaat neft yatağının ərazisində, neft-qaz əməliyyatlarının aparılması üçün, 840 ha torpaq sahəsi 30 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/597 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Daşgil neft yatağı ərazisində 92 (QƏŞ) saylı istismar quyusunun qazılması üçün 1,5 ha torpaq sahəsi 25 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.2.Neft-qaz əməliyyatı işləri qurtardıqdan sonra, ərazi tikili və qurğulardan azad olunsun və torpaq rekultivasiya edilərək, Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilsin. 3.3.Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın.
29. Həmçinin iş materiallarına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00648 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "Petro-Hong Kong - Pirsaat Oil Limited" şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, bu səbəbdən də, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır.
30. Belə ki, qeyd edilməlidir ki, hazırkı qərarın 16-17-ci bəndlərində qeyd olunan normalara əsasən, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir.
31. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqınd a hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır
32. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaətini əsaslı hesab edərək bildirir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi torpaqayırma barədə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamını təqdim etsə də ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən həmin dövrdə tərtib edilmiş yerləşmə cizgisini təqdim etməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3587/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.